Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə24/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   20   21   22   23   24   25   26   27   ...   123

81
idi. Kassada onları ödədim. Sabun cibimdəydi, sonra çıxanda 
dayandırdılar məni. İçəridə dedilər ki ciblərimi boşaldım, bir 
anlıq  dayandım,  həyəcanlıydım.  Sonra  cibimdən  iki  sabunu 
çıxarıb stolun üstünə qoydum. Baxdılar və gülməyə başladı-
lar. Sonra mənə divardakı şəkilləri göstərərək “vodka, vodka” 
deməyə başladılar. Ortaq dil bilmirdik, ingiliscə də bilmirdilər, 
başqa bir ölkədəydim. Mənə “niyə vodka oğurlamamısan, o 
daha dəyərlidi” deməyə çalışırdılar. Mən də onlarla birlikdə 
gülməyə başlayıb vəziyyəti yumuşaltmağa çalışırdım. Əslində 
gülməyim gəlmirdi, təqlid edirdim. Sonra aralarında bir şey-
lər danışdılar, anlamırdım, biri otaqdan çıxırdı, saxladım “hara 
gedirsən” dedim anlamasa da, o da “menecer, menecer” deyə 
təkrarladı.  Əllərimi  ortada  birləşdirib  onların  dilində  “xahiş 
edirəm, xahiş edirəm” deyə təkrarladım. O da mənə alayarım-
çıq ingiliscəsiylə “mənim işim, mənim işim” deyə qarşılıq ver-
di və getdi. 
Bir siqaret yandırdı, Riçarddan siqaret istəyib istəmədiyini 
soruşdu və səs tonunu dəyişərək əlavə etdi: “Yəqin onlar da 
tutduqları oğru başına pul alırlar. Yazıqlar oturub bütün gün 
kiminsə nəsə oğurlamasını gözləyirlər yəqin” deyib güldü, Ri-
çard da ona qoşularaq güldü.
- Sonra polis gəldi.
- Polis?? – Riçard təəccüblü formada sözünü kəsdi.
- Aha, polis.
- Polis çağırıb əclaflar?! –Riçard təkrar sözünü kəsdi əsəbi 
formada.
- İşimdi deyirdi də, yəqin məcburdu. Passportumu istədilər. 
Mən də yataqxanadadı dedim, getdik bunların maşınında. Ya-
taqxanada da hamı gördü ki iki polis məni otağıma aparır. Ha-
mısına öz dillərində nəsə deyirdi polis, yəqin “baxın bu xiyar 
sabun oğrusudu” deyirdilər. Otağımdakı içki butulkalarını gö-
rüb onlar da niyə vodka oğurlamadığımı dedilər, cavab verdim 
ancaq anlamadılar. Cəza yazdıqları bir kağız verdilər, 20 dollar 
kimi bir məbləğ ödədim, getdilər.
Siqaretdən uzun bir tüstü aldı və sonra ağzının sağ kəna-


82
rıyla dumanı havaya buraxdı. Riçard çantasını açdı, vodka bu-
tulkasını götürdü. İçində səliqə ilə qatlanılmış paltarlar var idi. 
“Elə bunlardı əşyaların?” deyə soruşdu o, “Hə, sadəcə bunlar, 
vəssalam” deyə Riçard üzgün formada başını yellədi. Bir qə-
dər sonra dilləndi: “Həyat bilirsən nədir? Yola getmə, razılaş-
ma, qəbul etməkdir həyat. Vəssalam. Başqa  nə  edə bilərsən 
ki?” dərdli formada vodkasından bir qurtum aldı, “Olacaqları 
dəyişdirə bilərik? Yox. Olmuşları dəyişdirə bilərik? Yox. Vəs-
salam. Sadəcə yola gedirsən həyatla. Başqa heç nə edə bilməz-
sən.” Deyib susdu. Gəlib keçənlərə baxırdı. Arada dodağının 
altında birşeylər mızıldanırdı, ancaq onu başa düşmək olmur-
du. “Elədi, haqlısan, sadəcə yola gedirsən  və yola verirsən” 
deyə onu təsdiqlədi. 
“Mən bacımı çox sevirdim, onun üçün hər şeyi edərdim, 
amma bax, o məni küçədə qoydu” deyib Riçard təkrar içdi. 
“Bacın üçün adam öldürərdin sən?” deyə soruşdu sonra.
“Mən??”  -  bir  qədər  qərarsız  formada  düşündü,  “Yox 
yəqin, bilmirəm” 
“Zarafat edirsən!? Bacındı o sənin, əlbətdəki öldürərdin” 
Riçard onun sözünü kəsib təəccüblənərək dilləndi.
“Bilmirəm,  baxır  niyə,  baxır  o  anki  vəziyyətə,  əmin  de-
yiləm, ümumiyyətlə heç nə üçün kimisə öldürəcəyimi düşün-
məmişəm, ancaq ola bilər ki buna səbəb olmayıb. Bir situa-
siyanın içində olmadan insan heç vaxt dəqiq əmin ola bilmir 
nələr baş verəcəyindən. Ancaq fərz edə bilərik.”
“Mən öldürərdim əgər onu kimsə incitsəydi. Əslində indi 
yoldaşı onu incidir, ancaq daha çox sözlü olaraq incidir” 
Arxada oturmuş bayaqki Asiyalı yeniyetmə onların yanın-
da peyda oldu birdən-birə. Salam verdi. Onlar qarşılıq verərək 
onu  salamladılar.  Oğlan  olduqca  narahat  görünürdü. Tez-tez 
eynəyinin ortasından işarət barmağıyla basaraq yerini tarazla-
mağa çalışırdı. Nisbətən kök barmaqları olan əlinin içi tərlə-
mişdi sanki. Salam verdikdən sonra bir qədər dayandı. Onun 
niyə gəldiyini açıqlamasını gözləyirdilər. Durduq yerə birdən 
“Siz  haralısınız?”  deyə  soruşdu.    Sual  ani  olmuşdu.  Çaşqın 


83
formada  ikisi  də  gülümsədi.  “Buralıyam mən.  Burda  doğul-
muşam. Bu küçələrdə böyümüşəm.” deyə Riçard sualı cavab-
ladı. Gənc oğlan hələ də çox həyəcanlıydı, sözlərini birləşdirib 
deyə bilmirdi. Durdu və birdən mızıldandıqdan sonra dilləndi: 
“mm,  Kaliforniya”.  Bu  anlaşılmaz  cümləsinin  üstünə  onlar 
bir-birinə baxdılar. Oğlan “Yaxşı sağolun” deyib geri dönürdü 
ki Riçard onu çağırıb “Hey” deyə dilləndi ona. Oğlan dayandı, 
ona baxdı, 
“Missiyan nə idi?” - deyə soruşdu Riçard. 
“Nə missiyası?” oğlan çaş-baş formada cavabladı.
“Missiyan.  Ordan  durub  bura  gəlməkdə  məqsədin.  Niyə 
gəldin bura? Nə etmək istəyirdin?”
Oğlan daha da qızarıb əsməyə başladı. Üzündə güclü bir 
nifrət hissiylə Riçarda baxırdı. Sanki Riçarda onların rahatını 
pozduğu üçün nifrət edirdi və üzünə tüpürmək istəyirdi, amma 
qorxurdu.
O  anda  digər  iki  yeniyetmə  qız  onlara  doğru  yaxınlaşdı. 
Gülürdülər. Səmimi formada salam verdilər.  Necəsiniz, deyə 
soruşdular. Riçard onlara yaxşı olduğunu deyib sonra da bi-
raz əvvəl yanlarına yaxınlaşan oğlanların onları narahat edib 
etmədiklərini  soruşdu.  Onlardan  şübhələndiyi  üçün  belə  so-
ruşduğunu əlavə etdi. Qızlar hər şeyin qaydasında olduğunu 
bildirdilər.  Təkrar  gülürdülər.  Marixuananın  təsirində  idilər. 
Asiyalının qoluna girib “yaxşı, sağolun” deyərək uzaqlaşdılar.
Riçardla o bir-birinə baxaraq gözlərini bərəldib çiyinlərini 
çəkərək bu son olanlardan heç nə anlamadıqlarını bildirdilər. 
“Bu nə idi ki indi?” Riçard gülünc formada gəncin arxasınca 
baxa-baxa soruşdu. Gənc də hələ də arada geri dönüb qəzəb 
dolu gözlərlə onlara baxırdı.
“Bilmirəm. Yəqin qızların yanında özünü göstərmək istə-
yib. Onlara sataşdığımızı düşünüb kişilənib. O bir yeniyetmə-
di, nə gözləyirsən? Həyəcanlıdı. Görmədin necə əsirdi?”
“Hə, elədi,” - bir qədər dayandıqdan sonra təkrar dilləndi 
Riçard - “Bu qız daha yaxşı oxuyur. Ən azından əvvəlkindən 
yaxşıdı.”


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə