1.İdarəetmə uçotunun predmeti



Yüklə 18,49 Kb.
səhifə3/3
tarix29.11.2023
ölçüsü18,49 Kb.
#139577
1   2   3
Kol 1 Sual 1 3 5

5.Xərclərin təsnifatı.
Xərclər ~ Məhsul istehsalı müqabilində məsrəf şəklində istifadə olunan və gələcəkdə gəlir gətirmək üçün lazım olan resursdur.
Xərclər bu cür təsnifləşdirilir:
3 cür təsnifləşdirilir:
1)Məhsulun maya dəyərinə daxil olunma prinsipinə görə xərclər 2 cür olur:
1.Birbaşa xərclər.
O xərclər ki,məhsulun maya dəyərinə baş verdiyi anda birbaşa olaraq silinirsə belə xərclərə birbaşa xərclər deyilir.Bu xərclər adətən bir məhsul növünə aid edilir.
Bunlara aiddir:
Əmək haqqı xərcləri və materiallar xərci.Eynilə bu xərclərdən savayı əsas fondların enerji tutumu xərcləri də daxildir.
Birbaşa xərc dedikdə əmək haqqı və materialların vahid məhhsula dəyərinin keçirilməsi nəzərdə tutulur.Dolayı xərclər dedikdə isə sərf olunan xərclərin məhsulun həcminə bölünməsi müqabilində müəyyən edilən xərclər başa düşülür.
2.Dolayı xərclər:
1~Əsas vəsaitlərin amortizasiya ayırmaları.
2~Qeyri maddi aktivlərin amortizasiya ayırmaları.
3~Kommersiya xərcləri.
4~İdarəetmə xərcləri.
2).İstehsaın həcminə görə 2 yerə ayrılır.
1.Sabit xərclər.
2.Dəyişən xərclər.
Sabit xərclər dedikdə istehsalın həcmindən asılı olmayan xərclər nəzərdə tutulur.
Dəyişən xərclər isə istehsalın həcmi müqabilində dəyişən xərclərə deyilir.
Sabit xərclərə aiddir ~ Komunal xərclər,əsas fondların amortizasiya ayırmaları,tranzaksiya xərcləri(müqavilələrin bağlanması) aiddir.
Dəyişkən xərclərə aiddir ~ Birbaşa əmək haqqı xərcləri,birbaşa material xərcləri.
3)İqtisadiyyatda roluna görə xərclər 2 yerə ayrılır:
1.Əsas xərclər.
2.Qaimə xərcləri.

Əsas xərclər ~ İstehsal prosesinin başa gəlməsi üçün bütün resurslarla bağlı xərclərdir.(Yəni kapital,maliyə,əsas fondların saxlanması,işçi qüvvəsi ilə bağlı olan xərclər)
Qaimə xərcləri ~ İstehsal prosesində əlavə xərclərə də ehtiyac duyulur.Bu xərclər qaimələr əsasında müsəssisə tərəfindən cəlb edilir.Qaimə xərcləri əlavə xərc qismində müəssisənin fəaliyyətini həyata keçirmək üçün həyata keçirilir.

Alternativ xərclər ~ əvəzi ödənilməyən xərclərə deyilir.


Qarışıq xərclər ~ eyni bir resursla bağlı onun saxlanılması,istifadə olunması və ötürülməsi ilə bağlı ilə xərclərin cəmi başa düşülür.
Məslən: Müəssisəsin avadanlığı var.Amortozasiya hesablanıb və təmirə ehtiyac duyulub.Amortizasiya + təmir xərci.
Cari təmir
Orta təmir
Əsaslı təmir

Yüklə 18,49 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə