Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə120/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   115   116   117   118   119   120   121   122   123

378
evi yığışdırıb yemək bişirməyi yoxladım. Amerikan tərzi hər 
necəsən sualına  tərəddüdsüz “əlayam!” deməyi də yoxladım. 
Heidegger’i dinləyib tez-tez məzarlıqlara getməyi yoxladım. 
Elmi dinləyərək üzümdə süni gülüş yaradaraq beynimə hiylə 
etməyi yoxladım. Uzaq bir kənddə ya böyük bir şəhərdə yaşa-
mağı yoxladım. Hamısını yoxladım.
Yaşamağı yoxladım. Geriyə yoxlanılmamış tək şey qalıb, 
ölüm. İndi onu yoxlayacam. O da alınmasa, nə edəcəm bil-
mirəm və bu müəyyənsizlik məni öldürür.
Belə çıxır ki, mənim fikirlərimi ciddiyə almamaq lazım-
dır zira mənim fikirlərim və yaşam tərzim məni ölümə aparır. 
Yoxsa yox? Əmin deyiləm.
İşləmək azadlığımı əlimdən aldı və məni həyata küsdürdü. 
Azadlıq insanın öz vaxtı üzərində iqtidarı olmasıdır prinsip-
cə. Kamyu da mənə qatılardı, digərləri də. İşləyən insan azad 
deyil. Hər şey çox sadədir əslində. İşləməklə keçən ömür bir 
müqavilə kimidir. Sənə deyirlər ki həftənin 40 saatını işləyə-
cəksən,  geri  qalanını  yaşamağa  çalışacaqsan.  Bəziləri  bunu 
qəbul edir, bəziləri də imtina edir. Bu qədər sadə. Hər intiha-
rın müqəddəs və görkəmli bir səbəbi olmaq məcburiyyətində 
deyil. Bəziləri çox bəsitdir.
Bu otaqda siqaret yandıra bilərəm görəsən?
Quşların  nikbinliyi  məni  narahat  edir.  Necə  də  xoşbəxt 
dövriyyələr vururlar. Səfehlər. 
Bütün insanlar nikbinlikdən ölmür, bəziləri bədbinlikdən 
ölür. Bəlkə də bu kapmda daha çox vaxt keçirib digərlərinin 
niyə intihar etdiklərini sormalıydım. O qədər cəsarətliydim? 
Lara qədər? Bəlkə hə. Bəlkə yox. Artıq bunu heç bir əhəmiy-
yəti yoxdur. Lənətə gələsi qaranquşlar.
Məni bu qədər uzaqlara onlar gətirdilər bəlkə də. Bəlkə də 
olmağım lazım olan yerdən çox uzaqlaşmışam. Bəlkə də ona 
görə ölürəm. Yalnızlıqdan. Ya nostalgiyadan. Ya yaşamağa əri-
nirəm. Ya da bəlkə də sadəcə ona görə ölürəm ki mən buludları 
qısqanıram.
Ya da bəlkə də kasıblıqdan. İnsanlar sizə kasıblıqdan öl-


379
mək  istədiklərini  deməyəcəklər.  Əgər  intihar  edirlərsə  daha 
müqəddəs bir cavab deyəcəklər. “Bu dünyanın mənasızlığını 
qaldıra bilmirəm!”. Sarsaqlar. Gülüncdür.
Buddizm.  Lənətə  gələsi  Budda.  Kasıblıqdan  zövq  alma 
sənətinə Buddizm deyilir. Uzaq şərqdə və yaxın qərbdə. De-
yilənə  görə  Budda  öz  kral  atasının  bütün  var  dövlətini  atıb 
meşənin dərinliklərinə qaçıb xoşbəxtliyin formulasını axtarıb 
və  tapıb  ki  o  kasıblıqdır. Axmaq.  Bəlkə  də  sadəcə  arvadın-
dan qaçırmış. Hindistanda neçə nəfəri nirvanaya çatdıra bilib 
görəsən? Görünür bacarıb. Yoxsa hindlilər bu qədər səfil hə-
yatlarının içində o qədər rahat hiss etməzdilər. Məndə alınmadı 
Budda. Hindistanı bilmirəm amma bizim buralarda küçədəki 
ağaclardan meyvə dərərək həyatda qalmaq olmur. İşləməlisən. 
Heç  küçədə  meyvə  ağacı  da  yoxdur.  Hamısını  yığışdırıblar. 
Qəhpə balası kapitalistlər.
Bəlkə də Hindistana köçməliydim. 
Bəlkə də öz ölkəmdən qərbə yox şərqə getməliydim. Ya 
da nə fərqi, nə edirəmsə edim peşman olmayacaqdımm? Kier-
keqaard haqlıydı. Yoxsa yox?
 Belə ölməməliydim. Bəlkə də o bərbad işlərdə biraz da 
işləyib pul yığıb Kambocaya köçüb ucuz qiymətə kralın villa-
sının arxasında bir ev tutub bir ay yaşayıb sonra ölməliydim. 
Lənət  olsun.  Harda  qaldı  mənim  fantastik  intihar  planlarım. 
Bəlkə dövlətdən yüklü miqdarda borc alıb sonra da ölə bilər-
dim. Yox. Hansı göstəricilərə əsasən mənə borc verəcəkdilər 
sanki. Harda qaldı axı mənim kalium xloridim. Zibilə qalsın. 
Düşdüyüm vəziyyətə gülməyim gəlir. Nietzschenin və Budda-
nın mənə gülmələrinə icazə verməyəcəm.
Bu  qız  görəsən  ölü  həkimi  olmaq  üçün  neçə  il  oxuyub? 
Xoşbəxtdi görəsən? Nə işi var bunun burda? Ölü görməkdən-
mi zövq alır yoxsa?
- Xoşbəxtsən sən? 
- Necə?
- Xoşbəxtsənmi deyirəm. Xoşbəxtlik. Bəxtəvərlik? Yoxsa 
xoşbəxtliyin nə olduğunu bilmirsən heç?


380
- Belə də. Çalışıram.
- Alındıra bilirsən?
- Belə də - qız məni ölüm qabağı yola verir.
-  Olar  məni  sən  öldürəsən?  İynəni  sən  vur.  Bir  qadının 
ayaqları arasında ölmək istəmişəm həmişə. Madəm o alınma-
dı, heç olmasa cəlladım qadın olsun.  Həm də sənin kimi eh-
tiraslı və gənc bir qadın. Afrodita filan göndərməyib ki səni 
təsadüfən? Bu ağ xalat səni əməlli-başlı ölüm mələyinə oxşa-
dır. Ya da mən ölümümü romantikləşdirməyə çalışıram. Çox 
bezidirirəm? Öldür məni onda. Sən ümumiyyətlə bu evtana-
ziya kamplarını dəstəkləyirsən yoxsa çörək pulu üçün adam 
öldürürsən?
- Mən könüllüyəm, stajoram burda.
-  Ölüm  praktikantı.  Məzəli  səslənir.  Necə  də  həvəslisən. 
Belə  pis  çıxmasın,  bunun  nəyini  məşq  etdirirlər  ki?  İynəni 
soxursan xəstə də ölür də. Nəysə əşi. Zəng edib soruşa bilər-
sənmi harda qaldı bu zibil? Əzrailim tıxaca düşüb ya nə? Öl-
məyim gəlir.
- Gəlirlər. Bəlkə keçib barda oturasan? Sakitləşəsən. Ayaq-
ların bayaqdan yellənməkdən dayanmayıb. Çox gərginsən.
- Bu otaqdan çıxsam əgər, 120 yaşıma qədər birdə intihar 
edəcəyimi sanmıram kimimə gəlir. Həyat bu otaqdan baxanda 
çox şirin görünür. 
- Onda niyə öldürürsən özünü?
- Boş ver. Uzun məsələdi. Bura gəlmək üçün altı ay məşq 
eləmişəm. Bəxtə bax ki bütün ümidlərimi öldürüb gələndə son 
bir həftənin içində yeni ümidlər yarandı, yeni insanlar tanıdım. 
O ümidlərdən biri indi sağdakı otaqda ölü yatır. Ümidim, Lara, 
özü-özünü öldürdü.
Həkim içəri girdi. Əlində ölüm məlhəmi var idi. Vaxt gə-
lib çatmışdı. Mavini dizlərindən ürəyinə qədər keçən sürətli bir 
həyəcan siqnalı bürüdü. Bağırsaqlarındakı neyronların impuls-
larını hiss etdi. İçindəki qışqırıqlar yüksəlməyə başladı. Ayaqları 
daha tez yelləndi. Bütün dünyanın ayaqlarının altından süzülüb 
getdiyini hiss edirdi. Həkim gətirdiklərini hazırlamağa başladı. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə