23902
A L L A H V E R D İ EMİ NOV
MİR CƏLALIN
POETİKASI
Bakı,
“Araz’-2011
Naşiri və redaktoru:
Əlirza Sayılov
Mir Cəlalın poetikası
Bakı, “Araz” nəşriyyatı, 2011, 352 səh.
Müəllif monoqrafiyada böyük yazıçımız Mir Cəlal
Paşayevin yaradıcılığında əslində araşdırılmamış nəsr
poetikasından bəhs edir. Ədibin “Bir gəncin manifesti”,
“Yolumuz hayanadır”, “Dağlar dilləndi”, “Təzə şəhər” və
“Yaşıdlarım” romanları və povestləri təhlil olunmuşdur.
Kitab geniş oxucular üçün nəzərdə tutulmuşdur.
Kitabın maliyyə dəstəkçisi:
Sarı ye v Həsən Qa çay oğlu
(Ağdam Rayon İcra Hakimiyyətinin
sabiq başçısı)
4965443200
A ----------------------- qrifli nəşr
050-2011
(ç) “Araz”, 2011
I HİSSƏ
”BİR GƏNCİN MANİFESTİ” ROMANI
Biz hələ də bir suala cavab tapmaqda ya çətinlik çəki
rik, ya da bu barədə analitik düşünmək belə istəmirik: Bə
dii ədəbiyyat anlayışı orta məktəb şagirdlərinə hansı isti
qamətdə və kimlərin yaradıcılığı öyrənilməlidir. Qeyri-pe
şəkar oxuculara bəyan edərdik ki, formal baxımdan hər iki
si bəllidir və tədris planlarında, proqramlarında nəzərdə tu
tulmuşdur. Lakin əslində qeyri-peşəkar psixologiyaya bilə
rəkdən rəvac verən bu məsələlərə cavabdehlik daşıyan
təhsil məmurlarıdır! Bir faktı xatırladardıq ki, "Əlifba” dərs
likləri ya köklü, ya da ötəri olaraq dəfələrlə yeniləşmiş, mü
vafiq materiallarla əvəzlənmiş, yaxud hansı mətnlərsə çı
xarılmışdır. Buna baxmayaraq dəfələrlə mətbuata tənqidi
aspektdə çıxarılmışdır, hərçənd, görkəmli pedaqoq Yəhya
müəllim cavablandırmışdır. Lakin 20-30 ildir ki, XI siniflər
üçün "Ədəbiyyat" proqramı və dərslik ünvanına birbaşa
yox, ləngər vura-vura gəlir. Biz dəfələrlə nüfuzlu qəzetlər
də tənqidi, səviyyəli məqalələr çap etdirmişik (sonuncu
"Sonra gec olar", "Azərbaycan müəllimi" q.). Və konkret
ünvanları da göstərmişik. Təəssüf ki, aidiyyatı məmurların
"tükü” belə tərpənməmişdir! Səbəbsiz də deyil. Ədəbi şəx
siyyətlər və onların yaradıcılığı öyrədilir. Səbəbləri öncə,
proqramın (müvafiq dərsliyin) strukturunun streotip ənənə
lərdən kənara çıxmamasıdır. (Bəllidir ki, ilk növbədə proq
ram tərtibçisi (mətbuatda ononim çap olunmuşdur, müəllif-
siz) gileylənir ki. milli ədəbiyyatımız zəngindir, dövrdən-
dövrə bəzi ədiblər, şairlər proqramdan çıxarılır, digərlərilə
əvəzlənir. Bəzən M.S. Ordubadi, Hüseyn Cavid kimi gör-
_________________________
3
---------------------------------
kəmli simaların ədəbi taleyi belə olmuşdur. Müstəqilliyimi
zin bərpasından sonra təbii ki, yeniliklər: bədii əsərlərin
məzmunu, ideyası və s. nəzərə alınmalıdır, lakin proqramı
ortaya qoyan təhsil nazirliyinin müvafiq idarəsi öz istədiyi
şəkildə məsələyə yanaşdı. Müzakirəyə çıxarılan proqra
mın müzakirəsi geniş oxucu auditoriyasında formal əksini
tapdı. Açığı, hələ də aydınlaşmadı ki, çağdaş ədəbiyyatı
mız (əlbəttə, 30 ili nəzərdə tuturuq) şagirdlərə necə və
hansı məqsədlə öyrədilməlidir. Seçilmiş yolu əsas götür-
məkləmi? Bu halda ədəbiyyatımızın nailiyətlərimi, ideya-
poetik məziyyətlərimi? Suallar məhdudlaşmır. Məhz bu
məsələlərə küll halında və əlaqəli yanaşılmalıdır. Yaddan
çıxarılır ki, məktəblilərə ədəbiyyat-sənətkarların yaradıcılı
ğı, yaxud ayrı-ayrı əsərləri ümumi kontekstdə, konkret
əsərin poetikasında sənətkarlığı, ideya-məzmun çalarları,
yazıçı proqnozları və sairdə çatdırılmalıdır. Ona görə ki,
orta məktəbin son sinfi ədəbiyyatı ümumi sferada bilsinlər
(informasiya alsınlar), ədəbi şəxsiyyətləri tanısınlar, ən
maraq doğuran əsərlər barədə konkret nəsə oxusunlar,
müəllimindən eşitsinlər və nəhayət ədəbi zövqə yiyələn
sinlər. Məgər bu kifayət etmirmi? Bir halda məzunlar test
imtahanlarında ədəbiyyata aid suallarda bu genişliyə ca
vab axtarmırlarsa, eləcə də filologiya ixtisaslarını seçəcək
lərsə, tamam başqa, dərin və əhatəli ədəbiyyatı öyrənə
cəklərsə, ehtiyac varmı birtərəfli olaraq ədəbi simaları və
bəzi əsərləri öyrətməyə, hətta proqramdan çıxarmağa?
Suala cavab tapmaq qeyri-adi deyil!..
Hazırda istifadədə olan dərslik məhz streotipliyi və
subyektivliyilə nəzərə çarpır və nə qədər elə streotip zövq
lü məmurlar çalışacaqlarsa, optimal heç nə gözləmək inti
zarına ehtiyac yoxdur. Biz məqalələrimizdə bəzi mətləblə
rə əsaslı toxunmuşuq və M.S.Ordubadi, S.Rüstəm, M.Hü
_________________________
4
----------------------------------
seyn, M.İbrahimov, S.Rəhimov kimi milli ədəbiyyatımızda,
ədəbi tənqidimizdə, dilimizin formalaşmasında, ümumiy
yətlə, mədəniyyətimizin inkişafında misilsiz xidmət göstə
rən, hətta bir və ya iki klassik əsər qələmə alan sənətkar
ların məktəbdən qovulmasını heç cürə bağışlaya bilmirəm.
Belə ki, "Qılınc və qələm", "Abşeron", "Yeraltı çaylar dəni
zə axır", "Şamo", "Böyük dayaq", "Bir gəncin manifesti"
romanlarının maleyi fikrimizin təsdiqidir.
Sonuncu əsərə qədər yazdığımdan yenidən məsələyə
qayıtmaq istəməzdim
Mən 50-ci illərin sonunda orta məktəbi qurtarmışam.
(Sonralar filoloq oldum). Bizə ədəbiyyatı öyrədən müəllim
lərimizdən nəyi öyrəndik və bu gün də hafizəmizdə yaşa
yır. C.Cabbarlının dramları, S.Vurğun, S.Rüstəm, R.Rza
şeirləri, (eləcə də poemaları), M.S.Ordubadi, M.Hüseyn,
M.İbrahimov, S.Rəhimov romanlar (eləcə də povestlər)
qələmə almışlar. Və bir də "Bir gəncin manifesti", "Can
nənə, bir nağıl de", "Ana və poçtalyon", "Dağlar" (Aşıq
Ələsgər), "Gülşən"...Siyahı uzun olmaya da bilər, lakin
ədəbi əsərlər öz təsir gücünü, aşıladığı estetik zövqü, söz
ustadlarının sənətkarlığı ömürlük qaldı. İlk mərhələdə bu
yol məgər kifayət deyilmi?
Bu və ya digər əsərlər riyaziyyatçıların, mühəndislərin,
həkimlərin, musiqiçilərin də yaddaşlarında əbədiləşmiş
dir. Məhz ədəbiyyat bütöv halda belə bir kontekstdən açıl
malıdır və informatik rol oynamalıdır. Bəs nəyə əl atmış
lar? Filən şairə, yazıçıya, dramaturqa toxunmaq olmaz-fi-
lənkəsin xətrinə dəyər, filən əsər inqilabdan danışır. Le
nindən, partiyadan bəhs edir və ilaxır absurd görünən
ştamplar. Nəticədə uşaqlara o təlqin olunur istər-istəməz
ki: Azərbaycanın müasir ədəbiyyatı bu sənətkarlardan iba
rətdir, oxuyun, qürurlanın!
Paradoks aşılanma pafosu.
________________________
5
-----------------------------------------------------
Dostları ilə paylaş: |