20
•
Hüquq Magistri (Master of Laws - L.L.M),
•
Gözəl incəsənət Magistri (Master of Fine Arts - M.F.A.)
•
Musiqi Magistri (Master of Music - M.Mus.).
Bu pillədə xüsusi diqqət yetirilən məsələ magistr tədris proqramlarının bakalavr pilləsindəki
müvafiq proqramlardan fərqli formada qurulmasıdır.
Diplom_d_ər_əc_əl_əri,_Magistr_Artium,__Staatsprüfung'>2.6.3 Birləşdirilmiş “Uzun” Proqramlar: Diplom dərəcələri, Magistr Artium,
Staatsprüfung
Birləşdirilmiş “uzun” təhsil proqramları ya biristiqamətli (mono-disciplinary) (Diplom
dərəcəsi, əksər proqramlarda Staatsprüfung adlanan dövlət imtahanıyla tamamlanır) ya da iki
başlıca və ya bir başlıca və iki ikinci dərəcəli istiqamətlərin kombinasiyasına əsaslanmaqla tətbiq
edilir. lk mərhələdə (1,5-2 il) geniş orientasiya və istiqamətin əsaslarına yer verilir. Aralıq
imtahan (Diplom-Vorprüfung for Diplom degrees; Zwischenprüfung və ya credit sistemi üzrə
Magister Artium) verildikdən sonra isə dərinləşdirilmiş və ixtisaslaşdırılmış ikinci mərhələyə
keçirlər. 6 aylıq müddət ayrılan buraxılış işinin yazılması və son yazılı və şifahi imtahanların
verilməsi də bu dərəcənin alınmasında zəruri tələblərdir. Bənzər tələblər Staatsprüfung təhsilinə
də tətbiq edilir və bunun qvalifikasiya səviyyəsi Magistr səviyyəsinə ekvivalent hesab edilir.
Universitetlərdə birləşdirilmiş “Uzun” Proqramlar 4-5 il (Diplom degree, Magister
Artium) və ya 3-6,5 il (Staatsprüfung) ərzində tamamlanır. Diplom dərəcəsi mühəndislik
sahələri, təbii elmlər, həmçinin də iqtisadiyyat və biznes sahəsində verilir. Ancaq humanitar
sahələr üzrə adətən Magister Artium dərəcəsi verilir. Sosial elmlərdə isə ali məktəblərdən asılı
olaraq, praktika dəyişir. Hüquq, tibb, farmakologiya və pedaqoqika sahələri Staatsprüfunglə
tamamlanır.
Hər üç kvalifikasiya da (Diplom, Magister Artium və Staatsprüfung) akademik olaraq bir
birinə ekvivalentdir. Hər üçü də doktorluq mərhələsinə keçiş imkanı verir. Ancaq bunun üçün
ə
lavə tələblər də Universitetlər tərəfindən müəyyən edilir.
Tə tbiqi elmlə r Universitetlə rində birləş dirilmiş “Uzun” Proqramlar 4 il davam edir və
Diplom dərəcəsi verilir. Baxmayaraq ki, bu ali məktəb tipləri doktorantura təhsilini nəzərdə
tutmur, ancaq buranı bitirənlər doktor proqramları olan ali məktəblərə doktorluq təhsili üçün
müraciət edə bilirlər.
21
ncə sə nə t və ya musiqi Universitetelə rində birləş dirilmiş “Uzun” Proqramlar qurumlardan,
sahələrindən və məqsədlərindən asılı olaraq çox dəyişkəndir. Diplom/Magister dərəcələrinə əlavə
olaraq, bu tipli proqramları bitirənlər bu sahədəki bir sıra sertifikatlar və sertifikatlaşdırılmış
imtahanlarıdan da məsuldurlar.
2.6.4 Doktorantura
Universitetlər, universitetlərin ixtisaslaşdırılmış institutları və bəzi ncəsənət və ya Musiqi
Universitetləri doktorluq proqramları təklif edirlər. Doktorluq proqramlarında oxumaq üçün
formal olaraq, Magistr (həm Universitet, həm də Tətbiqi elmlər universitetiləri üzrə), Magister,
Diplom, Staatsprüfung və ya xarici ekvivalentləri olan dərəcələr zəruridir. Xüsusilə, Bakalavr və
ya Diplom dərəcələrinin sahibləri də bəlli şərtlərlə doktorluq proqramlarına giriş əldə edə bilirlər.
Universitetelər və doktorluq proqramları olan institutlar bu proqramlara daxil olmanın, həmçinin
də bacarıqların müəyyənləşdirilməsi prosedurunun strukturunu özləri müəyyənləşdirirlər. Qəbul
üçün digər tələb də dissertasiya tədqiqatı layihəsinin rəhbər kimi bir professor tərəfindən qəbul
edilməsidir.
Doktorantura mərhələsində rəsmi bir dərs olmasa da, bir professorun rəhbərliyi altında həyata
keçirilən müstəqil araşdırma təxminən 3-5 il davam edir. Ölkədə əksər doktorantlar ali təhsil
qurumlarında müəllim və rəsmi tədqiqatçı kimi çalışaraq, əvəzində yetərli səviyyədə maaş
alırlar.
2.7 Qiymətləndirmə sistemi
Alman ali təhsil sistemində qiymətləndirmə 5 ballıq sistem üzrə həyata keçirilir. Bu
aşağıdakılardan ibarətdir:
•
1 = “Sehr Gut” = Çox Yaxşı
•
2 = “Gut” = Yaxşı
•
3 = “Befriedigend” = Kafi
•
4 = “Ausreichend” = Kifayət
•
5 = “Nicht ausreichend” = Qeyri-kafi və ya uğursuzluq
Minimum müvəffəq qiymət 4 = “Ausreichend”dir.
Ancaq bu qiymətlər bəzi hallarda, xüsusilə də doktorluq proqramlarında dəyişə bilir.
22
Buna əlavə olaraq, ali təhsil qurumları ECTS qiymətləndirmə sistemini də tətbiq edirlər. Belə
ki, A = ən yaxşı 10%, B = növbəti 25 %, C = Növbəti 30%, D = növbəti 25%, E = növbəti 10%.
2.8 Tədrisdə davamiyyət
Almaniya universitetlərində dərsə davamiyyət, yalnız məcburi olan və tələbələrin sertifikat
alması zə ruri olan də rslə r üzrə əhəmiyətli hesab edilir. Bu dərslərin hər hansı birində üzürsüz
(məsələn əstəlik raportu olmadan) olaraq iştirak etməmək, tələbənin həmin dərsdən sertifikat
alma imkanını itirməsilə nəticələnir.
Dərsə davamiyyətə nəzarət əsasən sərbəst (çox hallarda ciddi yoxlama həyata keçirmədən
sadəcə bir tələbə imzası iştirakı göstərən əsas sübut kimi qəbul edilir) və hərdənbir həyata
keçirilir.
2.9 Ali tə hsilə giriş
Ümumi Ali Tə hsilə Qə bul Qiymə tlə ndirmə si 12-13 illik təhsildən sonra ali məktəblərə qəbul
hüququ verir. Gymnasium məzuniyyəti (Abitur) bütün universitetlərə daxil olmaq üçün əsasdır.
Bunun üçün ayrıca qəbul imtahanına gərək yoxdur. Universitetə qəbul hüququ əldə etmənin
digər yolu Berufsoberschule əlaqəli Abiturdurchschnittsnote (ABŞ-dakı GPA-a oxşar və ya
ngiltərədəki A-Səviyyə) imtahanı ali məktəbə giriş üçün zəruridir.
Universitetlər müəyyən təhsil proqramı üçün qəbulun digər şərtlərini də müəyyən edə
bilərlər. Bu numerus causus (“məhdud say”) adlanır, ancaq sadəcə yükəsk tələbli təhsil
proqramları üçün tətbiq edilir. Məsələn bir tip təhsil proqramı üçün Abitur imtahanından 1,0 və
1,5 arasında bir bal toplamaq zəruridir.
Bəzi xüsusi sahələrdə ixtisaslaşdırılmış variantlar (Fachgebundende, Hochschulreife) tətbiq
edilir. Tətbiqi elmlər Universitetelərinə qəbul üçün Fachhochschulreifedən istifadə etmək
ümükündür ki, bu da adətən 12 illik təhsilin olmasını tələb edir. ncəsənət və ya musiqi
Universitetləri bəzi fərdi qabiliyyət imkanlarını da tələb edir. Eyni zamanda ali təhsil qurumları
ə
lavə qəbul prosedurlarının konkret formalarını müəyyən edə bilirlər.
2.10 Mə cburi hə rbi xidmə t
Məktəbi bitirdikdən sonra alman kişiləri universitetə daxil olmadan əvvəl 9 aylıq məcburi
hə rbi xidmə t və ya alternativ xidmə t (Zivildienst) keçməyə məcburdurlar.
Dostları ilə paylaş: |