eşidilməmiş qəddarlıqlar uydurmağa əsaslanmışdır ki, başqalarında ermənilərə rəğbət, türklərə nifrət
hissi
yaransın". Bunların qarşısını almaq, erməni təbliğatını susdurmaq isə ilk növbədə tarixi həqiqətə
əsaslanan
kitabların yazılması ilə mümkündür. Azərbaycan hərb tarixinin şanlı səhifələri haqqında olan hazırkı kitab da
həmin
zərurətdən
qarşılanacaqdır.
irəli gəlir. Şübhə etmirik ki, bu kitab oxucular və ictimaiyyət tərəfindən
maraqla
Akademik Nailə Vəlixanlı
6
1. MünaqiĢənin
1
qısa tarixçəsi
1.1 Türkmənçay müqaviləsinin 15-ci bəndi –
XX əsrin əvvəllərində partlamıĢ bomba
1828-ci il fevralın 10-da Rusiya və İran dövlətləri arasında Təbriz ya-xınlığındakı Türkmənçay kəndində
sülh müqaviləsi imzalandı. Bu müqavilə Azərbaycanın taleyində dərin izlər qoydu: Azərbaycan öz dövlətçiliyini
itirdi, onun Araz çayından şimalda yerləşən torpaqları Rusiyaya, cənubdakı torpaqları isə İran
Qacarlar
dövlətinə birləşdirildi. Müqavilənin digər maddələrinə nisbətən o zamanlar qorxusuz görünən 15-ci maddəsi XX
əsrin əvvəllərində bomba kimi partladı.
Türkmənçay müqaviləsinin 15-ci maddəsi Qacarlar dövlətinin ərazisində yaşamış ermənilərə aid idi. Bu
maddədə deyilirdi ki, şah Azərbaycan adı ilə tanınan ərazidə (Cənubi Azərbaycan nəzərdə tutulur)
Rusiya imperatorunun tərəfini saxlamış şəxsləri cəzalandırmayacaq, onlara 1 il müddətində yaşadıqları
torpaqları tərk edib, Rusiya imperiyasının ərazisinə keçməyə maneçilik törətməyə-cək,
daşınmaz əmlaklarını satmaq üçün bu şəxslərə 5 il vaxt verəcəkdir.
2
Beləliklə,
erməni ailələri Azərbaycanın İrəvan, Qarabağ, Naxçıvan, Şəki və
Şamaxı
xanlıqlarının ərazilərinə köçürülməyə başlayır. Ermənilərin
Azərbaycanın
İrəvan, Naxçıvan və Qarabağ torpaqlarında yerləşdirilməsi
Azərbaycanı Gürcüstan və Türkiyədən təcrid etmək, Cənubi
Qafqazda ermənilərin kompakt yaşadıqları vilayəti yaratmaq məqsədini
güdürdü. XIX əsr rus tarixçisi V.Potto yazırdı ki, Rusiya hakim
dairələri "Rusiyanın rəhbərliyi altında Asiyada güclü Ermənistan dağlıq
dövlətini yaratmaq...” fikirlərindən
əl çəkmirdi, "Ermənistan İran, Türkiyə və Rusiya ilə həmsərhəd,
Xəzər dənizində limana malik ölkə olmalı idi".
Köçürülməni sürətləndirmək və bu işdə pərakəndəliyə yol
verməmək
üçün erməni V.O.Behbudovun rəhbərliyi ilə xüsusi komitə
yaradılmışdı.
1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsinin gedişində və müharibədən
sonra da Türkiyə ərazisindən Azərbaycan ərazilərinə ermənilərin köçürülməsi
davam etdirildi.
1828-1830-cu illərdə 40 mindən artıq İran və 84 mindən artıq Türkiyə
ermənisi köçürülərək Cənubi Qafqazda, xüsusilə Azərbaycan
torpaqlarında yerləşdirildi. Həmin dövrdə İrəvan şəhərini idarə etmək üçün rus
zabitlərindən ibarət müvəqqəti hökumət yaradılmışdı. 1911-ci ildə
N.N.Şavrovun qeyd etdiyi kimi, "rəsmən köçürülmüş 124 min
erməninin arxasınca çoxlu sayda qeyri-rəsmi köçənlər də olmuşdur.
Onların ümumi sayı 200 min nəfərdən artıqdır".
3
Erməni ailələrini yerləşdirmək üçün çar hökuməti tərəfindən
təqib olunan azərbaycanlı xan və bəylərin torpaqları, həmçinin dövlət
torpaqları (əvvəllər onlar da xanlıqlara məxsus idi) ayrılmışdı. XVIII əsrin
sonları - XIX əsrin əvvəllərində baş vermiş müharibələrdə
azərbaycanlı əhalinin bir
qisminin həlak olması, bir qisminin isə çarizmin dini və siyasi təzyiqi altında Türkiyə və
İrana köçməsi Azərbaycanda ermənilərin yerləşdirilməsinə imkan yaratdı. 1822-1823-cü illərdə rus məmurları
tərəfindən tərtib edilmiş "Qarabağ əyalətinin təsviri"nə görə, keçmiş Qarabağ xanlığının ərazisində
yaşayan əhalinin yalnız
8,4%-i xristian (alban və ermənilər) idi. Lakin artıq 1832-ci ildə ermənilərin köçürülməsi hesabına xristianların sayı
34,8 %-ə çatdırıldı. "Təsvir"ə əsasən, Şuşa şəhərində 1948 azərbaycanlı və 474 erməni ailəsi yaşayırdı.
4
Rusiya məmuru İ.Şopenin qeydlərinə əsasən, 1832-ci ildə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində
164.450 nəfər (31.201 ailə) yaşayırdı ki, onlardan 25.151 nəfəri (4.428 ailə) "Assuriya ərazisindən köçürülmüş
yerli ermənilərdir". Beləliklə, azərbaycanlı əhalinin sayı yenə də üstün idi, lakin köçürmələr regionun
etnik tərkibinə əhəmiyyətli təsir göstərirdi.
1
Azərbaycan tarixinin “ağ ləkələrindən” biri onun dövr və hadisələrinin qısa və yığcam adlar ilə təmin edilməməsi ilə bağlıdır. Belə ki, 1918-ci il mart
hadisələri əsaslı olaraq soyqırım siyasəti kimi qiymətləndirilibsə, Bakı Soveti daha sonra Sentrokaspi Diktaturası və ingilislərin Azərbaycan hökuməti və
onun müttəfiqi Osmanlı dövlətinə qarşı yeritdiyi siyasət və baş vermiş döyüşlər heç bir ad (müharibə və.s) almamışdır. Bu səbəbdən biz 1918-ci ilin iyun-
sentyabr hadisələrini “münaqişə” termini ilə bildiririk.
2
Şükürov K. Türkmənçay - 1828. Tarixi xronika (ixtisarla). Bakı, 2006, s.139
3
Шавров Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам. Баку, 1990, с. 63.
4
Описание Карабагской провинции (составленное в 1823 году по распоряжению главноуправлявшего в Грузии Ермолова). Тифлис, 1866(təkrar
nəşr Bakı, 2004), с. Х
7
Dostları ilə paylaş: |