Aida İmanquliyeva yaradıcılığının izi ilə
– 7 –
Giriş
Azərbaycanda məşhur şərqşünaslar çox olmuşdur. Dünya şöhrət-
li şərqşünaslar… Ərəb, fars və türk dillərinin gözəl biliciləri, bu dillər-
də yazılmış möhtəşəm poeziya nümunələrinin yorulmaz tədqiqatçıları,
Azərbaycanın və bütövlükdə islam regionunun böyük tarixçiləri, is-
lamşünaslar, mətnşünaslar və s. İlk baxışda, yaxın keçmişdə Azərbay-
can şərqşünaslıq elminə başçılıq etmiş Aida İmanquliyeva da sadəcə
belə məşhur şərqşünaslardan biridir. Tədqiqatçılar çox vaxt onun məş-
ğul olduğu problemi də bu sırada qeyd edirlər: ərəb filologiyası və ya
daha konkret – ərəb məhcər ədəbiyyatı.
Əlbəttə, dünya şöhrətli şərqşünas alimlərlə bir sırada durmaq özü
də böyük şərəfdir. Lakin Aida xanımın başqalarından fərqli olan elə
bir elmi-fəlsəfi xidməti vardır ki, bu onu öz həmkarlarından ayırır,
onun başqa statusda – fəlsəfi aspektdə dəyərləndirilməsinə ehtiyac ya-
radır. Təəssüf ki, bu xidmət, bu yenilik öz həqiqi elmi qiymətini hələ
də almamışdır. Bu yeniliyin məğzini düzgün anlamaq üçün ilk növ-
bədə tədqiqata cəlb olunan görkəmli şairlərin yaradıcılığındakı əsas fi-
kirlər bir daha nəzərdən keçirilməli və bu kontekstdə Aida xanım tərə-
findən irəli sürülən ideyalar müasir fəlsəfi fikir prizmasından təhlil
edilməlidir. Bu baxımdan, onun yaradıcılığından qırmızı xətlə keçən
Şərq-Qərb sivilizasiyalarının dialoqu və ümumbəşəri vəhdət ideyasının
bu gün üçün əhəmiyyəti diqqət mərkəzində olmalıdır. Belə ki, Aida
xanım tədqiq etdiyi görkəmli şəxslərin xidmətlərini göstərməklə kifa-
yətlənməyərək, özü də Şərq-Qərb probleminin həlli istiqamətində ol-
duqca dəyərli fikirlər irəli sürmüşdür.
Şə
rq ruhunun Qərb həyatı
– 8 –
İnsanın dəyəri onun nail
olduğu ilə deyil, daha çox
nail olmağa çalışdığı ilə ölçü-
lür.
Cübran
Aida İmanquliyeva öz genetik-fərdi xüsusiyyətləri ilə də Şərq və
Qərbin vəhdətini simvolizə edirdi. Zahiri görkəmi və mənəvi
keyfiyyətləri ilə Şərqin şeiriyyətini, ülviyyətini təcəssüm etdirən Aida
xanım eyni zamanda, öz elmə bağlılığı, rasional düşüncəsi,
təşkilatçılıq keyfiyyətləri ilə və ən başlıcası, sözün əsl mənasında
müasirliyi ilə çağdaş Qərb sivilizasiyasını təmsil edirdi. Gendən gələn
Şərq mahiyyəti ilə, müasir zamanın tələbatından gələn Qərb key-
fiyyətlərinin vəhdəti ona məhz vəhdətin özünü tədqiqat predmetinə çe-
virmək səlahiyyəti vermişdi.
Biz Aida İmanquliyevanın tədqiqatlarını ona görə yeni bir istiqa-
mətin əsası kimi qəbul edirik ki, o, Azərbaycan hüdudundan, bütövlük-
də Şərq miqyasından kənara çıxa-
raq, yeni dövrdə bütöv bəşəriyyət
miqyasında gedən proseslərin məğ-
zini açıb göstərmiş, Şərq-Qərb mü-
nasibətlərinin xarakterini və perspek-
tivlərini təhlil etmişdir. O, Avropada
və Amerikada yaşayan, lakin ruhən
şərqli olan və Şərqi gözəl bilən ərəb mühacirlərinin yaradıcılığından
çıxış etmişdir. Zahirən bu, ərəb filologiyasıdır, yəni ənənəvi şərqşünas-
lığın bir qoludur, əslində isə A.İmanquliyevanın tədqiqatı yeni mahiy-
yətli və yeni ünvanlı bir prosesin – Şərqdə təzə başlanmış milli və
ümumbəşəri özünüdərk prosesinin öyrənilməsinə yönəlmişdi. Bu isə
tarix və filologiyadan daha çox, fəlsəfi qayəyə malik olan bir missiya-
dır. A.İmanquliyevanın elmi yeniliyinin həqiqi böyük dəyərinin indi-
yədək kölgədə qalmasına səbəb də onu ancaq ənənəvi şərqşünaslıq və
filologiya çərçivəsində dəyərləndirmək cəhdlərindən irəli gəlir. Əslin-
də isə Aida xanımın elmə gətirdiyi yeniliyin miqyası elə böyükdür ki,
o ancaq fəlsəfi kontekstdə, ümumbəşəri özünüdərk prosesinin araşdı-
rılması zəminində üzə çıxarıla bilər.
Azərbaycanda Şərq ədəbiyyatının öyrənilməsi yeni hadisə deyil.
Hətta Qərb poeziyasının da tərcümələri və təqdimatı əvvəllər də ol-
muşdur. Lakin bir tərəfdən məhz romantik poeziya nümunələrinin se-
çilib araşdırılması, digər tərəfdən də Şərq və Qərb şairlərinin yaradıcı-
Aida İmanquliyeva yaradıcılığının izi ilə
– 9 –
Əsl xilaskar o kəsdir ki,
onda Şərqin ruhu və Qərbin
ağlı var.
Reyhani
lığına vahid ideya müstəvisində, müqayisəli təhlil yolu ilə baxılması
qeyd-şərtsiz yenilikdir. Ümumiyyətlə, ədəbiyyatda da, fəlsəfədə də ən
ağır işlərdən biri fərqli yaradıcılıq nümunələrinin ortaq məxrəcə gəti-
rilməsidir. Fəlsəfi komparativistika isə nəinki Azərbaycanda, bütün
dünyada hələ yeni-yeni gündəmə gəlir. Bu baxımdan, Aida xanımın
tədqiqatları zamanı qabaqlamış, gələcək axtarışlar üçün yol açmışdır.
Professor Aida İmanquliyevanın yaradıcılıq axtarışları ikinci
mühüm bir istiqamətdə də böyük maraq doğurur.
İndi, XXI əsrin zaman məsafəsindən baxdıqda, dünyada gedən
qlobal proseslərin konturları kifayət qədər aydın görünür və məlum
olur ki, dünyanın yeni nizamının formalaşması sivilizasiyaların qarşı-
lıqlı əlaqəsinə də fərqli münasibət göstərilməsini tələb edir. XX əsrin
70-80-ci illərində isə bu yeni tendensiyanın mahiyyətini və üstün isti-
qamətlərini çox az adam görə bilirdi. Bu yenilik, ilk növbədə mədəniy-
yət müstəvisində baş verən qlobal proseslərin siyasi müstəvidə təzahü-
ründən ibarət idi. Dünyada Şərq və Qərb bölgüsünün aktuallığının art-
ması da, məhz bu yeni tendensiyaların nəticəsi idi.
Azərbaycan əsrlər boyu bir Şərq
ölkəsi kimi mövcud olduğundan, azər-
baycanlı alimlər SSRİ-də aparılan təd-
qiqatların əsasən şərqşünaslıq aspekt-
lərinə cəlb edilirdilər; qərbşünaslıq
və xüsusən Şərq-Qərb münasibətlə-
rinin tədqiqi isə bizim üçün bir növ yasaq mövzu idi. Belə bir dövrdə
Azərbaycanda ilk dəfə məhz Aida xanım İmanquliyeva öz elmi mühi-
tinin ətalətini dəf edərək və öz zəmanəsini qabaqlayaraq olduqca aktu-
al, gələcəyə yönəlmiş bir mövzu ətrafında tədqiqatlar aparırdı. Həm də
problemin o aspektləri ön plana çəkilirdi ki, onlar təkcə Azərbaycanda
yox, bütün dünyada ancaq 90-cı illərin axırlarında, iki əsrin qovuşu-
ğunda aktuallaşmış oldu. Təkcə onu qeyd etmək kifayətdir ki, 2000-ci
ildə İran prezidenti Məhəmməd Hatəmi Şərq və Qərb sivilizasiyaları-
nın dialoqu ideyası ilə çıxış edəndə, çoxları bunu bir yenilik kimi də-
yərləndirdi. 2001-ci il isə, YUNESKO tərəfindən «Sivilizasiyaların di-
Dostları ilə paylaş: |