23 Milli Gəlirlərin Ölçülməsi Dr. Elşən bağirzadə Milli Gəlirlərin Ölçülməsi



Yüklə 15,13 Kb.
səhifə2/5
tarix24.12.2023
ölçüsü15,13 Kb.
#158809
1   2   3   4   5
23-fc999sil

ÜMUMİ DAXİLİ MƏHSULUN ÖLÇÜLMƏSİ

  • ÜDM verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar dəyəridir.

ÜMUMİ DAXİLİ MƏHSULUN ÖLÇÜLMƏSİ

  • “ÜDM verilmiş zaman müddətində . . .”
    • ÜDM, xüsusi zaman intervalı müddətində baş verən istehsalın dəyərini ölçür. Adətən bu interval il və ya rüblərdir (üç ay).
  • “. . . bütün . . .”
    • ÜDM hərtərəfli olmağa çalışır. O, ölkədə istehsal edilmiş və bazarda qanuni olaraq satılmış bütün əmtəə və xidmətləri əhatə edir.
  • “. . . son . . . “
    • Təkcə son məhsulların dəyəri ÜDM-yə daxildir.

ÜMUMİ DAXİLİ MƏHSULUN ÖLÇÜLMƏSİ

  • “. . . Əmtəə və Xidmətlərin . . .”
    • ÜDM-yə həm maddi (qida, geyim, avtomobillər), həm də qeyri-maddi (saç kəsimi, evin təmizlənməsi xidməti, həkim xidməti) əmtəələr daxildir.
  • “ . . . istehsal edilmiş . . .”
    • ÜDM-yə cari dövrdə istehsal olunmuş əmtəə və xidmətlər daxildir. Keçmişdə istehsal edilmiş məhsullara aid sövdələşmələr ÜDM-yə daxil edilmir.

ÜMUMİ DAXİLİ MƏHSULUN ÖLÇÜLMƏSİ

  • “. . . ölkə daxilində”
    • ÜDM istehsalın həcmini ölkənin coğrafi hüdudları daxilində ölçür.
  • “. . . bazar dəyəridir.”
    • ÜDM çoxlu müxtəlif növ əmtəə və xidmətlərin ümumi dəyərinin vahid ölçüsüdür. Bunu etmək üçün bazar qiymətlərindən istifadə edilir.

ÜDM-NİN TƏRKİB HİSSƏLƏRİ

ÜDM-NİN TƏRKİB HİSSƏLƏRİ

  • Nə ÜDM-in tərkib hissəsi deyil?
    • Evdə istehsal və istehlak olunan və heç zaman bazara daxil olmayan əmtəə və xidmətlərin dəyəri ÜDM-ə daxil deyil.
    • Qeyri-qanuni yollarla istehsal edilmiş və satılmış əmtəələr, məsələn narkotiklərin dəyəri ÜDM-ə daxil deyil.

ÜDM-NİN TƏRKİB HİSSƏLƏRİ

  • ÜDM (Y) aşağıdakıların cəminə bərabərdir:
  • Y = C + I + G + NX

Yüklə 15,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə