səhnəsinə daxil oldu. Dost və tərəfdarlarından bir dəstə həyatda dayanmışdılar. İmam üzünü
onlara tutub, buyurdu: “Hamınız mənim kimi geyinin.”
Bu vaxt, əsasını əlinə götürdü və otaqdan xaric oldu. İmam açıq ayaq ilə hərəkət etdi və üzü
göyə tərəf olduğu halda dörd dəfə ucadan “Allahu Əkbər” dedi.
İmam təkbir deyirdi və bütün ətrafındakılar onunla bahəm təkrar edirdilər. İmam və onunla
bahəm olanlar mənzildən çıxdıqdan sonra, hökümət məmurları və insanlar da imama qoşulub,
ayaq yalın və həmin şəkildə imamla bahəm getməyə başladılar.
İmam biraz qapının ağzında dayandı, ucadan bu zikrləri dedi: “Allahu Əkbər, Allahu Əkbər,
Allahu Əkbər əla ma hədana, Allahu Əkbər əla ma razəqana min bəhimətil ənam,
Vəlhəmdulillahi əla ma əblana”.
İmam namaz qılınan yerə tərəf gedirdi, Mərvdə qiyamət baş verirdi. Camaatın ağlamaq və ah-
nalə səsləri ucalmışdı. İmam on addım atıb, dayanırdı və dörd tərkibli təkbiri deyirdi. Elə
təssəvür yaranırdı ki, sanki yer və göy, qapı və divar hamısı bahəm imamın səsinə səs verirdilər.
Xəbərlər Məmuna çatdı. Vəziri Fəzl ibni Səhl bərk narahat olmuşdu. O, xəlifəyə dedi: “Ey əmir!
Əgər Əli ibni Musa bu vəziyyət ilə namaz qıldığı yerə çatsa, bütün insanlar sənə qarşı çıxacaq və
fitnə baş tutacaq. Ona, qayıtmağını söyləməyiniz məsləhətdir.”
İmam hələ müsəllaya çatmamışdı, xəlifə tərəfdən bir məmur gəlib, imamdan qayıtmağını xahiş
etdi. İmam, müqavimət etmədən və heç bir söz demədən qəbul etdi. Ayaqqabılarını istədi,
geyindi və evə döndü. İnsanlar imam ilə bayram namazı qılmaqdan həmişəlik məhrum oldular.
0
Siyasətbazlığın məğlubiyyəti
Həqiqət budur ki, Məmun imam Rzanın(ə) vəliəhdliyində bütün məqsədlərinə çata bilmədi. O,
bir tərəfdən Bəni-Abbası itirmişdi, digər tərəfdən isə Bəni-Haşim və ələviləri özünə
meylləndirməyi bacarmamışdı. - İslam dünyasının o zaman şərqi məntəqəsi olan -Xorasan,
həmişəlik İslam ölkəsinin paytaxdı ola bilməzdi. Bu baxımdan o, (Məmun) hökümətin mərkəzi
olan, Bağdada qayıtmalı idi. Ancaq öz qarşısında çoxsaylı maniələr görürdü. O, imam Rza ilə
necə davranmalı idi?
Onun qarşısında üç yol var idi: əvvəl yol imam Rzanın özü ilə Bağdada aparmaq. İki və üçünçü
yollar isə imam Rzanı Xorasan ya Mədinə də məskunlaşdırmaq.
Aydındır ki, imam Mədinə ya Xorasanda, ordunun bir qisminin yanında qalsa –vəliəhdin yanında
olmağın lüzumunu nəzərə alaraq- hökümət üçün çox təhlükəli idi. Çünki ələvilər üçün müstəqil
bir ölkə və şiələr üçün bir arxa-dayaq olar bilərdi.
Digər tərəfdən siyasi baxışdan xəlifə, imam Rza yanında olduğu zaman Bağdada girə bilməzdi;
Çünki bu iş fitnə-fəsadın baş qaldırmasına və həmin fitnələrin qarşısında dayana biməyəcəyinə
səbəb olacadı.
Bağdadın təəssübkeş Abbasiləri, Bəni-Haşimdən olan bir nəfərin vəliəhdliyini heç vaxt həzm edə
bilmirdilər. Çünki belə olan surətdə, Abbasi hökümətini uçurumda görürdülər. Məmununda
imam Rzanı həqiqətən öz vəliəhdi təyin etmək niyyəti yox idi. Onun bu hadisədə
məqsədlərindən biri, xəlifənin qüdrətindən xəbərdar olmaları üçün Abbasilərə bir xəbərdarlıq
0
Uyun Əxbarur-rza(ə); 3-ci cild; səh.051, 30-ci hədis
idi. Nəzərə çarpır ki, bütün bu işlər xəlifənin, qayıdan zaman imamı öldürmək fikrinə düşməsinə
səbəb oldu.
Məmunun, imamın şəhadətindən sonra, Abbasilər və Bağdad xalqına yazdığı məktubun özü
onun uğursuz hiyləsinin göstəricisidir:
“Məmun, Bəni-abbas, tərəfdarlarına və Bağdad camaatına məktub yazdı və imam Rzanın ölüm
xəbərini onlara elan etdi və onlardan itaət etmələrini istədi, çünki onların Məmunla
düşmənçiliyi yalnız Əli ibni Musa ilə beyət etməsinə görə idi...”
Əlimizdə başqa bir sənəddə var ki, orda Məmun rəsmi şəkildə Əli ibni Musanın vəliəhdliyinə
görə camaatdan üzr istəyir. Qədimi yazarlardan olan, İbni Xəldun, bu məktubun məzmunu
barədə yazır: “Məmun Həsən ibni Səhlə, Bağdad millətinə və öz tərəfdarlarına xəbər göndərdi,
Əli ibni Musanın vəliəhdliyinə görə üzr istədi, olun ölməsini elan etdi və onlar özünə itaət
etmələri tələb etdi.
0
Sərəxs zindanı
İmam Xorasanda olan zamanlarda, hökümət tərəfindən Sərəxsdə olan bir yerdə həbs oldu. Bu
həbsin hansı zamanda, hansı səbəbdən və vəliəhdliyi qəbul edəndən qabaq ya sonra olması
təfərrüatı ilə məlum deyil. Dəqiq olan, Sərəxs şəhərinin Mərv yolunda olması və imamın
Nişapurdan sonra Sərəxsə hərəkət etməsidir. Həmçinin bu şəhər, hökümət karvanının qayıtma
yoluna qərarlaşmışdı.
İmamla zindanda yeganə görüşən şəxs, Əbasəlt Hərəvi idi. O, deyir: “Sərxəsdə Əli ibni Musanı(ə)
ev dustağı etdikləri yerə gedəndə, onun əl-ayağının zəncildə olduğunu gördüm. Zindan
qarolçusundan onunla görüşməyi xahiş etdim, ancaq qəbul etmədi. Qarolçu israrımı görüb,
dedi: “Onla görüşməyin mümkün deyil, çünki Əli ibni Musa gün ərzində min rükət namaz qılır.
Yalnız günün əvvəlində bir müddət, həmçinin günəş batmağa yaxın, qürubda namaz qılmırdı.
Ancaq həmin vaxtlarda da, yerindən hərəkət etmir, həmişə zikr demək ilə məşğuldur və Allahı
ilə münacat edir.
İmamın ibadətlərindən heyrətə gələn Əbasəlt, zindan qarolçusundan, imam namaz qılmayan
vaxta onunla görüşməyə icazə almasını xahiş edir. Onun israrı işə yarayır, və müəyyən vaxta
imamla görüşə müvəffəq olur. Namazlarını qılan imam, öz yerində oturmuşdu və fikrə
dalmışdı...
3
Günəşin batması
İmam Rzanın(ə) vəfalı tərəfdarı Əbasəlt, həzrətin ömrünün son günlərində onunla bahəm olan
şəxsdir. O, imam Rzanın şəhadət hadisələrini “Vəfatur-Rza” adlı bir kitabda cəmləmişdir. O,
deyir: İmam Rza mənə buyurdu: “Ey Əbasəlt! Mən sabah bu günahkarın yanına gedirəm, əgər
onun yanından çıxanda başı açıq olsam mənimlə danış və məndə cavabını verəcəm, ancaq
qayıdan zaman başı örtülü olsam məni danışdırma.
... Səhər oldu, paltarını geyindi və ibadət mehrabında gözləyirdi. Elə bu an, birdən Məmunun
nökəri daxil oldu və dedi: Xəlifə sizi gözləyir. Həzrət ayaqqabılarını geyindi, cübbəsini (üst
0
Tarixe Təbəri, 1-ci cild, 312-cü ilin hadisələri/ Tarixe ibni Xəldun, 2-cü cild, səh.351
3
Uyun Əxbarur-rza(ə); 3-ci cild; səh.012, 6-cı hədis