9 Kimya sənayesi müəsisələrində işçilərin kollektiv və fərdi mühafizəsinin təşkili Kimyəvinəzarətinməqsədi



Yüklə 31,06 Kb.
səhifə4/5
tarix29.04.2022
ölçüsü31,06 Kb.
#86158
1   2   3   4   5
referat 4452

Tam sanitariya təmizlənməsi – bədənin hər yerinin radioaktiv, zəhərləyici

maddələrdən və bakterial vasitələrdən təmizlənməsinə deyilir.

Tam sanitariya təmizlənməsi hamamlarda, duşxanalarda, təmiz su hövzələrində

və yaxud da xüsusi düzəldilmiş yuyunma məntəqəsində keçirilir. Hökmən alt

paltarını dəyişirlər. Radioaktiv zəhərlənmə zamanı tam təmizlənmə, qismən

təmizlənmədən sonra bədənin zəhərlənmə dərəcəsi təhlükəsiz normadan artıq

(təhlükəsiz norma 50 mr/saat-dır) olarsa keçirilir.

Yuyunma məntəqəsində və ya meydançasında adətən üç şöbə olur: soyunma,

yuyunma və geyinmə. Lazımi hallarda paltar zərərsizləşdirmə şöbəsi də düzəldiləbilər. Soyunma şöbəsində təmiz skamyalar qoyulmalıdır. Zəhərli paltarlar rezinliparçadan olan kisələrə yığılmalıdır. Sənədlər və qiymətli əşyalar xüsusi yerdəsaxlanmalıdır.

Geyinmə şöbəsində skamyalar, təmiz paltar qoyulan yer olmalıdır.

Yuyunma məntəqəsinə xidmət edən həyət zəhərli paltarları, ayaqqabları və

mühafizə paltarlarını zəhərsizləşdirmə şöbəsinə aparıb orada təmizləməli, sonra

geyinmə şöbəsinə gətirməlidirlər. Sanitariya təmizlənməsinə göndərilən şəxslər

soyunma məntəqəsində tibbi müayinədən keçməli gözlərin, ağız/burun selikli

qişalarını 2%-li çay sodası məhlulu ilə təmizləməlidirlər.

Yuyunma məntəqəsində ardıcıllıqla əlləri, üzü, başı və bütün bədəni iki dəfə

sabunlayıb və isti su ilə yuyurlar. Yuyunma 10-15 dəq. davam etməlidir.

Yuyunduqdan sonra bədənin radioaktiv tozdan tam təmizlənməsini dozimetrik

cihazla yoxlamaq lazımdır. Əgər bədənə qalmış zəhərlənmə normadan artıq olarsa,yuyunma təkrar edilməlidir.

Lazım olduqda əhali sanitariya təmizlənməsini öz evlərində də təşkil edə bilərlər.




Yüklə 31,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə