26
Uzun əzələlərlə enli əzələlərin vəzifə cəhətcə fərqi bundadır
ki, uzun əzələlər bütünlüklə yığıldığı halda, enli əzələlər
bütünlüklə və həmdə hissə-hissə yığıla bilir. Buna görə enli
əzələlər çox müxtəlif hərəkət törətməyə qabildirlər.
Qısa əzələlərə arxanın dərin qatlarında fəqərələr arasında
təsadüf edilir. Bunların uzunluğu enindən bir o qədər artıq olunur.
Yuxarıda göstərilən əsas formalardan başqa əzələ liflərinin vətər
liflərinə olan nisbəti cəhətcə bir neçə başqa forma əzələlər aid
edilir.
1) iyə bənzər əzələ - uzun əzələlərdən olub qarıncığı iyə
bənzəyir və əzələ lifləri qarıncıq boyu bir-birinə paralel sürətdə
düzülmüş olurlar; məsələn,
biləyi bükən mil əzələ
2) Birlələkli əzələlərin əzələ lifləri bir-birinə paralel
düzülərək vətərin yalnız bir kənarına bağlanırlar; məsələn,
yarımzarlı əzələ, barmaqları bükən
üzün əzələ
3) İkilələkli əzələ - vətər ortada olur və əzələ lifləri paralel
düzülərək hər iki tərəfdən vətərə yaxınlaşır. Məsələn, dalqamış
əzələsi
4) Yelpicəbənzər əzələ-lifləri şüalar kimi müxtəlif nöqtədən
başalyıb, əzələnin digər ucunda bir yerə toplaşaraq uzun bir vətər
əmələ gətirirlər. Məsələn, gicgah əzələsi.
Yuxarıda göstərilən sadə formalı əzələlərdən başqa mürəkkəb
formalı əzələlərə də təsadüf edilir.
5) İki, üç və dörd başlı əzələlər – bu əzələlərin başları skiletin
ayrı-ayrı hissələrindən və ya bir sümüyün müxtəlif nöqtələrindən
başlayır. Sonra bir yerə toplaşıb bir vətər vasitəsi ilə müəyyən
nöqtəyə bağlanır. Məsələn bazunun iki başlı əzələsi, baldırın üç
başlı əzələsi və budun död başlı əzələsi.
6) Çox dəstəli əzələlər – bu zaman əzələ bir ümumi qarıncığa
malik olub bağlanan ucunda bir neçə vətərə keçir və bunların
vasitəsi ilə müxtəlif nöqtələrə bağlanır. Məsələn, barmaqları açan
ümumi əzələ.
7) İkiqarıncıqlı əzələ - ikiqarıncığa malik olur, belə ki, bunlar
bir-biri ilə ara vətər vasitəsi ilə birləşir.