1917-ci il dekabrın 21-də Bakıda Qırmızı Qvardiyanın yaradılması barədə qərar qəbul edildi.
44
Lakin fəhlələrdən döyüş qabiliyyəti olan qoşun yaratmaq olduqca çətin iş idi. Bu
səbəbdən
1918-ci ilin yanvar ayının əvvəllərində Bakıdan keçən rus hərbçiləri
ilə
əlaqə
yaratmağa çalışdılar. Onlar Bakıda qalıb "inqilabı müdafiə etmək"
istiqamətində təbliğat aparmalı idilər. Bolşeviklərin təklifi ilə razılaşanlar dərhal
Qırmızı Qvardiya dəstələrinə yazılır, razılaşmayanlar isə tərksilah edilərək
Rusiyaya göndərilirdi. Yanvarın ortalarında Qırmızı Qvardiya
döyüşçülərinin
sayı 3500 nəfərə çatdı. Ancaq bu, nəinki inqilabı bütün Qafqaza yaymaq,
heç Bakıda hakimiyyəti tam nəzarət altına almaq üçün kifayət deyildi.
1917-ci il yanvarın 15-də Bakıda Qırmızı Ordunun yaradılması barədə dekret
imzalandı. Dekretdə Qırmızı Ordu beynəlmiləl adlandırılsa da, ora təkcə rus və
ermənilər yazılır, azərbaycanlıların yazılmasına isə maneçilik törədilirdi.
Çağırış işləri ilə məşğul olan Avakyan, qərargah rəisi A.Baqdasarov idi.
45
Yanvarın 29-da Bakıda fəaliyyət göstərən Rus Milli Şurası rus milli hissələrinin
yaradılması barədə qərar verdi. Bolşeviklər tərəfindən çar ordusunun zabitləri təqib
olunduğundan yeni yaradılan hərbi hissələrdə komandirlərə ehtiyac böyük
idi. Bakıda bolşeviklər
tərəfindən xüsusi komandirlər məktəbi yaradılaraq onun rəhbəri praporşik Solnsev təyin edilmişdi.
Cəbhədən tərxis olunan hissələrdən bir zirehli qatar götürülmüş, RSFSR XKS ordu yaradılması üçün 30
milyon 800 min rubl göndərmişdi. Fevral ayında Azadlıq meydanında hərbi parad keçirildi. Xəzər
donanmasının nəzarət altına alınması işi davam etdi. Martın əvvəllərinə artıq 6 min döyüşçü, 2
zirehli qatar, 1 zirehli avtomobili olan Qırmızı Ordu ciddi qüvvə idi.
46
Bununla bərabər qüvvələri
artırmaq üçün Erməni Milli Şurası ilə əlaqələr yaradılmış,
faktiki
olaraq
daşnaklarla
birgə
fəaliyyət
istiqamətləri müəyyənləşdirilmişdi. Corctaun
Universitetindən olan amerikalı tədqiqatçı Maykl Smit qeyd edirdi ki, "Bakıda bolşevik hakimiyyətini rus ordu
hissələrindən təşkil edilmiş silahlı milis və daşnakların rəhbərliyi ilə çoxsaylı erməni dəstələri təmin edirdi".
1918-ci ilin mart qırğınları bolşevik və erməni hissələrindən təşkil edilmiş Qafqaz Qırmızı Ordusunun əsl
simasını açdı. Bu ordu Azərbaycanı Rusiyanın müstəmləkəsi görmək istəyən bolşeviklərin və
Azərbaycan torpaqlarından mümkün qədər pay qoparmağa hazır olan, azərbaycanlıların fiziki məhvinə can atan
ermənilərin aləti idi.
May ayında artıq ordunun 1-ci korpusu təşkil edilmişdi. Mayın 16-da mədən-zavod
komitələrinin
konfransında çıxış edən S.Şaumyan göstərirdi: "Özünün çoxsaylı düşmənlərindən qorunmaq üçün sovet
real silahlı qüvvə yaratmalı idi. Bolşeviklərdən başqa
heç
bir digər partiya sovet hakimiyyətinin
dayağının yaradılması barəsində düşünmürdü."
47
Bakı XKS-nin hərbi-dəniz işləri üzrə xalq komissarı
Q.N.Korqanovun
1918-ci il mayın 22-də RSFSR
Xalq
Sovetinə göndərdiyi məruzədə qeyd
"Bakıda
yaradılan
Qırmızı Ordu
Komissarları
edilirdi ki,
hər
zaman
yerinə
döyüşlərdə, hərəkətdə, qarovul
xidmətinin
yetirilməsində olub. "
48
Bakı Sovetinin qoşunlarının
təşkilində
böyük
köməyi Rusiya Kommunist Partiyasının (bolşeviklər) Mərkəzi Komitəsi, RSFSR Xalq Komissarları Soveti və
şəxsən onun rəhbəri V.İ. Lenin göstərirdi. Bakıya silah və sursatın göndərilməsini Lenin Moskvada olan Şimali
Qafqaz hərbi dairəsinin büro rəisi M.K.Ter-Arutyunyansa tapşırmışdı. Ter-Arutyunyan sonralar öz xatirələrində
yazırdı: "Vladimir İliç tələb edirdi ki, müəyyən saatlarda mən Bakıya göndərilən kömək barədə məruzə edim,
ehtiyac olanda isə özüm gəlim onun yanına və onun göstərişlərini həyata keçirməsinə mane
olanlar barədə şəxsən məruzə edim".
49
3.2. Bakı Soveti və Sentrokaspi Diktaturası
qoĢunlarının strukturu
44
Дарабади П.Г. Военные вопросы, с. 99.
45
Токаржевский Е.А. Из истории, с. 28.
46
Дарабади П.Г. Военные вопросы, с.112.
47
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.62.
48
Дарабади П.Г. Военные вопросы, с. 111.
49
Гражданская война и военная интервенция в СССР. Энциклопедия. Москва, 1983, с. 583; Дарабади П.Г. Военная помощь Советской России
Бакинской Коммуне (1918)//Изв. АН АзССР, серия ИФП, 1982, №4, с. 110.
29
Hələ hakimiyyətə gəlməzdən əvvəl bolşeviklər geniş fəhlə kütlələrinin silahlandırılması və
inqilabi
Qırmızı Ordunun yaradılması haqqında tələblərlə çıxış edirdilər. Bakıda "Dəryal" şirkəti fəhlələrinin 1917-ci il
sentyabrın 5-də keçirilmiş yığıncağının qətnaməsində "Şüurlu proletariatdan qırmızı qvardiya yaratmaq" tələbi
irəli sürülmüşdü. Digər müəssisə fəhlələrinin ümumi yığıncaqlarının qətnamələrində də eyni tələb öz
əksini
tapmışdı. RSDFP (b) Bakı təşkilatının sentyabrın 12-də keçirilmiş konfransında Bakı Fəhlə və
Əsgər
Deputatları Sovetinə namizədlərə tövsiyə kimi bütün vətəndaşların silahlandırılması və "ilk növbədə
yeni inqilabi qayda-qanunu qorumaq üçün şəhərlərdə qırmızı fəhlə qvardiyası” yaradılması göstərilmişdir.
50
Bakı qarnizonu əsgər və matrosları arasında məqsədyönlü təbliğat işi aparan bolşeviklər 18
minlik
qarnizonun böyük hissəsini öz tərəflərinə çəkməyə nail olmuşdular. Bakı Fəhlə və Əsgər Deputatları Sovetinin
hərbi bölməsinin noyabrın 13-də keçirilən geniş iclasında Qırmızı qvardiyanın yaradılması barədə
qətnamə qəbul edildi.
Hələ noyabrın 12-də bolşeviklərə sadiq hərbi hissələr yaratmaq üçün komandirlər
dəyişdirilməyə başlandı.
Dekabrın 12-də
Bakıda
Hərbi
İnqilabi Komitə yaradıldı. Komitə
şəhərdə
qanun-qayda yaradılmasına cavabdeh idi.
Dekabrın
16-da
Bakı
Sovetinin
sədri
S.Şaumyanın Qafqazın Fövqəladə
Komissarı
təyin
edilməsi
barədə
RSFSR
Xalq
Komissarları Soveti qərar qəbul etdi.
Dekabrın 21-də qırmızı
qvardiyanın yaradılması haqqında qərar
qəbul edildi.
1917-ci ilin sonunda yaradılan mərkəzi
büro
1918-ci il yanvarın əvvəllərində qırmızı
qvardiyanın mərkəzi qərargahına
çevrildi.
Onun tərkibinə İ.P.Vasek, S.N.Martikyan, İ.Y.Qabışev, H.H.Sultanov və digərləri daxil oldular.
51
Qırmızı
qvardiyanın rayon qərargahları da yaranmaqda idi. Mərkəzi qərargah rayon qərargahlarının
işini istiqamətləndirir, silahla təminat və təlim məsələləri ilə məşğul olurdu. Mərkəzi qərargaha tabe
olan qırmızı qvardiyaçı dəstələr yerli sovetlərin sərəncamında idi. 1918-ci ilin yanvarına bir çox
mədən və zavodlarda qırmızı qvardiya dəstələri yaradılmışdı. Qırmızı qvardiya köhnə ordunun ləğv
olunub yenisi ilə əvəzlənmə prosesində ara mərhələ idi. Qvardiyanın strukturu belə idi: əsas döyüş vahidi
olan onluqda 10 döyüşçü var idi. Dörd onluq 1 taqım, üç taqım 1 drujina, üç drujina 1 tabor təşkil
edirdi. Taborun tərkibində əlavə hissələr olmaqla şəxsi heyətin sayı 500-600 nəfərə çatırdı.
52
1918-ci
ilin
yanvar
ayının
əvvəllərində Bakıdan keçən rus hərbçilərinin
tərksilah edilməsinə başlandı. Əgər
əsgərlər sovet hissələrində xidmət etməyə
razı deyildilərsə,
silah alınmalı
idi.
Xüsusi komandirlər məktəbi
yaradılmışdı.
53
RSFSR Xalq Komissarları
Sovetinin
15 (28) yanvar 1918-ci il Fəhlə-
Kəndli
Qırmızı Ordusu
1918-ci
il
Donanmasının
dekretlərini
əsas
və 29 yanvar (11
fevral)
Fəhlə-Kəndli
Qırmızı
yaradılması
haqqında
tutaraq Qafqaz
ordusu
Hərbi İnqilabi Komitəsi ilk Qırmızı
Ordu
hissələrinin yaradılmasına başladı. Yanvarın
16-da Komitənin sədri Q.N.Korqanov Qafqaz zəhmətkeşlərinə müraciət edərək onları Qırmızı Ordu sıralarına
daxil olmağa çağırdı. Çağırışda deyilirdi ki, sovet hakimiyyəti hələ hər yerdə qalib gəlməyib,
əksinqilabi
qüvvələr isə baş qaldırmaqdadırlar. Ona görə də tam bərabərlik və seçmək hüququ əsasında,
hakimiyyətin
demokratik təşkili ilə yeni sosialist ordusu yaradılmalıdır. Beynəlmiləlçi qoşunlar sosializmə sadiq olan fəhlə,
əsgər, matros və kəndlilərdən ibarət olmalı, qoşunlarda yeni inqilabi intizam yaradılmalıdır. Q.N.Korqanov və
onun müavini B.P.Şeboldayev "Sosialist ordusunun yaradılması barəsində Əsasnamə" tərtib
etdilər. Eyni zamanda tərtib edilən "Qızıl ordu əsgərinin yaddaş kitabçası" da vacib əhəmiyyətə malik idi.
Kitabçada qeyd edilirdi ki, beynəlmiləlçi qüvvə olan qırmızı qvardiya milliyyəti və dinindən asılı olmayaraq
bütün yoxsulların
50
Дарабади П.Г. Военные вопросы, с.97-99
51
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.22-23.
52
Дарабади П.Г. Военные вопросы, с. 100.
53
Токаржевский Е.А. Из истории, с.28-30.
30
Dostları ilə paylaş: |