2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix19.11.2017
ölçüsü0,82 Mb.
#11146
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

 

42 


məst edilməsindən daha uyğun olardı. Lakin mən Peyğəmbər – sallallahu 

aleyhi  və  səlləm  –  in  (xufun)  üst  tərəfinə  məst  etdiyini  gördüm»

163


İbrahim  ən-Nəhai  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Əgər  Muhəmmədin 

səhabələri  bir  dırnağı  belə  məst  etmişlərsə  mən  də  onlara  uymağın 

fəzilətini  əldə  etmək  üçün  (ayağımı)  yumazdım»

164

.  Sufyan  əs-Souri  – 



rahmətullahi  aleyhi  –  deyir  ki:  «İblis  bidəti  günahdan  daha  çox  sevir. 

Çünki günahdan tövbə edilir, bidətdən isə tövbə edilməz»

165

. Günah edən 



kimsə  günah  etdiyini  bildiyi  üçün  tövbə  etməsi  və  günahları  səbəbilə 

məğfirət  diləməsi  umulur.  Bidət  sahibi  isə  itaət  və  ibadət  içərisində 

olduğuna  inanır.  Tövbə  də  etməz,  məğfirət  də  diləməz.  İblisdən  nəql 

edilən:  «Adəm  oğullarının  belini  günahlarla  qırdım.  Onlar  isə  tövbə 

etməklə,  məğfirət  diləməklə  belimi  qırdılar.  Mən  də  onlar  üçün  məğfirət 

diləmələri,  tövbə  etməyəcəkləri  günahlar  ortaya  qoydum.  Bunlar  isə 

ibadət  şəkilində  olan  bidətlərdir».  İbnul  Məcisun  –  rahmətullahi aleyhi  – 

deyir  ki,  İmam  Malik  –  rahmətullahi  aleyhi  –  belə  dediyini  dinlədim: 

«Hər kim İslamda gözəl görərək bir bidət ortaya çıxararsa, Muhəmməd – 

sallallahu  aleyhi  və  səlləm  –  in  risalətə  qarşı  xainlik  etdiyini  iddia  etmiş 

olur.  Çünki  Uca  Allah:  «Bu  gün  dininizi  tamamlayıb  mükəmməl 



etdim….».  (əl-Maidə  3)  deyə  buyurdu.  Bu  baxımdan  da  o,  gün  din 

olmayan heç bir şey bu gün də din olmaz»

166

. İmam Malik – rahmətullahi 



aleyhi  –  deyir  ki:  «Bu  ümmətin  başı  nə  ilə  islah  olunmuşsa,  bu  ümmətin 

sonu  da  ancaq  onunla  islah  olunur  (düzəlir).  O,  gün  din  olmayan  heç  bir 

şey  bu  gün  də  din  olmaz»

167


.  Şeyx  İbn  Qasım  –  rahmətullahi  aleyhi  – 

deyir ki: “Allaha dəvət metodunda iki qaydanın olması şərtdir (vacibdir). 



Birinci:  Dəvət  yalnız  Allah  rızası  üçün  olmalıdır.  İkinci:  Dəvət 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sünnəsinə uyğun  olmalıdır. 

Birinci  şərti  itirən  müşrikdir,  ikinci  şərti  itirən  isə  bidətçidir”

168


.  Həsənul 

Bəsri  -  rahmətullahi  aleyhi  -  deyir  ki:  «Əməl  olmadıqca  söz  səhih 

olmadığı  kimi,  niyyət  olmadıqca  da,  əməl  və  söz  də  səhih  deyildir.  Bir 

kimsə  sünnət  üzərə  olmadıqca  da,  nə  söz,  nə  əməl,  nə  də  niyyət  səhih 

olur»

169


.  

                                                        

163

 İbn Əbi Şeybə «Musənnəf».  



164

 Əbu Davud «Sünnən».  

165

 Bəğavi «Şərhu Sunnə».  



166

 Şatibi «əl-İtisam».  

167

 Qadi İyad «əş-Şifa» 2/88. 



168

 “Xaşiyə Kitabu Tovhid” 55.  

169

 Lələkai «Şərhu Usulu Etiqad Əhli Sünnəti vəl Cəmaat» 1/57, “Təlbisu İblis” 9.  




 

43 


Artıq  bizə  bəlli  oldu  ki,  dəvət  qapıları  bağlıdır.  Allah  və  Rəsulunun 

əmr etdiyi (din etdiyi) yollardan başqa qeyri yollarla Allahın dininə dəvət 

etmək olmaz və heç kəsə də səlahiyyət verilməyib ki, özündən yeni dəvət 

üsulları icad etsin hansı ki, nə Peyğəmbər – sallallahu aleyhi və səlləm – 

bunu edib, nə də səhabələri. Çox böyük bir xəta edərək deyirlər ki, “İslam 

Nəşidləri”  günümüzdə  əcnəbi  vətəndaşlar  üçün  ən  yaxşı  dəvət  üsuludur. 



Allahu  Əkbər!  Nə  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  in,  nə 

Səhabələrin,  nə  də  ki,  Tabiinlərin  (dəvətdə)  istifadə  etmədiyi  üsul  necə 

yaxşı (gözəl) dəvət üsulu ola bilər?  

İbn  Abbas - radıyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər – 



sallallahu aleyhi və səlləm – xütbə verərkə ayaq üstə dayanan bir kimsəni 

gördü və onun kim olması barəsində soruşdu. İnsanlar: “O – Əbu İsraildir, 

günəş altında dayanmağı, oturmamağı, kölgələnməməyi, danışmamağı və 

oruc  tutmağı  nəzir  etmişdir”.  Peyğəmbər:  “Əmr  edin  ona  danışsın, 

kölgələnsin,  otursun,  lakin  orucunu  axıra  çatdırsın”

170


.  İbn  Teymiyyə  – 

rahmətullahi aleyhi – deyir ki: “Peyğəmbər – sallallahu aleyhi və səlləm –

o,  kimsəyə  bütün  şeyləri  qadağan  etdikdən  sonra  yalnız  oruc  tutmağı 

(davam  etməyi)  əmr  etdi.  Çünki  Oruc  -  Allahın  sevdiyi  bir  ibadətdir. 

Orucdan qeyri  etdiyi əməllər isə Allaha yaxınlaşdıran bir ibadət olmadığı 

üçün (qadağan edildi). Hətta kimsə bunları (ibadət) hesab etsədə belə”

171


İmam Şatibi – rahmətullahi aleyhi – İmam Məlik – rahmətullahi aleyhi –

sözlərini  qeyd  edərək  deyir  ki:  “Diqqət  edin!  Necə  İmam  Məlik  – 

rahmətullahi  aleyhi  –  günəş  altında  dayanmağı,  (bütün  gün  ərzində) 

susmağı,  Şama  və  Misirə  piyada  getməyi  nəzir  etməyi  qadağan  edərək 

bütün  bunları  günahlardan  saymışdır.  Halbuki  bu  əməllər  özü-özlüyündə 

icazəlidir.  Lakin  bu  əməlləri  İslam  dininə  nisbət  etdikdə  və  bunlar 

vasitəsilə  Allaha  yaxınlaşmaq  üçün  ibadət  edilməyə  başladıqda  İmam 

Məlik  bunları  günahlardan  saymışdır”

172

.  İbn  Teymiyyə  –  rahmətullahi 



aleyhi  –  deyir  ki:  “Allaha  ibadət  məqsədilə  yun  gödəkçə  geyinmək 

bidətdir”

173

.  


Bütün  bu  misallardan  bəlli  oldu  ki,  istənilən  əsli  halal  olan  bir  şeyi 

Allaha  yaxınlaşmaq  üçün  ibadət  üsulu  edilərsə  qadağandır.  “İslam 

Nəşidləri”  də  belədir  nə  vaxt  ki,  onlar  Allaha  yaxınlaşmaq  üçün  bir  üsul 

(vasitə) seçilərsə.  

                                                        

170


 Buxari 6704.  

171


 “Məcmuul Fətava” 11/614.  

172


 “əl-İtisam” 2/534.  

173


 “Məcmuul Fətava” 11/555.  


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə