A zərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə8/59
tarix31.10.2018
ölçüsü1,2 Mb.
#77361
1   ...   4   5   6   7   8   9   10   11   ...   59

xoşbəxtlik  mənalarını  ifadə  etdiyi  aşkara  çıxarılmışdır.  Bunun  əsasında  Yol  tenqri  (Irk bitig), 
Yollığ kağan (Tes ab.), Yollığ tigin (KT 13) antroponimlərində bu sözün xoşbəxt xaqan, xoşbəxt 
şahzadə mənasını bildirməsi müəyyən edilmişdir (bax: 62, s. 134). 
Uyğur  antroponimlərində  özünü  göstərən  fərqli  xüsusiyyətlərdən  biri  uyğur 
hökmdarlarının  tituluna  Ay  komponentinin  əlavə  olunmasından  ibarətdir.  Bəllidir  ki,  Bögü 
xaqan  uyğur  xalqının,  dövlətinin  mədəni  inkişafında  böyük  xidmət  göstərmiş,  manixey  dinini 
dövlət səviyyəsində himayə etmiş, uyğurlar arasında təbliğinə və yayılmasına dəstək olmuşdur. 
Manixey dini təlimində Ay başlanğıc hesab olunurdu. Elə buna görə də bir neçə uyğur xaqanının 
adında, titulunda ay leksik vahidindən istifadə edilmişdir. Karabalqasun abidəsinin Çin mətnində 
belə antroponimlərə aid bəzi nümunələr: Ay tenqridə Kut bolmış Alp kutluğ Bilgə kağan (779-
789).  Ay  tenqridə  kut  bolmış  Alp  Bilgə  kağan  (808-821)  və  s. L.Bazinin  fikrincə, 
antroponimlərin tərkibindəki Ay tenqridə ifadəsi ay tanrısı şəklində anlaşılmalıdır (23, s. 71). 
Bögü 
kağanın  manixey  dinini  qəbul  etməsi  ilə  əlaqədar  onu  bəzən  abidələrdə  (məs.:  Bögü 
şərəfinə mətn) Tenqri kağan adlandırırlar. Bu, Bögü xaqanın manixey dini tərəfdarları tərəfindən 
ilahiləşdirilməsi,  həddən  artıq  sevilməsi,  rəğbət  görməsi  ilə  bağlıdır.  Bu  xüsusiyyətə  göy  türk 
abidələrində az təsadüf edilir. 
Bundan  başqa,  uyğur  xaqanlarının  adlarındakı  Bilgə  kağan  titulu  Tes  və  Karabalqasun 
abidələrində fərdiləşdirilərək, konkret şəklə salınaraq uyqur kağan şəklində ifadə olunur. Məs.: 
... Tenqridə bolmış el etmiş uyğur kağan olurmış (Tes 12): Bu tenqrıkeninq, tenqridə kut bolmış 
alp bilgə tenqri uyğur kağanınq bitigi (KB ab.). 
          A
ntroponimlər bütün dövrlərdə cəmiyyət üzvü üçün böyük əhəmiyyət kəsb etmişdir. Ad 
adət və ənənələrin, dini ayinlərin, onların əşyavi atributlarının söz vasitəsilə meydana gəlməsidir. 
Ad  ancaq  müəyyən  sosial  fərdlərin  zəruri  xəbərləşmə  ehtiyaclarını  yerinə  yetirmək  funksiyası 
daşıyır, eyni zamanda onların mədəni səviyyəsini də əks etdirir. L.N.Qumilyov çox doğru olaraq 
göstərir ki, türkün adı hər zaman onun cəmiyyətdəki vəziyyətini, mövqeyini göstərmişdir (78, s. 
91). 
     
Bütün  dünya  xalqlarında  olduğu  kimi  qədim  türklərdə  də  ad  sisteminin  özünəməxsus 
xüsusiyyətləri  olmuşdur.  Buradakı  adqoyma  adətləri,  onun  müxtəlif  mərhələləri,  ad  ilə  bağlı 
inanclar,  şəxs  adları,  yer  adları,  etnos  adları,  onların  bir-birilə  əlaqələri,  onların  verilmə  və 
işlənmə  məqamları,  halları  və  s.  qədim  türk  mədəniyyətinin  öyrənilməsi  baxımından  böyük 
əhəmiyyət kəsb edir. 
     Bu ba
xımdan  qədim uyğur  dövləti  (744-840)  hökmdarlarının  ad  və  titulları  diqqəti  cəlb 
edir. Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, qədim uyğurlar ad və titulların verilməsində 
göy türk ənənələrini bir qədər genişləndirilmiş şəkildə davam etdirmişlər. Uyğur xaqanlarının ad 
və titullarının verilməsi çox zaman Çin imperatorluğunun təşəbbüsü ilə həyata keçirilirdi. Buna 
 
18 


baxmayaraq bəzən bu titullar narazılığa səbəb olur, qonşu dövlət başçıları tərəfindən tanınmır, 
qəbul  edilmirdi.  Məsələn,  Çinin  Tang  imperatoru  sonuncu  göy  türk  hökmdarını  Ozmış  kağan 
olaraq tanımasına baxmayaraq uyğurlar onu kağan kimi qəbul etmir, onunla hesablaşmırdılar. 
Bu  cəhət  o  dövrün  yazılı  abidələrində  də  öz  əksini  tapmışdır.  Belə  ki,  uyğur  xaqanlığı  dövrü 
abidələrində bu hökmdarın adı məqsədli olaraq Ozmış tigin (Terhin ab.  Şərq t. 6, 9) şəklində 
qeyd olunmuşdur. 
      
Qədim  türk  advermə  ənənələrinə  görə  qəbilə  başçısı  dövlət  başçısı  kimi  taxta  çıxdığı 
zaman mütləq yeni ad, titul qəbul edirdi. O da maraqlıdır ki, həm göytürk, həm də qədim uyğur 
kitabələrində əsas etibarilə xaqanların taxta çıxdıqdan sonra qəbul etdiyi rəsmi adlar, xaqanlığı 
dövründə  göstərdiyi  böyük  xidmətlərə  görə  əldə  etdiyi  titullar  göstərilmişdir.  Diqqəti  çəkən 
cəhət bundan ibarətdir ki, bu ad və titullar çox zaman Çin qaynaqlarındakı şəxs adları və titulları 
ilə  üst-üstə  düşür,  uyğun  gəlir.  Onu  da  xüsusilə  qeyd  edək  ki,  Çin  mənbələri  qədim  türk  ad 
sisteminin  öyrənilməsində  mühüm  əhəmiyyətə  malikdir.  Bu  sahədə  qədim  türk  tarixinin 
tanınmış  tədqiqatçılarından  sayılan  L.N.Qumilyovun  mühüm,  əhəmiyyətli  elmi  müşahidələr 
apardığını  xüsusilə  vurğulamaq  lazımdır.  O,  Çin  mənbələrinə  istinad  edərək  bir  sıra  tukyu  və 
göy türk xaqa
nlarının  ad  və  titullarını  bərpa  (türkcə)  etmiş,  onların  müfəssəl  siyahısını 
hazırlamış,  onu  "Qədim  türklər"  kitabına  əlavə  etmişdir  (Təəssüf  ki,  kitabın  dilimizə 
tərcüməsində  bu  siyahı  və  cədvəllər  yer  almamışdır).  Müəllif  qədim  dövr  Çin  heroqliflərinin 
x
üsusi  bir  metodla  transkripsiya  edilməsinə,  oxunmasına  ehtiyac  olduğunu,  türk  adının  XX 
əsrdəki  kimı  tu-tszyu  deyil,  əslində  olduğu  kimi,  yəni  tu-gyu  şəklində  oxunmasının  zəruri 
olduğunu  göstərir.  Qədim  türk  onomastikasının  tədqiqi  sahəsində  əvəzsiz  xidmətləri  olan 
L.N.Qumil
yov yazır: "Нам удалось выяснить кто и почему в разное время именовался по-
разному.  Китайцы  подбирали  иероглифы  не  случайно,  и  только  часть  их  изображает 
тюркскую фонемы. Многие подобраны специально, чтобы отразить хорошее или дурное 
отношение к тюрку-носителями, и подчас здес  только можно уловить некоторые нюансы 
китайской политики" (78, s. 91). 
Uyğur dövlətinin ilk kağanının adı qədim türk kitabələrində Kül beg Bilge kağan (Tes 
ab.  cənub  t.  18),  Kül  tarkan  (Sevrey  ab.),  Kül  Bilge  kağan  (Şıne-Usu  5)  şəkillərində  qeyd 
olunmuşdur.  Bu  adları  əmələ  gətirən  komponentlərin  bir  qismi  titullardan  təşkil  olunur.  Bu 
antroponimlərin tərkibindəki bilge onomastik vahidi ilə əlaqədar onu da bildirməliyik ki, uyğur 
dövlətinin ilk kağanları bilge kağan formantından istifadə edir və bu xanədan adı ilə tanınırdı. 
Ancaq Tes abidəsində və Karabalqasun abidəsinin türkcə mətnində bunun yerinə uyğur kağan 
formulu yer almışdır (Tes ab. 12). 
Kül  B
ilge  kağanın  adı  Karabalqasun  abidəsinin  çincə  mətnində  Kutluğ  (KB3)  şəklində 
qeyd  olunmuşdur.  Tədqiqatçı  S.Gömeç  bunun  Kül  boyla  şəklində  oxunmasını  məqsədəuyğun 
 
19 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə