9
Abdullah ibn Əmr
(radiyallahu ənh)
o kimsənin əməlinin nə
olduğunu öyrənmək istədi. Yanına gedib: “Atamla
savaş-
dım, üç gecə sizdə gecələmək istəyirəm” dedi.
Ənsar razı oldu. Abdullah ibn Əmr üç gecə onun əməlinə
diqqət yetirdi. Yatarkən Allah Təalanı zikr etməkdən başqa
bir şey görmədi. Sonra o şəxsə: “Mən atamla savaşmadım.
Lakin Rəsulullahdan belə-belə eşidib əməlini öyrənmək
istədim” dedi. O da: “Mənim etdiyim, bax, bu gördüyün-
dür” söylədi.
Abdullah
deyir ki, mən gedərkən arxamca səslənib:
“Bir şey də var. Əsla heç kimə heç bir şey üçün paxıllıq
etmədim” dedi.
Abdullah: “Deməli, sənin dərəcən bu əməlindən dolayı-
dır” dedi.
Sanma bal arısının sancdığı neştərdi həsəd
Şeytanın sapladığı bir haça şeşpərdi həsəd.
Mənbəyi bu mərəzin
mülkə-mala məhəbbətdi
Qardaşa qardaşı qatil eləyən şərdi həsəd.
Ordu tək bətnimizdə üz-üzədir şərlə xeyir
Haqqın hər əsgərinə qarşı bir ləşkərdi həsəd.
Paxıl nadan
ölüb nakam dirilən biçarədi
Küfrə qahmar, imana, İslama qənşərdi həsəd.
Cənnət, ey qul, iblisə uymayanın qismətidi
Qulu qismətsiz edən şeytani şakərdi həsəd.
Həsəd elə bir mərəzdi ki, ilk insanda, ilk valideyndə üzə
çıxmasa da, ilk övladda, ilk qardaşda özünü biruzə verdi
və böyük bir faciə ilə nəticələnərək bəşər tarixində qardaş
qətllərinin əsasını qoydu.
10
İBRƏT
Rəvayətə görə Hz.Adəm
(əleyhissalam)
ilk oğul-
ları Qabillə Habilin yetkinlik yaşına çatdığını
görüb ailə
həyatı qurmalarını istədi. Lakin Habilin nişanlısı daha
gözəl olduğundan Qabil həsəd edərək onunla evlənmək
fikrinə düşdü. Atası onu bu fikirdən daşındırmağa çalış-
sa da mümkün olmadı.
Məsələni yoluna qoymaq üçün
Hz.Adəm
(əleyhissalam)
hər iki oğluna ilahi dərgaha qur-
banlıq gətirmələrini şərt kəsdi. Şərtə görə kimin qurbanı
qəbul edilsəydi, qızlardan daha gözəli ona qismət olacaqdı.
Hadisənin bundan sonrası Quranda belə təsvir edilir:
Dostları ilə paylaş: