2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


Möminlərə nemət vardır: «Nemət verdiyin kəslərin yoluna»



Yüklə 4,25 Mb.
səhifə9/46
tarix29.01.2018
ölçüsü4,25 Mb.
#22623
1   ...   5   6   7   8   9   10   11   12   ...   46

13. Möminlərə nemət vardır: «Nemət verdiyin kəslərin yoluna». (əl-Fatihə 6).

14. Quran möminlər üçün doğru yolu göstərən və şəfa kitabıdır: «De ki: O, iman gətirənlərə hidayətdir və şəfadır. İman gətirməyənlərin isə qulaqlarında karlıq vardır. O, onları kor etmişdir». (əl-Fussilət 44).

İman bütün xeyiri cəlb edən əsas səbəbdir. Dünya və axirətdə isə bütün şərrin əsas səbəbi imansızlıqdır. Necə insana asan gəlir ki, bu günahları edərək iman dairəsindən çıxaraq İslam dairəsinə düşür. Əgər yenə də günahlara davam edərsə onun qəlbini pas bağlayar. Ehtimal vardır ki, onu bütünlüklə İslamdan çıxarar. Sələflər deyirlər ki: «Siz günahlardan qorxursunuz, mən isə küfrdən. Çünki günahlar insanı küfrə aparır».



32. Günahlar qəlbin Allaha olan seyrini, yönəlməsini zəiflədir. Qəlbin Allaha və axirət diyarına yönəlməsini zəiflədir və ya onu təmamilə dayandıraraq Allaha tərəf bir addım da atmağa qoymur. Hətta onu geri atmasada belə irəli də addımlamağa qoymur. Günahlar onun qarşısını alır. Qəlb isə Allaha yalnız öz gücü və qüvvəsi ilə gedir. Əgər qəlb də xəstələnərsə onu Allaha aparan güc də zəifləyir. Günahlar ya qəlbi öldürür, ya onu şiddətli bir şəkildə xəstələndirir, ya qəlbin gücünü zəiflədir. Səkkiz şey vardır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunların hər birindən Allaha sığınardı: 1. Dərd və Hüzn. 2. Acizlik və Tənbəllik. 3. Qorxaqlıq və Xəsislik, 4. Borc altında qalmaq və insanlar tərəfindən alçaldılmaq»203. Bunların hər biri də bir-biri ilə yanaşıdırlar. Məs: Əgər insanın qəlbinə gələn ağırlıq, xoşlanılmayan bir şey gələcəkdə baş verəcək şeydən irəlidirsə bu Dərd adlanır. Artıq keçmişdə baş vermiş şeylərə görə kədərlənirsə, üzülürsə bu da Hüzn adlanır. Əgər insan xeyir və xoşbəxtlik səbəblərindən gücünün olmamasından geri qalarsa (bunu etməyə qadir deyilsə) bu Acizlik. Əgər iradəsinin olmamasından qaynaq-lanırsa bu Tənbəllik adlanır. Əgər faydanın olmaması bədəndədirsə bu Qorxaqlıq adlanır. Əgər maldadırsa bu Xəsislik adlanır. Əgər insanların sənin üzərində üstün olmaları haqqlı tərəfdəndirsə bu onun borc altında qalmasıdır (sıxılması) adlanır. Əgər batilə görə insanlar səni alçaldırlarsa bu da insanların səni alçaltmasıdır.

Məqsəd budur: Günahlar bu səkkiz şeyi cəlb edən ən güclü səbəbdir. Bundan əlavə günahlar bəlalara, insanı ölümə aparan sonluğa, düşmənləri sevindirəcək kədərə və pis şeylərə salan ən böyük səbəblərdir. Yenə də günahlar Allahın nemətinin yox olmasına, Onun əfv etməsinin əzaba dönməsinə və bütün qəzəbinin cəlb olunmasına ən böyük səbəbdir.



33. Günahlar nemətləri itirərək əvəzinə müsibətlər gətirir. İnsandan nemətin itməsi yalnız günahına görədir. Belə ki, qulun əlindən çıxan hər bir nemət günah səbəbilə olduğu kimi başına gələn hər bəla da günah səbəbilə olur. Müsibət də yalnız tövbə ilə qalxır. Əli - radıyallahu anhu deyir ki: «Günah bəla ilə nazil olur və yalnız tövbə ilə qaldırılır». «Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatın-dandır». (əş-Şura 30). «Bu əzab ona görədir ki, bir tayfa özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi (pisliyi) çevirən deyildir. Həqiqətən Allah (hər şeyi) eşidən və biləndir!». (əl-Ənfal 53). Bu ayələrdə Allah xəbər verir ki, insan Allaha olan itaəti üsyanla, Allaha şükrü, nankorluqla, Allahın razılığını qəzəbi ilə dəyişmədikcə ona qarşı da dəyişilmədiyini xəbər vermişdi. O, dəyişdikcə ona qarşı da dəyişdirilir. Bu da ona müvafiq cəzalardır. Rabbi bəndəsinə əsla zülm edən deyildir. Əgər insan günahlarını itaətlə dəyişərsə Allah da ona olan cəzanı afiyətlə, zəlilliyi izzətlə dəyişər. «Hər hansı bir tayfa öz tövrünü (halını) dəyişmədikcə Allah da onun tövrünü (halını) dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına bilməz və Allahdan başqa onların heç bir hamisi də olmaz». (ər-Rəd 11). Əgər Allah bir qövmə pislik istəyərsə onu geri qaytaran olmaz. Bəzi rəvayətlərdə Allahın belə buyurduğu rəvayət edilir: «İzzətimə və Cəlalıma and olsun ki, qullarımdan biri sevdiyim bir haldan xoşlamadığım bir hala keçərsə mutləq Mən də onunla olan müamələdə sevdiyi haldan xoşlamadığı hala keçərəm. Qullarımdan hər hansı biri də xoşlamadığım bir haldan sevdiyim bir hala keçərsə mütləq Məndə onun xoşlamadığı haldan sevdiyi bir hala keçərəm». Şair deyir: «Əgər sən nemət içində olsan onları qoru, çünkü günahlar yox edir neməti. Aləmlərin Rəbbinə itaətlə nemətləri qoru, çünkü sürətlidir Rəbbinin əzabları. Bacardığın qədər sən zülmdən uzaq ol. İnsanlara zülm etmək olduqca pisdir. Sən öz qəlbinlə insanlar arasında seyr et. Sən zülm edənlərin halını görəcəksən. Görəcəksən ki, onların məskənləri onların özlərinə şahiddir. Onlara zülmlərindən daha zərərli bir şey olmamışdır. Onların bellərini qıran da elə bu olmuşdur. Neçə baxçalar, neçə saraylar tərk etdilər, Daha başqa əzablar da bürüdü onları. Cəhənnəmə girdilər, Cənnəti qaçırdılar, əllərində qalan isə bir xülya oldu!».

34. Günahlar sahibinin qəlbinə qorxu və dəhşət salar. Allah asi insanın qəlbinə qorxu salır və sən onu daima qorxu içində olan görərsən. Allaha itaət etmək üçün qalaya girəni dünya və axirət cəzalarından qoruduğu ən böyük qalalarındandır. Kim bu qalaya daxil olarsa dünya və axirət cəzalarından əmin-amanlıqda olar. Kim də o qaladan çıxarsa onu hər tərəfdən qorxu bürüyər. Əgər bir insan Allaha itaət edərsə bütün qorxular onun barəsində əmin-amanlığa çevrilər. Əgər bir insan Allaha asi olarsa onun əminliyi qorxuya çevrilər. Üsyankarın qəlbi sanki quşun iki qanadı arasındadır. Hər bir ayaq səsini: «Onu həlak etməyə gəlirlər» deyə zənn edər. Külək qapını açarsa: «Ardımca gəliblər» deyər. Hər bir səsi özünün əleyhinə zənn edər. Hər bir şeyin ona tərəf yönəldiyini zənn edər. Əgər bir kəs Allahdan qorxmazsa Allah onu hər bir şeydən qorxudar. Şair deyir: «Kim Allahdan qorxarsa Allah onu hər şeydən arxayın edər, Allahdan qorxmayanı isə Allah hər şeydən qorxudar. Allah yaratdıqları arasında belə hökm etdi: Qorxu ilə günahlar bərabərdir daima!».

35. Günahlar insanın qəlbində sıxıntı, tənhalıq yaradır. Günahkar insan öz nəfsində sıxılır. Günahkarın daima özünü tənha hiss etdiyini görərsən. Bu soyuqluq və tənhalıq həm Rəbbi ilə özü, həm də özü ilə insanlar arasında olur. Nə qədər günahlar çoxalarsa sıxıntı, tənhalıq da çoxalar. Ən acı yaşayış da bu sıxıntı içində olan kimsənin yaşayışıdır. Ən gözəl yaşayış isə insanlarla ünsiyyətdə olan kimsənin yaşayışıdır. Əgər ağıllı insan günahların törətdiyi bu zərərlər - qorxu və tənhalıq haqqında düşünsə halının nə qədər pis olduğunu bilər. Belə ki, o kimsə itaətin əminliyini, şirinliyini günahların sıxıntısı və tənhalığı ilə dəyişərək satın almışdır. Əgər günahlar səndə sıxıntı yaradarsa sən bu günahları tərk et! Əgər rahat yaşamaq istəyirsənsə. İtaət insanı Allaha yaxınlaşdırır. İnsanın yaxınlığı nə qədər güclənərsə bir o qədər də onun ünsiyyəti güclənər. Ünsiyyət sıxıntının əksidir. İnsan təklikdə darıxdığı kimi insanlar arasına çıxdığı zaman ünsiyyət tapır. Günah isə Allahdan uzaq olmağı vacib edir. Uzaqlaşma nə qədər güclənərsə bir o qədər də onun sıxıntısı, darıxması güclənər. Buna görə də qul ilə düşməni arasında nə qədər uzaqlıq olsa da soyuqluq və tənhalıq hiss edər. Lakin sevdiyi kimsə ilə arasında hər nə qədər uzaqlıq olsa da güclü bir yaxınlıq və ünsiyyət hiss edər. Tənhalığın və soyuqluğun səbəbi arada olan pərdədir. Pərdə qalınlaşdıqca soyuqluq da artar. Qəflətdə olmaq soyuqluğun səbəbidir. Qəflət sıxıntısından da daha güclü olan günahdan yaranan sıxıntıdır. Bundan da daha şiddətli olan isə şirk və küfr sıxıntısıdır. Bunları edən bir kimsədə etdiyi an soyuqluğun və tənhalığın olduğunu hiss edə bilərsən. Artıq belə bir sıxıntı və tənhalıq onun üzünə, qəlbinə hakim olmuşdur. Belə olduqda artıq sıxıntı və tənhalıq onda hiss edilir bir hal alır. Özü darıxdığı kimi başqaları da ondan darıxarlar.

36. Günahlar qəlbi xəstələndirir və istiqamətini düz yoldan çıxardır. Günahlar qəlbi azmağa və xəstəliklərə yönəldir. Görürsən ki, xəstə olaraq qalır, lakin ona yararlı olan qidalarla faydalanmır. Çünki günahların qəlbə olan təsiri xəstəliyin bədənə olan təsiri kimidir. Bilavasitə günahlar qəlbin xəstəliyi və dərdidir. Bu dərdlərdən qurtulmanın bir tək çarəsi isə günahları tərk etməkdir.

Qəlblər Allaha qovuşmasa öz arzusuna çatmaz, həmçinin sağlam və salamat da olmaz öz mövlasına çatmasa. O qəlb də sağlam olmaz əgər onun xəstəliyi dərmanına çevrilməzsə. Bunun da sağalması yalnız sahibinin öz nəfsi istədiyinə, havasına qarşı çıxmasıdır. Nəfsin havası xəstəliyin özüdür. Bunun da şəfası ona müxalif olmaqdır. Əgər xəstəlik qəlbdə möhkəmlənərsə qəlbi öldürər və ya ölümə yaxınlaşdırar. Kim nəfsin istədiyini inkar edərsə onun yeri Cənnətdir. Eyni şəkildə bu dünyada da Cənnətdədir. «Amma kim Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini, şəhvəti qadağan etmişsə həqiqətən onun yurdu Cənnətdir». (ən-Nəziət 40-41). Bu Cənnətin nemətləri bu dünyada heç bir şeyə bənzəməz. Hətta iki nemət arasında fərq dünya ilə axirət arasında olan fərq kimidir. Bunu yalnız qəlbi həm bunu, həm də obirisini dadanlar təsdiq edə bilər. «Yaxşılar heç şübhəsiz ki, cənnətdə, pislər isə Cəhənnəmdədirlər». (əl-İnfitar 13-14). Allahın bu sözündə qəsd edilənləri sadəcə axirət nemətləri və atəşi ilə kifayətləndiyini sanma. Onlar dünya, bərzah və axirət yurdunda da belədirlər. Yaxşılar nemət, pislər isə atəşdədirlər (hər üç aləmdə də). Qəlbin nemətindən başqa nemət və qəlbin əzabından başqa bir əzab varmı? Qorxu, hüzn, kədər, qəlb və can sıxıntısı, Allahdan və axirətdən üz çevirmək, Allahdan başqasına bağlanmaq, Allahla əlaqələri kəsmək hamısı da bunun şöbələridir. Bunlardan daha şiddətli hansı əzab vardır?



Allahdan başqa bağlanılıb sevilən hər şey insanı əzabın ən pisinə sürükləyir. Allahdan başqa sevilən hər şeylə insan dünyada, bərzəxdə və axirətdə də üç dəfə əzaba düçar olur. Dünyadakı əzab belədir: 1. İnsan sevdiyini əldə etmədən öncə əldə edənə qədər əzab və ağrı çəkir. 2. Onu əldə etdikdən sonra da onunla əzab çəkir, əldə etdiyinin onun əlindən çıxmaq qorxusuna görə. 3. Əldə etdiyi əlindən çıxarsa əzabı daha da şiddətli olar. Bu da onun üçün bu dünyada olan əzabdır. Bərzəxdə isə: Sevdiyi ilə bir daha qovuşmamaq acısı, eşqi ilə məşğul olduğu bir çox nemətlərin əlindən çıxmasının acısı və Allahdan pərdəli olmasının ürəkləri parçalayan peşmançılıq acısı. Qəm, kədər, hüzn və peşmançılıq onların nəfslərində qurdların və həşəratların etdiklərini edər. Allahın ruhları cəsədlərinə döndərdiyi ana qədər davam edər. Ruhların bədənlərinə döndəriləcəyi andan daha şiddətli və daha acı olan əzab veriləcəkdir. Belə birisinin halı necə? Sevincdən, Rəbbilə ünsiyyətdən, Ona yaxınlıqdan, Onun zikri və sevgisi ilə qəlbi fərəh içində olan kimsənin halı necə? Hətta bunlardan bəziləri ölüm anında olarkən: Vay halım, vay! deyərkən kimiləri də: Əgər Cənnət əhli bizim bu halımızdadılarsa həqiqətən onlar çox xoş bir həyat içindədirlər! Digəri isə: Əgər krallar və padşahlar bizim bu gözəl hüzur içində olduğumuzu bilsəydilər bu halı əldə etmək üçün bizlərə qarşı silahlarla vuruşardılar! Bir başqası da: Dünyada bir Cənnət vardır, hər kim o, Cənnətə girməmişsə axirətin Cənnətinə də girməz! Vay halına qiymətli bir şeyi ucuz bir şeyə satıb göz görə-görə bu satışda aldanan kimsənin halına! Mal haqqında biliyin yoxdursa heç olmasa təcrübə sahiblərindən soruş. Nə gözəldir o, mal ki, onun alıcısı Allah, satanı Rəsulullah sallallahu aleyhi və səlləm və mükafatı isə Cənnətul Məvadır. Lakin sən bunu çox ucuz bir şeyin uğruna satdın. Qulun özünə etdiyi bu olursa artıq onu bundan sonra kim yüksəldər. «Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə bilməz. Həqiqətən Allah dilədiyini edər». (əl-Həcc 18).

37. Günahlar qəlbin bəsirətini kor edir, nurunu söndürər, elm yollarına, hidayət yollarına mane olur. İmam Şafii rahmətullahi aleyhi , İmam Məlik rahmətullahi aleyhi nin yanında idi. Onun elmi, fəhmi və zəkası İmam Məliki rahmətullahi aleyhi heyrətləndirmişdir. İmam Məlik: «Mən görürəm ki, Allah sənin qəlbinə bir nur vermişdir. Sən də bu nuru günahın zülməti ilə söndürmə». Günahlar səbəbilə qəlbdəki nur əriyərək yoxa çıxar və günahların zülməti güclənərək qəlbi bürüyər. Qəlb zülmət içərisində olar. Belə olduğu halda insan neçə-neçə həlaka düşər. Bunun da məsəli kor bir insanın gecənin zülmətində yol getməsidir. Onun da salamat olması necə də çətindir. Həlaka yaxın olması isə necə də sürətlidir. Sonra bu günahlar sayəsində zülmət güclənərək qaranlıq qəlbdən əzalara keçər. Əgər ölüm halında olarsa bu Bərzəx həyatını da zülmət edər. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bu qəbirlər sahiblərinin üzərinə zülmətlə doludur. Allah mənim onlar üçün etdiyim dua (namaz) ilə onların qəbirlərini nurlandırar»204. Qiyamət günü isə insanlar məhşərə toplandıqları zaman bu zülmət açıq-aşkar hər bir kəsin görəcəyi şəkildə onların üzlərində ortaya çıxacaqdır. Hətta üzləri kömür kimi qapqara olacaqdır. Belə bir cəzaya görə vay halına! Bu halı görür və bu da necə ağır bir cəzadır. Bütün dünyanın ləzzətləri belə bu cəza ilə müqayisə oluna bilməz. Kömək istənilən Allahdır.

38. Günahlar nəfsi kiçildərək alçaq, aşağı edir. İtaət isə nəfsi böyüdərək təmizə çıxardır. «Nəfsini təmizləyən mütləq nicat tapmışdır. Onu günaha batıran isə əlbəttə ziyana uğrayacaqdır». (əş-Şəms 9-10). Ayənin mənası: Əgər insan nəfsini Allaha itaətlə ucaldarsa, böyüdərsə o, xoşbəxt kimsədir. Nəfsini Allaha asi olmaqla alçaldan insan isə xüsrana, ziyana düşənlərdəndir.

Günahkar insan özünü günaha batırır və Allahdan, insanlardan əməlinin pisliyinə görə gizlənir. Artıq insan öz nəfsində kiçilərək alçaq olmuşdur. Həm Allah qatında, həm də insanlar yanında. Yaxşı əməllər insanın nəfsini böyüdür, izzətləndirir və şərəfləndirir. Hətta sonda nəfs ən şəffaf, ən uca, ən təmiz və ən böyük bir şeyə çevrilir. Bununla bərabər o, kimsə Allah qatında özünü ən zəlil, ən həkir və ən kiçik görür. Nəfs də bundan ötrü izzət, şərəf duyar. Allah qarşısında zəlil olduğuna görə insan bu şərəfli məqama yüksəlir. İnsan nə qədər Allah qarşısında özünü zəlil görərsə bir o, qədər də izzətə və şərəfə nail olar. Nəfsləri Allaha asi olmaq, günah kimi böyük bir şey alçaltmamışdır. İnsanı ən çox alçaldan şey Allaha asi olmaqdır. İtaət kimi böyük bir şey də onları böyüdüb, şərəfləndirib, ucaltmaz.



39. Günahlar sahibini şeytana əsir edir, şəhvətlər zindanında qalmağa bir səbəbdir. Günahkar insan həmişə öz şeytanının əsiridir və şəhvətlərinin zindanındadır. Öz havasına, nəfsi-istəklərinə bağlanmaqdadır. Günah edən insan əsirdir, qandallıdır və zindandadır. Ən pis halı olan əsir də ən qəddar düşməninə əsr düşəndir. Şeytan isə ən qəddar düşməndir. Nəfsi-istəklərin zindanından daha darısqal bir zindan yoxdur və şəhvət qandallarından daha çətin bağlantı da yoxdur. Belə bir qəlb Allaha və axirət diyarına necə seyir etsin? O insan necə irəli addım atsın? Əgər qəlb bağlıdırsa, qandallıdırsa onu hər tərəfdən bəlalar bürüyür. Qəlb quş kimidir. Nə qədər yüksələrsə (günahlardan uzaq olarsa) müsibətlərdən, bəlalardan da bir o qədər uzaq olar, nə qədər də alçalarsa bir o, qədər də bəlalara yaxın olar. Hədislərin birində deyilir ki: «Şeytan insanın canavarıdır»205. Canavar sürüdən ayrılan qoyunu ovladığı kimi, şeytan da cəmaatdan ayrılan, günahkar qulunu ovlayar. Əgər qoyunu qoruyan yoxdursa və canavarlar arasındadırsa həlaka daha yaxındır. Həmçinin bəndənin də Allah tərəfindən qoruyanı yoxdursa canavarlar onu tez ovlayarlar. Qoyun nə qədər çobana yaxın olarsa bir o qədər də canavardan salamat olar. Qulun Allah tərəfindən olan qoruyanı təqvadır. Təqva qulun özü ilə canavarı arasında olan qoruyucusu, qalxanı və sağlam qalasıdır. Eyni zamanda təqva qul ilə dünya və axirət əzabları arasında olan bir qoruyucusudur.

Bütün bunların əsası nədir? Qəlb nə qədər Allahdan uzaq olarsa bəlalar da bir o qədər ona yaxın olar. Nə qədər də qəlb Allaha yaxınlaşarsa bəlalar da bir o, qədər ondan uzaqlaşar. Allahdan uzaq olmağın da dərəcələri vardır ki, biri digərindən daha da şiddətlidir. Qəflətdə olan qəlb Allahdan uzaqdır. Lakin günahın Allahdan uzaqlaşdırması qəflətin uzaqlaşdırmasın-dan daha da böyükdür. Həmçinin də bidətlərin Allahdan uzaqlaşdırması günahın uzaqlaşdırmasından, nifaqın, şirkin uzaqlaş-dırması isə bütün bunlardan da şiddətlidir.



40. Günahlar insanın şərəfinin, dərəcəsinin həm Allah yanında, həm də insanlar yanında düşməsinə səbəbdir. Çünkü qulların Allah qatında ən dəyərli olanı ən təqvalı olanıdır. «Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınız, pis əməllərdən ən çox çəkinəninizdir». (əl-Hucurat 13). Dərəcə tərəfdən insanların Allaha ən yaxın olanı Allaha ən çox itaət edəndir. İnsanın itaətinə görə onun Allah qatında məqamı olur. Əgər o insan Allaha asi olarsa, əmrlərini yerinə yetirməzsə Allahın gözündən düşər. Əgər o, Allahın gözündən düşərsə Allah onu insanların qəlbindən də düşürər. Artıq o, kimsənin insanlar arasında dərəcəsi qalmadıqda insanlar onun səviyyəsinə görə onunla rəftar edərlər. Bundan sonra o, kimsə insanlar içərisində ən pis yaşayışla yaşayan olar. Artıq onun dərəcəsi düşər, pis halda olar. Bütün dərdlər, kədərlər, hüzünlər onunla birlikdə olar. Onun heç bir hörməti, sevinci və fərəhi olmaz. Həqiqətən də bu xatırlanmayan insan, dərəcəsi və şöhrəti düşən insan hər bir dərdi və kədəri gətirir. Belə olduğu halda insan bu ağrını necə günahın ləzzətinə yaxın tuta bilər. Ağrı harada, günahın ləzzəti harada? Şəhvətin sərxoşluğu olmasaydı bunu edərdimi?

Allahın bəndəyə olan ən böyük nemətlərindəndir ki, aləmlər arasında onun zikrini, dərəcəsini qaldırır. Buna görə də Allah başqalarına vermədiyi xüsusiyyətləri öz Rəsullarına vermişdir. «Bəsirət və qüvvət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et! Biz axirət yurdunu anmaq xislətini onlara məxsus elədik». (Sad 45-46). Bu dünyada gözəl xatırlanmaq xüsusiyyətini Allah onlara vermişdir. İbrahim əleyhissəlam öz duasında: «Sonra gələnlər arasında mənə yaxşı ad qismət et!». (əş-Şuəra 84). «Öz mərhəmətimizdən ehsan buyurub təriflərini dillər əzbəri etdik». (Məryəm 50). Peyğəmbər sallallahu aleyhi və səlləm haqqında: «Sənin ad-sanını, şan-şöhrətini ucalt-madıqmı?». (əl-İnşirah 4). Mucahid rahmətullahi aleyhi deyir ki: «Mən xatırlanacaq olsam mütləq sən də xatırlanacaqsan. Şəhadət edirəm ki, Allahdan başqa İlah yoxdur və Muhəmməd Allahın qulu və Rəsuludur»206. Peyğəmbər sallallahu aleyhi və səlləm in adı Allah subhənəhu və təalə nin adı ilə yanaşı zikr olunur. Bu da onun dərəcəsinin artırılmasıdır. Həmçinin bu xatırlanmadan Peyğəmbərlərə tabe olanların da bir payı vardır. Onlara olan itaətlərinə və tabeçiliklərinə görə. Peyğəmbərlərə müxalif olanlar isə bu müxalifliklərinə görə belə bir mirasdan uzaqdırlar.



41. Günahlar insandan gözəl adları soyub çıxararaq ona məzəmmət olunan adları geyindirir. Mömin, Muhsin, Muttəqi, Munib Allaha qayıdan, Mudi itaət edən, Vəli dost, Saleh, Abid, Xaib – qorxan, Tayyib yaxşı, vvəb tez-tez Allaha qayıdan, tövbə edən və s. belə bir adları ondan soyub çıxararaq ona Facir, Asi, Müxalif, Mufsid fəsad törədən, Xəbis - çirkin, Zəni zinakar, Səriq oğru, Qatil öldürən, Kəzib yalançı, Ğadir xəyanət edən və s. çirkin adları ona geyindirilir. «İmandan sonra fasiq adını qazanmaq necə də pisdir». (əl-Hucurat 11). O, adlar ki, Allah subhənəhu və təalə nin qəzəbini, əzabını, rüsvayçılığı, alçaqlığı və Cəhənnəmi vacib edir. Digər adlar isə Allahın rəhmətini, Cənnətini və onunla adlananın şərəfli olmasını vacib edir.

Günahın insana bu isimləri haqq etməkdən başqa bir cəzası olmasaydı belə bu ağıllı birisinə ondan uzaqlaşmağa kifayət edərdi. İtaət etməyin savabı da sadəcə bu isimləri qazanmaq olsaydı ağıllı birisinə itaət əmrinə uymasına kifayət edərdi. Lakin Allahın verdiyinə əngəl törədən, vermədiyini də verə biləcək, uzaqlaşdırdığını yaxınlaşdıracaq və yaxınlaş-dırdığını isə uzaqlaşdıracaq heç bir kimsə yoxdur. «Allah kimi alçaldarsa onu yüksəldəcək keç kimsə olmaz. Şübhəsiz Allah dilədiyini edəndir». (əl-Həcc 18).



42. Günahlar ağlın naqisləşməsinə səbəbdir. Buna görə də sən iki ağıllı insanın biri itaətkar, digəri isə asi insanın eyni olduğunu görə bilməzsən. Görərsən ki, itaətkar insanın ağlı daha mükəmməl, daha kamil, fikri daha doğru, rəyi daha səhih və doğruluq daima onunla birlikdədır. Buna görə də Qurani Kərimdə xitab ən çox ağıl sahiblərinə yönəlir. «Ey ağıl sahibləri, Məndən qorxun». (əl-Bəqərə 197). «Ey ağıl sahibləri, Allahdan qorxun ki, bəlkə nicat tapasınız». (Maidə 100). «Bunu ancaq ağıllı adamlar dərk edərlər». (əl-Bəqərə 269). Necə asilik edən insan ağıllı ola bilər ki, o ovcunda olana asilik edir. Onun diyarındadır ona asilik edir. O, kimsə bilir ki, Allah onu görür və müşahidə edir. Buna baxmayaraq yenə də asilik edir. Allahın qəzəbinə səbəb olacaq şeyləri edir. Hər zaman Allahın qəzəbini və lənətini gətirən işləri edən, özünü Ondan uzaqlaşdıran, qapısından qovduran, gözündən düşən, Onun sevgisindən və rizasından məhrum qoyan, düşməni ilə baş-başa qoyan şeyləri edən bir kimsə ağıllı ola bilərmi? Elə isə onun sevinci ancaq Allaha yaxın olmaq, Onun yaxınlığını qazanmaq və Onun üzünə baxmaq nemətinə sahib olmaqdır. Bunlar iaət edənlərin kəramətlərindəndir. Saydığımız şeylərdə üsyan edənlərin cəzalarındandır. Həmçinin də itaət sahiblərinə verilən nemətlərdən məhrum qalır və üstəlik də günah sahiblərinin cəzasına da layiq olur. Bir an və ya bir günlük, bir aylıq, bir illik dadılan və sonda da yuxu kimi qeyb olan bir ləzzəti belə olmayıb əbədi olan nemətə və böyük uğura, hətta dünya və axirət səadətinə dəyişənin hansı ağlından bəhs edilə bilər? Əgər o, kimsə hüccət qaldırılan insan olmasaydı o, kimsə dəlilər sırasında sayılardı. Hətta dəlilərin halı beləsindən daha yaxşı və daha salamat olacaqdır.

Əgər ağıllar sağlam olsaydı bilərdi ki, sevinci, ləzzəti, fərəhi qazanmaq yolu yalnız Allahın razılığını qazanmaqdadır. Bütün ağrılar və əzablar Allahın qəzəbindəndir. Çünki qəlblərin sevinci, nəfslərin fərəhi, könül xoşluğu, qəlblərin həyatı və ruhların ləzzəti sadəcə Onun rizasındadır. Əgər insan bu razılığa çatarsa bütün dünya nemətləri Onun rizasıyla əldə edilən bu nemətlərin bir zərrəsilə müqayisə olunsaydı yenə də ona çatmazdı. Hətta qəlb bundan da az bir şey əldə etmiş olsaydı yenə də dünya və içindəkilərlə bu payını dəyişməzdi. Buna baxmayaraq itaətkar kimsə dünyada olan nemətlərlə də faydalanır. Hətta o, kef içində olanlardan da ləzzətli həyat sürür. Başına bir müsibət gəlsə də belə Allahdan umduğuna görə sevinc içində olur. Çünkü o, başqa daha böyük iki neməti gözləyərək bu iki böyük neməti yaşamaqdadır. «(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir cəmaat olsun! Bunlar həqiqətən nicat tapmış şəxslərdir». (ən-Nisa 104).



Lə İlə İlləllah! Mirvarini sataraq peyin alanın, Allahın nemət verdiyi kəslərin Peyğəmbərlərin, siddiqlərin, şəhidlərin, əməlisalehlərin yoldaş-lığını Allahın qəzəbinə gələnlərin yoldaşlığı ilə əvəz edənlərin ağlı necə də naqisdir. Allah onlar üçün Cəhənnəm hazırlamışdır. Ora necə də pis bir yerdir.

Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə