Akif aşirli



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix25.06.2018
ölçüsü0,5 Mb.
#51272
1   ...   17   18   19   20   21   22   23   24   25

24 

 

Nərimanovun qətli 



 

“Siz  özünüzü  bir  millətdən  hesab  edirsinizsə,  özünüzün  müəyyən  bir  vətəniniz  vardırsa,  həmin  millətin, 

həmin vətənin dərdi-qəmi sizin dərdinizdir”. 

Leninin  vəfatından  sonra  Kremlin  hücrələrində  hakimiyyət  uğrunda  səngiməyən  savaşın  başında  Stalin  - 

Orconikidze,  Rıkov-Buxarin  qruplaşmasıyla  yanaşı  digər  “üçlük”,  Trotski-Kamenyev-Znovyev  dayanıb 

partiyadaxili mübarizəyə çıxmışdılar. Moskvadan kənarda belə, bu qruplaşmaların arxasında müəyyən tərəfdarlar, 

sosial  baza  dayandığından,  savaşda  iştirak  edənlər  bütün  imkanlarını  səfərbər  edib,  hakimiyyət  olimpinə 

yüksəlmək istəyirdilər. Bu qruplaşmalar içərisində ən dəyişkən, ağıllı diplomatiya yürüdən Stalin və onun ətrafı 

idi. Hansı ki, bu ətrafı çox keçmir ki, Stalin öz əli ilə “qan çanağına” çəkərək məhv edir. Trotski Lenindən sonra 

hakimiyyətə  daha  iddialı  idi.  Çünki  oktyabr  inqilabının  baş  tutmasını  öz  fəaliyyətinin  nəticəsi  sayır,  heç  kəslə 

hesablaşmaq  istəmirdi.  Baxmayaraq  ki,  hələ  Lenin  sağlığında  Trotskiyə  mənfi  münasibətini  ortaya  qoymuşdu. 

Çünki  inqilabdan  sonra  baş  inqilabçı  Almaniya  ilə  Qərbi  Ukrayna  sövdələşməsini  Trotskiyə  həvalə  etmiş  və 

Trotski “təlimata uyğun hərəkət etmədiyi” üçün Lenini qəzəbləndirmişdi. 1925-ci ilə qədər Trotski inqilabi hərbi 

şura və müdafiə komissarlığına başçılıq etdi. Stalin isə hələ Leninin ölümcül xəstə olduğu bir dönəmdə partiyanın 

baş  katibi  kimi,  partiyadaxili  diktaturanı  formalaşdırırdı.  1924-cü  ildə  13-cü  Partiya  Konfransında  “Partiyada 

burjuameylli  üzvlərin  və  diskussiyaların  nəticəsi”  haqqında  qərar  qəbul  olundu  və  bu,  birbaşa  Trotskiyə  qarşı 

çevrildi.  Trotski  məğlub  olduğuna  görə  Kamenyev  və  Znovyev  Stalinin  tərəfinə  keçərək  Trotskinin  əleyhinə 

fəaliyyətə  başladılar.  1928-ci  ildə  Trotskini  sürgün  etdilər.  Stalin  özünə  qarşı  olan  Kamenyev-Znovyev 

qruplaşmasını da zərərləşdirə bildi. 

Stalin  partiyadaxili  diktaturanı  sevməyən,  bu  diktaturanın  formalaşmasını  zərərli  sayaraq,  açıq  fikirlər 

səsləndirən  köhnə  bolşevikləri  də  sıradan  çıxarmağa  başladı.  Nəriman  Nərimanov  bu  dönəmdə  Moskvada  ittifaq 

Sovetinin  sədrlərindən  biri  idi.  Partiyadaxili  diskussiyalarda  Stalinin  yürütdüyü  siyasəti  qəbul  etmədiyini  açıq-

aşkar  çəkinmədən  söyləyir,  təzyiq,  təhdid  və  hədə-qorxuları  ram  edirdi.  1923-cü  ildə  Stalinə  məxfi  qrif  altında 

məktub  göndərərək  “Azərbaycanı  simasızlaşdıranlar”a  qarşı  mübarizə  istəyini  ortaya  qoyurdu.  Nərimanov  tələb 

edirdi ki, ya bu insanlara qarşı partiya özü tədbir görsün, ya da imkan versinlər ki, o öz mübarizəsini aparıb, bu 

insanlan təmizləsin. Nərimanovun hədəfində Orconikidze, Mikoyan, Sərkislə yanaşı, müsəlman kommunistlərinin 

bir neçəsi özünə yer almışdı. Nərimanov Orconikidzenin Qafqazda apardığı zora, işgəncələrə, talanlara əsaslanan 

siyasətini  qəbul  etməyərək,  onu  “Qafqazın  canişini”  adlandırır,  sovetlərin  milli  siyasətinin  qorxulu  nəticələr 

verəcəyini  söyləyirdi.  “Qafqazın  canişini”  nələr  etməmişdi?  Azərbaycanın  tarixi  torpaqları  hesabına  Ermənistan 

yaratmağa Mikoyanla birgə müəlliflik edir, Dağlıq Qarabağın, Naxçıvan, Zəngəzurun hesabına Sovet Ermənistanı 

tikmək istəyirdi. Məqsədini açıq-aydın izah etməkdən belə çəkinmirdi. Onun həmfikri Mikoyan idi. Bütün bunlarla 

yanaşı  siyasətdə  biclik  işlədən  Orconikidze  partiya  iclaslarında  “ağsaqqal  bolşevik”  Nərimanovun  ittihamlarını, 

çıxışlarını  zərərsizləşdirmək,  Doktorun  yumşaq  ürəyinə  yol  tapmaq  istəyirdi.  Nərimanov  isə  tarixdə  üzərinə 

götürdüyü  böyük  ləkəni,  torpaqlarımızın  bir  hissəsinin  Ermənistana  verilməsini  özündə  ehtiva  edən  “dekabr 

bəyanatı”nı unutmurdu. Bilirdi ki, nə vaxtsa xalq onun bu bəyanatının qiymətini verəcək. 

“Dekabr  bəyanatı”ndan  sonra  təşviş  içərisində  çabalayan,  çıxış  yollarını  arayan  Azərbaycan  bolşevikləri 

qarşısında Orconikidzenin çıxışı da Nərimanın yadında idi. Bu çıxış elə ölçülüb-biçilmişdi ki, sanki torpaq itkisinə 

doktorun özü, etiraz etmədən tərəddüsüz-filansız razılıq verib. Orconikidze çıxışında bolşeviklərə deyirdi: “Yoldaş 

Nərimanovun  çıxışı  çox  səciyyəvidir.  O,  bir  az  əvvəl  öz  bəyanatını  oxudu.  Zəngəzur,  Naxçıvan  və  Qarabağ,  bu 

sözlərin  məzmunundan  agah  olmayan  rus  qulağı  üçün  heç  nə  kəsb  etmir.  Hansısa  Zəngəzur,  məhsulsuz  dağlar, 

taxılı yox, suyu yox. Onda heç nə yoxdur. Hansısa Dağlıq Qarabağ - nə var bu Qarabağda? Heç nə yoxdur. İndi 

Nərimanov  deyir,  onları  özünüzə  götürün.  Bu  məhsulsuz  torpaqları  Ermənistan  yaratması  planını  Nərimanovun 

ayağına  yazıb  onu  tarixin  amansız  cənginə  buraxırdı.  Bu  çıxışın  fonunda  inamı,  etiqadı  “Müstəqil  Sovet 

Azərbaycanı”  istəyi  ayaq  altda  tapdalanan  bir  insan  kimi  görünür  Nərimanov.  Xalqını  siyasi  burulğandan 

çıxartmaq istəyir, özü burulğana düşür. Çıxılmaz vəziyyətdə qalır. Depressiya, əsəb gərginliyi onu rahat buraxmır. 

Pessimist  ovqatda  Moskvaya,  Kremlə  çağırılaraq,  “ağsaqqal  kommunist”  kimi  SSRİ-nin  İttifaq  Sovetinin 

sədrlərindən biri təyin olunur. Bakıda, uzaqdan-uzağa apardığı mübarizəni indi Kremlin qurdları ilə üz-üzə, göz-

gözə davam etdirməyə məcbur olur. Azərbaycandan Şərqə bolşevizm yaymaq istəyən Nərimanov səhvlərini bir-bir 

təhlil  etməyə  başlayır  və  ömrünün  sonlarına  yaxın  oğlu  6  yaşlı  Nəcəfə  yazdığı  məktubda  “Bəlkə  də  sən  bu 

məktubu oxumağa başlayanda bolşevizm olmayacaq”  - deyirdi. İştirakçısı olduğu hərəkatın, bolşevizmin qurbanı 

idi böyük Nəriman. 

1925-ci  ilin  mart  ayı...  Rusiya  ağsaqqalı  Kalinin ilə  birgə  Tiflisə  SSRİ  MİK-in  üçüncü  sessiyasının  açılışı 

ərəfəsində, Zaqafqaziya kommunistlərinin toplantısına qatılır. Onu bu yeknəsək iclaslar səbirsiz etmişdi. Tədbiri 

başa  vurandan  sonra  Şeytanbazarı  gəzib,  köhnə  ata  yurduna  baş  çəkməyə  tələsdi.  Ordan  isə  birbaş  “Nadanlığ”ı 

yazdığı, dərs dediyi Qızılhacılıya yollandı. 

O  günləri  qələmə  alan  Qızılhacılı  kəndinin  ədəbiyyat  müəllimi  Hüseyn  Tanrıquliyev  xatırlayırdı: 

“Nərimanov Qızılhacılıya bir də ömrünün son günlərində, 34 il ayrılıqdan sonra gəlmişdi. SSRİ MİK sədrlərindən 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə