Afaq Yusifli İshaqlı


M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə4/15
tarix11.07.2018
ölçüsü0,77 Mb.
#54925
1   2   3   4   5   6   7   8   9   ...   15

M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

13 



6.  Hacı  Qara  öz  səfərindən  razıdırmı?  Səfərini 

təkrar etmək fikri varmı? 

7.  Hacı  Qara  ilə  dialoqlarında  tuğlu  erməni 

kəndliləri  özlərini  necə  qiymətləndirirlər  və  Hacı  Qara 

onlara necə qiymət verir? 

8.  Murov  Hacı  Qaranı  tutanda  onu  nədə 

günahlandırır? 

9.  Heydər  bəy  toy  üçün  qazandığı  pulu  necə  əldə 

etdiyini danışanda Sona xanım necə reaksiya verir? 

10.  Hacı  Qaranın  itməsindən  biz  necə  xəbər 

tuturuq? 

11.  Heydər  bəyin  obasına  gələn  naçalnik  və  Ohan 

onu nədə günahlandırır? 

12.  Naçalnikin  "Tatar  tayfası  tamam  yalançı  olar"  

sözlərini necə qiymətləndirirsiniz? 

13. Kərəməlini naçalnikin əlindən kim qurtarır? 

14.  Heydər  bəy,  Səfər  bəy  və  Əsgər  bəy  öz 

“günahlarını” necə yumaq qərarlarını bildirirlər? 

15. Naçalnik Hacı Qaranı hansı şərtlə buraxır?  

 

4-cü dərsdə komediyanın təhlili ilə bağlı iş aparılır, 



əsas  surətlər  səciyyələndirilir.  Müəllim  verilmiş  suallara 

hazırlanmış  cavabları  dinləyir,  şagirdlərin  əsərin 

məzmunu ilə bağlı təsəvvürünü yoxlayır, keçmiş dərslərdə 

aldıqları  biliklər  ətrafında  sual-cavab  aparır  və  sonra  da 

əsərin  təhlili  ilə  bağlı  müsahibəyə  başlayır.  Müəllimin 

həmin  işi  aşağıdakı  plan  əsasında  aparması  məsləhət 

görülür: 

1. Hacı Qaranın xəsisliyi fonunda onun digər şəxsi 

keyfiyyətləri 

və 


ümumiyyətlə, 

cəmiyyətdəki 

yaramazlıqların açıqlanması. 

2. Heydər bəy surətinin xüsusiyyətləri, bu obrazın 

dramatik planda işlənməsi. 



Afaq Yusifli İshaqlı 

 

 

14 



3.  Əsərdəki  qadın  surətləri,  onların  mənəvi 

keyfiyyətləri. 

4.  Hökuməti  təmsil  edən  surətlər  –  naçalnik, 

murov, Ohan yüzbaşı. 

Hacı Qara “Sərgüzəşti-mərdi-xəsis” komediyasının 

baş  qəhrəmanıdır,  xəsislik  onun  xarakterinin  başlıca 

xüsusiyyətidir.  Lakin  bununla  bərabər  Hacı  Qara 

əzizlədiyi, xərcləmək istəmədiyi pulları miras olaraq və ya 

oğurluqla  əldə  etməyib.  Hacı  Qara  sözün  həqiqi 

mənasında bu  pulları böyük zəhmətlə,  əziyyətlə qazanıb, 

o, bacarıqlı tacir, öz xeyrini çox yaxşı bilən müamiləçidir. 

Hacı  Qarada  pula  olan  şiddətli  ehtiras  onda  vəfa, 

doğruculluq, 

mərdlik, 

alicənablıq, 

məhəbbət 

və 

xeyirxahlıq  kimi  nəcib  insani  hisləri  öldürmüş,  onu 



heysiyyətsiz  bir  insana  çevirmişdir.  F.Qasımzadə  yazır: 

“Dünya  ədəbiyyatında  yaranan  xəsis  surətləri  bir-biriləri 

ilə  nə  qədər  birləşmiş  olsalar  da,  yenə  də  öz  fərdi 

xüsusiyyətləri ilə fərqlənirlər. Çünki bunların hər biri ayrı-

ayrı  klassiklər  tərəfindən,  ayrı-ayrı  ictimai  şəraitdə 

yaradılmış  və  müəyyən  tarixi  dövrün  məhsuludur...  Hacı 

Qara  orijinallığı  və  reallığı  ilə  dünya  ədəbiyyatında 

yaranan  klassik  xəsis  surətləri  silsiləsinə  daxil  olur, 

müəllifinə  dünya  klassikləri  sırasında  şərəfli  yer  tutmağa 

haqq qazandırır”. (1.305) 

Sözsüz  ki,  Hacı  Qara  klassik  xəsis  obrazıdır. 

Əsərin əvvəlindən sonunadək obrazın bütün replikaları və 

hərəkətləri  onun  xəsisliyinin  dərəcəsini  göstərir.  2-ci 

məclisin  əvvəlində  Hacı  Qaranın  qazanc  olmadığından 

acı-acı  şikayətləndiyi  monoloqu  xatırlayaq.  Burada 

şagirdlərin  məzmun  üzərində  iş  zamanı    tərtib  etdikləri 

sxemi xatırlamaq yerinə düşər. 

– Atasının ruhu üçün oxunmuş Qurana bir abbası 

pul qıymayan Hacı Qara müəzzin Xudaverdini qovur. 



M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

15 



–  Hacı  Qara    əslində  ona  qazanc  verməyə  gəlmiş 

bəyləri  dükandan  çıxardır,  sonra  bəylərin  nə  üçün 

gəldiyini başa düşüb onları geri qaytarır. 

–  Əvvəlcə  torbasında  tütün  qalmadığını  deyib 

sonra bəylərə istədikləri qədər tütün təklif edir. 

–  Bəylər  onu  təhlükəsiz  şəkildə  Arazın  o  tayına 

keçirəcəklərinə söz versələr də, Hacı Qara  əsl müamiləçi, 

bəlkə də iqtisadçı kimi bəylərə borc verəcəyi hər yüz qızıl 

üçün beş qızıl faiz istəyir. 

– Arvadı Tükəz onun üzünə qarşı qarğış tökür ki, 

bəlkə Hacı Qara ölsə, uşaqları doyunca çörək yeyə. 

–  Bəylər nökər Kərəməliyə zəhmət haqqı kimi bir 

top  çit  bağışlasalar  da,  Hacı  Qara  heç  nə  bağışlamır, 

sadəcə olaraq həmin çitləri çox baha satacağına söz verir! 

–  Hacı  Qara  özü  tutulanda  bir  o  qədər  həyəcan 

keçirməsə  də,  nökəri  Kərəməlinin  mallarla  birgə 

tutulduğunu görüb özündən gedir. 

–    Yasavulların  onun  cibindən  çıxartdığı  yarım 

abbasını geri istəyir. 

Hacı  Qaranın  xəsisliyi  ilə  bağlı  məqamları 

yekunlaşdırdıqdan  sonra  şagirdlərə  aşağıdakı    sualla 

müraciət etmək məqsədəuyğundur: 

–  M.F.Axundzadə  Hacı  Qara  obrazı  vasitəsilə 

yalnız  xəsisliyi  ifşa  etmək  istəmişdir,  yoxsa  bu  obraz 

vasitəsilə tamamilə başqa mətləblər açıqlanır? 

Dahi  dramaturqun  birxətli  süjetə,  ideyalar  və 

surətlər sisteminə malik əsər yaratmadığı komediyanın elə 

ilk  sətirlərindən  məlum  olur.  Lakin  biz  ilk  öncə  Hacı 

Qara  ilə  bağlı  olan,  onun  dilindən  səslənən  və 

M.F.Axundzadənin  daxildən  çox  gözəl  tanıdığı  çarizm 

müstəmləkə  üsuli-idarəsinin  ifşasına  həsr  olunmuş 

hissələri ümumiləşdirək: 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə