www.kitabxana.net
–
Milli Virtual Kitabxana
51
xüsusilə həqiqi ziyalılardan yaşı neçə olursa olsun, heç eşitmədiyiniz
Stalin tərifləri də beləliklə başlamış olur. Lenin bu mənada daha
şanslıdır və hələ də böyük miqyasda öz hörmətini qoruyub saxlayır. Ən
azı keçmişin günahları üçün Lenini söyənlərə rast gəlmək çətindir. Ona
olan hörmətin hələ də davam etməsinin əsl səbəbi Leninin ölümü ilə
bağlıdır. Lenin 17 oktyabr inqilabından bir müddət sonra xəstələnmiş
və inqilab tam başa çatmadan vəfat etmişdir. “O yaxşı
işlər görəcəkdi,
ancaq ömür vəfa etmədi” düşüncəsi ilə onun adına olan marağın davam
etməsinin əsl səbəbidir. Buna baxmayaraq, keçmiş sovet ərazisində
olduğu kimi, Türkistanda da Leninin heykəlini götürmək çətin olmayıb.
Hər sovet şəhərinin ana meydanlarını dolduran böyük Lenin
heykəllərinin çoxunu sovetlərin dağılması ilə birlikdə adətən
dəyişmənin simvolu halına gələrək ardıcıl ortadan qaldırılmışdır. Lakin
bu bütün şəhərlərdə belə deyildir. Məsələn, Qırğızıstan Respublikasının
paytaxtı Bişkekdə hələ də Leninin böyük bir heykəli şəhərin əsas
meydanında dayanıb. Türkistanda isə keçmiş Kommunist Partiyasının
binası qarşısında, şəhərin ana meydanlarının birində müstəqillikdən
sonrakı 6 ildə varlığını davam etdirmişdir. Müstəqillikdən sonrakı
illərdə Türk-Qazax Xoca Əhməd Yesəvi Universitetinin rektorluq
binası olan bu yerdə işləyən Türkiyəli məmurlar da 3 il ərzində səhər
işə gələrkən Lenin tərəfindən qarşılanmış
və axşam yenə də onun
tərəfindən yola salınmışdır.
Altı metr hündürlüyü və postamenti ilə birlikdə səkkiz metr
ucalığında olan bu heykəli sökmək üçün Türkistanın o zamankı icra
başçısı gizli halda gecə əməliyyatı hazırlamaq məcburiyyətində
qalmışdır. Sovetlərin dağıldığı illərdə böyük sevinc nümayişi ilə Bakıda
dağıdılan Lenin heykəllərinin əksinə Türkistanda heykəl xalqdan gizli
şəkildə yoxa çıxarılır. Lenin heykəlinə bu dərəcə gizli əməliyyat
hazırlayan icra başçısı xalqa bildirmədən hərəkət etməsində nə qədər
haqlı olduğunu çox keçmədən anlayır. Heykəli
götürdüyü gün günorta
olmamış xalqı təmsil edən yaşlılardan ibarət bir heyət icra başçısı ilə
görüşə gələrək “Leninin heykəlinə nə oldu?” soruşurlar. İcra başçısı
qocalarla birlikdə bu heykəli götürməyin nə qədər yanlış bir iş
olduğunu, bunu edən ədəbsizləri mütləq tapıb cəzalandıracağına və
heykəli mütləq taparaq yenidən bərpa edəcəyinə söz verərək qocaları
yola salır. Beləliklə, heykəl də götürülmüş olur.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
52
Nəzəriyyəçi və praktik həyatda olanlarla həqiqətən əlaqəsi
olmayan Marks və Engelsin heykəlləri üçün isə Lenin heykəlindən
sonra daha dörd il gözləmək lazım gəlmişdir.
Heykəlləri bir kənara qoyaraq təkrar stansiya binasına dönmüş
olsaq, burası ana giriş, yolçu gözləmə və restoran
olmaq üzrə təxminən
bir-birinə bərabər böyüklükdə üç salondan ibarətdir. Şəhərə baxan
hissəsində bina önündə yolçu gözləyən bir neçə taksi sürücüsündən
başqa adama rastlamaq olmur. Lakin əsas salonda hər zaman adamların
sayı çox olur. Müxtəlif şəhərlərə gedə bilmək üçün bilet almağa
gələnlər, qatar vaxtlarını soruşanlar olduğu kimi, ayaqüstü bilet satanlar
bu salonda sıxlıq yaradırlar. Lakin əsl sıxlıq binanın dəmir yollarına
baxan tərəfindədir. Geniş və hündür qapıdan sanki başqa bir aləmə
çıxırsan. Digər qapıdakı sakitliyin əksinə bu tərəfdə həyəcanla çoxlu
sayda insanlar gözləyir: yolçu qarşılamağa gələn Türkistanlılar, səfərə
çıxanları
yola salanlar, gələn qatarda bir-iki stansiya quru yemiş,
mövsümə uyğun alma və başqa meyvələr satmaq niyyəti ilə gözləyən
satıcılar, yük daşıyanlar, stansiya xidmətçiləri, kimi gəzərək, kimisi də
divar diblərində kürəklərini divara söykəyib gözləyirlər. Bir-birinə
paralel olan on iki dəmir relsin parıldayan
üst səthlərinin xaricində
illərdən yığılıb qalan yağlardan qaralan zəmin və bütün bunların
üzərindən keçən uzun dəmir üst keçid bu hissənin soyuq görüntüsünü
tamamilə artırır. Bura səhranın ortasında öz halında həyat mübarizəsi
aparan Türkistan şəhərinin ümumi atmosferindən fərqli bir yerdir.
Bu dəmir relslər üzərindən Qazaxıstan dəmir yoluna aid
qatarlarla bərabər rus və Özbək qatarları da keçirlər. Varlı yolçular
Qazaxıstan ekspressinə üstünlük verirlər. Digər Atrau və Alatav
ekspreslərinə görə yolçu daşıma haqqı bir
az baha olsa da SP adlanan
xüsusi vaqonları və digər hissələri olduqca təmiz və etibarlıdır. SP
vaqonlar iki nəfərlik otaqlara bölünmüşdür və bu vaqonlarda yolçuların
gecələr rahat yatması üçün verilən yataq dəstləri daha təmiz və
yenidirlər. Həyat yoldaşları ilə birlikdə bu otaqları tutanlar adətən öz
yataq dəstlərini istifadə etməyə üstünlük verirlər. Bundan başqa, bu
vaqonlara səyyar satıcıların girməsi də digərlərinə nisbətən daha
çətindir.
Normal vaqonlarda yolçuluq bir az cəsarət və mübarizə gücü
tələb edir. Geniş arakəsmələrlə bölünmüş böyük bir salonu xatırladan
www.kitabxana.net
– Milli Virtual Kitabxana
53
bu vaqonlarda yolçular arasında içki içənlərin üstünlük təşkil etməsi nə
demək istədiyimizi aydınlaşdırır. Uzun yolçuluqların məşəqqətini
azaltmaq istəyən bəzi yolçular içki içməklə vaxtı öldürürlər. Hətta
yolçuluğa tədarüksüz çıxanlar üçün stansiyalarda vaqonlara minən
səyyar satıcılar əllərindəki pivə qabları ilə xidmət göstərirlər.
İstər SP, istərsə də normal vaqonlarda yolçuların can və malları
konduktorlara əmanətdir. Tünd göy rəngdə uniformaların içində
qadınlı-kişili bu xidmətçilər özlərindən razı halda yolçuların arasında
gəzişir, əmredici səs tonları ilə nizam-intizam yaratmağa çalışırlar.
Sovetlərin dağılmasından sonrakı xaos içərisində ən yaxşı işləyən
sistem dəmiryolu daşımalarıdır. Təyyarələrin vaxtında uçmaması, hətta,
səfərlərin
ləğv edilməsi adi hal olsa da, qatarların hərəkətində bu cür
hallara çox az təsadüf olunur. Xüsusilə ekspreslər vaxtında stansiyaya
gəlirlər.