Ali Akbar Amneziya (2010)



Yüklə 492,29 Kb.
Pdf görüntüsü
səhifə25/84
tarix21.03.2018
ölçüsü492,29 Kb.
#32857
1   ...   21   22   23   24   25   26   27   28   ...   84

 
49
“Baldızım skripka dərsinə gedir. Bəlkə skripka bağışlayım ona?” 
“Dünən Zümrüdlə 1033-ə
2
 getmişdik. Zülfiyyə Xanbabayeva da gəlmişdi.” 
Nə yalan deyim - belə anlarda Toğrulu təpiyimin altına salmaq, əzişdirmək, boğmaq istəyirdim. 
Sonra gün gəldi dalaşdılar, uzun müddət görüşmədilər. Hadisənin necə baş verdiyini özü danışmışdı mənə. Həftə sonu 
öz bağ evinə dəvət edib ürəyini açmışdı.  
- Xahiş elədim ki, rəqsi atsın. Əvvəl heç olmasa Nadirlə rəqs edirdi. Nadiri tanıyıram deyə bir söz demirdim. 
Soyuducudan çıxardığı qarpızı, pendiri masanın üstünə qoyub başını qaldırdı. Göz-gözə gəldik. 
- İndi də bir rusla rəqs etməyə başlayıb. Xoşum gəlmədi gədədən. Dedim rəqs etməyini istəmirəm. 
Zümrüdə  də Zümrüd deyərlər. Toğrulun ultimativ tələbini eşidən kimi qızın beyni çönüb, özündən çıxıb. Ağzına gələni 
deyib ona. Sonra da Lexus-un qazına basıb gözdən itib.  
Əvvəl bilmədim nə deyim. Nitqim tutulmuşdu.  Əslində çoxdandır bu anı gözləyirdim. Toğrulun bir gün mütləq 
şikayətlənəcəyini bilirdim. Mən də Zümrüd barədə nə düşünürəmsə deyəcəkdim, onu ayıltmağa çalışacaqdım. Di gəl ki, 
o an yetişəndə, özümü itirdim. Sayıqlamağa başladım. 
- Əşi fikir vermə. Düzələr. Əsəbi olub. 
İlahi, bu axmaq sözləri mənmi danışıram? Heç təsəllinin yeridirmi? Həqiqəti demək vaxtı  gəlib çatmayıbmı? Yoxsa 
xeyirxah dost obrazı yaratmağa çalışıram?  
Toğrul qarpızı dilimləyə-dilimləyə qulaq asır, şübhə ilə, gözucu baxırdı mənə. 
- Doğrudan belə düşünürsən? Zümrüddən zəhlən getdiyini bilirəm. Hamının ondan zəhləsi gedir. Sənin də, anamın da, 
atamın da. Elə ona görə gətirmir də, bizimki. 
İttihamı o qədər gülünc idi ki, başımı bulamaqla kifayətləndim.  
- Gəl bu söhbəti bitirək Toğrul. Səfehləyirsən. 
Dostumun gözlərini açmaq üçün əlimə düşən fürsət, beləcə balıq kimi sürüşüb getmişdi əlimdən. 
Boz günlər başlamışdı Toğrulun həyatında. Depressiyalı günlər. Hər səhər üzünə maska taxıb universitetə gəlir, köhnə 
dost-tanışı ilə münasibətlərini bərpa etməyə çalışırdı. Zümrüdün əsiri olduğunu özü də bilirdi artıq. Bilir və bu əsarətdən 
qurtarmağın yollarını axtarırdı. Zümrüdün həqarətli təbəssümünü görmək,  ədavətli səsini, cansıxıcı  məzəmmətlərini 
eşitmək onu pərişan edirdi. Geyim tərzini, saç düzümünü dəyişmək də gəldi ağlına bir ara.  
“Saçlarımı boyatmaq istəyirəm”. 
“Sırğa taxsam mənə yaraşar?”  
“Özün bilərsən” demişdim. Amma cəsarət etmədi buna. Başa düşülməməkdən, qınaq obyekti olmaqdan qorxdu. 
Cilddən cildə girərək bu həyatda yerini, mövqeyini tapmağa can atırdı. Bir gün şən, bir gün melanxolik, bir gün qəzəbli, 
bir gün fədakar olurdu. Özünü olduğundan da laqeyd, qayğısız, hətta qəddar göstərmək cəhdləri məni əsəbiləşdirsə də, 
ona təzyiq etmək istəmirdim. Hər səhər güzgüdə heç nə ifadə etməyən, bomboş gözlər görməyə artıq vərdiş etmişdi. 
Dostlarla pivəxanaya yığışanda ürəkdən güldüyü də olurdu, halbuki qanlı göz yaşlarının bağrından fışqırmağa hazır 
olduğunu yaxşı bilirdim. 
Rahatlığın, xoşbəxtliyin, sevginin olmadığı bir dünya qurmuşdu özü üçün. Damdar dünya. Bu dünyada heç Zümrüdə də 
yer yox idi əslində. Bu dünyada yalnız Toğrulun özü və beynini dolduran qəmli düşüncələr vardı. Bir dəfə dostluğun
sevginin lazımsızlığından söz salmışdı.  
“Hər şey boşdur. Dostluq nədi? Sevgi nədi? Tənhalıqdan gözəl heç nə yoxdur”. 
“Haqlısan” demişdim ona. Mübahisə etməyə  həvəsim yox idi o gün. Sonrakı günlərdə  də  həvəsim olmadı. “Bir gün 
mütləq gözləri açılacaq” deyə, möcüzə gözləyirdim. 
Toğrulun gözləri isə açılmırdı.  Əksinə, Zümrüdlə münasibətlərində bir addım geridə olduğuna görə  məndən, tələbə 
yoldaşlarından, ailəsindən bir addım öndə olmaq, özünü təsdiq etmək istəyi baş qaldırmışdı onda. Bilmədiyi, başı 
çıxmadığı mövzularda tez-tez mübahisə edir, mən başda olmaqla, hər kəsin qanını qaraldırdı. Hamı da mənim qədər 
tolerant ola bilmirdi təəssüf ki. Onun şıltaqlıqlarına, yekəbaşlığına dözməyib sərt cavab verən yoldaşlarımızla yumruq, 
təpik həddinə çatan mübahisələri bitirmək, araya girib tərəfləri sakitləşdirmək də mənə düşürdü.  
Müdrikliyə iddialı olmuşdu. Məni sözün yarısından anlaması ilə  fəxr edir, bu istedadı ilə bir addım öndə olduğuna 
inanırdı. Belə anlarda xoşbəxt, rahatlamış görünürdü.  
“Murad, sən danışmasan da olar. Onsuzda bilirəm nə deyəcəksən. Ümumiyyətlə hər şey maraqsız olub ee. İnsanlar nə 
qədər cılız, mənasızdırlar”. 
Zümrüdlə yenə görüşməyə başlamışdılar. Mesaj dalınca mesaj, zəng dalınca zəng və  hər mesajdan, zəngdən sonra 
zəhər tuluğuna çevrilən Toğrula dözmək zərurəti. Qəribədir - müharibələr edən, qaydasız döyüşlərə  çıxan,  əzələlərini 
                                                 
2
 Bakıda diskoteka adı. 


 
50
şişirdib qulaqları, dilləri, hətta xayaları ilə maşınları yerindən tərpədən bazburtlu kişilərin, pəhləvanların qadın qarşısında 
diz çökmələri, sürünmələri təbiətin ən böyük ədalətsizliyi deyilmi? Olmaya təbiətdəki tarazlıq buna deyirlər?  
Tələbə yoldaşımız  Əfqanın ad günündə, Zümrüd nümayişkaranə ayağa sıçrayıb, Toğrula olmazın həqarətlər yağdırıb 
məclisi tərk edəndə, biz nə baş verdiyini, onun nə səbəbə bu cür ədəbsizlik etdiyini başa düşməsək də, bu hərəkətdən 
sonra Toğrulun səbrinin daşacağına, onunla birdəfəlik üzülüşəcəyinə inanmışdıq. Toğrulu depressiyadan çıxarmaq üçün 
bir ay dəridən qabıqdan çıxdım. Başqaları üçün gülüş obyektinə çevrilmişdi dostum. Ona yazığı gələnlər də vardı. Amma 
heç kəsin ürəyi mənim qədər yanmırdı ona. Əlbəttə anasından başqa. 
“Murad, oğlum, bu ifritə yenə neynəyib uşağa? Bu nə dərddi düşmüşük ay bala!” 
Təzə-təzə Toğrulun üzündən düşməyən ağrılı, acılı ifadədən  əsər qalmamışdı artıq. Boşluq hissi, ağrı hissinə qalib 
gəlmişdi. Həyata küskün dostum qəlbindəki, üzündəki boşluğu məharətlə gizlətdiyini sanırdı. Onunla bir dəfə 
dərdləşməyə cəhd etsəm də, “Məni heç kəs başa düşə bilməz” demişdi. “O cümlədən sən”. 
İnciməmişdim bu sözündən. Hətta niyyətinin bilə-bilə xətrimə dəymək, məni üzmək olduğunu bilsəm də inciməmişdim.  
Bir gün də, qəribə etirafı ilə mat qoymuşdu məni. 
- Mən çox qorxaq adamam Murad.  
- Bəlkə iradəsizsən?  
Buğlu gözlərindəki ağrını görməyə ürəyim tab gətirmirdi.  
Başını aşağı salıb: 
- Eyni şey deyilmi? – soruşdu.  
- Konkret nəsə demək çətindir. Amma dəqiq bilirəm ki, hər şey sənin əlindədir və hələ ki, gec deyil... 
- Yaxşı. Bəsdir. 
Müvəqqəti ayrılıq günləri başladığı üçün, Toğrul tez-tez bizimlə vaxt keçirirdi. Sevillə  mən danışdığımız gülməli 
əhvalatlarla, məzəli söhbətlərlə onu güldürməyə, fikrini dağıtmağa çalışırdıq. Halbuki sabah onunla arası düzələndə, 
yenə bir-birimiz üçün yad olacağımızı Sevil də, mən də  dəqiq bilirdik. O hikkə, o xılt ki, Zümrüddə var, əsla 
münasibətlərimizə, dostluğumuza razı olmayacaqdı. 
Sevimli məkanımız olan Yaşıl kafedə oturmuşuq. Toğrul qalxıb tualetə gedən kimi, Sevil çay qaşığını yerə qoyub başını 
buladı: 
- O qızın ondan nə istədiyini başa düşmürəm. Nə üçün belə zülm edir? Deyəsən heç özü də bilmir.  
- Necə yəni bilmir. Çox yaxşı bilir. 
- Özü də fikir ver. Hər kəs ona nifrət eləsə də, Toğrul bundan bir qram da narahat olmur. Bir nəfər qərəzli olar, iki nəfər 
qərəzli olar, ana qərəzli olar, ata qərəzli olar. Hamı da qərəzli ola bilməz axı! 
- Az qalıb. Geci-tezi var. Başa düşəcək hər şeyi.  
Başa düşəcəkmi? Onun indi bircə dərdi var – maşın. Zümrüdün altındakı Lexus Toğrulu dəli edir, qısqandırır. Dediyinə 
görə atasını divara dirəyib ki, “mənə təcili maşın al”.  
Zavallı - elə bilir ki, maşını olsa Zümrüdlə eyni sosial statusa “yüksəlib”, onunla bərabər hüquqlu olacaq.  
 
*** 
 
İllər keçib artıq. Zarafat deyil – düz yeddi il. 
Biz Sevillə ailə qurduq. Atamı  dəfn etdik. Oğul sahibi olduq. Boşandıq. Sonra Rənanı daxil etdim ömrümə. Oğlum 
məktəbə getdi. Toğrul isə hələ də Zümrüdün dalınca sürünür.  
İndiyə  qədər  əlli dəfə ayrılıb,  əlli dəfə barışıblar. Bütün ayrılıqların və barışmaların təşəbbüskarı da əlbəttə ki, odur – 
Zümrüd. Toğrul isə onunla arasındakı problemlərin kökünü başqa yerlərdə axtarır: 
- Mane olurlar bizə, ona görə heç nə alınmır. 
Problemi özündə, bu qeyri-sağlam münasibətdə yox, başqalarında axtarmağa başlaması, dostumun çox təhlükəli fazaya 
keçdiyindən xəbər verir. Yeddi ildə bircə  dəfə belə yatağa girmədiklərini mənə etiraf edəndə isə, gözlərim bərəldi, 
hədəqəsindən çıxdı. 
- Nə danışırsan? İndiyə qədər seks olmayıb aranızda? 
- Yox, olmayıb. Bəlkə evlənməyimiz alınmadı. Nə üçün ləkələyim qızı? 
“Günah səndə deyil, amcığının yerini itirmiş o küpəgirəndədir” demək istəsəm də, özümü zorla saxladım. 
Deməli gic rəqqasəyə heç seks də lazım deyilmiş. Yeddi ildə bircə  dəfə sevdiyi kişi ilə yatmayan, bəkarətini ehtimal 
edilən “zifaf gecəsi” üçün qoruyan qadın, birmənalı olaraq ruhi xəstədir. Vücudunu yox, ruhunu sikdirən mənəvi qəhbədir. 


Yüklə 492,29 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə