16
Turbo Pascalda bunlardan başqa ASCII-nin 0 ilə 31 kodu arasındakı idarəedici
simvollardan da ayırıcı kimi istifadə olunur.
TP- Proqramın strukturu
Turbo Pacsal dilində proqramın sttrukturunu aşağıdakı kimi vermək olar:
Proqram proqramın adı;
{Proqramın başlığı}
{İstifadə olunan modulların təsviri bölməsi}
Uses İstifadə ollunan modulların siiyahısı;
{Təsvirlər bölməsi}
label
Nişanların təsviri;
conıt
Sabitlərin təsviri;
type
Tiplərin təsviri;
var
Dəyişənlərin təsviri;
Prosedure
Altproqramların təsviri;
function
exports
Eksport edilən adların təsviri;
begin
operator 1;
operator 2;
…………
operator n;
end
Standart Pascaldan fərqli olaraq TP-da proqramın başlığı
və istifadə olunan
modulların təsviri bölməsi istisna olmaqla bölmələrin yerləşmə ardıcıllığa dəyişmək olar,
lakin standartda nəzərdə tutulan ardıcıllığa riayət etmək məqsədəuyğundur. Yalnız
prinsipcə vacib olduqda ardıcıllığı dəyişmək olar.
downloaded from KitabYurdu.org
17
Proqramın gövdəsi «begin» sözü ilə başlayır və «end» sözü ilə qurtarır, bu «end»-
dən sonra nöqtə qoyulur.
Misal:
xy
y
x
z
2
2
2
ifadəsinin hesablamasının Pascal proqramı:
Proqramın İfadənin_ hesablanması;
var
x, y, z: real; {Dəyişənlərin təsviri}
begin
{Proqramın gövdəsinin başlanğıcı }
Write (‘ x, y ədəddlərini daxil edin’) ; {verilənlərin ekrana çıxarılması}
Read ln (x, y) ; {x, y –in qiymətlərinin oxunması }
Z : = (x
*
x + y
*
y) / ( 2
*
x
*
y); {ifadənin hesablanması }
Writeln (‘ z =’ , z) {nəticənin ekrana çıxarılması }
end
{proqramın sonu }
Proqramlaşdırma dillərinin təsnifatı.
Proqramlaşdırma dilləri aşağıdakı əsas növlərə bölünür:
-
prosedur proqramlaşdırma;
-
funksional proqramlaşdırma;
-
məntiqi proqramlaşdırma;
-
obyektyönlü proqramlaşdırma.
Prosedur
proqramlaşdırma dilində proqramm operatorlar ardıcıllığından ibarətdir.
Belə dillər maşınyönümlü və alqoritmik dillər olmaqla iki yerə bölünürlər.
Maşınyönümlü dillərdən
İkilik dil
(maşın dili), assembler dili
və makroassembler dilini
göstərmək olar. Alqoritmik prosedur dillərinə misal olaraq aşağıdakıları göstərmək olar:
C
dili 70-ci ilin əvvəlində UNİX əməliyyat sistemini reallaşdırmaq üçün
yaradılmışdır.
Basic
- (Beginers All-purpose Symbolic İnstruction Code) 1964-cü ildə
proqramlaşdırmanı yeni öyrənənlər üçün yaradılmışdır.
downloaded from KitabYurdu.org
18
Pascal
dili prosedur proqramlaşdırma dilləri içərisində ən çox istifadə olunan
dildir. Pascal dili 1970-ci ildə hesablama texnikası sahəsi üzrə ixtisasçı
isveçrəli
professor Niklou Virt tərəfindən yaradılmışdır.
Funksional
proqramlaşdırmanın mahiyyəti A.P. Yerşov tərəfindən verilmişdir.
Belə dillərdə skalyar sabitlər, strukturlaşdırılmış
obyektlər, funksiyalar, funksiyaların
gövdəsi və çağırılması kimi obyektlərin aid olduğu ifadələr əsas rol oynayır. Funksional
proqramlaşdırmanın ilk dili LİSP(List Prossesing - siyahıların emalı) 1959-cu ildə ABŞ-
da yaradılmışdır.
Məntiqi
proqramlaşdırma süni intellekt sistemlərinin yaradılması zərurətindən
meydana gəldi. Məntiqi proqramlaşdırma dillərindən PROLOG (Programming in Logic –
məntiqi terminlərlə proqramlaşdırma) dili 1972-cu ildəfransız alimi A.Kolmerol
tərəfindən yaradılıb.
Obyektyönlü proqramlaşdırmanın bir çox vasitələri Simula – 67
dilindən
götürülmüşdür. Belə dillər obyekt anlayışına əsaslanır və «obyekt = verilənlər +
prosedular» dusturu ilə ifadə olunur. Müasir obyektyönlü proqramlaşdırma dillərinə
Smalltalk, C
++
,
Object Pascal , Java və s.aiddir.
Dostları ilə paylaş: