Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə5/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   2   3   4   5   6   7   8   9   ...   123

20
ların kilsə və məscidlərin təkidi ilə öldürülməsindən tutmuş 
kilsə tərəfindən evləndirilmələrinə qədər keçən proses kimi, 
dəyişirdik. İnsanoğlunun bir-birini sevən iki eynicinsli insa-
nın birlikdə yaşamalarına icazə verməsi min illər çəkmişdi, 
insanın öz ölümünə qərar verməsinə icazə verməsinə isə az 
qalmışdı.
Bir neçə ölkədə evtanaziya ya da assistentli intihar müəy-
yən şərtlər daxilində leqallaşdırılmışdı artıq. Hüqonun bəxti 
gətirməmişdi. Onun iflic olması, dözülməz bir xəstəlik olaraq 
sayılmırdı yaşadığı ştatda. Məhkəmə və həkim qərarı Hüqoya 
rahat ölüm icazəsini vermədi. Ani olaraq artmış mübahisələ-
rin  sayı  bir  an  içində  azaldı.  Hüqoya  evtanaziya  üçün  onu 
başqa ölkəyə aparma təklifi edildi, lakin o, bu təklifi rədd etdi. 
Bezgin Hüqo Jaseina, o günün gecəsi, səhərə doğru tək işlək 
sağ  qolu  ilə  özünü  xəstəxananın  pəncərəsinə  doğru  sürüdü, 
pəncərəni çətinliklə də olsa açmağa müvəffəq oldu və özünü 
doqquzuncu mərtəbədən yerə buraxdı. Bəlkə də heç kimi na-
rahat etməmək üçün öz intiharını gecəyə saxlamışdı. O, sağ 
əli ilə intihar və inqilab etmişdi. 
Bu dəhşət qarşısında sarsılmış məhkəmə heyəti və həkim-
lərin qərarı ilə Hüqo Jaseinanın ölümündən on saat sonra ştat 
evtanaziya və asistli intiharı leqallaşdırdı. Tarix yenə gecikir-
di. Yalnız qurbanlardan sonra atılması lazım olan addımlar atı-
lırdı. Bu hadisələr domino effekti ilə digər ştatlar və ordan da 
federal səviyyədə evtanaziyanın leqallaşmasına apardı. Termi-
nal xəstəliklər, dözülməz ağrılı xəstəliklər və iflic kimi bir sıra 
xəstəliklər siyahıya salındı. 
Leqallaşma ilə birlikdə bir sıra qeyri-adi evtanaziya istək-
ləri gəlməyə başladı. Kor bir qadın təmizliklə bağlı obsesiya-
sının olduğunu və paltarındakı çirkləri görə bilmədiyinə görə 
əziyyət çəkdiyi üçün həyatına son vermək istədiyini bildirdi 
və  istəyi  müzakirələrdən  sonra  qəbul  edildi.  İntihar  etməyə 
çalışaraq özünü yandırmış və müvəffəqiyyətsiz olmuş üzü və 
bədəni ağır yanıq xəsarətləri ilə dolu olan cavan bir oğlan öz 
bədəni və görünüşü ilə yaşamaqda əziyyət çəkdiyini və ölmək 


21
istədiyini bildirdi və qəbul edildi. Bu hadisələri müxtəlif ağır 
depressiv  xəstəlikləri  olan  namizədlərin  müraciətləri  izlədi. 
Ancaq  bütün  depressiv  xəstəliklər  və  bənzərləri  qəbul  edil-
məyərək geri çevrildi. Qərarnaməyə əsasən “sağalmayan, ter-
minal, ümidsiz və dözülməz ağrılı xəstəlikləri olan xəstələr” 
xüsusi dövlət qayğısı ilə həyatlarına son verə bilərdilər. Dep-
ressiya isə terapiyalar və dərmanlar vasitəsilə sağaldılma ehti-
malı olan xəstəlik növü sayılırdı və “ağrısı” o qədər də yüksək 
deyildi, qəbul edilmirdi. Ancaq, kimin ağrısının nə qədər ağır 
olduğuna kim qərar verirdi?  Bir gənc qız “O lənətə gələsi ava-
danlıqlarınız sırf mənim ağrımın dərinliyini ölçə bilmir deyə 
məni  daha  asan  ölümdən  məhrum  edirsiniz,  alın  bu  da  sizə 
dərs  olsun  elə  isə!”  deyərək  üstünə  benzin  töküb  məhkəmə 
qarşısında  özünü  yandırdı.  Xəstəxanaya  çatdırıldığında  dör-
düncü dərəcə yanıq xəsarəti səbəbilə artıq keçinmişdi. Onun 
intiharını digər depressiv xəstələrin toplu intiharları izləməyə 
başladı. Hüqonun sağ qolu ilə başlatdığı ölüm inqilabı bir gənc 
qızın külləri ilə alovlanırdı. İşlər cığırından çıxmışdı. Səhiyyə 
nazirliyinin statistikalarına görə ölkədə hər beş nəfərdən biri 
depressiya xəstəliyindən əziyyət çəkirdi. Depressiyanın döv-
lət nəzarətli intihar siyahısına salınması gözlənilməz nəticələr 
doğura bilərdi. 
Araşdırmalara  görə  insanlar  etmək  istədikləri  ancaq  et-
məyə çəkindikləri hərəkətləri başqa insanların etdiklərini gör-
dükləri zaman cəsarətlənirdilər və onlar da edirdilər. Domino 
effekti kimi ya da sürü psixologiyası. Bu insanın təkamüli keç-
mişindən gələn öyrəşilmiş və alışılmış bir xüsusiyyəti idi. Tap-
dığı yabani otun zəhərli olub olmadığına əmin ola bilməyən 
meşə  insanı  yanındakıların  yeməsini  görərək  cəsarətlənir  və 
o da yeyirdi. Bu tətikləmə təsiri yaxın insanlarda daha yüksək 
idi, xüsusən də ailə daxili münasibətlərdə. İntihar da eləydi və 
başqasının intiharı bir başqasını cəsarətləndirirdi. Ailə daxili 
intiharların zəncirləmə olaraq digərlərini də tətikləmə ehtima-
lı yüksəkdir. Ailə xarici olaraq isə, hər intiharın təxminən altı 
nəfərə dərindən təsir etdiyini göstərirdi təqiqatlar.


22
Dünyada hər il bir milyon insan intihar edərək həyatını son-
landırır. Bir milyon insan. Bu intiharların üçdə birindən çoxu-
nun  səbəbi  depressiyadır.  Bu  intiharlardan  insanların  xəbəri 
olmur, heç bir qəzet yazmır o intiharları heç bir tv səsləndir-
mir. Dövlət mümkün qədər intiharları gizlətməyə çalışır. Zira 
intihar zəncirvari təsir yaradan hərəkətdir. Daha da zəruri detal 
odur ki, bir milyon sadəcə müvəffəqiyyətli olanların sayıdır, 
iyirmi beş dəfə artıq sayıda insan cəhd edir halbuki. Yəni əgər 
müvəffəqiyyətli  olmuş  olsaydılar  rəqəmlər  inanılmaz  olardı. 
İndi isə dövlətdən, o müvəffəqiyyətsizlərə ölümlərində birbaşa 
kömək edilməsi tələb edilirdi.
Dövlət məsələni genişmiqyaslı müzakirəyə açmışdı. Bir-bi-
rini tətikləyən hadisələr getdikcə ölkə miqyasında fəlakətlərə 
səbəb olurdu. İnsanlar özlərini ticarət mərkəzlərində, küçələr-
də,  nəqliyyat  tıxaclarında  silahlarla  öldürürdülər.  İnsanlar, 
ölmək  istəyirdilər.  Dünya  qaranlıq  bir  dövrə  girirdi.  Bütün 
gələcək proqnozları yanılırdı. İnsanlıq xoşbəxtliyə doğru yox, 
bədbəxtliyə doğru yol alırdı. Məclisdə məsələnin referendu-
ma daşınıb daşınılmaması müzakirə edilirdi. Ölkə demək olar 
ki yarıya bölünmüşdü və hər iki qarşı tərəfdə öz içində fikir 
ayrımları  yaşayırdılar.  Məsələn  depresiyadan  əziyyət  çəkən 
insanlara dövlət nəzarətli intihar verilməsini müdafiə edənlə-
rin bir hissəsi depresiyadan əziyyət çəkdiyini deyən istənilən 
şəxsin müraciətinin qəbul olunmasını dəstəkləyirdi, bir hissə 
isə sadəcə müəyyən şərtləri ödəyən depresiya xəstələrinə bu 
icazə verilməli idi deyirdi, məsələn ən az altı aylıq bir müalicə 
keçmiş olmalı idi zərərçəkənlər.
Qarşı tərəf isə, daha da atəşli formada buna icazə verilmə-
sinin səfehlik olduğunu müdafiə edirdi. Evtanaziya və assistli 
intihara qarşı savaşan vəkillərdən biri televiziyada belə deyirdi 
“Bu adamlar dəli olublar! Bu dəlilikdir! Mənim hələ də ağlım 
almır! Belə bir şeyi müzakirə etməyimiz belə axmaqlıqdır Bu 
səfsətədir.  Onlar  xəstəlikləri sağaltmaq əvəzinə, insanları  öz 
əlləri ilə öldürürlər!”. 
Başqa bir məşhur yaşlı marksist müxalifətçi və konspirasi-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə