Aјәтуллaһ Мәһәммәд Тәги Мисбaһ Јәзди


İslam peyğəmbərindən sonrakı hökumətin qanuniliyinə sünnə əhlinin münasibəti



Yüklə 374,04 Kb.
səhifə7/16
tarix06.05.2018
ölçüsü374,04 Kb.
#42569
1   2   3   4   5   6   7   8   9   10   ...   16

İslam peyğəmbərindən sonrakı hökumətin qanuniliyinə sünnə əhlinin münasibəti


Sünnə əhli inanır ki, İslam peyğəmbəri (s) hakimiyyətə təyin olunsa da, ondan sonra hakimiyyətin qanunilik şərtləri dəyişmişdir. Onlar hökumətin qanuni sayılması üçün üç prinsipi əsas götürürlər: ümmətin icması, öncəki xəlifə tərəfindən təyinat, xilafət məsələsində nəzər sahiblərinin təyinatı.

Sünnülər bu əqidədədirlər ki, Əbu-Bəkr xalq tərəfindən xəlifəliyə seçildiyi üçün onun hakimiyyəti qanunidir. İkinci xəlifə ilə bağlı belə düşünürlər ki, bu xəlifə birinci xəlifə tərəfindən təyin edildiyi üçün qanuni sayılmalıdır. Yəni Ömər özündən əvvəlki xəlifə Əbu-Bəkr tərəfindən seçilmişdi. Xilafət sahəsində nəzər sahiblərinin təyinatına gəldikdə, sünnə əhli bu əqidədədir ki, qövm başçıları və siyasi şəxsiyyətlər bir yerə yığışmaqla xəlifəliyə kimisə təyin edə bilərlər. Onlar Osmanın bu yolla hakimiyyətə təyin edildiyini bildirirlər. Osman altı nəfərdən ibarət şura tərəfindən xəlifə təyin edilmişdi. Sünnə əhli bu əqidədir ki, “Nisa” surəsinin 59-cu ayəsində (“itaət edin Allaha, itaət edin peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə”) xüsusi bir şəxs və ya xüsusi bir qrup yox, dövrün sultan və padşah kimi əmr sahibləri nəzərdə tutulmuşdur. Hətta sünnə əhli böyüklərindən bəziləri öz kitablarında bəyan edirlər ki, xəlifə və valiyə qarşı çıxan şəxsin qətli vacibdir. Qiyamçı xəlifə ilə müharibədə qalib gəlib onu hakimiyyətdən uzaqlaşdırsa, onun özünə itaət etmək vacib olur. Çünki artıq həmin şəxs əmr sahibi sayılır. Onlar bu göstərişlərində Quran ayəsinə əsaslanırlar. (Bu baxış “istila” nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyə imam Şafei, Ğəzali, Marudi və ibn Teymiyyə kimi sünnü alimləri tərəfindən müdafiə edilir.) Əslində bu nəzəriyyəni hakimiyyətin qanuniliyinin dördüncü əsası saymaq olar. Bir şəxs hakimiyyətə yiyələnmişsə, bu işi hansı yolla görməsindən asılı olmayaraq xalq ona itaət etməlidir və bu şəxsə qarşı çıxmaq haramdır.

Beləcə, sünnə əhlinin Peyğəmbərdən (s) sonra hakimiyyətin qanuniliyi üçün nəzərdə tutduğu şərtləri nəzərdən keçirdik. Bir daha yada salırıq ki, sünnə əhlinin etiqadına əsasən, hakimiyyəti ya xalq seçməlidir, ya əvvəlki xəlifə təyin etməlidir, ya da siyasi şəxslər müəyyənləşdirməlidir.

Peyğəmbərdən (s) sonra hakimiyyətin qanuniliyi ilə bağlı şiə baxışı


İslam peyğəmbərindən (s) sonra hakimiyyətin qanuniliyi ilə bağlı şiələr iki dövr nəzərdə tutur:

1. Məsum imamın dövrü: Bu dövr hicrətin 11-ci ilindən başlayır və 260-cı ilinədək davam edir. (Bu dövr bəzən hicri 329-cu ilədək götürülür. Aradakı fərq imamın kiçik qeyb dövrünün 1-ci dövrə daxil edilib-edilməməsi ilə bağlıdır) Peyğəmbərdən (s) sonrakı bu dövrlə bağlı şiələr arasında fikir ayrılığı yoxdur. Onlar inanırlar ki, hakim Allah tərəfindən təyin olunmalıdır. Şiələrin nəzərincə, Allah-taala Peyğəmbərdən (s) sonra hakimiyyətə 12 məsumu təyin etmişdir. Bu 12 şəxs Peyğəmbər (s) tərəfindən xalqa tanıtdırılmışdır. Şiə etiqadına əsasən, “Ulil-əmr” (“əmr sahibləri”) dedikdə bütün hakimlər yox, bir qrup şəxs nəzərdə tutulur. Şiələr bu baxışlarını mötəbər bir rəvayətlə əsaslandırırlar. Peyğəmbərdən (s) nəql olunur ki, bu ayə nazil olanda səhabələr “ulil-əmr” ifadəsinin kimə aid olduğunu soruşdular. Həmin səhabələrdən biri Cabir ibn Abdullah Ənsari olmuşdur. O Peyğəmbərin (s) yanına gəlir və belə ərz edir: “Ey Peyğəmbər (s), Allaha və Onun Peyğəmbərinə (s) itaət edilməsi ilə bağlı göstərişi anladım. Bəs “öz aranızdan olan əmr sahibləri” kimdir?” Həzrət Peyğəmbər (s) buyurur: “Ulil-əmr” dedikdə mənim 12 canişinim nəzərdə tutulur. Onların birincisi Əlidir (ə).” Sonra İslam peyğəmbəri (s) qalan 11 imamın adını birbəbir dilə gətirir. Bu rəvayət bəzi sünnü kitablarında da nəql olunmuşdur.19 Demək, şiələr əmr sahibi dedikdə həmin 12 nəfəri nəzərdə tuturlar. Bu on iki nəfərin müştərək xüsusiyyəti onların məsum, günah və xətadan uzaq olmasıdır. Onları Peyğəmbər yox, Allah özü hakimiyyətə təyin etmişdir. Məsumların hakimiyyətə təyinində Peyğəmbərin (s) rolu yalnız bu təyinatı elan etmək olmuşdur. Allah bu təyinatla bağlı Peyğəmbərə (s) buyurur: “Ey Peyğəmbər, Rəbbindən sənə nazil olanı bəyan et. Əgər bu işi görməsən peyğəmbərlik vəzifəsini yerinə yetirməmisən.”20

Hazırkı ayə şiələrin Qədire-Xum günü həzrət Əlinin (ə) xilafətə təyin olunması ilə bağlı əqidəsinə aydın dəlildir. Onlar inanırlar ki, Əli (ə) və ondan sonrakı canişinlər məhz Allahın göstərişi ilə hakimiyyətə seçilmişlər. Peyğəmbərin (s) isə vəzifəsi bu təyinatı elan etmək olmuşdur. Bəli, Peyğəmbərin (s) hakimiyyəti üçün qanunilik şərti sayılan mövzu məsumların da haklimiyyəti üçün qanunilik şərtidir. Qeyd etdik ki, Peyğəmbərin hakimiyyətə seçilməsində xalqın heç bir rolu olmamışdır. İmamların da təyinatında xalqın heç bir iştirakı yoxdur. Qeyd etmişdik ki, Peyğəmbərə (s) Allah tərəfindən iki vəzifə tapşırılmışdı: peyğəmbərlik və hakimlik. Yəni xalq həzrət Məhəmmədin (s) peyğəmbərliyini və hakimiyyətini qəbul etməsəydi də, bu haqlar ondan alınmırdı. Allahın peyğəmbərlə bağlı hökmü ləğv ediləsi hökm deyildi.

İmamlarla bağlı deyə bilərik ki, onların hakimiyyətini qanuni edən Allahın təyinatıdır. Xalq bu hakimiyyəti qəbul etməsə də, ona himayə göstərməsə də, hakimiyyət haqqı onlarındır və onların dövründə başqasının hakimiyyətə sahib durması qeyri-qanunidir. Bir daha qeyd edirik ki, məsum imamların hakimiyyətə seçilməsində xalqın heç bir rolu yoxdur və bu iş Allahın işidir. Amma həmin hakimiyyət xalqa zorla qəbul etdirilmir. Peyğəmbər (s) könüllü qəbul olunduğu kimi, imamlar da könüllü qəbul edilir. İmamlar da Peyğəmbər (s) kimi öz qanuni haqlarına çatmaq üçün zora əl atmırlar. Amma xalq onlara müraciət etdikdə bu məsuliyyəti qəbul edirlər.

Bu baxışa əsasən əziz İslam peyğəmbəri (s) dünyasını dəyişdikdən sonra həzrət Əlinin (ə) hakimiyyətdən kənarlaşdırıldığı 25 ildə başqalarının hakimiyyəti qanuni olmamışdır. Həmin dövrdə hakimiyyət haqqı həzrət Əliyə (ə) məxsus idi. Amma cəmiyyət münasibət bildirmədiyindən bu hakimiyyət gerçəkləşmədi. Nəhayət, 25 ildən sonra xalq tələb edəndə həzrət Əli (ə) hakimiyyəti qəbul etdi. Həzrət buyurur: “Əgər xalqın iştirakı olmasaydı, hakimiyyətə sahib durmazdım. Onların iştirakı mənim üçün höccəti tamamladı, üzrlər aradan qalxdı.”21

Demək, şiə baxışına əsasən, xalqın hakimiyyətin qanuniliyində rolu onların bu hakimiyyətin gerçəkləşməsindəki rolundan fərqlənmir. Hər iki hal tam şəkildə oxşardır.

Bu gün bəzi şiə yazıçılar bildirirlər ki, Peyğəmbər (s) Ğədire-Xumda həzrət Əlini (ə) namizəd kimi təqdim etdi. Əgər xalqın bu namizədliyə razılığı olsaydı, həzrət hakim seçilərdi. Əlbəttə ki, tarix xalqın bu namizədliyə meyilli olmadığını göstərdi. Onlar iddia edirlər ki, Peyğəmbərdən (s) sonra hakimiyyətin qanuniliyində xalqın qəbulu şərtdir.

Amma “Ey peyğəmbər, elan et ...” ayəsi aydın şəkildə göstərir ki, Peyğəmbər (s) Ğədir günü Əlini (ə) namizəd yox, özünə canişin kimi tanıtdırdı. “Nisa”, surəsinin 59-cu ayəsini açıqlayan rəvayətdə də bu məna təsdiqlənir. Demək, nəzərdə tutulan şiə yazıçılarının baxışı kökündən yanlışdır.

2. Qeyb dövrü, məsum imamın olmadığı dövr: Əksər şiə fəqihlərinin nəzərincə, məsum imamın qeyb dövründə də Peyğəmbər (s) dövründə, məsum imamın iştirakı olan dövrdəki kimi hakimiyyətin qanuniliyi Allah tərəfindən bildirilir. Amma hakimiyyətin gerçəkləşməsində xalq rol oynayır. Müasir fəqihlərdən bir neçəsini istisna etsək, əksər şiə fəqihləri qeyb dövründə zəruri şərtlərə malik fəqihi şəri hakim sayırlar. İmam Mehdi (əc) tərəfindən ünvanlanmış və əlimizdə olan sənədlər bu baxışı təsdiqləyir. Yalnız bir neçə müasir şiə fəqihi ehtimal şəklində bu baxışı qəbul etmirlər. Onların nəzərincə qeyb dövründə hakimiyyət xalqa məxsusdur. Yəni fəqihin hakimiyyətini qənuniləşdirən xalqın rəyidir və fəqih xalq tərəfindən seçilir. Xalqın rəy vermədiyi hakimiyyət qeyri-qanunidir. Bu hakimiyyətin təkcə gerçəkləşməsi yox, həm də qanuni sayılması üçün xalqın beyətinə ehtiyac var.

Əksər şiə fəqihləri belə düşünürlər ki, qeyb dövründə fəqihin hakimiyyəti imam Mehdi (əc) tərəfindən təsdiqlənir. İmam fəqihi şəxsən təyin etmir. Fəqih imamın bəyan etdiyi ümumi prinsiplər əsasında təyin olunur. Bəs yüzlərlə fəqihin olduğu dövrümüzdə bu iş necə həyata keçirilir? Şübhəsiz ki, bir hakimiyyətin yüz başçısı ola bilməz. Bir neçə hakimi olan hökumətdə hərc-mərclik baş qaldırasıdır. Demək, bu fəqihlər arasından biri seçilməlidir. Bəs bu bir nəfəri kim seçməlidir? Bu məsələ ilə bağlı bəziləri iddia edirlər ki, həmin seçim xalq tərəfindən aparılmalıdır. Yəni imamın qeyb dövründə hakimiyyət seçimində xalqın böyük rolu var. İmamın iştirakı olan dövrdə onun təyinatı Allah tərəfindəndir. Amma hakimiyyətin gerçəkləşməsində xalqın rolu var. İmamın qeyb dövründə isə seçim və xalqın rəyi rol oynayır. Fəqihin qanuniliyi Allah tərəfindəndir və bu baxımdan xalqın heç bir haqqı yoxdur. Amma hansı fəqihin seçilməsi xalqın işidir. Deyilənləri ümumiləşdirərək belə bir qənaətə gəlirik ki, qeyb dövründə və vilayəti-fəqih üsul-idarəsində hakimiyyət seçimində xalqın üç şəkildə iştirakı ola bilər:

1. Fəqih hakimiyyətinin qanuniliyi Allah və imam Mehdi (əc) tərəfindən müəyyənləşdirilir. Hansı fəqihin təyin olunması da imamın ixtiyarındadır. Amma hakimiyyətin gerçəkləşməsi üçün xalqın rəyinə ehtiyac var.

2. Fəqihin hakimiyyəti imam tərəfindən müəyyənləşdirilir və imam özü fəqihi şəxsən təyin edir. Hakimiyyətin gerçəkləşməsi üçün isə xalqın rəyinə ehtiyac var.

3. Ehtimal şəklində bəyan olunmuş üçüncü baxış budur ki, imamın qeyb dövründə fəqih hökumətinin qanuniliyi və gerçəkləşməsi xalqın ixtiyarındadır.

İndi müəyyənləşdirmək lazım gəlir ki, bu üç baxışdan hansı İslam prinsiplərinə uyğundur. Bir daha xatırladırıq ki, hazırkı araşdırmalarda şiə baxışı və şiə imamları əsas götürülmüşdür. Amma öncə bir neçə nöqtəni nəzərdən keçirmək yerinə düşər.



Yüklə 374,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə