Açıq Cəmiyyət İnstitutu‐Yardım Fondu



Yüklə 206,54 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix13.11.2017
ölçüsü206,54 Kb.
#9761
1   2   3   4   5   6   7   8

 

18

ilə  əlaqədar  alınan  torpaqla  yanaşı  olan  torpaqda  qanunvericiliklə 



nəzərdə tutulmuş məhdudiyyətlərin müəyyənləşdirilməsi nəticəsində 

zərər dəymiş yanaşı torpaq üzərində müvafiq hüququ olan alınmanın 

təsirinə  məruz  qalan  şəxs  həmin  zərərli  təsirlə  bağlı  kompensasiya 

almaq hüququna malikdir. 

Qanunda həmçinin narahatlığa, ümumi istifadədə olan torpaqların 

hüdudlarının itməsinə görə də kompensasiyalar nəzərdə tutulur. 

  

Ödənilən kompensasiyanın mahiyyəti və növü 

 

“Torpaqların  dövlət  ehtiyacları  üçün  alınması  haqqında” 



Qanunu   ödənilən  kompensasiyaların  mahiyyətini  və  növünü 

aşağıdakı şəkildə müəyyənləşdirir: 

 Kompensasiya aşağıdakı formalarda ödənilə bilər: 

•  itirilmiş  torpaqla  müqayisə  ediləcək  keyfiyyətə,  ölçüyə, 

istehsal potensialına malik olan torpaq sahəsi; 

•  itirilmiş  yaşayış  sahəsi  və  ya  tikili  ilə  müqayisə  ediləcək 

keyfiyyətə,  ölçüyə  və  istifadə  imkanına  malik  olan  yaşayış 

sahəsi və ya tikili; 

•  kənd  təsərrüfatı  torpaqları  itirildikdə,  itirilmiş  torpaqla 

müqayisə  ediləcək  keyfiyyətə,  ölçüyə,  istehsal  potensialına 

malik  olan      torpaq  sahəsindən  əlavə  kənd  təsərrüfatı 

torpağında istifadə etmək üçün bitkilər və toxumlar; 

•  itirilmiş  torpaqda  əldə  edilən  qida  məhsullarının  və  ya 

əvvəllər  belə  qida  məhsullarını  əldə  etmək  üçün  istifadə 

olunmuş itirilmiş gəlirin əvəzinə müəyyən müddət ərzində 

qida məhsulları ilə mütəmadi təchizat; 

•  yerdəyişmə nəticəsində itirilmiş iş imkanlarının əvəz edilməsi 

məqsədi  ilə  iş  əldə  etmək  üçün  alınmanın  təsirinə  məruz 

qalan  şəxslərə  yeni  vərdişləri  aşılamaqla  və  ya  torpağın 

alınması layihəsi nəticəsində açılan iş imkanlarından istifadə 

etməklə əlaqədar təlimin təmin edilməsi; 

•  alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında 

müəyyən  edilən  və  ya  razılaşdırılan  digər  kompensasiya 

formaları. 




 

19

•  Alınmanın  təsirinə  məruz  qalan  şəxs  ona  ödənilməli 



kompensasiyanın bir və ya daha çox növünü seçə bilər. 

•  Alan  orqan  kompensasiyaların  növləri,  onların  hansının 

daha  faydalı  olması  haqqında  alınmanın  təsirinə  məruz 

qalan şəxsin məlumata malik olduğuna əmin olmalıdır. Əks 

təqdirdə, alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə 

bu barədə ətraflı məlumat verir. 

•  Qəbiristanlığın  ərazisi  olan  torpaq  alındıqda,  alan  orqan 

həmin  qəbiristanlıqda  dəfn  edilmiş  şəxslərin  qohumları  ilə 

dəfn  edilmiş  şəxslərin  eksqumasiyası  və  başqa  yerdə 

basdırılması,  onların  həmin  məqsədlə  üstünlük  verdikləri 

yerlə  bağlı  məsləhətləşmələr  aparır  və  həmin  şəxslər 

eksqumasiya və başqa yerdə basdırılma ilə bağlı qərar qəbul 

etdiyi  halda,  alan  orqan  eksqumasiya  və  başqa  yerdə 

basdırılma,  habelə  bununla  əlaqədar  bütün  müvafiq  və 

ənənəvi mərasimlərlə bağlı xərcləri ödəyir. 

•  Ümumi istifadədə olan bina alındıqda, alan orqan: 

•  həmin  binadan  istifadə  edən  şəxsləri  onların  istifadə  edə 

biləcəkləri yerdə eyni məqsədli (təyinatlı) bina ilə (binalarla) 

təmin edir və ya; 

alınmanı  həyata  keçirən  orqan  Qanunun  59‐cu  maddəsinə 

uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərə həmin 

binanın bərpa qiymətini ödəyir. 

 

Köçürüləcək şəxslər alınan torpaqda elektrik enerjisi, qaz, su və 



kanalizasiya,  telekommunikasiya  və  elektron  kommunikasiya  ilə 

təchizatına, habelə yol və sair bu kimi infrastruktur təchizatına malik 

olduqda  alan  orqan  alınmanın  təsirinə  məruz  qalan  həmin  şəxsləri 

köçürüləcəkləri  ərazidə  müqayisə  ediləcək  keyfiyyət,  rahatlıq  və 

kəmiyyətə  malik  olan  müvafiq  infrastruktur  təchizatı  ilə  təmin 

etmək  öhdəliyini  daşıyır,  bu  şərtlə  ki,  həmin  ərazidə  əvvəllər 

yaşayan  şəxslərin  infrastrukturlarının  və  tikililərinin  keyfiyyəti, 

rahatlığı və kəmiyyəti azalmasın. 

 Alınan  torpağa  ümumi  istifadədə  olan  torpaq  sahələri  daxil 

olduqda,  ondan  istifadə  etmək  və  ya  məhsul  götürmək  hüququna 




 

20

malik  olan  şəxslər  ümumi  istifadədə  olan  torpaq  sahələrinə  giriş, 



istifadə  və  ya  məhsul  götürmək  hüququnun  itirilməsinə  görə 

kompensasiya almaq hüququna malikdirlər.  

Belə torpaqlar üçün: 

•  torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına 

uyğun  olaraq  müəyyən  edilmiş  məbləğdə  birdəfəlik  pul 

ödənişi; 

•  yerdəyişmə nəticəsində azalmış və ya itirilmiş gəlirin təmin 

edilməsi  və  ya  əvəz  edilməsi  üçün  müəyyən  müddətə 

ödənişlər. 

 

  Çətinliklərə görə kompensasiya 



  

Qanuna  uyğun  olaraq  yaşayış  sahəsinin  alındığı  hər  bir  halda, 

alan orqan iddiaçıya bu fəsilə uyğun olaraq alınmanın təsirinə məruz 

qalan  şəxslərin  almaq  hüququna  malik  olduqları  ödənişlərə  əlavə 

olaraq çətinliyə görə kompensasiya verir. 

Çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan 

şəxsə  alınan  yaşayış  sahəsində  əsas  yaşayış  yeri  kimi  ən  azı  beş  il 

müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim 

edildikdə ödənilir. 

Alınmanın  təsirinə  məruz  qalmış  şəxs  alan  orqana  çətinliklə 

bağlı ödəniş üçün tələbi bu  

çətinliklərə  görə  kompensasiya  alınmanın  təsirinə  məruz  qalan 

şəxsə  alınan  yaşayış  sahəsində  əsas  yaşayış  yeri  kimi  ən  azı  beş  il 

müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim 

edildikdə  ödənilir.  Belə  olduqda  kompensasiya  alınmanın  baş 

verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər. 

Çətinliklə  bağlı  ödəniş  alınmanın  təsirinə  məruz  qalmış  şəxsin 

alınan  yaşayış  sahəsində  yaşadığı  müddətdən  asılı  olaraq  bu  fəslə 

uyğun  olaraq  iddiaçıya  ödəniləcək  kompensasiyanın  ümumi 

məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir: 

•  5 ildən 6 ilədək müddət üçün — 5 faiz; 

•  6 ildən 7 ilədək müddət üçün — 6 faiz; 

•  7 ildən 8 ilədək müddət üçün — 7 faiz; 



Yüklə 206,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə