Afaq şixli



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix01.07.2018
ölçüsü0,85 Mb.
#52564
1   ...   11   12   13   14   15   16   17   18   19

_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
114
 ~ 
 
 
 
              QƏLBİM 
 
Başımın bəlası, səndən küsmüşəm
Sevginin kamından mən əl üzmüşəm. 
Bunca kəlmələri yazıb düzmüşəm, 
Çevirib həsrəti sözlərə qəlbim. 
 
Yandırıb yaxmısan, göynəyir yeri, 
Nə çoxdur mənimtək sevgi əsiri... 
Unutdur özünü, ya da dön geri, 
Üz tutub çöllərə, düzlərə qəlbim. 
 
Baxıram yollara... gedən getsə də, 
İntizar içində ömür bitsə də, 
Olurmu sevməmək yar incitsə də? 
Həsrətdi gülümsər gözlərə qəlbim
.
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
115
 ~ 
 
 
 
MƏN  
SEVGİMƏ ƏYİLMİŞDİM... 
 
Mən sevgimə əyilmişdim, 
Sənsə məni budaq sandın. 
Düşünürdüm – sevilmişdim, 
Niyə susdun, niyə dandın? 
 
Yalanlardan yorulmuşdum, 
Saflığınla durulmuşdum, 
İlqarına vurulmuşdum, 
İndi hanı sənin andın? 
 
Sən könlümü alacaqdın, 
Ürəyimə dolacaqdın... 
Yalnız mənim olacaqdın, 
Neçə yerə parçalandın... 
 
Qəm gətirdin eşqimizə, 
Hicran dönüb güldü bizə. 
Bir od düşdü qəlbimizə, 
Mən də yandım, sən də yandın!  
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
116
 ~ 
 
 
 
           GƏRƏKSƏ 
 
Sən məni yanından ayırma, canım, 
Əlimi əlinə bağla, gərəksə! 
Oyansın ürəyim, isinsin qanım, 
Qəlbimi eşqinlə dağla, gərəksə! 
 
Bilsinlər, sevgimiz tükənən deyil
Bizi dəyişməsin nə fəsil, nə il. 
Sevincimə sevin, gülüşümə gül, 
Mənimlə birlikdə ağla, gərəksə! 
 
Üz tutaq, sevgilim, gözəl illərə
Səninəm - dünyaya gəlsəm min kərə! 
Çıxsa da qarşına uçurum, dərə, 
Bulaq ol qəlbimə çağla, gərəksə! 
 
Dünya heç olmadı yaxşı-yamansız, 
İnsanlar qəribə, zaman amansız. 
Sən bizə bir yol seç çənsiz, dumansız, 
Dostluğu, ilqarı yoxla, gərəksə! 
 
Eşqinin könlümdən silinmir izi, 
Qoynuna çağırır sevda dənizi. 
Bilsən ki, bu sevgi yaxacaq bizi
Qəlbində gizlicə saxla, gərəksə! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
117
 ~ 
 
 
 
HAVA DA 
BİR BƏHANƏDİR 
 
Qələm dostum Nofəl Aslanova! 
 
İnildəyir qəlbin simi, 
Gəl, sındıraq bu tilsimi. 
Tutulmuşam bulud kimi, 
Hava da bir bəhanədir... 
 
Sən bir cansan, mənsə kölgə. 
Dağ çəkirsən cərgə-cərgə. 
Günah səndə deyil bəlkə
Bivəfa bu zəmanədir... 
 
İncitmisən bilməmisən, 
Könlümü al, ala bilsən. 
Yanan şama ağlama sən 
Külə dönən pərvanədir... 
 
Geyinmişəm kədər donu, 
Bir gün gələr bunun sonu. 
Sevgi bir həyat oyunu,  
Sevənlərsə divanədir... 
 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
118
 ~ 
 
 
 
SƏNİN 
BU LAL MƏHƏBBƏTİN 
 
 
Pəncərəmi döyən külək, 
Dil açmayan arzu, dilək, 
Ya bir həvəs, ya bir istək - 
Sənin bu lal məhəbbətin. 
 
Gözlərimin nəm havası, 
Ürəyimin qəm davası, 
İnan ki, odda yanası 
Sənin bu lal məhəbbətin. 
 
Solduracaq güllərimi, 
Uçuracaq illərimi, 
Boş qoyacaq əllərimi 
Sənin bu lal məhəbbətin. 
 
Şövqümüzü itirəcək, 
Sevgimizi bitirəcək, 
Bizə həsrət gətirəcək 
Sənin bu lal məhəbbətin. 
 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
119
 ~ 
 
 
 
      NƏ FƏRQ EDƏR Kİ? 
 
Onsuz da həsrətdən yorulacaqdın, 
Onsuz da inciyib, darılacaqdın, 
Onsuz da sən məndən ayrılacaqdın… 
Bir az gec, bir az tez, nə fərq edər ki? 
 
Haqqım yox söyləyəm "səndədir günah!" 
Unutma, biz - quluq, əfv edən - Allah! 
Yəqin anlayarsan bir gün, bir sabah... 
Bir az gec, bir az tez, nə fərq edər ki? 
 
Hər şey keçib gedir, əbədi nə var? 
Yamyaşıl fidan da solub-saralar. 
Sənin də qəlbini kimsə yaralar! 
Bir az gec, bir az tez, nə fərq edər ki? 
 
  
 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
120
 ~ 
 
 
 
SEVMƏ ONU! 
 
Sevən insan başa dönər! 
Daşı sevən daşa dönər! 
Qəm gözündə yaşa dönər
Sevmə onu, sevmə onu! 
 
Ürəyini alasıdır, 
Yaman dərdə salasıdır. 
O, Allahın bəlasıdır! 
Sevmə onu, sevmə onu! 
 
Sənə nələr yaşadacaq... 
Qüssə- kədər yaşadacaq. 
Ömrü hədər yaşadacaq, 
Sevmə onu, sevmə onu! 
 
Qoy, sevməsin sinə-sinə... 
İnanma “can” deməsinə. 
Vur eşqini təpəsinə!  
Sevmə onu, sevmə onu! 
 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə