1.Şərabçılıq bir elm kimi. Dünyada şərabçılığın tarixi



Yüklə 1,05 Mb.
səhifə2/5
tarix13.01.2023
ölçüsü1,05 Mb.
#98563
1   2   3   4   5
ixtsasa giris cavablar - Kopya

Cəlilabad Şərab ASC. Şərab zavodunda məhsul istehsalı ən müasir texnologiya ilə yerinə yetirilir. Şərab zavodunun istehsalat bölməsinin sahəsi 7,4 ha təşkil edir (şəkil 1.7). Müəssisənin demək olar ki, 300 ha məhsul verən üzümlükləri vardır. Zavodun üzüm qəbulu və emalına görə məhsuldarlığı ildə 8 min ton, şərab və şərab məhsulları istehsalı üzrə - 560 min dal, konyak spirti istehsalı – gündə 800 dal, şərab doldurmaya görə saatda – 3,5 min butulka, tünd içkilərin doldurulmasına görə saatda – 1,5-1,8 min butulkadır. Müəssisənin üzüm plantasiyalarında Fransız üzüm sortları Şardone, Merlo, Kaberne Sovinyon becərilir. Hər il üzümlüklərdən demək olar ki, 4 min tona yaxın məhsul yığılır. Üzümün qəbulu, emalı və şərab istehsalı sexləri Fransadan gətirilmiş avadanlıqlarla təchiz edilmişdir. Konyak spirti istehsal edən sexdə isə İtaliya istehsalı olan avadanlıqlar qurulmuşdur. Bundan başqa müəssisədə konyak spirtini və şərabı kondisiyaya çatdırmaq üçün kupaj, filtirasiya sexləri və hazır məhsul anbarı vardır.
6.Naxçıvan bölgəsində üzümçülük və şərabçılıq

7. Üzüm qida məhsulu kimi.


Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli maddələr var. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar. Üzüm tənəyinin yarpağının tərkibində isə çoxlu miqdarda C vitamini, karotin, aşı maddəsi, üzvi turşular və s. var. Qeyri-adi dada və ləzzətə malik üzümün toxumları və yarpaqları bitki mənşəli dərmanların, habelə pəhriz əlavələrinin istehsalında istifadə olunur. Həmin polifenollar həm də çoxsaylı bioloji fəallığa və sağlamlıq üçün yüksək potensiala malikdir. Üzüm qabığı ilk növbədə antosiyaninlərdən, flavanollar, fenol turşulardan və stilbenlərdən (resveratrol) ibarətdir. Digər meyvə və tərəvəzlər kimi, üzüm də yaxşı lif və su mənbəyidir. Üzümdə C vitamini və manqan kimi tanınmış antioksidanlar, beta-karotin və resveratrol kimi daha az tanınan antioksidanlar da mövcuddur.

Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə