Ġakir Albalıyev amea-nın Folklor Ġnstitutu (Azərbaycan) Ġlaxir çƏRġƏNBƏLƏR



Yüklə 71,06 Kb.
Pdf görüntüsü
tarix04.02.2018
ölçüsü71,06 Kb.
#23752


64 

 

ġakir Albalıyev 



AMEA-nın Folklor Ġnstitutu (Azərbaycan) 

 

ĠLAXIR ÇƏRġƏNBƏLƏR 

 

Açar sözlər: Böyük çillə, kiçik çillə, Ġlaxır çərĢənbələr, Novruz bayramı, ağırlıq, 

C.Bağdabəyov 

 

Ġlaxır  çərĢənbələrdən  Novruz  bayramı  doğulur,  yəni  Novruz  bayramı  ilaxır  çərĢənbələrin 



içərisindən  arınaraq-durularaq  keçib  gəlir,  təbiətə-dünyaya  qədəm  basır.  Bu  barədə  birbaĢa 

deyilməsə  də,  Cəlil  bəy  Bağdadbəyovun  «Xatirələr  və  etnoqrafik  qeydlər»  («Qapp-Poliqraf», 

2002) kitabından «Çillə çıxarmaq» adlı hissədə belə bir informasiya qorunub saxlanılıb: 

«ġuĢada  Novruz  bayramına  bir  ay  qalmıĢ  çillə  çıxarmaq  adət  idi.  Yəni  məzkur  bir  ay 

gecələri  çalğı,  oxumaq  və  rəqslər  ilə  keçirib,  köhnə  ilin  kəsalətini,  qəmli  həyat  gediĢini  rədd 

edib, diribaĢlıq ilə təzə ilə, Novruz bayramına daxil olub, bunlar ilə bərabər  guya qıĢ çillələrini 

də  rədd  edirdilər.  Çillələrə  hazırlıq  üçün  əvvəlcə  məhəllələrdə  böyük  evlərdəki  yekə  zalları 

sahibindən  alıb,  oranı  qəĢəng  döĢəyib,  iĢtirak  edənlərdən  adama  bir  manat  pul  yığıb,  musiqi 

dəstəsini  tutub,  xonça  üçün  meyvə,  Ģirni  və  Ģam  aldıqdan  sonra  məhəllələrdə  çillə  məclisləri 

qurulurdu.  Xonçanın  baĢında  yenə  də  «xan»  əmr  etməkdə  idi.  Lakin  bu  əmrlər  toylardakı  kimi 

olmayıb, cəzaları yüngül idi. Çillə axĢamları axĢam yeməyindən sonra iĢtirak edənlər hazır olub 

məclis baĢlanırdı. Rəqs etməkdə məĢhur olan əli çubuqlu «fərraĢlar» əvvəlcə məclisi öz rəqsləri 

ilə açırdılar. 

Xatırladaq ki,  Novruz bayramına bir ay  qalan müddətə el arasında boz ay  deyirlər. (Boz 

aya bəzi yerlərdə «mındar (murdar) üĢüyən ay» da deyirlər. Məlumdur ki, qıĢ fəslinin ilk iki ayı 

40 gün və 20 günə bölünməklə böyük çillə və kiçik çillə adlanır. Sonuncu üçüncü ay - fevralın 

20-dən martın 20-dək olan müddət isə boz ay adlanır. Bəs niyə məntiqi Ģəkildə böyük və ya kiçik 

çillədən biri çillə ayı kimi hallandırılmır? Cəlil bəy Bağdadbəyovun təqdimatından isə bir daha 

yəqinləĢdiririk ki, bu boz ayın özü də  «çillə»lərə bölünür və həmin  «çillələr» populyar Ģəkildə 

ilaxır  çərĢənbələr  (su,  od,  yel  və  torpaq  çərĢənbələri)  adları  ilə  tanınır.  Demək,  qıĢ  fəslinin 

bölündüyü Ģərti adlar – çillə mərhələləri - böyük və kiçik çillələrin məntiqi olaraq davamı kimi 

gələn boz ay özü də çillələr Ģəklində mərhələlərə bölünür.  

«Çillə»  sözünün  çox  mənaları  var.  Lakin  burada  mənalardan  biri  də  aĢkara  çıxır,  daha 

doğrusu,  bir  incə  çalar  da  məlum  olur.  Hər  Ģeydən  əvvəl  niyə  məhz  «çərĢənbə»lərin  «çillə»lər 

adlanmasını açıqlayaq. Sonra isə niyə çilləni gecə çıxartdıqlarının fərqinə varaq. Nəyə görə ge-

cəni yatmayıb böyük Ģənliklə, xoĢ əhval ilə -musiqi və rəqslə səhəri dirigözlü açmaq el arasında 

«çillə çıxartmaq» adlandırılmıĢdır? El arasında bir inam var: Ģənbə günü ağır gün hesab olunur, 

buna görə də Ģənbə günü yuyunmazlar, ya hər hansı iĢə baĢlamazlar, yoxsa axırı düz gətirməz.  

ÇərĢənbə günü el inancında həftənin ən ağır (baĢqa sözlə çilləli) günü sayılır. "ÇərĢənbə" 

sözü farsca hərfi mənada "çaharĢənbə" (dörd Ģənbə) demək olub, "çahar Ģənbə" sözünün qısaldıl-

mıĢ  Ģəklidir.  Yəni  "dörd  Ģənbə».  Bəs  bu  "dörd  Ģənbə"  nəyi  iĢarələyir?  Bəlkə,  Ģənbənin  -  ağır 

(nəhs), çilləli günün dördqat  ağırı mənasında iĢlənir. Yox, məncə, Ģənbədən  sonrakı günlər  sıra 

ardıcıllığı ilə belə düzülürlər: yekĢənbə (yəni Ģənbədən bir gün ötmüĢ gün-bazar), düĢənbə - iki 

Ģənbə (yəni Ģənbə günündən keçən ikinci gün - 1-ci gün, ya bazar ertəsi), seĢənbə-se (üç) və Ģən-

bə sözləri (yəni Ģənbə günündən sonra gələn 3-cü gün - ikinci gün, yaxud çərĢənbə axĢamı günü), 



65 

 

çahar Ģənbə (çərĢənbə) - dörd Ģənbə (yəni Ģənbədən sonra ötən 4-cü gün. 



Demək,  Ġranda  bu cür  adlandırılır həftənin  günləri  - onda  qayıdaq  el  inancına: Ģənbə  ağır 

gündür, çərĢənbə isə ondan da ağır  gündür.  Bəli, çərĢənbə sözünün hərfi tərcüməsi dörd Ģənbə 

deməkdir. Bu cür birbaĢa qəbul etdikdə, onda belə nəticə çıxır ki, bir çərĢənbədə dörd Ģənbənin 

ağırlığı  qədər  ağırlıq  (ağırlıq-çilləlik,  əzab-əziyyətlilik)  var.  Bu  dörd  günün  hər  biri  özlüyündə 

dörd həyat əlamətinin ünsürünü – suyu, odu, havanı, torpağı yaĢadır. Demək, ağırlığı ifadə edən 

Ģənbə günü və bir də Ģənbədən sonra gələn dörd günün ağrı-acısı (çillələri) həmin gündə-çərĢən-

bə günündə insanların canından-güzəranından çıxır, məhz insanların yaĢamağa olan inamları və 

qətiyyətli  mübarizələri  sayəsində  bu  çilləsi  ağır  günlərdən  azad  olub  yüngülləĢirlər,  təmizliyə-

saflığa çıxırlar. Məhz ona görə də ilaxır çərĢənbələr adı altında həmin gündə keçirmiĢlər.  

Bəs  niyə  çilləni  tökmək  üçün  Ģəbih  çıxardaraq  bütün  gecəni  səhərə  dirigözlü  açırmıĢlar? 

Cəlil bəy qeyd edir ki, çillə çıxarmaq adətinə nəinki ruhanilər mane ola bilmir, hətta mollaların 

övladları belə bu çillə çıxartmaqda iĢtirak edirmiĢlər. Bu fakt özü təsadüfi xatırlanmır. Birincisi, 

çillə tökmək adəti o qədər qədimlərə gedib çıxır ki, artıq insanların ruhuna-düĢüncəsinə yeriyib; 

ikincisi, insanlar çillə çıxarmaqla bir növ ağırlıqdan xilas olur, beləliklə, həm də yer üzündə Ģəri, 

bəlanı özlərindən qovub uzaqlaĢdırırlar ki, əslində elə mollalar da o dövrdə insanlara kömək et-

məyə - həkim əvəzi insanlara Ģəfa verməyə xidmət göstərirdilər. Bu mənada mollalar, ruhanilər 

də qəlbən çillə çıxarmağa mane olmazdılar və bu səbəbdən də özləri iĢtirak edə bilməsələr də, 

balalarını bu adət-ənənədən çəkindirməzdilər. Ona görə də ruhanilərin bu məqamdakı "acizliklə-

ri" - çillə çıxarmaq bayramına əngəl törədə bilməməkləri təbiidir.  

QıĢın iki ayını təĢkil edən böyük çilləsi ilə kiçik çilləsi arasında gedən dialoq-insanları so-

yuqla-sazaqla məhv etmək üçün elədiyi  «söhbət» artıq məlumdur. 40  gün çəkən böyük çillənin 

uzun  çəkən  Ģaxtasından-boranından,  ağırlığından  qorxmayıb  salamat  çıxan  insanların  möhkəm 

iradəsi qarĢısında  böyük  çillə aciz qalıb  təslim  olur.  Bunun ardınca  gələn  böyük  çillənin  "kiçik 

qardaĢı" - 20 günlük kiçik çillə isə lovğalanıb, qürurlanıb-yekələnib böyük qardaĢı olan 40 gün-

lük böyük çilləni məzəmmət edib deyir ki, sən insanları məhv edə bilmədin öz ağırlığınla - çillə-

liyinlə.  Ġndi  gör  mən  gedib  neyləyəcəm.  Soyuqdan  insanları  qırıb  tələf  edəcəyəm.  "Gəlini  gər-

dəkdə, küçüyü (yuvasında) donduracağam", - söyləyir. Lakin insanların möhtəĢəm, yenilməz gü-

cünü artıq görmüĢ olan böyük çillə kiçik qardaĢı olan kiçik çilləyə insanlara qarĢı edəcəyi bu ya-

manlığın əbəs olduğunu, onsuz da insanların qüvvəsi qarĢısında geri çəkilib, özünü pis edəcəyini 

bildirir.  Onu  bu  yoldan  çəkindirmək  istəsə  də,  kiçik  qardaĢ  sözə  baxmayıb  öz  bildiyini  eləyir. 

"Böyük sözünə baxmayan böyürə-böyürə qaldığı" kimi axırda kiçik çilləyə də peĢmançılıq çək-

mək qalır, amma sonrakı peĢmançılıq fayda verməz, ona görə ki, kiçik çillə artıq insanların hafi-

zəsində "pis qardaĢ" kimi qalır. Pislik heç vaxt yaddan çıxmır. Ġkincisi də bu pislikdən kiçik çillə 

öz xoĢu ilə çəkilməmiĢ, insanların iradəsi qarĢısında təslim olub geri çəkilmiĢdir. 

Bəs görəsən kiçik çillənin davamı kimi gələn qıĢın sonuncu ayı - 30 günlük boz ay nə et-

mək  istəyir?  Mənə  belə  gəlir  ki,  artıq  heydən-hərəkətdən  düĢmüĢ  qıĢ mövsümünün  əvvəlki  iki 

mərhələsi (böyük və kiçik çillələr) arxada qalsa da, hələ qıĢın sonuncu mərhələsi kimi çillələrin 

davamı  "boz  ay"ın  içində  gəlməkdədir.  Lakin  bu  dəfə  baĢqa  donda-üstüörtülü,  qılaflı  formada, 

daha doğrusu, əsl simasını ört-basdır etməyə çalıĢan "düĢmən" kimi insanlara öz hərbə-zərbəsini 

göstərməyə gəlir qıĢın çillələri - ilaxır çərĢənbələr adı altında özünü tanıtdıran su, od, yel və tor-

paq çillələri (çərĢənbələri). Bəli, əslində bu çərĢənbələrin hər biri böyük və kiçik çillələrin "törə-

mə qardaĢlarıdır". Novruzqabağı gələn ilaxır çərĢənbələr - çillə gecələri qıĢın insanlara və təbiətə 




66 

 

-  bahar  fəslinə  qarĢı  göstərmək  istədiyi  sonuncu  müqavimətidir.  Özü  də  bu  son  imtahan  daha 



qorxuludur - ona görə ki, çox hiyləgərdir. Çünki yenə böyük çillə ilə kiçik çillə mərdi-mərdanə, 

öz simalarını gizlətmədən, açıq düĢmən kimi, qıĢın Ģaxtalı-boranlı çağları kimi gəlib insanlarla 

düĢmənçilik edirlər. Ġnsanlar kiminlə, nə ilə mübarizə etdiklərini anlayırlar. Amma "boz ay" qı-

Ģın sonuncu mərhələsi - son ayı olsa da, öz adını gizlətmiĢ (çillələrdən ibarət olduğunu ört-basdır 

etmiĢ) Ģəkildə meydana girir.  

Əgər fəsilləri iki qütbə bölsəydilər, yazla yay iĢıqlı tərəfi-aydınlığı, payızla qıĢ isə qaranlıq 

cəhəti - seli, suyu, soyuğu, ağırlığı təmsil edərdi. Təbiətdən qara bulud, dünyadakı qatı duman-

ağırlıq, çilləli dövr də elə bu fəsillərin üzərinə düĢüb. Məlumdur ki, Novruz bayramı, yaz fəsli 

astronomik bayram olmaqla özlüyündə həm də gecə-gündüz bərabərliyini iĢarələyir. Payız fəsli-

nin baĢlanğıcında da belədir: gecə-gündüz bərabərliyi anı gəlir. Bəs fərqlər nədədir? Mənə belə 

gəlir ki, çilləliyi doğuran təbii amillərin əsasında məhz bu məsələ dayanır. Birində - yaz fəslində 

- Novruzda gələn gecə-gündüz bərabərliyi anından sonra təbiətdə, həyatda - yer üzündə bir can-

lanma, dirilmə-ağırlıqdan, kəsafətdən-kəsalətdən qurtulma müĢahidə olunur. Bu, özünü nədə tə-

zahür  etdirir?  Hər  Ģeydən  öncə,  iĢıqlı  günlərin  çoxalmasında  -  GünəĢli  saatların  (gündüzlərin) 

artmasında! Demək, hər Ģeydən qabaq, təbii hadisələrin özünün qara buluddan, qatı dumandan - 

qaranlıq adlanan "çillə"dən azad olma mərhələsi baĢlanır. Necə ki, günəĢin, ya Ayın üzünü qara 

kölgə aldığı istisna hallarda insanlar həmin "Ģər-qüvvə"nin ayın, günün üzündən silinib getməsi-

ni  arzulayaraq,  ona  öz  yardımlarını  göstərmək  naminə  inamla  qazan  altını  döyəcləməklə,  ya 

müxtəlif  cür  hay-küy  qoparmaqla  qələbəlik-həyəcanlanma  nümayiĢ  etdirirlər,  bununla  GünəĢi, 

Ayı  azad  etməkdə  öz  köməkçi  funksiyalarını  iĢə  salırlar,  eləcə  də  payızın  girdiyi  andan-gecə-

gündüz bərabərliyindən sonra  yaranmıĢ gecələrin uzanması halını qara qüvvələrin hakimlik et-

məsi kimi düĢünüb, yazqabağı çillə mərasimləri keçirməklə təbiətin-dünyanın, həyatın özünü bu 

qaranlığının ağırlığından-çilləsindən qurtarmağı düĢünürlər. Bəli, Novruzqabağı - boz ayın için-

də keçirilən çillə mərasimləri - ilaxir çərĢənbələr soyuğun-Ģaxtanın ağırlığını-çilləsini qovmaqla 

həm də təbiətə hakim kəsilmiĢ qaranlığın çilləsini-ağırlığını qovmağa xidmət edir. Qaranlığı qara 

qüvvə-Ģər qüvvə kimi baĢa düĢmüĢ, yer üzündə qaranlıq gecələrin uzanmasını təbiətin - kainatın, 

həyatın özünün ağırlığa-çilləyə düĢməsi kimi qəbul etmiĢlər. Məhz buna görə də insanlar gecəni 

yatmamaqla qaranlığı (gecəni) - çilləni qovub çıxarmağa inanmıĢlar. Mən yuxarıda qeyd elədim 

ki, ġuĢada keçirilən çillə çıxarmaq adətinə oxĢarlığı ilə Cəbrayıl rayonunda da rast gəlirik. Mən 

uĢaqlığımdan kəndimizdə keçirilən ilaxır çərĢənbələrin Ģahidi, iĢtirakçısı olmuĢam. Həmin bay-

ram gecələrini yatmayan adama "çillə çıxardıb" deyərdilər. Demək, burdakı "çillə çıxarmaq" ifa-

dəsi birbaĢa "gecəni səhərə qədər dirigözlü açmağı-gecəni yatmayıb yuxusuz keçirməyi»" iĢarə-

ləyir. Bu inam, bu adət-ənənə isə "çillə" sözünün "gecə" - "qaranlıq" anlayıĢı ilə paralel olaraq 

bir semantik çalara girdiyinin əyani göstəricisidir. Deməli, insanlar əslində hələ payızdan baĢlanan 

gecələrin uzanmasının qıĢda daha kəskin Ģəkil aldığını, qıĢda bu qaranlıq aləminin soyuq-Ģaxta adlı 

çillə ilə qovuĢub gücləndiyini təbiətə və insanlara gələn böyük bəla (ağır çillələr) kimi ümumiləĢdi-

rib, onlara qarĢı özlüklərində mübarizə də aparmağın yollarını düĢünmüĢlər. Bu mübarizənin kul-

minasiya anlarını isə ancaq hay-küylü, Ģənlikli çərĢənbələrdə və Novruzda görmüĢlər. 

Elə bilirəm ki, indi "çillə" anlayıĢının gecələrin uzunluğuna aid olunması amili də bir qədər 

aydınlaĢır). Cəlil bəy Bağdadbəyov qeyd edir ki, adamlar pul yığıb musiqiçillərdən ibarət dəstə 

tutur, meyvə, Ģirni və Ģam alıb xonçalar bağlayır, məhəllələrdə böyük Ģadyanalıq Ģəraitində çillə 

məclisləri qururdular; özü də bu mərasimin böyük zallarda keçirildiyi göstərilir. Amma mən bur 

əlavə edim ki, bizim bölgədə bu cür məclislərdən baĢqa, kəndin cavanları açıq havada - yalda, tə-



67 

 

pədə, dağların baĢında yığıĢıb tonqallar qalayıb, tonqal ətrafında deyə-gülə gecəni səhərəcən yat-



mazdılar, bununla da çillə çıxartmıĢ olardılar. 

Bəs niyə "çillə çıxartmaq" "gecə yatmamaq" faktına bərabər tutulur? QıĢ gecələrinin uzun-

luğu dünyanın gecənin qaranlıq donundakı qara ağırlığına tutulması - çilləyə düĢməsi kimi anla-

Ģılıb. Bəs, "çillə"ni - gecəni necə qovub-çıxardarlar? Gecə özü ilə bioloji tələbat olaraq insanda 

yuxulamaq-yatmaq  psixologiyası  doğurur.  Demək,  gecə-yuxu  deməkdir,  yuxu  isə  hərəkətsizlik, 

müvəqqəti  ölmək-baĢqa  sözlə,  çilləyə  tutulmaq  deməkdir.  Gecə  -  həm  də  zülmət,  qaranlıq  de-

məkdir, zülmət isə Ģər qüvvələrin aktivləĢməsi, insanları çilləyə salacaq dövrün-anın hökm sür-

məsi deməkdir. Bax insanlar ona görə də qıĢdakı dondurucu Ģaxta, sazaqla bahəm gecələrin (qa-

ranlığın) uzanmasını da çillə-ağırlıq kimi düĢünmüĢlər. Bu səbəbdən də qıĢın zaman kəsiklərini - 

40 günü, 20 günü və bir ayı - boz ayı "çillə"lərə bölərək, böyük çillə, kiçik çillə və çərĢənbə çil-

lələrindən  ibarət  boz  ay  kimi  adlandırmıĢlar.  Bu  çillələrdən  qurtuluĢ  yolunu  isə  Novruzqabağı 

olan  boz  ayın  günlərində  -  xüsusən  də,  həftənin  ən  ağır  günü  (çilləli  günü)  olan  çərĢənbələrdə 

oyaq qalmaqda görmüĢlər. 

ÇərĢənbə gecələrində yatmamaqla gecənin-qaranlığın yuxugətirici xassəsinə qarĢı mübari-

zə aparan insanlar özlərindən "yuxu" adlı çilləni qovub uzaqlaĢdırmaq məqsədi güdmüĢlər, çünki 

yuxulamaq, yatmaq özü heysizlik-hərəkətsizlik gətirməklə adamı ağırlığa-çilləyə basır.  Ġkincisi, 

otaq  Ģəraitində  gecə  yatmayıb  Ģənlik  keçirənlər  -  çillə  çıxardanlar  xonçadakı  Ģamı  yandırmaqla 

Ģam vasitəsilə gecənin qaranlıq adlı çilləsini qovub çıxartmaq niyyəti güdmüĢlər. Açıq havada - 

yalda, təpədə, ya dağın döĢündə yığıĢıb böyük tonqal qalayan çillə çıxardanlar isə bu böyük ton-

qalın istisi və iĢığı ilə rəmzi olaraq həm qıĢın soyuğuna (Ģaxtalı çilləsinə) və həm də uzun gecə-

nin qaranlığına (zülmət adlı ağırlıq daĢıyan çilləsinə) qarĢı meydan oxumuĢlar.  

C.Bağdadbəyov xatirə qeydlərində göstərir ki, çillə çıxarmaq məclislərindəki xonçanın ba-

Ģında "xan" dayanıb əli çubuqlu "fərraĢlara" əmr etməkdə idi. Məclisi öz rəqsləri ilə açan əli çu-

buqlu fərraĢlara "xan"ın verdiyi əmrlər - "cəzalar" öz yüngüllüyü ilə seçilirdi. Belə yüngül cəza-

lara misal olaraq, məclisə gecikən gəncin iki dəfə oynamağa məcbur edilməsi, yaxud mahnı oxu-

mağa təhrik edilməsi, əgər səsi yoxdursa, tanıyıb-bildiyi oxuya bilən bir yoldaĢını məclisdəkilərə 

niĢan verməsi və s. göstərilir. 

Novruz xonçası, yaxud elə çillə gecəsi hazırlanan xonça və xonçanın baĢında dayanıb əmr 

verən "Xan" nəyi iĢarələyir? Xonçaya yığılmıĢ mer-meyvə, Ģirniyyat torpağın barı-bəhəri olmaq-

la torpağı iĢarələyir. Xan isə torpağın sahibi olmaqla yerüstü hakimiyyəti təmsil edir. Xanın kəs-

diyi cəzalara diqqət kəsilək. Məclisdə gəncin iki dəfə oynamağa cəlb edilməsində, ya mahnı oxu-

mağında nə böyük qəbahət - "cəza" niĢanəsi var ki? - soruĢa bilərik. Hadisələrə o dövrün prizma-

sından  yanaĢsaq,  gənclərimizin  hansı  əxlaqi  keyfiyyətlərə  malik  olduğu  aydın  olar.  Demək,  o 

vaxtlar gənclərimizdə abır-həya gözləmək, böyükdən-kiçikdən ar eləmək-utanmaq kimi ülvi mə-

nəvi dəyərlər var idi. Ona görə toyda-mağarda əl-qol qaldırıb oynamağa da həya edərdilər, hələ 

desək, əlini qulağının dibinə qoyub zəngulə vurub oxumaqdan da böyük-kiçik qarĢısında utanar-

dılar. Az-çox səsi olan olsa da, xəlvətdə, ya ən yaxın ürək dostunun, sirdaĢının yanında oxuyar-

mıĢ və onun oxumaq məharətini də sirr kimi ancaq özünə yaxın olan bir-iki tay-tuĢ bilərmiĢ. Bax 

bu səbəbdən də gənclərin məclisdə oynamağa, oxumağa təhrik edilməsi "cəza" növü kimi göstə-

rilir. Ona görə də birisindən tanıdığı-bildiyi səsi olan adamı məclisdəkilərə təqdim etmək tələbi 

də ağır iĢ idi, çünki bu, dostunun, yoldaĢının oxumaq bacarığını gizlətdiyi təqdirdə bunu camaata 

açıb faĢ eləmək, hardasa dostu-yoldaĢı "satmaq" - ələ vermək demək idi. Axı istər-istəməz çillə 

mərasimində oxumaq bacarığını gizlədən həmin adamı tanısalar, onu oxumağa məcbur edəcəkdi-

lər. Birdən-birə də el içində zəngulə vurub oxumaq isə o dövrün gənci üçün ayıb sayılırdı. Amma 

bir məsələ də var ki, istər ilaxır çərĢənbələrdə - çillə mərasimlərində, istərsə də Novruz bayram-

larında istisna hal olaraq müəyyən mənada "tabuları pozmaq" normal hal sayılırdı, eləcə də oxu-




68 

 

maq, çalmaq və s. qabiliyyətlərini gizlədən utancaq gənclərimizin bu mərasimlərdə üzə çıxıb ça-



lıb-oxumaları da "bağıĢlanılan" - qəbuledilən hal idi. Çünki bu bayramların spesifik xüsusiyyət-

lərindən biri də bu cür "yasaqları" vurub-dağıtmaq idi. Necə ki, adi günlərdə qapı pusmaq ayıb 

sayıldığı  halda,  çərĢənbədə,  Novruzda  qulaq  falına  çıxmaq  niyyəti  ilə  qapı  pusmaq  adəti  qəbul 

edilən - baĢa düĢüləndir, bu cür də ilaxır çillə Ģənliklərinin bir müsbət cəhəti də elə gənclərimiz-

dəki mövcud gizli qalan istedadları üzə çıxarıb cəmiyyətə təqdim etmək - tanıtmaq məsələsidir. 

Buna görə də çillə mərasimlərində çalıb-oxumağınını camaatdan gizlədən adamın dostu tərəfin-

dən mərasim iĢtirakçılarına "satılması"nda - tanıdılmasında da qınaq yeri yoxdur. Bu cür "ələver-

mə" də mərasimin tələbidir, adət-ənənənin doğurduğu bir xoĢ əhvaldır və əslində ritualdır. Bu-

nunla  həm  də  istedadların  tapılıb  üzə  çıxarılması  prinsipi  o  dövrün  qanunauyğun  forması  kimi 

həyata keçirilmiĢ olur. Bu, əslində bayramın özəl cəhətlərindən sayılan hallardır. 

Çillə çıxartmaq gecələrində 50-60 yaĢlı kiĢilərin də iĢtirak etdiklərini söyləyən C.Bağdad-

bəyov daha sonra bildirir ki, onlar qədim xalq rəqslərindən bir neçə nümunə göstərib, bir-iki sa-

atdan sonra gedərmiĢlər. Qocaların tez getmələrinin məqsədi də o imiĢ ki, gənclərin onların ya-

nında utanıb-qısılıb, sərbəst hərəkət etmələrinə mane olmasınlar. 

Demək, bayramın - çillə gecəsinin utanmaq və s. tabuları həmin müddətdə aradan götürmə-

sinə baxmayaraq, gənclərimiz yenə də böyüklərdən utanar, istədikləri kimi rəqs edə bilməzmiĢ-

lər. Bu fikirlər o dövrkü gənclərimizin saf, məsum, ideal, mənəvi-əxlaqi keyfiyyətlərindən xəbər 

verməkdədir. 

Bəs rəqs etməyə, özü də gənclərimizin sərbəst Ģəkildə rəqs etmələrinə Ģəraitin yaradılması-

na nə hacət var idi? Rəqs etmək nəyi simvolizə edir? Bu suala cavab verməmiĢdən öncə Cəlil bə-

yin bundan sonrakı yazdıqlarını təkrarən olduğu kimi diqqət önünə gətirək: 

"Məzkur gecələr (zikr olunan gecələr-yəni çillə gecələri - ġ.A.) sabaha kimi davam edərdi. 

Axır çərĢənbə gecəsi isə daha təntənəli olub, sübh açıldıqda məclisdə olanlar musiqi çaldığı hal-

da bulaq baĢına gəlib, rəqs edirdilər. Bulaq baĢında bir qədər rəqs və oxumaqdan sonra üzlərini 

yuyub, öz iĢlərinə gedirdilər. Lakin çox təəssüflə çillələrin ömrü az olduğunu qeyd edərək, gələn 

çillələri arzu edirdilər. Çillə gecələri rəqs etmək bilməyənlər də heç olmasa bu tərəf-o tərəfə hə-

rəkət etməli idi" (s.77). 

Göründüyü kimi, çillə çıxarmaq mərasimində rəqs etməyə xüsusi əhəmiyyət verilmiĢ, hətta 

çillə gecələrində utanıb rəqs etməyənlər də, rəqs bacarığı olmayanlar da zəruri olaraq o tərəf - bu 

tərəfə hərəkətlər etməklə rəqsi icra edərmiĢlər. Bəs rəqsin vacibliyi - çillə çıxartmaqla hansı sim-

volik  bağlılığı  əsaslandırır?  Yuxarıda  göstərmiĢdik  ki,  qıĢın  dondurucu  Ģaxtası  hərəkət  etməyi 

məhdudlaĢdırmaqla çilləni təmsil edir. Eyni zamanda qıĢ gecələrinin uzun olması da sutka ərzin-

də gündüzə nisbətən qaranlığın daha çox çəkməsini göstərir. Qaranlıq - gecə isə Ģər qüvvələrin 

aktivliyinə təminat verir, nəticədə təbiətin özündə bir qaramat-ağırlıq (çilləyədüĢmə) prosesi baĢ 

verir. Demək, qıĢ fəslinin özü soyuğun-sazağın çilləsi ilə yanaĢı gecənin-qaranlığın da ağır çillə-

sinə tutulub. Eyni zamanda bu qıĢ gecəsinin ağır qaramatı (çilləsi) insana da sirayət edib. Gecə 

yuxu  donunda  insanların  ruhuna  girib,  onları  yatızdırmaqla  müvəqqəti  ölümə-fəaliyyətsizliyə, 

hərəkətsizliyə düçar edir - beləliklə, insan yuxu adlı sükunət çilləsinə düĢür. Ġnsanı bütün günü - 

uzun gecəni yuxunun ağırlığı (çilləsi) basır, məhv etmək istəyir. Demək, çilləyə düĢmək donmaq-

hərəkətdən məhrum olmaqdır, həm də yatmaq-həyat fəaliyyətindən, gün iĢığından, görmək fürsə-

tindən məhrum olmaq, bir sözlə, hərəkətsizlik deməkdir. Bəli, çilləyə düĢmək bəndi-basaratı.  

Ġlaxır çərĢənbənin daha təntənəli keçirilməsi o deməkdir ki, boz aydakı bütün çillələri-ağır-

lıqları insanlar uğurla dəf edərək arxada qoymuĢ, yeni ilə - Novruz bayramına arınmıĢ-durulmuĢ 



69 

 

halda, xoĢ ovqat üstündə musiqi ilə çal-çağırla daxil olmaq Ģansı qazanmıĢlar. Ġnsanların göstəri-



lən mətndə çillələrin ömrünün azlığına təəssüflənmələri isə onu iĢarələyir ki, qıĢın bütün çillələ-

rini biz  çox asanlıqla  -  heç  bilmədik bu uzun vaxt  hardan  gəldi-getdi  deyərək  -  dəf  etdik.  Yəni 

çillələr nə qədər ağır keçsə də, biz insanların qarĢısında çox acizdir. "Gələn çillələri arzulamaq" 

isə o deməkdir ki, həyat mübarizə meydanıdır, ömür mübarizələrdən Ģərəflə keçəndə həyat daha 

mənalı olur, bütün çillələri - çətinlikləri isə həmiĢə gülərüzlə və mətinliklə qarĢılamağa və yola 

verməyə hazırıq. Bu, insanların yaĢamaq uğrunda mübarizə aparmaq devizidir. Bu, kainatdakı tə-

biət  hadisələrinin  qapalı-dövrü  olaraq  təkrarlanan  olmasını  anlamaq  müdrikliyidir.  Bu,  həyatın 

mübarizələrdən, çətinliklərdən ibarət olduğunu, ömrün mənasının isə bu sınaqlardan müvəffəqiy-

yətlə keçməsində ifadə olunduğunu dərk etmək həqiqətidir. 

Çillə çıxarılarkən gecəni yatmamaq gündüzlü sabahlara dikilən ümid dolu gözləri, yandırı-

lan tonqallar günəĢin bəlgəsi olaraq odu-iĢığı təmsil edirlər. Dan üzü bulaq baĢına gəlib su içmək 

də aydınlığa iĢarədir, çünki su aydınlıqdır, - deyiblər. 

Bir sözlə, dörd həyat ünsürü simvolik Ģəkildə bir-birinə birləĢib-qovuĢmaqla yeni həyatın - 

yeni ilin baĢlanğıcı olan Novruz bayramının gəliĢinə əsaslı təminat yaradır. 

 

Шакир Албалыев 

Институт Фольклора НАН Азербайджана (Азербайджан) 

 

ПОСЛЕДНИЕ ВТОРНИКИ ГОДА  

 

Р Е З Ю М Е 

 

В  статье  автор  опираясь  на  заметку  Джалил  бека  Багдабекова  пытается  доказать,  что 

отмечаемые в месяц боз последние вторники года являются предноврузными чилля. Здесь также 

выдвигаются интересные предположения о значениях слова «чилля», обряде выноса «чилля» и др. 



Ключевые слова: Большая чилля (сорок дней от начала зимы), малая чилля (двадцать 

дней зимы), последние вторники года, праздник Новруз, тяготы, Дж.Багдабеков  

 

Shakir Albaliyev 



Azerbaijan National Academy of Sciences 

The Institute of Folklore (Azerbaijan)  

 

THE PRE TUESDAYS OF THE YEAR 

 

S U M M A RY 

 

In the article due to the article by Jalil Bagdadbeyov the author tries to prove that the pre Tuesdays 

in the grey month are the continuation of the Big and Little Chille – the before Novrouz Chilles. Here the 

interesting views about the meaning of the word “chille” (the period of twenty days of the winter), the 



tradition of “to take out the chille” and so on are studied.  

Key  words:  Big  Chille  (period  of  forty  cold  days  of  winter  from  the  beginning),  the  Little 

Chille  (the  period  of  twenty  days  of  winter),  pre  Tuesdays,  Novrouz  Holiday,  heaviness, 

J.Bagdadbeyov  

 

 

 

Yüklə 71,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə