Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
51
1989-cu ilin avqustunda qar da şım Nazimin oğlu dünyaya
gəl mişdi, ona ad vermək lazım idi, hərə bir ad dedi: Azad,
Babək, Qorxmaz, Polad... Anam Ma hilə Əhməd qızı mə na-
sı gözəl olan, Azərbaycan şəxs adları sis te mində inten siv-
liyi ilə seçilən bu adların heç birini bəyən mə di. De dik ki,
yəqin, şirin-şəkər nəvəsinə öz atasının (Əh məd), ya xud ba-
basının (İsa) adını vermək istəyir. Amma anam özü üçün
daha doğma, daha əziz olan bu adların heç birini dili nə
belə gətirməyərək təkidlə dedi: “Uşağa Əzizxanın elmi
rəh bərinin – Afad müəllimin adını qoymaq lazımdır ki,
o da böyüyəndə Afad müəllim kimi məşhur alim, böyük
adam olsun!” Anamın təklif et diyi ad ailəmizin ürəyincə
ol du, körpəyə “Afat” adını ver dik (hal-hazırda Afat Bakı
şəhərində yaşayır, BDU-nun Geologiya fakültəsini bitirib).
Bu kiçik (əslində, böyük) detal bir daha təsdiq edir ki, ana-
mın öz nəvəsi üçün seçdiyi Afat adı heç də təsadüfi deyil.
(Afad Qurbanovun böyüklüyü və məş hur luğu həm də bu
cür hadisələr müstəvisində öyrənilməlidir). Qeyd edək ki,
bu cür advermə müasir Azərbaycan antropo ni mi kası baxı-
mından da səciyyəvidir. Necə ki, Nizami Gən cəviyə görə
“Nizami”, Məhəmməd Füzuliyə görə “Fü zuli”, Molla Pə-
nah Vaqifə görə “Vaqif”, Səməd Vurğuna gö rə “Vurğun”
... ad ları verilir. Müqayisə və qarşılaş dır ma lar bu tip ad-
ların hər birinin müasir şəxs adlarımız sis te mində inten-
siv şəkildə işlən diyini açıq-aydın şəkildə gös tə rir (sonrakı
səhifələrə bax: bu möv zu, yəni antro po ni mika və antropo-
nimiya məsələləri tür ko logiyamızın ağsaq qa lı sta tusunu
qazanmış Afad Qur ba novun yaradıcılığında xüsusi yer
tutur).
Namizədlik dissertasiyamı müdafiə etməyimdən bir
ne çə ay keçmişdi, heç yerdə işləmirdim, uşaqlarım kör-
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
52
pə idi... Bir gün “Azərbaycan dilçiliyi” kafedrasının la bo-
rantlarından biri mənə dedi ki, Afad müəllim səni ax tarır,
qəbuluna get mə lisən. Bu xəbəri eşidəndə bir anlığa fik rə
getdim: görəsən, Afad müəllim məni nə üçün çağırt dı rıb? –
Bəlkə, yeni bir konfrans ke çirməyi planlaşdırır, yaxud yeni
bir mövzuda məqalə yaz ma ğımı tövsiyə edəcək. Bəlkə,
işsiz olduğuma görə məni hansısa bir və zifəyə təyin edə-
cəkdir... Bu “bəlkə”ləri düşünə-düşünə rek torun – ustadı-
mın qəbuluna getdim. O, məni çox sə mimi qar şıladı. Bir az
hal-əhval tutduqdan sonra dedi: “Əzizxan, sən fi lologiya
fakültəsi komsomol komitəsinin ka tibi olubsan, bu sa hə-
də müəyyən təcrübən var. Eyni za manda filologiya elmlə-
ri na mi zədisən. Ona görə də istər dim ki, indi də APİ-nin
komsomol ko mitəsinin katibi olasan. Bu məsələ ilə bağlı
yuxarı təşki lat ların məlumatı var, sən təcili olaraq sənədlə-
rini hazır la ma lısan...” Sə nəd lə rimi təlimata uyğun şəkildə
hazırlayıb müvafiq or qanlara təqdim etdim. Bir müddət
keçdikdən sonra bu təş kilatların hər biri sənədlərimə müs-
bət rəy verərək həmin və zifəni tutmağımı məqsədəuyğun
hesab etdi. Amma rektor Afad Qurbanovu istəməyən, ya-
radıcılığına şübhə ilə ya naşan, ideyalarını heç cür qəbul
etməyən qüvvələr mənim APİ-nin komsomol komitəsinin
katibi vəzifəsinə seçil mə yimin, əslində, təyin olunmağı-
mın qarşısını çox “ustalıqla” aldılar və mən yenə də işsiz
qaldım... APİ-dəki bəzi qüvvələrin Afad müəllimə qarşı
çıxmaları da sə bəbsiz deyildi. Belə ki, “gördüyü böyük və
savab işlər mü qa bilində o, “Afad Qur banov” dağı ucaltmış,
heç kəsin ça ta bilmədiyi, hər kəsin həsədlə baxdığı, fəxarət
duyduğu bir ucalıqda dayanmışdır. Məhz bu səbəbdən də
ona təkcə hə sədlə baxanlar deyil, eyni zamanda qısqanc-
lıq müna si bətində olanlar da tapıldı. Ancaq Afad müəllim
Т Ü R K O L O G İ YA M I Z I N A F A D Q U R B A N O V U
53
Afad müəllim idi. O, yaxşı bilirdi ki, belələrinə vaxt sərf
etmək artıqdır” (Mahmud Allahmanov)...
Afad müəllim mənə qarşı olan bu haqsızlığı qəbul
etməsə də, təmkinli və səbirli olmağımı tövsiyə etdi. Bir
müddətdən sonra isə məni “Azərbaycan dilçiliyi” kafed-
ra sına laborant və zifəsinə təyin etdi. Yeri gəlmişkən, Afad
müəllim rektor və zi fəsində işləyəndə həm də “Azərbay-
can dilçiliyi” kafedrasının müdiri idi. Açığını deyim ki,
o, kafed raya, əsasən, iclas olanda gəlirdi. Çünki onun bir
rek tor kimi işləri həddindən çox olurdu. Amma kafedranı
nə za rətsiz də buraxmır və işlərini elə qururdu ki, kafedra-
da heç bir problem yaranmırdı. Həmin vaxt Faiq Şahbazlı
(filologiya üzrə fəlsəfə doktoru, dosentdir, hazırda Azər-
baycan Respublikası Təhsil İnstitutunun direktor mü-
avinidir) və Tofiq Müzəffəroğlu da (o, hazırda BDU-nun
pro fes sorudur) kafedrada laborant vəzifəsində çalışırdı.
Biz ka fed ra ilə rektorluq, daha doğrusu, Afad müəllim
ara sında daim əla qə yaradırdıq ki, kafedranın işləri ləngi-
mə sin. Amma bu da vur ğulanmalıdır ki, onun kafedraya
hər gəlişi, sözün həqiqi mənasında, bir təntənəyə, bayra-
ma çev rilirdi. Çünki Afad müəl lim kafedra iclaslarında
tədris və elmlə bağlı məsələləri mü za kirə etməklə yanaşı,
həm də ka fedranın hər bir üzvünü səbirlə din ləyir, onların
sevinc lərinə sevinir, dərdlərinə şərik olur, prob lemlərini
həll et mə yə çalışırdı... Bizim laborantlığımız çox maraqlı
və mə nalı keçib ki, bu da birbaşa Afad müəllimlə bağlı idi.
Yəni Afad müəllim hər üçümüzə bir laborant kimi yox, bir
müəllim, elmi işçi kimi münasibət bəsləyir, hətta bizi ka-
fed ra nın ən nüfuzlu müəllimlərindən də seçmirdi. Belə bir
münasibət isə, heç şübhəsiz ki, “Onomastik Mərkəz”ə görə
idi. Çünki Afad müəllim bizə daha çox bu elmi mərkəzlə
Dostları ilə paylaş: |