A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə141/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   ...   149

 

440


Qurd keçinin Şəngülüsün yeyəndə  

Mən qayıdıb bir də uşaq olaydım,  

Bir gül açıb ondan sonra solaydım. 

(Şəhriyar) 

 

Göründüyü kimi, Qarı nənə, nağıl, qap-baca, qurd, 



keçi  qəbilindən olan anlayışlar bilavasitə etnoqrafik məz-

muna malikdir, mətnə daxil olan digər anlayışlar isə əslində 

ümumi ideyanın təsiri ilə həmin məzmunu qəbul edir. 

Beləliklə, Cənubda ədəbi dilin lüğət tərkibində koloritli söz 

və ifadələrin sıxlığı ədəbi-bədii düşüncənin, mədəni 

təfəkkürün özündən gəlir, yəni təkcə linqvistik hadisə deyil. 

Ümumiyyətlə, sözlə (sözün mənası ilə) mədəni-tarixi 

təfəkkürün strukturu arasında birbaşa səbəb-nəticə əlaqələri 

vardır – bu əlaqələr obyektiv və subyektiv münasibətlərin 

bütöv sistemi ilə qaydaya salınır

1

. Azər-baycan ədəbi 



dilinin Cənub qolu ilə Şimal qolu arasında tarixən yaranmış 

fərqlər linqvistik fərq olmaqdan daha çox tarixi-mədəni, 

sosioloji-etnoqrafik («etnoqrafiya» sözünü geniş mənada, 

ümumən, «milli sosioloji xüsusiyyətlər» mənasında 

işlədirik) fərqlərdir və şübhəsiz, lüğət tərkibi həmin fərqləri 

əks etdirməyə dil qatlarının hamısından daha həssasdır. 

Lüğət tərkibinin konkret zaman kəsiyindəki mənzə-

rəsini dövrün ictimai şüur səviyyəsi müəyyən edir, çünki 

leksika ilə ictimai şüur arasındakı münasibət birbaşadır; 

dilin potensiyasında olan sözlərin seçilməsi də, alınmalara 

ehtiyac da bu prinsip əsasında müəyyən olunur. 

Cənubda ədəbi dilin lüğət tərkibində etnoqrafik (eləcə 

də məişət) məzmunlu leksik vahidlərin funksionallığı 50-ci 

                                                           

1

 Bax: 


У.В.О.Куаин. Слово и объект. – Новое в зарубежной лингвистике, 

выпуск XVIII (логический анализ естественного языка), М., изд. 

«Прогресс», 1986, стр. 25-26

 



 

441


illərdən 70-ci illərin sonlarına qədər davam edir – həm də 

nəzərə alaq ki, bu dövrdə ədəbi dil, demək olar ki, ancaq 

şeir dilindən ibarətdir; bu da öz növbəsində klassik poetik 

leksikanın da işləkliyini şərtləndirir: 

 

Genə könlüm quşu bir sevgili cananı sevər,  



Baş qoyub çöllərə Məcnun kimi Leylanı sevər.  

Hicr oduna yanıram eşqli pərvanə kimi,  

Vəslüvin ləzzətini tapmağa hicranı sevər… 

(M. Etimad) 

 

Könlüm quşu, sevgili canan, Məcnun, Leyla, hicr odu, 



pərvanə, vəsl, hicran klassik poetik təfəkkürdən gəlir – 

bunlar əsrlər boyu ədəbi-bədii dildə işlənmiş söz və 

ifadələrdir. Digər tərəfdən həmin söz və ifadələr Şimal 

üçün arxaikdir, ancaq tarixi fakt kimi maraqlıdır, halbuki 

Cənubda poetik funksionallığa malikdir. Ənənəyə bu qədər 

yaxınlıq isə ictimai həyatın öz daxili tələbidir

1



Beləliklə, İran islam inqilabına qədər Cənubda ədəbi 



dilin leksik normasını etnoqrafik və klassik lüğəvi vahid-

lərin bolluğu müəyyən edir; lüğət tərkibinin inkişaf tarixi 

etnoqrafik leksika ilə klassik nitq leksikasını qarşı-qarşıya 

qoysa da (T.Hacıyevin tədqiqatlarını xatırlayın

2

), konkret 



dövrdə, yəni 50-ci illərdən etibarən Cənubda bunların 

birləşdiyini görürük: bizim fikrimizcə, etnoqrafik leksika 

ilə klassik nitq leksikasının dialektik əlaqəsini cəmiyyətin 

                                                           

1

 Bu barədə bax: 



И.Джафарпур. Пути развития демократической поезии 

Южного Азербайджана (1941-1960 гг.), Баку, АКД, 1967, стр. 17;

 C. 

Xəndan. Uğur yolu (Cənubi Azərbaycan ədəbiyyat, mətbuat, maarif, 



incəsənət. Azərbaycan ədəbiyyatında cənub mövzusu), Bakı, Azərnəşr, 1987, 

səh. 180-181. 

2

 Bax: T.Hacıyev. Azərbaycan ədəbi dili tarixi, Bakı, ADU nəşri, 1976, səh. 



55-56. 


 

442


özünün düşmüş olduğu şərait hazırlayır… Xalq milli 

mənəviyyatını (onun əsas realizə forması olan dilini) 

yaşatmaq üçün birinci növbədə tarixinə baş vurur; tarix isə 

etnoqrafik müəyyənlik ilə klassik norma müəyyənliyini 

birlikdə təqdim edir. Ona görə də Cənubi Azərbaycanda 

50-ci illərdən başlayan milli oyanmanın yeni dalğası dildə 

də bu iki cəhəti ardıcıl olaraq faktlaşdırır – yəni söhbət elə 

bir prosesdən gedir ki, bunun universal ictimai-milli 

məzmunu var, nitq də həmin universallığa daxildir. 

İran İslam inqilabı Cənubda ədəbi dilin inkişafına 

güclü təsir göstərdi. 70-ci illərin sonu, 80-ci illərin 

əvvəllərində kifayət qədər kitab, jurnal və qəzetlər nəşr 

edildi. Ədəbi dilə inqilabi anlayışlar gəldi. Əslində, ədəbi 

dilin bu illərdəki lüğət tərkibi 40-cı illərin ortalarındakı 

vəziyyəti yada salır; o zaman da dil inqilabi surətlə inkişaf 

edirdi. Lakin nə 40-cı illərin ortalarında, nə də 70-ci illərin 

sonu, 80-ci illərin əvvəllərində Cənubda ədəbi dilin lüğət 

tərkibi üçün xarakterik olan etnoqrafik və klassik nitq 

leksikasının işləkliyi aradan qalxmır; məsələn: 

«Sizə aydın degki məcəllə çıxarmax bu dövranda nə 

qədər çətin və ağırdı. Lakin biz bu çətinliğı ana dilimizin 

inkişafı eşqində təhlil edib və bu milli yüki boyumuza 

almışıq. 

Əlbəttə, bu yolda bizi mütərəqqi insanlar hələ öz 

çıxarına qədər 50-dən 200 tümənə qədər köməklik edirlər. 

Biz bu ayıq və aydın fikirlərimizə eşq olsun söyləyib bütün 

oxucularımızdan hər cəhətdən köməklik arzulayırıq. Necə 

ki, bilirsiniz, bu məcəllə Aqayi Naseh Natiqin zidd-Azər-

baycani kitabı «Zəbani-Azərbaycan və vəhdəti-milli İran» 

deyil ki, vəqfi pullarınan çıxsın…» («Dədə Qorqud» 

məcəlləsi, № 3, səh. 1). 

«Cəllad Pəhləvi rejimi bir quduz it kimi hər nə ki




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə