Allerqologiya ixtisası üzrə nümunəvi test tapşırıqları 05. 05. 2014-cü IL tarixində əlavə edilmişdir. Sosial gigiyenanın əsasları. Allerqolojı xidmətin təşkili


) Allergik bronx-ağciyər aspergilyozunun fərqli əlamətlərinə hansı aid deyil?



Yüklə 1,32 Mb.
səhifə6/13
tarix11.06.2018
ölçüsü1,32 Mb.
#48058
1   2   3   4   5   6   7   8   9   ...   13

346) Allergik bronx-ağciyər aspergilyozunun fərqli əlamətlərinə hansı aid deyil?

A) Residivləşən bronxial astma tutmaları

B) Ağciyərlərdə infiltrasiya zamanı qanda eozinofiliyanın olması

C) Asperqilla antigeninə qarşı presipitasiya edici İgG anticisimlərin tapılması

D) Ocaqlı pnevmoskleroz

E) İgE-in yüksək miqdarı


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
347) Allergik bronx-ağciyər aspergilyozunun müalicəsində hansı preparatlar istifadə olunur?

A) İltihab əleyhinə qeyri-steroid preparatlar

B) Sulfanilamidlər

C) İmmunostimulyatorlar

D) Qlükokortikosteroidlər

E) Antibiotiklər


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007г.
348) Sistemli əlamətlərlə keçən ağciyər eozinofiliyalarının müalicəsində hansı preparatlar istifadə edilir?

A) İmmunostimulyatorlar

B) Sitostatiklər

C) Qeyri-steroid iltihaba qarşı preparatlar

D) Antibiotiklər

E) Sidikqovucular


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007г.
349) Ekzogen allergik alveolitin patogenezində aparıcı rolu hansı mexanizm oynayır?

A) Ləng tipli reaksiya + immunkompleksli mexanizm

B) Sitotoksik mexanizm

C) Reagin mexanizm

D) Reagin + sitotoksik mexanizm

E) Reagin + immunkompleksli mexanizm


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.

350) Ekzogen allergik alveolitin müalicəsində hansı prepratlar istifadə olunur?

A) İltihaba qarşı preparatlar

B) Qlyukokortikosteroidlər

C) Nitrofuranlar

D) Sulfanilamidlər

E) Antibiotiklər


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007г.
351) Ekzogen allergik alveolitin xroniki formasının əsaslı müalicəsinin prepratlarına hansı aid deyil?

A) Kolxisin

B) Antibiotiklər

C) Qlyukokortikosteroidlər

D) Kuprenil (kompleksion)

E) İmmunosupressantlar


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Рациональная фармакотерапия аллергических заболеваний» 2007г.
352) Ekzogen allergik alveolitin differensasiyası hansı xəstəliklə aparılır?

A) Ağciyərin bullyoz kistası ilə

B) Ağciyərin xərçəngi ilə

C) Ağciyər absesi ilə

D) Bek sarkoidozu ilə

E) Plevritlə


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
353) Bronxial astmanın təxirə salınmaz terapiyasında istifadəsi tövsiyyə edilməyən preparatlar qrupu hansıdır?

A) Metilksantinlər

B) Helioks

C) Qlükokortikosteroidlər

D) Adrenomimetiklər

E) Antihistamin prepartları


Ədəbiyyat: П. Э. Парсонз, Дж. Э. Хеффнер. «Секреты пульмонологии» 2004 г.
354) Qırtlağın allergik ödemi (larinqoedema) özünü hansı əlamətlərlə göstərir?

A) Ekspirator təngnəfəslik

B) Davamlı inspirator təngnəfəslik, bəzən səsin tutulması

C) Asqırma ilə

D) Çəhrayı rəngdə köpüklü bəlgəm

E) Qanda neytrofiloz


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 261
355) Aşağıda göstərilənlərdən hansı ekzogen allergik alveolitin inkişafına səbəb ola bilər?

A) Yovşan

B) Yod preparatları

C) Siprofloksasin

D) Palıd ağacının yonqarı

E) Lateks


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г., s. 583
356) Hansı əlamətlər qırtlağın allergik ödeminin başlanğıcında müşahidə oluna bilər?

A) Səsinin xırıltılı olması

B) Qusma

C) İştahanın azalması

D) Ekspirator təngnəfəslik

E) Obstruktiv sindromla


Ədəbiyyat: В. Н. Молотков, Е. И. Суслов, Н. Н. Коваленко. «Диагностика аллергических заболеваний легких» 1985 г.
357) Hansı faktorlar uşaqlarda allergik xəstəliklərə meyllilik yarada bilər?

A) Erkən süni qidalanma

B) Bağırsaqların selikli qişasının keçiriciliyi azalan zamanı

C) Mədə şirəsinin turşuluğu yüksək olan zamanı

D) İgE-səviyyəsinin aşağı olması

E) Hamiləlik zamanı qidalanmanın pozulması


Ədəbiyyat: М. Э. Студенкина, Т. С. Соколова. «Аллергические болезни у детей» 1986 г.
358) Astma zamanı əsas bazis iltihabəleyhinə terapiyaya hansı preparatlar aiddir?

A) Simpatomimetiklər

B) Qeyri-steroid iltihab əleyhinə preparatlar

C) Antibiotiklər

D) Virusəleyhinə təsir edən preparatlar

E) İnhalyasiya yolu ilə təsir edən kortikosteroidlər


Ədəbiyyat: А. Г. Чучалин. «Бронхиальная астма. Иммунология астмы» 1985 г.

359) Allergik rinit zamanı intranazal adrenomimetiklər istifadə edən zaman aşağıdakılardan hansıları yadda saxlamaq lazımdır?

A) Təsiri olmadıqda dozanı tədricən artırmaq məsləhətdir

B) Ağır gedişli zamanı xəstəliyin simptomlarını tam aradan qaldıranadək vermək

C) Remissiya dövründə kəskinləşmələrin profilaktikası üçün göstərişdir.

D) Optimal müalicə kursu 2-4 həftədir

E) Bu preparatlar ardıcıl olaraq 3-5 gündən artıq vermək məsləhət görülmür


Ədəbiyyat: А. Г. Чучалин, И. Д. Копылев. «Болезни органов дыхания. Аллергические заболевания легких» 1990 г.
360) Aşağıdakı faktlardan hansı bronxial astma üçün düzgündür?

A) Monoziqot əkizlərdə konkordantlıq 100%-dir

B) Kənd sakinlərində, şəhər sakinlərinə nisbətən daha tez-tez əmələ gəlir

C) Xəstəlik hava-damcı yolu ilə keçir

D) Yalnız ata xəstə olduqda, övlad üçün xəstələnmə riski praktiki yoxdur

E) Əgər yaxın qohumlar xəstədirsə, xəstələnmə riski 20-25%-dir


Ədəbiyyat: А. Г. Чучалин. «Бронхиальная астма. Иммунология астмы» 1985 г.
361) Allergik rinitin inkişafının əsasını təşkil edən immunoloji mexanizm hansıdır?

A) Sürətli tipli allergik reaksiya (I tip)

B) Toksiki reaksiya

C) Allergik rinitin mexanizmi qeyri-immundur

D) İmmunoloji allergik reaksiya (III tip)

E) Ləng tipli allergik reaksiya (IV tip)


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Клинические рекомендации. Аллергология» 2008 г.
362) Tozcuqlu rinitin spesifik müalicə üsulları hansılardır?

A) İynə ilə refleks terapiyası

B) Farmakoterapiya

C) Antibiotiklərin təyini

D) Allergenin kənar edilməsi və spesifik immun müalicə

E) Cərrahi müalicə


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Клинические рекомендации. Аллергология» 2008 г.
363) Göstərdiklərimizdən hansı astmogen qeyri-infeksion inqalyasion allergenlərinə aid deyil?

A) Həşəratların bədənlərinin hissəcikləri

B) Heyvanların və insanların epidermisinin hissəcikləri

C) Qeyri-patogen göbələklərin sporları

D) Bitkilərin tozcuğu

E) Bakteriyalar


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
364) Aşağıdakı dərmanlardan hansıları bronxial astmanın kəskinləşməsinə səbəb deyillər?

A) β-adrenoblokatorlar həb şəklində

B) Qısa təsirli Са antaqonistləri

C) Aspirin

D) Qeyri-steroid iltihab əleyhinə vasitələr

E) β-adrenoblokatorlar göz damcısı şəklində


Ədəbiyyat: В. И. Метелица. «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005 г.
365) Böyüklərdə atopik bronxial astmanın daha tez rast gələn səbəbi nədir?

A) Dərman preparatları

B) Antibakterial preparatlar

C) Epidermal allergenlər

D) Tozcuq və ev tozu

E) Qida allergenləri


Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.

366) Atopik bronxial astmada dəri allergik sınaqları hansı müddətdən sonra qiymətləndirilir?

A) 24 saat sonra

B) 20 dəqiqə sonra

C) 30 dəqiqə sonra

D) 2 dəqiqə sonra

E) 5 dəqiqə sonar


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Клинические рекомендации. Аллергология» 2008 г.
367) Aşağıdakılardan hansı yüngül gedişatlı bronxial astmanın atopik forması üçün səciyyəvidir?

A) Allergenlə kontaktdan kənarda natamam remissiyalar

B) Xroniki ağ ciyər ürəyi

C) Allergenlə kontaktdan kənarda tam remissiyalar

D) Xroniki ağ ciyər çatışmamazlığı

E) Ağ ciyərlərin emfizeması.


Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
368) Aşağıdakılardan hansı bronxial astmanın inqalyasion terapiyasının üstünlüklərinə aid deyil?

A) Effektin tez yaranması

B) Tabletli formalarla müqayisədə tətbiqinin sadəliyi

C) Minimal sistem təsiri

D) Ağciyərlərdə dərmanların maksimal konsentrasiyası

E) Dərmanın bahalığı


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Клинические рекомендации. Аллергология» 2008 г.
369) Aşağıdakı dərmanlardan hansıları bronxial obstruksiyası olan xəstələrə böyük ehtiyatla təyin edilməlidir?

A) Antasidlər

B) β-blokatorlar

C) Ca antaqonistləri

D) Ksantin törəmələri

E) Sidik qovucular


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
370) Topik inqalyasion qlükokortikosteroidlərin yanaşı sistem effektlərinə hansılar aiddir?

A) Steroidli diabet

B) İsenko-Kuşinq sindromu

C) Çox nadir hallarda müşahidə olunması

D) Osteoporoz

E) Ulserogen təsir


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
371) Sadalanan inhalyasiya yolu ilə təsir edən qlükokortikosteroidlərdən hansı ən kiçik bioloji mənimsəməyə malikdir?

A) Flütikazon

B) Budesonid

C) Triamsinolin asetonid

D) Beklometazon dipropionat

E) Flunizolid


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
372) Kəskin boğulma tutmasının aradan qaldırılması üçün inqalyasiya şəklində hansı dərmanlar istifadə olunmalıdır?

A) Uzunmüddətli b2-aqonistləri

B) Qısa müddətli b2-aqonistləri

C) Teofillin

D) Antileykotrien dərman preparatları

E) Kromonlar


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
373) Aşağıda göstərilənlərdən hansı salmeterolun bronxolitik təsiri üçün səciyyəvidir?

A) İnqalyasiyadan sonra ilk 30 dəqiqə ərzində başlayır və 12 saat müddətində davam edir

B) Bir sutka davam edir

C) Birinci saat ərzində başlayır

D) İnqalyasiyadan 1 dəq. sonra başlayır və 4-6 saat davam edir

E) Müalicənin birinci həftəsinin sonunda başlayır


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
374) Teofillin dərman preparatlarının qəbulu zamanı yaranan yanaşı effektlərə hansıları aiddir?

A) Tremor, ürək bulanma, hipertoniya, bradikardiya, leykositoz

B) Ağızda quruluq, ürək bulanma, baş ağrısı, bradikardiya, leykositoz, trombositoz

C) Yanaşı gedən effektlər yoxdur

D) Ürəkbulanma, stenokardiya tutmaları, ürək ritminin pozulması, qıcolmalar

E) Abdominal ağrılar, hipertoniya, bradikardiya


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
375) Bronxial astmanın diaqnostikasında bronxoobstruksiya yaradan təhrikedici test hansı maddəylə aparılır?

A) Salbutomolla inqalyasion test

B) Fenoterolla inqalyasion test

C) Metaxolinlə inqalyasion test

D) Bodipletizmoqrafiya

E) Pikfloumetriya


2 Ədəbiyyat: : GİNA 2009
376) Xəstədə burnun residivləşən polipozu muşahidə olunur. Bu vəziyyətdə hansı preparatların qəbulunu məhdudlaşdırmaq lazımdır?

A) Asetilsalisil turşusunun

B) Sulfopreparatların

C) Göbələk əleyhinə preparatların

D) Yerli təsir göstərən anestetiklərin

E) Tetrasiklin sırasına daxil olan preparatların


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
377) Aşağıdakılardan hansı ağ ciyər eozinofiliyasının səbəbi ola bilər?

A) Vitaminlər

B) Qlükokortikosteroidlər

C) Antihistamin preparatlar

D) Nitratlar

E) Antibiotiklər


Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
378) Aşağıdakılardan hansı ağ ciyər eozinofiliyasının səbəbi ola bilər?

A) Ürək xəstəlikləri

B) Şiş xəstəlikləri

C) Qaraciyər xəstəlikləri

D) Böyrək xəstəlikləri

E) Mədəaltı vəzin xəstəlikləri


Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.

379) Sadə eozinofil pnevmoniyanın (Leffler sindromu) patogenezində ən çox aşağıdakılardan hansı iştirak edir?

A) İgG+İgM

B) İgG

C) İgM


D) İgA

E) İgE
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 590


380) Allergik bronx-ağciyər asperqillozu hansı bronxial astma fonunda iştirak edir?

A) Fiziki gərginlik astması

B) Atopik astma

C) Aspirin astması

D) Sadalananların heç birində.

E) İnfeksiyadan asılı astma


Ədəbiyyat: : Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 595
381) Bronxial astma diaqnozunun qoyulması zamanı bronxial obstruksiyanın kəskinliyi və geriyə dönməsini qiymətləndirmək üçün seçim üsulu nədir?
A) Qanda ümumi İgE-nin təyini

B) Döş qəfəsinin kompyuter tomoqrafiyası

C) Pikfloumetriya

D) Bronxoskopiya

E) Spirometriya
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.

382) Sadə ağciyər eozinofiliyası zamanı qanın kliniki analizində hansı əlamətlərin olması səciyyəvidir?

A) Eozinofiliya

B) Limfositoz

C) EÇS kəskin yüksəlməsi

D) Leykopeniya

E) Trombositopeniya


Ədəbiyyat: Под ред. Н. Р. Палеева. «Болезни органов дыхания» 2000 г.
383) Bronxial astma xəstələrinin vəziyyətinə nəzarət etmək üçün nədən istifadə edilir?

A) Pikfloumetriya

B) Gündəliyin yazılması

C) Spirometriya

D) Qanda ümumi İgE-nin səviyyəsinə nəzarət

E) Qanda spesifik İgE-nin dəyişməsinə nəzarət


Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 36
384) Sadə eozinofil pnevmoniyanın (Leffler sindromu) müalicəsində hansı dərman preparatları istifadə olunur?

A) Qlükokortikoidlər

B) Sulfanilamidlər

C) Qeyri-steroid iltihab əleyhinə dərmanlar

D) Antibiotiklər

E) Sidikqovucular


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 590

385) Ekzogen allergik alveolitdə allergen hansı yolla daxil olur?

A) Parenteral yolla

B) Mədə-bağırsaq traktından

C) İnqalyasion yolu ilə

D) Selikli qişalardan

E) Dəridən


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 584

386) Ekzogen allergik alveolit zamanı iltihab prosesi harada yerləşir?

A) Bronxopulmonal limfa düyünlərində

B) Orta kalibrli bronxlarda

C) Alveollar və bronxiollarda

D) İri kalibrli bronxlarda

E) Traxeyada


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.

387) İnfeksion mənşəli rinit üçün xarakter əlamət hansıdır?

A) Burundan xaric olan sekretin selikli ya selikli-irinli olması

B) Periferik qanda eozinofillərin artması

C) Eliminasiya sınağının müsbət olması

D) Xəstədə eyni zamanda konyuktivitin olması

E) Allergenlərlə aparılan burun testinin müsbət olması


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.

388) Allergik rinitin müalicəsində aşağıda sayılan dərman preparatlarından hansı işlədilmir?

A) Natrium kromoqlikat

B) Asetilsalisil turşusu (aspirin)

C) Erius


D) Ketotifen

E) Beklometazon


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.

389) Mövsümü və il boyu davam edən allergik rinitin müalicəsində saydıqlarımızdan hansı üsul patogenetik müalicə üsulu hesab edilir?

A) Qlükokortikosteroidlərlə müalicə

B) Dekonqestantlarla (ksilometazolin, nafazolin) müalicə

C) Tosqun hüceyrələrin membranasını stabilləşdirən preparatlarla müalicə

D) Allergen spesifik immunoterapiya

E) H1-reseptorların blokatorları ilə müalicə


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
390) Ağır gedişli persistə edən astma üçün ən xarakterik əlamət hansıdır?

A) Astmanın gecə əlamətləri həftədə 1 dəfə olur

B) Xəstənin yuxusu hərdən bir pozulur

C) Fiziki aktivlik bir qədər məhdudlaşır

D) Nəfəs vermənin pik sürəti (PİF) normanın 60%-dən aşağıdır, PEF-in sutka ərzində variabelliyi 30%-dən çoxdur

E) Astmanın gündüz əlamətləri həftədə iki dəfə olur


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
391) Aşağıda sadaladıqlarımızdan hansı qeyri-allergik astma hesab olunur?

A) Endogen astma

B) Yüngül persistə edən astma

C) Atopik dermatit fonunda astma

D) Allergik rinit fonunda astma

E) Aspirin astması


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.

392) Nəfəs vermənin pik sürətinin (PEF) səhər və axşam göstəriciləri arasında fərqin (sutkalıq variabelliyi) neçə faiz olması bronxial astma üçün xarakterikdir?

A) 1-5 %


B) 16-19%

C) 6-10%


D) 20 % və çox

E) 11-15%


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
393) Aşağıda sadaladıqlarımızdan hansı leykotrien əleyhinə preparat deyil?

A) Zileuton

B) Miteka

C) Sinqulyar

D) Ketotifen

E) Akolat


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
394) Sistem kortikosteroidlərdən asılı olan bronxial astmalı xəstələrdə hansı patologiya çox rast gəlir?

A) Allergik konyuktivit

B) Atopik dermatit

C) Övrə.


D) Allergik rinit

E) Osteoporoz


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
395) Aşağıda qeyd olunan əlamətlərdən hansı allergik rinit üçün vaсib hesab edilmir?

A) Akrosianoz

B) Asqırma

C) Burun boşluğundan zəif sekret ifrazı

D) Üz nahiyyəsində ödem

E) Çətinləşmiş burun tənəffüsü


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.

396) İnqalyasion qlükokortikoidlərə hansı preparat aid deyildir?

A) Bekotid

B) Budesonid

C) Fliksomid

D) Fenoterol

E) Flunizolid


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
397) Bronxial astmanın qlükokortikoidlərlə sistem müaliсəsinin ağırlaşmalarına nə aid deyildir?

A) Çəkinin itirilməsi

B) Hiperqlikemiya

C) Arterial hipertenziya

D) Piylənmə

E) Böyrəküstü vəzin funksiyasının zəifləməsi


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
398) Bronxial astma üzərində nəzarətin səviyyələrinə (GİNA 2006) hansi aid deyil?

A) Hissəvi nəzarət olunan astma

B) Sadalananların heç biri

C) Nəzarət olunmayan astma

D) Tam nəzarət olunan astma

E) Nəzarət olunan astma


Ədəbiyyat: GİNA 2006
399) Sadalananlardan hansı bronxial astmanın immun terapiyasına əks göstəriş deyil?

A) Psixiki xəstəliklər

B) Tənəffüs və ürək çatmamazlığı

C) Hamiləlik

D) Onkoloji xəstəliklər

E) Məişət allergiyası ilə müşayiət olan astma


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
400) Bronxial astmanın bazis terapiyasında hansı qrup preparatlar istifadə olunur?

A) β-adrenoblokatorlar, metilksantinlər

B) Qlükokortikoidlər, tosqun hüceyrələrin membranının stabilizatorları

C) Ürək qlikozidləri, m-xolinoblokatorlar

D) β-adrenoblokatorlar, tosqun hüceyrələrin membranının stabilizatorları

E) Metilksantinlər, m-xolinoblokatorlar, β-adrenoblokatorlar


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.

401) Aspirin astması üçün xarakterik kliniki triada hansılardır?

A) Bronxial astma, aspirinə qarşı dözülməzlik, burun polipovu

B) Bronxial astma, aspirinə qarşı dözülməzlik, konyunkivit

C) Bronxial astma, aspirinə qarşı dözülməzlik, faringit

D) Bronxial astma, aspirinə qarşı dözülməzlik, qastroezofaqeal refluks

E) Bronxial astma, aspirinə qarşı dözülməzlik, sağ mədəcik çatmamazlığı


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
402) Ekzogen bronxial astma zamanı qanda immunoqlobulinin hansı tipinin miqdarı artır?

A) İgG


B) İgF

C) İgE


D) İgM

E) İgA
Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.


403) Bronxial astmanın əsas kliniki simptomu hansıdır?

A) Stridor

B) Qeyd olunanların hamısı

C) Inspirator xarakterli boğulma tutmaları

D) Ekspirator xarakterli boğulma tutmaları

E) Inspirator xarakterli daimi təngənəfəslik


Ədəbiyyat: Г. Б. Федосеев. «Аллергология» 2001 г.
404) Bronxial astmada iltihab reaksiyasının nəticəsi nə olur?

A) Terminal bronxların torbaya bənzər genəlməsi

B) Qeyd olunanların hamısı

C) Orta və xırda ölçülü bronxların spazmı və ödemi, seliyin hipersekresiyası

D) Selikli qişanın degenerasiyası ilə terminal bronxların genəlməsi

E) Alveollarda ödem və eksudasiya mayesi


Ədəbiyyat: : Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г., с. 419

405) Qeyri immunoloji bronxial astma tutmalarının yaranmasına təhrik edən dərman preparatı hansıdır?

A) Dimedrol

B) Ketotifen

C) Aspirin

D) İntal

E) Prednizolon


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.

406) Aşağıdakı xəstəliklərdən hansında restriktiv növlü tənəffüs pozulması
gözlənilir?
A) Mukovissidoz

B) Bronxial astma

C) Bronxiolit

D) Miasteniya qravis

E) Bronxoektaziya
Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.

407) Asmatik statusun müalicəsi üçün seçim preparatı hansıdır?

A) Kalsium qlukonat

B) Zaditen

C) Klaritin

D) Strofantin

E) Prednizolon


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г., с. 431

408) Astmatik statusun əlamətlərindən biri nədir?

A) Damarların M-xolinoreseptorlarının blokadası

B) Bronxların β2- adrenoreseptorların stimulasiyasına cavab verməməsi

C) Damarların β-adrenoreseptorlarının hiperreaktivliyi

D) Qeyd olunanların heç biri

E) Damarların α- adrenoreseptorlarının hiperreaktivliyi


Ədəbiyyat: Под ред. Р. М. Хаитова Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.

409) Salbutamol hansı yolla bronxları genəldir?

A) β2- adrenoreseptorlarının selektiv oyanması

B) α-adrenoreseptorlarının selektiv blokadası

C) M-xolinoreseptorlarının selektiv oyanması

D) M-xolinoreseptorlarının selektiv blokadası

E) β-adrenoreseptorlarının selektiv blokadası


Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000 г.
Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə