22
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Humanitar elmlər seriyası
2012
ƏDƏBİYYATŞÜNASLIQ
UOT 82 (091)
MƏHƏMMƏD FÜZULİNİN «HƏDİQƏTÜS-SÜƏDA» ƏSƏRİNDƏ
PEYĞƏMBƏR HEKAYƏLƏRİ
L.S.ƏLİYEVA
Bakı Dövlət Universiteti
Lalaaliyeva1950@rambler.ru
M
əqalədə M.Füzulinin «Həqiqətüs-süəda» əsərində yer alan peyğəmbərlər hekayə-
l
ərindən biri – «Yaqub əleyhissəlamın sınağa çəkilməsi» qissəsinin ideya, mövzu və obrazlar
al
əmi təhlil edilir. Füzulinin eşq konsepsiyasına münasibəti açıqlanır. Əsərdəki qissə-
hekay
ələr klassik nəsrimizin dəyərli örnəkləri kimi təqdim olunur.
Açar sözlər: ideya, nəşr, obraz, münasibət, dəyərli
Məhəmməd Füzuli anadilli şeirimizin beşiyi başında dayanan böyük sə-
nətkar kimi şöhrət tapsa da, nəsr yaradıcılığı ilə də Azərbaycan bədii nəsr qolu-
nun inkişafında önəmli rol oynamışdır. Onun şeir divanlarının dibaçələri, «Leyli
və Məcnun» poemasının dibaçəsi, müxtəlif zamanlarda müxtəlif şəxslərə yaz-
dığı məktubları, farsca qələmə aldığı «Rindü-Zahid», «Səhhət və Mərəz»
əsərləri, «Hədiqətüs-süəda» məqtəli klassik nəsrimizin dəyərli örnəkləridir.
Tədqiqatçıların sənədli-tarixi-bədii roman kimi dəyərləndirdikləri «Hə-
diqətüs-süəda» («Xoşbəxtlər bağçası») məqtəli Azərbaycan ədəbiyyatında
vahi
d süjet xəttinə malik olan romanın ilk nümunəsi hesab edilir. Əsər vahid
süjet xəttinə malik olsa da, on bab (fəsil) özlüyündə müxtəlif qissə-hekayələr
şəklində baş mövzu – Kərbəla vaqeəsi ilə əlaqələndirilmişdir. «Hədiqətüs-
süəda»nın birinci babında yer alan qissələr klassik hekayə janrımızın örnəkləri
hesab oluna bilər. Yığcam, lakonik, az sayda obrazlarla mövzunu məqtəlin
əsas ideya və qayəsinə uyğun şəkildə işləyən M.Füzuli, dövrünün tələbi ilə
yaxından səsləşən ciddi məsələlərə toxunduğu «Şikayətnamə» hekayəsindən
fərqli olaraq burada lirik-romantik motivlərə üstünlük vermişdir.
Məqtəldə dibaçədən sonra «Babi-əvvəl...» («bəzi ənbiyayi-izam və Rü-
suli-
kiram surəti əhvalların bəyan edər») yer alır. Bu fəsil bütövlükdə peyğəm-
bər hekayələrinə həsr olunub səkkiz yarımbaşlığa ayrılır. Yarımfəsillərdə
Adəm, Nuh, İbrahim, Yaqub, Musa, İsa, Əyyub, Zəkəriyya və Yəhya peyğəm-
bərlərin qissələri verilir ki, bunlar da klassik hekayə janrının tələblərinə cavab
23
verir. Hər bir qissə – hekayə müstəqil süjet xəttinə malikdir. Doğrudur,
peyğəmbərlərin uğradıqları fəlakətlər, üzləşdikləri bəla və faciələr əsərdə
imam Hüseyn faciəsi ilə müqayisə olunaraq əlaqələndirilir ki, bu da əsər
müəllifinin əsas məqsəd, ideya və qayəsinə xidmət edir.
Kərbəla vaqeəsindən alınan mövzunun əsasında eşq ilahi məhəbbət,
Allah sevgisi dayanır. «İstər «Hədiqətüs-süəda»ın baş qəhrəmanı - Kərbəla
meydanının Sultanı həzrət imam Hüseyn (ə.), istərsə də şəhidlik mövzusu iə
bilavasitə bağlı olan başqa surətlər – həyatda bəla və müsibətlə üzləşən
müqəddəslər – Adəm və Nuh, İbrahim və Yaqub kimi peyğəmbərlər, sonuncu
peyğəmbərlər həzrət Məhəmməd (S.), o həzrətin qızı Fatimə (Ə.), imam Əli
(Ə.) və övladı imam Həsən (Ə.) üçün başlıca səciyyəvi xüsusiyyət bu müqəd-
dəs şəxsiyyətlərin ilahi məhəbbəti ilə yaşayıb-yaratmaları, bu yolda canla-
rından belə keçməyə hər zaman, hər an canla-başla razı olmalarıdır» (12, 71).
Məhəmməd Füzulinin qəhrəmanları pak, müqəddəs şəxsiyyətlərdir,
onlar Yaradana olan məhəbbətlərini bəşəri məhəbbətdən uca tutaraq eşq
meyd
anda «canan» üçün «can»larından keçməyi şərəf işi hesab edirlər:
Biz
bəladan incinib, bidaddan vəhm etməziz,
Nəqdi-canın sərfi-canan eyləyən aşiqləriz.
Eşq meydanında bidadü bəladan dönməyib,
Rastrəv salikləriz, sabit qədəm sadiqləriz. (4, 211)
«
Məhəbbət meydanının bəlakeşlərindən olan İbrahim peyğəmbərin oğlu
İsmayılı düşünmədən cananına – Allahına qurban verməsi, malı-mülkü ilə
bərabər on iki övladını itirən Əyyub əleyhissəlamın yarına – Allahına olan
sevgisi,
tükənməz səbri və s. Yaradana olan bağlılıq və eşqin təzahürüdür.
Birinci
babın digər qissələrdən həcminə görə geniş olan (42, 57) «Fəsli-
ibtilayi –
Yəqub əleyhissəlam» («Yəqub əleyhissəlamın sınağa çəkilməsi»)
yarımfəslində Yaqub və Yusif əleyhissəlamların hekayəti verilmişdir. Qissənin
əvvəlində Məhəmməd Füzuli «Yusif» surəsinin nazil olmasını Kərbəla faciəsi
ilə əlaqələndirərək göstərir ki, Allahın mələklərindən olan Cəbrayıl Məhəmməd
peyğəmbərə müraciətlə soruşur: «Hər ikisini sevirsənmi? Həzrət buyurdu ki:
«
Əlbəttə, övladımız ciyərimizdir». Peyğəmbər nəvələrinin gələcək talelərindən
xəbər verən Cəbrayıl: «Ya Rəsulullah, bu şahzadələrin birini zəhri cəfayla həlak
qılıb, birini tiği bidirig ilə bağrın çak edərlər» (4; 43). – deyir. Allahın mələyi
peyğəmbərin bu xəbərdən mütəəssir olduğunu gördükdə, «o həzrətin təsəlliyi
xatiri üçün Yusif
surəsin nazil etdi ki, (nəhnu nəqussu əleykə-əhsənəl-qisəsi»
(
tər.: «Biz sənə hekayətlərin ən gözəlini öyrədirik» (Quran, 12:3) şeir:
Təsəlliyi-dili-paki-Rəsul üçün Həqdən,
Bəyani-qisseyi-Yəqubu-Yusif etdi nüzul» (4, 43).
«
Hədiqətüs-süəda»da Yusif surəsinin nazil olması əsərin müəllifi tərəfin-
dən baş mövzuyla bağlı şəkildə verilsə də, həmin surənin nazil olması səbəbləri
haqqında müxtəlif fikirlər vardır. «Deyilənə görə, bir dəfə səhabələr pey-
ğəmbərdən onlara bir hekayət söyləməyi xahiş etmiş, bu zaman peyğəmbərə
Allah-
Təala tərəfindən vəhy gəlmiş və Yusif surəsi nazil olmuşdur» (6, 303).
24
M.Füzuli Yaqub
və Yusiflə bağlı qissəni qələmə alarkən orijinal yol
seçmişdir. Məlum olduğu kimi, Şərq ədəbiyyatında müştərək mövzulardan
hesab olunan Yusif
və Züleyxa əfsanəsi «Yusif və Züleyxa» adı ilə Firdovsi,
Cami, Qul
Əli, Suli Fəqih və b. sənətkarlar tərəfindən qələmə alınmışdır.
M.Füzuli Yaqub, Yusif
obrazlarının bəşəri duyğularını, nəcib, xeyirxah ideya-
la
rı təbliğ edən, həm Allaha, həm də ailəyə, ümumiyyətlə – təbiətin hər hansı
bir
varlığına olan sevgisi, səbri, dözümü tərənnüm edən məqamları daha geniş
və romantik şəkildə qələmə almışdır. Əsərdə Züleyxanın Yusifə olan məhəb-
bəti digər sənətkarlardan fərqli olaraq, yığcam detallarla təqdim olunur, təfər-
rüata
varılmır. Hadisələrin axarı sadə yolla gedir və üç mərhələdə cərəyan edir:
I mərhələdə Yusifin Kayan yurdunda ailəsi ilə keçirdiyi günlər, qar-
daşları tərəfindən quyuya salınması və qul kimi satılması xətti təqdim olunur;
II
mərhələdə Yusifin vətənindən ayrı düşməsi, tacir tərəfindən Misirə
gətirilməsi, sarayda xidmət göstərməsi üçün satılması əsas yer alır;
III
mərhələdə isə Yusifin günahsız yerə cəzalanması, zindana salınması
və yeddi il əzab-əziyyətə məruz qalması xətti izlənir.
Qissənin əvvəlində oxucu Yusifin atası, qardaşları, bacısı ilə tanış olur,
Yaqubun gününü, i
badətdə, dua-sənalarla keçirən bir şəxs olduğunu görür. On
iki
oğul, bir qız övladına sahib olan ata Yusifi həm zahiri, həm də batini gö-
zəlliyinə görə daha çox sevir, digər övladlarından üstün tutur. Məhz bu
səbəbdən də qardaşları Yusifi qısqanır, onu tez bir zamanda aradan götürmək
qərarına gəlirlər:
Həva tündbadi binalar yıxar,
Həsəd atəşi, xanimanlar yaxar (4, 43).
Bu
niyyətlə qardaşlar atalarının yanına gələrək ona dillər tökürlər və
“
əlləri üstündə” Yusifi evdən uzaqlaşdırırlar. Yaqub ataya məxsus narahatlıqla
mane olmaq
istəsə də, onların təkidləri qarşısında aciz qalır. Ayrılıq anında ata
əziz balasına nəsihətlər verir: «Hala sana dörd nəsihətim var: Allahını unutma,
əgər bir bəlayə düssən məbudundan müavinət istə. «Və Allah mənə yetişər, o
yaxşı bir vəkildir» (Quran, 3, 173), yəni bu kəliməyi çox zikr et. Məni unutma,
yəqin ki, mən dəxi səni unutmaram» (4, 45).
Sonra Yaqub Yusifi oğlu Rubilə tapşıraraq deyir: “Sən əkbəri-öv-
ladımsan, Yusifi sana tapşırdım, səndən istərəm” (4, 45).
M.Füzuli bu
məqamda hadisələrə müdaxilə edərək, Yaqubun oğlunu
Rubilə deyil, Allaha həvalə etmədiyi üçün məşəqqətlərə düçar olduğunu
düşünür:
Hiç
məqsudə dəstrəs bulmaz,
Qeyri-
Məbuda etimad qılan.
Vasili-
mənzili-murad olmaz,
Unudub
anı qeyri yad qılan (4, 45).
Qardaşlar Yusifin fəryadlarına əhəmiyyət vermədən quyuya atırlar.
Yəhuda gizlicə Yusifdən hal-əhval tutur, Yusif öz vəziyyətini unudaraq ona
dönə-dönə atası Yaqubu tapşırır.
25
Geri
qayıdan qardaşlar Yaquba Yusifin canavar hücumuna məruz
qaldığını söyləyərək qanlı köynəyini göstərirlər.
İkinci mərhələdə Malik adlı tacir tərəfindən quyudan çıxarılan Yusifin
qardaşlarının onu qul kimi satmasının şahidi oluruq. Malik Yusifi Misir
bazarında ölkənin hakiminə baha qiymətə satır, onun saraydakı qısamüddətli
həyatı belə başlayır.
Hadisələrin gedişi üçüncü mərhələdə Züleyxanın Yusifə aşiq olması ilə
davam edir. Yusif
ölkə hökmdarının xanımı olan Züleyxanın şər və böhtanına
məruz qalır. Zəncirlənmiş halda Misir küçələrində dəvənin üstündə xəyanətkar
qul kimi
gəzdirilir, sonunda zindana atılır. Yeddi il zindanda əzab-əziyyət
çəkən Yusif qissənin finalında bədəvi ərəbə iyirmi min dirhəm dəyərində olan
yaqut verib
atasına xəbər göndərir. Hekayə Yaqub peyğəmbərin duaları ilə
tamamlanır.
Müfəssəl şəkildə nəzərdən keçirdiyimiz hekayədə Yusif əvvəldən axıra-
dək hadisələrin mərkəzindədir. O, yüksək əxlaqi keyfiyyətləri ilə diqqəti cəlb
edir.
Qaranlıq quyular, odlu səhralar və çöllər, köləlik, zindan həyatı, işgəncə
və təhqirlər ilahi məhəbbətin alovunu söndürə bilmir. Yaqub ilə Yusifin yega-
nə məbuda - Yaradana olan məhəbbətləri, səbr və dözümləri mükafatlandırılır.
«
Azərbaycan bədii nəsrinin tarixindən» monoqrafiyasının müəllifi ədəbiy-
yatşünas Hidayət Əfəndiyev «Hədiqətüs-süəda» məqtəlindən bəhs edərkən
«Yusif
və Yaqub» hekayəsinə daha çox diqqət yetirmişdir (3, 27-43).
Tədqiqatçı Şərqdə həm yazılı, həm də şifahi ədəbiyyatda geniş yayılan
«Yusif
və Züleyxa» mövzusundan danışmış, «Hədiqətüs-süəda»da yer alan
qissənin mövzu, ideya, məzmun və dil xüsusiyyətlərini araşdırmışdır. Yalnız
görkəmli alimin Füzulinin təqdim etdiyi eşq konsepsiyasına münasibəti fərq-
lidir.
Belə ki, Allaha olan sevgi Yusiflə Yaqubun bir-birinə olan məhəbbəti
kimi
dəyərləndirilir: «Yəqub və Yusifin məhəbbəti əsərdə yüksək əxlaqi və
tərbiyəvi qayələr izləyir, adamları sədaqətə, etibara, vəfaya səsləyir...
Məhəbbət hansı şəkildə təzahür edirsə-etsin, oğlan ilə qız arasındamı, ata ilə
oğlu arasındamı, dost ilə dost arasındamı, o, insanlar arasındakı ziddiyyətin,
ədavət və düşmənçiliyin, kin və həsədin, fitnə və fəsadın yox olmasına xidmət
edir. «Yusif
və Yəqub» hekayəsindən çıxan nəticə bundan ibarətdir və ya
«...onun
məhəbbətinin obyekti öz doğma atasıdır» və s. (2, 35).
Bizcə, təkcə görkəmli ədəbiyyatşünas Hidayət Əfəndiyev deyil, başqa
tədqiqatçılar da «Hədiqətüs-süəda»ya dövrün ideologiyasının tələbinə uyğun
şəkildə yanaşmış və buna bənzər mülahizələr irəli sürmüşlər.
Məhəmməd Füzulinin «Hədiqətüs-süəda» əsərində nəzərdən keçirdiyi-
miz «
Fəsli-ibtilayi-Yəqub əleyhissəlam» qissəsində dini rəvayət özünəməxsus
şəkildə yenidən işlənmişdir. Hekayətin müəyyən məqamlarında xalq yaradıcı-
lığı, nağıl və dastanlarımızla yaxından səsləşmələr müşahidə olunur. Müşahi-
dələr göstərir ki, qəhrəmanlar çətin məqamlarda, çıxılmaz vəziyyətlə üzləş-
dikdə mifik, mövhumi obrazlarla qarşılaşırlar:
26
a)
bəzən qəhrəmanlar əsrarəngiz, göylərə məxsus ilahi qüvvələrin yardı-
mına müraciət edirlər;
b) b
əzi hallarda qəhrəmanların ah-naləsi, dua-sənası hadisələrin gedişin-
də müəyyən rol oynayır;
c) folklor
nümunələrində tez-tez rastlaşdığımız, yuxu motivi qəhrəman-
la
rın gələcək həyatlarından xəbər verir.
Hekayənin əvvəlində Yusif quyuda olarkən Cəbrayıl Allah-Təalanın
buyruğu ilə onun çılpaq bədənini «cənnət libasları» ilə örtür («hüləli-behiştə»):
«Filhal
Cəbrayıl Yusifi götürüb qəri-caha yetirdi və hüləli-behiştdən setri-
bədən verüb pərü-balin sihhət üçün cərahətlərinə sürtdü» (4, 48).
Qis
sənin finalında zindanda olan Yusifin Yaqub peyğəmbərin duaları ilə
nicat
tapması göstərilir. Hekayənin başqa bir yerində qulam tərəfindən şiddətə
məruz qalan Yusif yanıqlı bir ah çəkməklə tufan və qasırğanın başlanmasına
səbəb olur: «...Yusif heç cavab vermədi, amma dərdlə bir ahü-sərd çəkdi ki,
...tufan qopdu»;
və ya «Yusif göyə baxıb ləbi-gövhərfəşanın duaya mütəhərrik
etdikdə havadan küdurət gedib səfaya mübəddəl oldu» (4, 53).
M.Füzuli
hekayənin əvvəllərində yuxu motivindən istifadə etmişdir:
Yusif at
asına yuxusunda gördüyü «Misri-gülzardan» ay, günəş, on bir ulduz-
dan
bəhs edir. Daha sonra Yusifin bacısı Dina yuxusunda qardaşının çöldə
yırtıcı canavarlar tərəfindən parçalandığını görür, atasından Yusifi gözündən
iraq
buraxmamasını xahiş edir.
M.Füzuli
digər əsərlərində olduğu kimi, Yusiflə bağlı qissədə də alle-
qoriyadan
istifadə etmişdir. Hekayənin sonunda sahibini səhrada buraxıb
Yusifin
həbs olunduğu zindanın önünə gələn, onunla həmsöhbət olan dəvənin
təsviri bu baxımdan səciyyəvidir. Yusifin sabah nəsiminə, səbaya müraciətləri
də klassik ədəbiyyatımızda tez-tez rastlaşdığımız epizodlardandır.
Hekayədə verilmiş təbiət təsvirlərinin hadisə və surətlərlə sıx bağlı ol-
ma
sı, bir-birindən fərqlənən surətlər silsiləsi (Yaqub, Yusif, Rubil, Şəmun,
Yəhuda, Dina, Züleyxa, Malik və s.), otuzdan artıq mənzum parçanın işlən-
məsi, təşbeh, təzad, istiarələrin zənginliyi, qafiyəli-səcli nəsr, aforizm, atalar
sözlərinin yerli-yerində verilməsi M.Füzulinin yalnız poeziya deyil, nəsrdə də
yüksək sənətkarlıq nəzəriyyələrinə malik olmasının parlaq ifadəsidir.
Beləliklə, şeir yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişaf tarixində
yeni
yüksəliş mərhələsi yaratmış olan dahi sənətkar M.Füzuli öz nəsr
yaradıcılığı ilə də Azərbaycan klassik bədii nəsrinin, o cümlədən, hekayə
janrının inkişafında da yeni mərhələ açmışdır.
ƏDƏBİYYAT
1.
Azərbaycan ədəbiyyatı tarixi. 1 c, Bakı: Azərbaycan SSR EA, 1960, 589 s.
2.
Əfəndiyev H. Azərbaycan bədii nəsrinin tarixindən. Bakı: Azərnəşr, 1963, 235 s.
3.
Əliyeva L. Klassik Azərbaycan bədii nəsrində hekayə janrı. Bakı: BDU, 2009, 67 s.
4.
Füzuli M.
Hədiqətüs-süəda. Bakı: Gənclik, 1993, 365 s.
5.
Füzuli-500.
Məqalələr toplusu. Bakı: BDU, 2000, 380 s.
27
6.
Qasımova A. XIV-XVI əsrlər Azərbaycan ədəbiyyatı və Quran qissələri. Bakı: BDU,
1998, 436 s.
7.
Qocayeva S. XVI
əsr Azərbaycan ədəbiyyatı və təssəvvüf. Bakı: Az TU, 2010, 129 s.
8.
Qurani-
Kərim. Bakı: Azərnəşr, 1991, 712 s.
9.
Masse A.
İslam. Bakı: Azərbaycan Ensiklopediyasının baş redaksiyası, 1992, 255 s.
10.
Mirzəyev A. Füzulinin «Hədiqətüs-süəda» əsəri orta əsrlər tərcümə abidəsi kimi. Bakı:
Nurlan, 2001, 181 s.
11.
Mirzəyev A. Azərbaycanda bədii tərcümə tarixi və Füzuli. Bakı: Nurlan, 2009, 169 s.
12.
Mir
Cəlal. Füzuli sənətkarlığı. Bakı: Maarif, 1994, 250 s.
13.
Nağısoylu M. Füzulinin «Hədiqətüs-süəda» əsəri. Bakı: Nurlan, 2002, 142 s.
14.
Səfərli Ə., Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Ozan, 2008, 695 s.
РАССКАЗЫ О ПРОРОКАХ В ПРОИЗВЕДЕНИИ
М.ФИЗУЛИ «ХАДИГАТЮС-СЮАДА»
Л.С.АЛИЕВА
РЕЗЮМЕ
В статье на основе фактического материала рассматриваются идеи, тематика и
образы рассказа «Испытание пророка Ягуба», взятою из произведения М.Физули
«Хадигатюс-сюада». Раскрывается любовная концепция Физули. «Испытание пророка
Ягуба» представляется как образец классического рассказа.
Ключевые слова: идея, проза, образ, отношение, ценное.
THE PROPHET STORIES IN THE PLAY “HADIGATUS-SUADA”
BY MUHAMMAD FUZULI
L.S.ALIYEVA
SUMMARY
The presented article analyzes the idea, subject and character of one of the prophet’s
stories called “Yaqub prophet’s trialing” in the play by M.Fuzuli. Fuzuli’s attitude towards the
love conception is explained. In the given play the stories are presented as valuable examples
of our prose.
Key words: idea, prose, character, attitude, valuable.
Dostları ilə paylaş: |