2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə234/238
tarix22.10.2018
ölçüsü3,76 Mb.
#75445
1   ...   230   231   232   233   234   235   236   237   238

 

467 


doxsan  doqquz  insan  öldürmüşəm  və  tövbə  etməyin  mənə  faydası 

olacaqmı?»  deyə  soruşdu.  Rahib:  «Xeyr!»  deyə  cavab  verincə  onu  da 

öldürür. Beləcə (öldürdüyü insanların sayını) yüzə çatdırır. Sonra yenə də 

yer üzünün ən alim insanını axtarmağa başlayır. Ona bir nəfər elmli insanı 

göstərirlər.  Alimin  yanına  gələrək  yüz  nəfər  öldürdüyünü  və  tövbə 

etməyin  ona  fayda  verəcəyi  haqqında  soruşur.  Alim:  «Bəli!  Tövbə  edən 

insana kim mane ola bilər! Sən filan yerə get! Çünkü orada Allaha ibadət 

edən  bir  tayfa  vardır.  Onlarla  birlikdə  Allaha  ibadət  et  və  bir  daha  bu 

məmləkətə  qayıtma.  Çünkü  bura  çox  pis  yerdir!  Bu  (söhbətdən)  sonra 

adam alimin dediyi yerə yollanır. Lakin yolun yarsına çatdıqda ölüm onu 

yaxalayır. Bu kimsəyə görə Rəhmət mələkləri ilə əzab mələkləri bir-birləri 

ilə mübahisəyə başlayırlar. Rəhmət mələkləri: «Bu adam tövbə edərək və 

qəlbini Allaha yönəldərək gəldi!» deyirlər. Əzab mələkləri: «Bu adam bu 

günə qədər heç bir xeyir işləməmişdir!» deyirlər. Bu an insan qiyafəsində 

bir  mələk  onların  yanına  gəlir  və  hər  iki  tərəf  onu  öz  aralarında  hakim 

təyin  edirlər.  O,  deyir:  «Gəldiyi  yer  ilə  gedəcəyi  yeri  ölçün!  Hansı  tərəf 

daha  yaxın  olarsa ora aiddir!» Mələklər hər iki tərəfi  ölçürlər  və adamın 

getdiyi  yerə  yaxın  olduğunu  görürlər  və  Rəhmət  mələkləri  onun  ruhunu 

alıb  gedirlər  (aparırlar)».  Başqa  rəvayətdə:  «Uca  Allah  günahkarların 

yaşadığı yerə uzaqlaş! Tövbə edib getdiyi yerə yaxınlaş!» deyə vəhy etdi. 

Və mələklərə: «Hər iki tərəfin məsafəsini ölçün!» deyə buyurdu. Mələklər 

də  hər  iki  tərəfi  ölçdülər.  Tövbəkarın  gedəcəyi  yerə  bir  qarış  yaxın 

olduğunu  gördülər.  Bundan  ötrü  də  (Allah)  onun  günahlarını 

bağışladı»

1676

.  


4. Günaha Bir Daha Qayıtmamaq 



 Peyğəmbər 



 sallallahu aleyhi və 

səlləm  -  buyurdu:  «Bütün  Adəm  övladı  xəta  edəndir.  Xəta  edənlərin  ən 

xeyirlisi  Allaha  tövbə  edənlərdir»

1677

.  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm  -  buyurdu:  «Ey  insanlar!  Allaha  tövbə  edin.  Mən  gündə  70  (bir 

rəvayətdə: 100) dəfə Allahdan bağışlanma diləyirəm» Buxari, Müslim. Əli 



 radıyallahu anhu 

 deyir ki: «Bəla ancaq günahla nazil olur və töbvə ilə 



silinir».  

5.  Tövbəni  Əcəl  Gəlməmişdən  Əvvəl  Etmək  -  Günah  işləri  görməyi 

davam etdirib yalnız ölüm yatağında mən indi tövbə etdim deyəndən və 

kafir kimi ölənin tövbəsi qəbul olunmaz». (ən-Nisa 17,18). Əbu Hureyrə 



  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





  sallallahu  aleyhi  və 

səlləm - buyurdu: «Allah qulunun tövbəsini gün batdığı yerdən çıxanadək 

qəbul  edir» Müslim. Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm  -  buyurdu: 

                                                        

1676

 Buxari, Müslim. 



1677

 Tirmizi, İbn Məcə. 




 

468 


«Allah  qulunun  tövbəsini  ruh  boğazdan  çıxanadək  qəbul  edir»

1678


.  «Ey 

iman  gətirənlər!  Sizdən  hər  kəs  dinindən  dönsə  Allah  onun  yerinə  elə 

bir  tayfa  gətirər  ki,  Allah  onları,  onlar  da  Allahı  sevərlər.  Onlar 

möminlərə  qarşı  mülayim,  kafirlərə  qarşı  sərt  olarlar.  Allah  yolunda 

vuruşar  və  heç  kəsin  tənəsindən  qorxmazlar.  Bu  Allahın  lütfüdür  onu 

istədiyinə verər». (əl-Maidə 54).  

6. Qulun Haqqını Vermək 



 Peyğəmbər 



 sallallahu aleyhi və səlləm - 

buyurdu:  «Kim  öz  qardaşının  haqlarını  tapdalayıbsa  qoy  onun  haqqını 

Qiyamət  günü  gəlməmişdən  qabaq  ödəsin.  O  gün  ki,  nə  dinar,  nə  də 

dirhəm  kömək  edə  biləcəkdir.  Qiyamət  günü  haqları  tapdalayanın 

savablarından  alınaraq  zülm  etdiyi  insanlara  verilir.  Əgər  zülm  etdiyi 

qulların  haqlarını  ödəmədən  əvvəl  savabları  qurtararsa  zülm  etdiyi 

qulların  günahlarından  alınraq  ona  yüklənər  və  sonra  da  Cəhənnəmə 

atılar»


1679

. Əbu Hureyrə - radıyallahu anhu 

 rəvayət edir ki, Rəsulullah 





 

sallallahu  aleyhi  və  səlləm 

  buyurdu:  «Bilirsinizmi  Müflis  kimdir?». 



Səhabələr:  «Bizim  nəznimizdə  müflis  kimsə  heç  bir  pulu  və  ruzisi 

olmayan  bir  kimsədir»  dedilər.  Peyğəmbər:  «Mənim  ümmətimdə  Müflis 

kimsə  Qiyamət  günü  namazı,  orucu,  zəkatı  ilə  gələcəkdir.  Lakin  onu 

söymüş,  buna  iftira  atmış,  birinin  malını  yemiş,  qanını  tökmüş  və 

döymüşdür.  Savablarından  alınaraq  zülm  etdiyi  insanlara  verilir.  Əgər 

zülm  etdiyi  qulların  haqlarını  ödəmədən  əvvəl  savabları  qurtararsa  zülm 

etdiyi qulların günahlarından alınraq ona yüklənər və sonra da Cəhənnəmə 

atılar»


1680

.  Ənəs 




  radıyallahu  anhu 

  rəvayət  edir  ki,  Peyğəmbər 





 

sallallahu aleyhi və səlləm 

 in ətrafında oturmuşduq. Birdən o,  gülməyə 



başladı.  Ömər 



  radıyallahu  anhu 

:  «Atam,  anam  sənə  fəda  olsun!  Nə 



üçün güldün?» deyə soruşdu. Peyğəmbər: «Ümmətimdən iki insan Allahın 

hüzurunda  diz  çökmüşdülər.  Onlardan  biri:  «Ya  Rəbbim!  Bu  qardaşım 

mənə  haqsızlıq  etmişdir.  Ondan  haqqımı  al!»  deyər.  Allah:  «Qardaşının 

haqqını  ödə»  deyə  buyurar.  O:  «Ya  Rəbbim!  Ona  verəcək  həsənətlərim 

artıq  qalmadı»  deyər.  Allah:  «Onun  həsənətləri  artıq  qalmayıb»  deyə 

buyurar.  Adam:  «Ya  Rəbbim!  Günahlarımı  ona  yüklə!»  deyər.  Bu 

sözlərdən  sonra  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  ağladı. 



Qiyamət  günü  çox  böyük  bir  gündür.  O  gün  insanlar  günahlarının  bir 

qismini başqalarına yükləmək ehtiyacını duyacaqlar. Sonra sözünə davam 

edərək  Allah:  «Başını  qaldır  Cənnətə  bax!»  deyə  buyurar.  Adam  başını 

qaldırıb  Cənnətə  baxdıqda:  «Ya  Rəbbim!  İnci  ilə  taclanmış,  gümüşdən 

                                                        

1678


 Tirmizi 3537, əl-Albani «Səhihul Cəmi» 6132. 

1679


 Buxari, Müslim 2581. 

1680


 Müslim 2581. 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə