Amea arxeoloji və Etnoqrafiya İnstitutu amea milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 43,42 Kb.
Pdf görüntüsü
səhifə4/106
tarix02.01.2018
ölçüsü43,42 Kb.
#19164
1   2   3   4   5   6   7   8   9   ...   106

11 
 
them  for  research  of  monuments  and  their  immortalization  for  next  generations 
being conserved. It is also worthy to use positive experience of Agsu people as an 
example in this site. 
I  will  look  forward  seeing  you  at  next  issues  of  book-album  “Medieval 
Agsu town”. 
 
I Bölmə 
 
Ağsuda arxeoloji tədqiqatlar və  
Azərbaycanda son orta əsr Ģəhər problemi 
 
Son  orta  əsr  Ģəhəri:  problemin  spesifikliyi:  Ötən  əsrin  ortalarından 
başlayaraq Azərbaycanda orta əsr şəhərlərinin arxeoloji cəhətdən tədqiqi sahəsində 
xeyli  təcrübə  toplanıb.  Mingəçevir,  Gəncə,  Beyləqan,  Qəbələ,  Şamaxı,  Bakı, 
Şabran,  Bərdə,  Naxçıvan,  Xarabagilan,  Şəmkir  və  digər  abidələrdə  aparılan 
uzunmüddətli  qazıntılar  orta  əsr  şəhər  probleminin  dərindən  və  hərtərəfli 
öyrənilməsi  baxımından  kifayət  qədər  zəngin  material  vermişdir.  Bilavasitə 
arxeoloji materiallar əsasında qeyd olunan şəhərlərin nisbətən daha müfəssəl tarixi 
yazılmış,  bundan  əlavə  orta  əsr  şəhər  mədəniyyətinin  aydan  əlavə  orta  əsr 
Azərbaycan  şəhərinin  ümumi  mənzərəsini  görmək,  duymaq  və  bu  barədə 
düşünmək imkanı yaratmışdır. Təbiidir ki, uzun illər ərzində formalaşmış bünövrə 
gələcəkdə daha əhatəli və daha fundamental tədqiqatlar üçün yeni üfüqlər açmaqla, 
nəzəri  və  metadoloji  baxımdan  daha  sanballı  əsərlərin  ərsəyə  gəlməsi  üçün  də 
vəsilə ola bilər və şübhə etmirik ki, belə də olacaqdır. Lakin onu da nəzərə almaq 
lazımdır  ki,  yuxarıda  deyilənlər  daha  çox  IX-XIII  əsr  şəhərə  mühitini  əhatə  edir. 
Başqa  sözlə,  Azərbaycanda  ilk  orta  əsr  və  son  orta  əsr  şəhər  problemi  hələ  ki, 
arxeoloji  cəhətdən  yetərincə  öyrənilməyən  sahələr  olaraq  qalmaqdadır.  Bu  da  bir 
sıra  obyektiv  və  subyektiv  amillərlə  bağlıdır.  Birincisi,  arxeoloji  cəhətdən 
öyrənilən orta əsr şəhərlərinin bir qismində ilk orta əsr təbəqəsi yoxdur, yaxud da 
bu  təbəqə  zəifdir.  İkincisi,  sırf  ilk  orta  əsr  şəhərləri  azdır  və  onlar  da  yetərincə 
tədqiq olunmayıb. 
Son  orta  əsr  şəhər  problemi  ilə  bağlı  vəziyyət  bir  qədər  fərqlidir.  Belə  ki, 
orta  əsr  şəhərlərinin  əksəriyyətində  son  orta  əsr  təbəqəsi  olmasına  baxmayaraq, 
uzun  illər  ərzində  onun  tədqiqinə  maraq  istilasından  sonrakı  dövrün  maddi 
mədəniyyəti bütövlükdə etnoqrafların araşdırma predmeti olmalıdır. Etnoqraflar da 
öz  növbəsində  daha  çox  XIX-XX  əsrin  maddi-mədəniyyətinin  və  ənənələrinin 
tədqiqi  ilə  məşğul  olaraq  XIV-XVIII  əsr  problemlərinin  öyrənilməsinə  əslində 
nüfuz  etməyiblər.  Beləliklə,  elmimizdə  kifayət  qədər  geniş  dövrü  əhatə  edən  çox 
ciddi bir boşluq yaranıb. 
Son  orta  əsr  şəhər  probleminin  arxeoloji  cəhətdən  tədqiqini  çətinləşdirən 
bəzi  amilləri  də  nəzərdən  qaçırmaq  olmaz.  Bunlardan  ən  mühümü  son  orta  əsr 


12 
 
təbəqəsi  olan  şəhərlərdə  həyatın  davam  etməsidir.  Təbiidir  ki,  belə  abidələrdə 
tədqiqat  üçün  bu  nöqtələr  tapmaq  elə  də  asan  məsələ  deyil.  Ara-sıra  tikinti  və  ya 
söküntü  gedən  sahələr  isə  adda-budda  olduğundan  orada  nəisə  aydınlaşdırmaq 
çətin olur. Çünki, şəhər probleminin bu və ya digər məsələlərinə aydınlıq gətirmək 
üçün  birinci  növbədə  nisbətən  geniş  sahələrin  açılmasına  ehtiyac  var.  Bunsuz 
yaşayış  evləri,  məhəllələr,  küçə  və  meydanlar,  su  təchizatı  və  abadlıq  məsələləri, 
habelə şəhər təsərrüfatının digər sahələrində olan mənzərəni aydınlaşdırmaq qeyri-
mümkündür.  Əlbəttə,  yaşayışın  davam  etdiyi  şəhərlərdə  buna  nail  olmaq  praktiki 
cəhətdən  qeyri-mümkündür.  Məsələn,  Bakıda  və  Şamaxıda  uzun  illər  arxeoloji 
tədqiqatlar aparılsa da, onların heç birində indiyədək geniş sahə öyrənilməyib.  
Çoxtəbəqəli abidələrin üst təbəqəsini öyrənmək yolu ilə də son orta əsrlərlə 
bağlı  sualların  hamısına  aydınlıq  gətirmək  bir  qədər  çətindir.  Yəni,  təbəqələrin 
materialların  həddən  artıq  qarışdığından  və  ya  bir  çox  materialların  oxşar 
olduğundan  onları  dövrləşdirmək,  daha  doğrusu,  nəyin,  hansı  forma  və  ya  tipin 
konkret  dövrünü  müəyyənləşdirmək  çox  ciddi  çətinlik  doğurur.  Fikrimizcə,  bu 
halda ən etibarlı üsul dövrü dəqiq məlum olan birtəbəqəli abidələrin materiallarının 
etalon olaraq qəbul olunması ola bilər. Bu baxımdan orta əsr Ağsu şəhəri həqiqətən 
etalon  abidə  kimi  dəyəndirilə  bilər.  Çünki  burada  şəhərin  salındığı  vaxt  ola  bilər. 
Çünki  burada  şəhərin  salındığı  vaxt  da,  onun  əsaslı  şəkildə  söndüyü  tarix  də 
bəllidir.  Deməli,  oradan  tapılan  maddi  mədəniyyət  nümunələrinin  hamısı  (əlbəttə, 
ticarət  və  mədəni  əlaqələr  nəticəsində  daxil  olan  daha  erkən  dövr  materialları 
istisna olmaqla) məhz Ağsu şəhərinin mövcudluğu dövrünə aiddir. Beləliklə, Ağsu 
qazıntıları  zamanı  əldə  olunmuş  metal,  saxsı,  şüşə,  daş,  sümük  və  s.  materiallar 
bütün  texniki  və  texnoloji  xüsusiyyətləri  ilə  məhz  XVIII  əsr  üçün  səciyyəvi  olan 
materiallardır. Bu tapıntılar içərisində xeyli miqdar yeni növ nümunələr vardır ki, 
onlara əvvəlki dövr materialları içərisində təsadüf olunmur. Yaxud, əvvəllər məişət 
və  təsərrüfatda  geniş  istifadə  olunan  bir  çox  əmək  alətləri  və  məişət  əşyaları 
mövcuddur ki, XVIII əsrdə onların formasında və ya keyfiyyət göstəricilərində hiss 
olunacaq  dəyişikliklər  baş  verib.  Eyni  sözləri  şəhərin  memarlıq  quruluşu,  evləri, 
yardımçı binaları, xüsusən də ictimai tikililəri barədə demək olar. Bütün bunlar isə 
bir  daha  təkrar  edirik  ki,  orta  əsr  Ağsu  şəhərinin  Azərbaycanın  XVIII  əsr  şəhər 
tarixini  öyrənmək  baxımından  həqiqətən  etalon  abidə  olduğundan  xəbər  verir. 
Buradan  əldə  olunan  materiallar    bəhs  edilən  dövrün  tarixinin  dərindən  və 
hərtərəfli  araşdırılması  baxımından  arxeoloqlarla  yanaşı  tarixçilər,  etnoqraflar  və 
memarlar üçün də geniş üfüqlər açır. 
Bunlardan əlavə Ağsu şəhəri nadir arxeoloji abidələrindəndir ki, şəhər süqut 
edəndən sonra onun ərazisində heç bir tikinti, qazıntı və təsərrüfat işi aparılmayıb. 
Beləliklə,  orada  şəhərin  əsas  tikililəri,  məhəllələri,  küçə  və  meydanlar  nisbətən 
daha  yaxşı  qalmışdır.  Onların  bir  çoxunun  konturlarını  elə  vizual  müşahidələr 
əsasında dəqiqləşdirmək olar. Əlbəttə, bu yanaşmanın ilkin və ən sadə formasıdır. 
Bu  zaman  toplana  biləcək  məlumatlar  da  sözsüz  ki,  daha  çox  oradakı  mədəni 


Yüklə 43,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə