başlayan şeirdir:
Qalxdı köç eylədi könül karvanı,
Naşı avçı kəsmiş av dərəsini.
Qalxıbınan endi ellərə doğru,
Seyrişif marallar sallara doğru.
Ata yox, ana yox, nə qardaş-bacı,
Çıxmaz ürəyimnən bu qəmlər acı.
Əbrüşüm muyunnan müsəllim saçı,
Kəh də səjdə qılar bellərə doğru.
Qurbanı yandırır eşqin ataşı,
Gəlməsin üsdüınə sən təki naşı.
Durmayıpnan axır dıdəmin yaşı,
Axıpnan qarışır sellərə doğru (111, s.87).
Qurbaninin yaradıcılığı ilə bağlı araşdırmalarının hamısında
Əhməd Cəfəroğlu Kürəni adlı aşığı xatırlamış, şah sarayında hər
iki sənətkarın deyişmələrinin keçirildiyini bildirmiş, hətta doqquz
bənddən ibarət həmin şeiri “Anadolu elləri ağızlarından dərlə-
mələr. Van, Bitlis,
Muş, Karaköşo,
Əskişəhir, Bolu ve
Zonquldak
elləri ağızları” kitabında nəşr də etdirmişdir. Alimin Qurbaninin
“daxil olduğu saray çevrəsində rəqib kimi qarşılaşdığı, hətta bir
sıra hallarda mücadiləyə girişdiyi Kürəni də Azərbaycan saz
şairləri arasında çox tanınanlardan biri olmuşdur”(25, s. 133), -
cümləsindən Aşıq Kürəniyə verdiyi dəyər meydana çıxmış olsa
da, əyanilik üçün deyişmədən bır örnəyə diqqət yetirək:
Aldı Aşıq Kürəni:
Aradım, buldum gönül şəhrini,
Baxdım bu gönlümdə genə çar qaldı.
O çarın birisin qaldırdım atdım,
Baxdım dalısında genə çar qaldı.
54
Qadir möylam təməl vurdu dünyaya,
Nişangahı dört qıvladı, çardı, çar.
Dört nəsnədon xəlq eyləmiş adamı,
Abu atəş xaki baddı, çardı çar.
Aldı Aşıq Kürəni:
Oxudum dərsimi dərsdərə qatdım,
Bir bəzirgən buldum, yarısın satdım.
O çarın ikisin qaldırdım atdım,
Baxdım dalısında gənə çar qaldı.
Aldı Aşıq Qurbani:
Yoxdan var eylədi cümlə aləmi,
Endi fəriştahlar çaldı qələmi.
Göydən endi hakğın o dört kəlamı,
İncil, Zəbur, Tövrat, Quran çardı çar
(111, s.88-89).
Deyişmə yalnız Aşıq Qurbaninin deyil, Aşıq Kürəninin də
istedadım, bilik və bacarığını ifadə etməkdədir.
Bu tədqiqat işində Əhməd Cəforoğlunun toplayıb ııaşr
etdirdiyi bütün poetik mətnlərin geniş və hərtərəfli təhlili, əlbəttə,
mümkün deyildir. Ona görə də bu mətnlərlə bağlı ən səciyyəvi
məqamlara diqqət yetirməyi məqsədəuyğun hesab etdik ki, bunlar
da mühacir alimin Qurbani irsi ilə bağlı gördüyü işlər haqqında
müəyyən qədər təsəvvür yarada bilər.
Qeyd etmək lazımdır ki. Xavər Aslan “Aşıq Ələsgər” kita
bına yazdığı müqəddimədə Qurbani yaradıcılığını yüksək qiy
mətləndirmiş, onun yaradıcılığının yazılı ədəbiyyata, xüsusən Şah
İsmayıl Xətayiyə böyük təsirindən söhbət açmışdır (85, s. 6).
Aldı A şıq Q urbani:
55
Bütün bu müqayisələr həm də göstərir ki, Qurbani irsini
daha geniş araşdırmaq üçün onun mühacirətdə nəşr olunan
şeirləri də öyrənilməli və nəşr olunmalıdır, lakin, təəssüf ki, hələ
də bu problem öz həllini tapmamışdır. Həmin məsələyə diqqət
yetirən G.Hüseynov yazır: “Qurbani şeirinin poetik xüsusiy
yətlərini dərindən-dərinə araşdırmış, o cümlədən onun şeirlərini
dastanlardan, m üxtəlif mətnlərdən, əlyazmaları, cünglərdən və s.
mənbələrdən toplayaraq variant tutuşdurmaları, izah və şərhləri
ilə birlikdə təqdim edən Qəzənfər Kazımovun “Qurbani” şeirlər
məcmuəsi göstərir ki, tərtibçi Qurbani şeirinin təqdimi və
tutuşdurması zamanı Ə.Cəfəroğlunun burada təhlili verilən
nəşrindən (Ə.Cəfəroğlunun “Tərəkəmə
ağızı ilə hüdutboyu saz
şairlərimizdən Qurbani və şeirləri” adlı məqalə nəzərdə tutulur -
A.H) istifadə edə bilməmişdir” (38, s.66).
Doğrudan da, mühacirətdəki nəşrlər - Əhməd Cəfəroğ-
lunun, Mehmet Şakirin, Xavər Aslanın və başqalarının tədqi
qatları nəzərə almmadıqca, Qurbani irsi öz bütövlüyünü, kamil
liyini, zənginliyini əhəmiyyətli dərəcədə itirmiş olacaqdır.
Azərbaycan xalq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq
Abbas Tufarqanlı (1585-1650) mühacirət folklorşünaslarınm
daim diqqət yetirdikləri şəxsiyyətlərdən biridir. Bunun da
müəyyən səbəbləri vardır. Əvvəla, Abbas Tufarqanlı qeyri-adi
istedadı ilə seçilmiş, aşıq şeirinin, demək olar ki, bütün şəkil
lərində uğurla qələmini sınamış, Azərbaycan xalq ədəbiyyatında
özünəməxsus üslubu ilə fərqli bir mövqeyə malik ustad sənətkar
kimi əbədi yaşamaq hüququ qazanmışdır. Digər tərəfdən, onun
yaradıcılığında ədalətsizliyə, haqsızlığa qarşı mübarizə, həmçinin
nikbin ruh hakimdir ki, bu da siyasi səbəblər üzündən mühaci
rətdə ömür sünnəyə vadar edilən ziyalıların nəzər-diqqətini daha
çox cəlb etmişdir.
Mühacirətdə Aşıq Abbas Tufarqanlı haqqında ilk məlumat
verən Məmməd Sadıq Sənan olmuşdur, o, “Azərbaycan saz şa
irləri” məqaləsinə aşıqla bağlı bir rəvayəti və şeirlərindən nümu
nələri daxil etmişdir. Müəllifin verdiyi rəvayət “Abbas-Gülgəz”
56
dastanının qısa xülasəsini xatırladır, şeirlərdən biri isə on iki
bənddən ibarət olan qoşmadır və imamlann hər birinin tərifinə
həsr edilmişdir. Bu gün Azərbaycan təziyə məclislərinin, demək
olar ki, hamısında oxunan bu şeir sovet dövründə nəşr
edilməmişdir. Bu da təbiidir. Dastanlarda islamla bağlı bəzi mə
qamlara yer verilsə də, sırf dini məzmun daşıyan bu qoşmanın
həmin dövrdə dərci imkansız idi. Aşıq Abbas Tufarqanlının dini
mövzuda şeirlər yazdığını təsdiq edən Həmid Araslı “Aşıq yara
dıcılığı” əsərində onların taleyilə bağlı yazır: “Abbas Tufar-
qanlınm xalq üslubunda yazdığı şeirlər daha çox şöhrət qa
zandığından əruz vəznində yazılmış və dini mahiyyət daşıyan
şeirləri unudulmuşdur” (2, s.60).
Qeyd edək ki, Məmməd Sadıq məqaləsinə əlavə etdiyi
örnəkləri toplayanın məhz özü olduğunu, sonradan onları yadda
şına əsaslanaraq yazıya aldığını ayrıca bildirmişdir: “Xalqın
ağzından not etdiyimiz parçalann bir yerdə qeyd edildiyini də
bilmirik, hansı əsrə aid olduğu da, təbii, bəlli deyildir” (148,
s.55).
Bu məqalə Azərbaycan aşıq sənətinin tanıtdırılması məq
sədilə qələmə alınmış və otuzuncu illərdə mühacirət nümayən
dələrinin xalq ədəbiyyatı ilə bağlı baxışlarını əks etdirdiyi üçün
bu gün də mühüm əhəmiyyət daşıyır.
“Azərbaycan yurd bilgisi” dərgisinın üçüncü sayında isə
Əhməd Cəfəroğlunuıı “XVI əsr azəri saz şairlərindən Tufarqanlı
Abbas” (91) adlı irihəcmli məqaləsi dərc edilmişdir. Tədqiqatçı
ilk növbədə aşığın həyatına diqqəti yönəltmiş, xalq arasında
Tufarqanlı Abbas adlanan aşığın əslən Güney Azərbaycanın
Dixarqan kəndində doğulduğunu, lakin bu adın ağızdan-ağıza
dolaşaraq “Difaraqan”, “Tufarqan” şəklinə düşdüyünü hələ 1932-
ci ildə göstərmişdir. Xatırladaq ki, “Azərbaycan yurd bilgisi”nin
ikinci sayında “ Azərbaycan saz şairləri” adlı məqaləsini dərc
etdirən mühacirət folklorşünası Məmməd Sadıq Sənan aşığı
“Deharqanlı Aşıq Abbas” kimi təqdim etmişdir (148, s.57).
Əhməd Cəfəroğlu öz məqaləsində Sadıq Sənanın mülahizələrinin
57