8 Bakı Nəqliyyat Agentliyi tərəfindən keçirilən 20 v ə 94 nömrəli müntəzəm marşrutlar üzrə



Yüklə 293,7 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix17.06.2018
ölçüsü293,7 Kb.
#49192
1   2   3   4   5   6   7   8   9   10   11

3. Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə 

yetirən avtobusların sürücülərinə dair tələblər

3.1. Avtobuslarla

sərnişin daşımalarına “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq

edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək

sahəsində təcrübəsi beş ildən az olmayan), “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq

edən sürücülük vəsiqəsi olan (yaşı 26-dan az və 65-dən çox olmayan və “D” kateqoriyasına daxil olan avtonəqliyyat

vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmayan) sürücülər buraxılırlar.

3.2.


Sərnişin daşımalarında istismar edilən avtobusların sürücüləri peşə fəaliyyətinə və davranışına dair təsdiq

olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən

normativ hüquqi aktlar

barədə zəruri biliklərə malik olmalıdırlar.

3.3.

Sərnişin daşımalarında istismar edilən avtobusların sürücüləri reysqabağı tibbi müayinədən keçməli, idarə



edəcəyi nəqliyyat vasitəsinin reysqabağı texniki yoxlamadan keçdiyinə əmin olmalı, zəruri sənədləri əldə etdikdən sonra

reysə çıxmalıdır.

3.4. Avtobus sürücüsü

marşrutun hərəkət intervalına uyğun olaraq yalnız ilk və son dayanacaq məntəqəsində

sərnişinlərin minib-düşməsi üçün lazım olandan artıq müddətə dayanıb gözləyə bilər. Bütün aralıq dayanacaq

məntəqələrində avtobus sürücüsü yalnız sərnişinlərin minib-düşməsi üçün zəruri olan müddətdə dayana bilər.

Dayanacaq

məntəqəsində olan son sərnişin mindikdən və ya orada düşən son sərnişin düşdükdən dərhal sonra sürücü

avtobusun

qapılarını bağlayaraq hərəkətinə davam etməlidir. Müvafiq marşrut üzrə nəzərdə tutulan dayanacaq

məntəqələrindən kənarda sərnişini düşürüb mindirmək məqsədi ilə dayanmaq qadağandır.

27



3.5.

Sərnişin daşımalarında istismar edilən avtobusların sürücüləri vahid xüsusi geyim formasında olmalıdırlar.

3.6.

Sərnişin daşımalarında istismar edilən avtobusların sürücüləri sərnişinlərlə nəzakətli rəftar etməli, nəqliyyat



vasitəsində, marşrut boyu yol şəraitində yaranan bütün problemlər barədə dərhal daşıyıcının səlahiyyətli şəxsinə

məlumat verməli, yol-nəqliyyat hadisəsi, yanğın və başqa fövqəladə hadisələr baş verdikdə, sərnişinin səhhətində ciddi

problem olduqda

dərhal müvafiq xidmətlərə (polis, yanğından mühafizə xidməti, təcili tibbi yardım xidməti) məlumat

verməli, sərnişinlərin təhlükəsizliyini təmin etməklə yaranmış problemi aradan qaldırmaq üçün mümkün tədbirlər

görməlidir.

28



Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin 

göstərilməsi haqqında 

Müqavilə

________________

________________

(şəhər (rayon))

(tarix)

Bundan sonra Sifarişçi adlandırılacaq Bakı Nəqliyyat Agentliyinin_______________________________________ 



nümayəndəsi, müsabiqə

(

qurumun adı)



Komissiyasının_____________________ №-li «___» ____________________ tarixli 

protokolu əsasında çıxış edən 

_______________________________ şəxsində, bir tərəfdən və bundan sonra

(soyadı, adı, atasının adı)

Daşıyıcı adlandırılacaq ________________________________________________________________

(Daşıyıcının adı) səlahiyyətli nümayəndəsi qismində çıxış edən

_________________________________________digər tərəfdən, aşağıda göstərilənlər haqqında bu

(soyadı, adı, atasının adı)

müqaviləni bağlayırlar.

I. Müqavilənin predmeti

1. Sifarişçi tərəfindən müsabiqəyə çıxarılmış marşrutda (və ya marşrutun reysində) sərnişin daşımaları üzrə nəqliyyat 

xidmətlərinin Daşıyıcı tərəfindən təşkili və göstərilməsi.

Marşrutun nömrəsi (adı) və ya reysin yerinə yetirilməsi vaxtı 

_____________________________________________________________________________________

29



II. Tərəflərin vəzifələri

2.

Daşıyıcının vəzifələri aşağıdakılardır:



2.1. bu

müqavilənin qüvvədə olduğu müddət ərzində keçirilmiş müsabiqənin nəticələrinə uyğun olaraq, nəqliyyat

xidmətlərinin göstərilməsi üçün müəyyən edilmiş marşrutlarda müntəzəm sərnişin daşımalarım təşkil etmək və yerinə

yetirmək;

2.2. «Avtomobil

nəqliyyatı ilə sərnişin və baqaj daşımaları qaydaları»na uyğun olaraq və Sifarişçi tərəfindən təsdiq

edilmiş iş rejiminə riayət etməklə, marşrut üzrə sərnişin daşımalarını yerinə yetirmək;

2.3.


daşımaları yerinə yetirərkən, tutumu və yüklənmə normalarına riayət etməklə, daşıma təhlükəsizliyi, tibbi-sanitar,

ekoloji


və yanğın təhlükəsizliyi tələblərinə cavab verən texniki cəhətdən saz avtonəqliyyat vasitələrindən istifadə etmək;

2.4.


daşımalarla əlaqədar baş verə biləcək dəyişikliklər barəsində sərnişinləri əvvəlcədən məlumatlandırmaq;

2.5.


avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilməsini təmin etmək, avtobusun salonunun və çöl hissəsinin

gündəlik təmizlənməsini, avtobusların reysqabağı texniki müayinədən keçirilməsini, sürücülərin reysqabağı tibbi

müayinəsini təşkil etmək, həmçinin sürücülərin iş və istirahət rejiminə riayət etmələrinə nəzarət etmək;

2.6.


daşımaların təşkili və həyata keçirilməsi zamanı avtobusların marşrutlar üzrə təsdiq edilmiş hərəkət sxemini,

onların iş rejimini, hərəkət cədvəlini dəyişdirməmək, daşıma tariflərinin qaldırılmasına, avtonəqliyyat vasitələrinin

nəzərdə tutulmuş sayının azaldılmasına və Sifarişçi ilə əvvəlcədən razılaşdırılmamış digər əsassız hərəkətlərə yol

verməmək;

2.7

müəyyən edilmiş marşrutlar üzrə sərnişin daşımalarında müsabiqə təkliflərində nəzərdə tutulmuş və istismar



tələblərinə uyğun olan avadanlıqlarla, marşrut sxemləri və onların göstəriciləri ilə təchiz olunmuş avtobuslardan istifadə

etmək;


2.8.

hər bir avtonəqliyyat vasitəsinin salonunun görünən hissəsində marşrut üzrə xidmət göstərən Daşıyıcının ünvanı

və telefon nömrələri haqqında məlumatların yerləşdirilməsini təmin etmək;

2.9.


vaxtlı-vaxtında avtonəqliyyat vasitələrinin texniki müayinəsinin və sürücülərin tibbi müayinəsinin keçirilməsini təmin

etmək;


30


Yüklə 293,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə