1323-cü il hicri ilində (1905-ci miladi ilində) Qafqazda qəflətən baĢ verən erməni-müsəlman davasının tarixi



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə9/54
tarix21.10.2017
ölçüsü2,84 Kb.
#6306
1   ...   5   6   7   8   9   10   11   12   ...   54

20 
 
Müsəlmanları  bu  hala  qoyan  hökumətin  belə  "meraları"  deyilmi? 
Müsəlmanlar qayıdıb kazaklardan ərizə yazıb, qubernator qayıdanda təqdim etmək 
həvəsində  olduqları  halda,  qubernator  gecə  saat  on  birdə  qayıdıb,  müsəlmanların 
xəbəri  olmasın  deyə,  ahəstə,  vaqon  ilə  Ġrəvana  yollanmıĢdı.  Budur  bürokrat 
idarəsinin müsəlmanlar üzünə açdıqları qəmli hadisə pərdələri. Atalar demiĢ kimi, 
məzlum ən zalımdır. 
Yuxarıda  deyilənlərə  bunu  da  əlavə  edim  ki,  əvvəlinci  hadisələrdə  əsas 
zərər ermənilərə, sonrakı hadisələrdə isə müsəlmanlara dəymiĢdi. 
 
ĠRƏVAN HADĠSƏLƏRĠ 
 
1905-ci ilin may tarixindən başlanmış İrəvan faciələrindən bəhs edir. 
Mir Abbas Mir Bağırzadənin topladığı jurnal və sair məktublardan iqtibas 
olunub tariximizə müvafiq bir dilə tədbil edilmişdir. 
Məqsədin  ərzi.  1905-ci  ildə  qəflətən  baĢ  verən  və  təəssüf  doğuran  Bakı 
faciələri  heç  bir  tərəfə  yayılmayıb,  nəhayət,  may  ayının  əvvəllərində  Ġrəvan 
quberniyası  Naxçıvan  uyezdinə  sirayət  etdi.  Naxçıvanda  islamlar  say  və  nüfuzca 
ermənilərdən  üstün  olduqlarından  qabaqca  müharibə  tələb  etmiĢ  ermənilər, 
nəhayət, büsbütün məğlub olaraq milli səhifələrinə qara bir xətt çəkdirdilər. Məlum 
ola  ki,  Naxçıvanda  olan  erməni  məğlubiyyəti  Ġrəvan  ermənilərini  acıĢdırıb  son 
dərəcədə qəzəbləndirmiĢdi. 
Bu hadisələrə görə, ermənilərin müsəlmanlar əleyhinə olan alçaq hərəkətləri 
gündən-günə  artırdı.  Digər  tərəfdən,  camaat  indi,  yaxud  bir  saat  sonra  Ġrəvanda 
iğtiĢaĢ  olacağını  iĢlərin  nümayiĢindən  düĢünürdülər.  Bu  xəbərlər  yayıldığından 
bazar  camaatı  narahat  edilib,  ticarət  də  gündən-günə  tənəzzülə  uğradılaraq  Ģəhər 
pəriĢan bir halda qoyulmuĢdu. 
Digər  tərəfdən,  müsəlmanlar  arasında  fikirlər  çoxalıb,  bu  fikirlərin 
həyəcanı, düĢmənin artması, islamlarda hərbi hazırlığın bütünlüklə olmaması kimi 
problemlər onların qarĢısında bəla buludları kimi canlı  və  qəti durmuĢdu. Demək 
olar ki,  bir Ģəhərdə  10  min islam  vardısa  da, bu dəhĢətli  vahimədən  məzlumların 
sarsılmıĢ  rənglərində  10  min  də  fikir  vücuda  gəlirdi.  Ġslamlarda  heyranlıq  son 
həddə  çatıb  hər  kəsin  simasında  ümumi  bir  yas,  kökü  olmayan  bir  müsibət 
görünürdü. 
Ermənilərə  gəldikdə,  Naxçıvan  intiqamını  almaq  üçün  səbirsizlik,  
aramsızlıq  edərək,  islamları   ortaya  çəkib  pəriĢan etmək üçün bir çox hiylə və 
fırıldaqda  bulundular.  Naxçıvan  yolunun  əksəriyyətlə  islam  əlində  olduğundan 
çəkinməyərək, oranın əhalisinə hər cür yardımda bulundular. Bulundularsa da, hər 
qisim  odlu  silah,  hərbi  ləvazimat  göndərməyə  çalıĢmaqları  müsəlmanları  çaĢdırıb 
qoydu.  Ġrəvan  islam  millətinə  gəldikdə  tədarükləri  yox  və  əlavə,  milli  hissləri 
oyanmamıĢ bir quru  xəyal  kimi  idi,  deyilsə,  xəta  deyil,  doğru  fikirdir. Ancaq hər 
kəs  can  qorxusu  ilə  qanlı  ürəyini  yeyərək  öz  mühafizəsi  üçün  təhlükəsiz  bir  çarə 


21 
 
düĢünürdü.  Nəhayət,  Naxçıvan  atəĢini  söndürmək  üçün  Tiflisdən  general 
Əlixanov-Avarski cənabları oraya göndərildi. Həmən münaqiĢənin yatırılması üçün 
yenə  Voronsov-DaĢkov  həzrətləri  tərəfindən  Ģeyxülislam  cənabları  Uluxanlı 
vağzalına getdi. Ġrəvan qazisi də onunla birlikdə Naxçıvana yollandı. Əvət, Ġrəvan 
erməniləri  iki  tayfanın  sülh  etməsini  eĢitdilər.  EĢidib  də  hər  gündə  Naxçıvana 
məlumatlı adamlar göndərib millətin halından xəbərdar olur, sınıqlarını sarıyıb, öz 
eyiblərini  pərdələməkdə,  müsəlmanların  eyiblərini  isə  faĢ  etməkdə  idilər. 
Müsəlmanlara  gəldikdə,  ermənilərin  Naxçıvan  məğlubiyyətinə  sevinir,  Naxçıvan 
qələbəsini özlərinin qələbəsi sayıb xəyalsız dolanmaqda idilər. Demək olar ki, bu 
vaxt  ermənilər  müharibə  etmək  üçün  bütün  tədarüklərini  görüb  bir  hadisənin  baĢ 
verəcəyini gözləyirlərmiĢ. Belə ki, may ayının iyirmi üçündə olan hadisə yuxarıda 
deyilənlərə ən yaxĢı kamil sübutdur. 
ĠğtiĢaĢ xəbərləri.  1905-ci il may ayının 23-də üç nəfər oxumuĢ müsəlman 
cavanı gedib polisin qənĢərində olan erməni Qarsaçay bağçasında içib sərxoĢ halda 
pis iĢlərlə məĢğul olurlar.
*
 Ermənilər bu sərxoĢluğu qənimət bilib onları lazımınca 
əziĢdirirlər.  Xülasə,  sərxoĢlar  xəncərlərini  çəkərək  özlərini  müdafiə  vəziyyətində 
qıĢqıra-qıĢqıra bazara soxulurlar. Müsəlman sərxoĢlarının səsləri hər tərəfə yayılır. 
(Müsəlman  keflisinin  səsinin  necə  ikrah  doğurucu  olduğunu  yəqin  ki,  oxucular 
bilirlər.)  Bu  səsləri  eĢidən  hər  bir  erməni  və  müsəlman  bazarda  bir-birinə  qarıĢıb 
Ģiddətli atıĢma baĢlanır. Müsəlmanların erməni hiyləsindən bixəbər olan qismi öz 
dükanlarını boĢlayıb baĢlayır qaçan ermənilərin dükanlarını qorumağa, bəziləri isə 
onları  dükana  salıb  qapısını  bağlamaqla  mühafizə  edirlər.  Bir  para  nöqtələrdə 
erməni  müsəlmanı,  müsəlman  ermənini  öldürmək  üçün  cinayətlərə  də  yol  verilir. 
Yəqin  ki,  bu  gün  müsəlmanlar  ermənilərə  əl  qaldırsaydı,  yəqin  edilərdi  ki, 
ermənilərə necə bədbəxtlik üz vermiĢdi. Zira, müsəlman içində erməni çox, hamısı 
da  silahsız  və  xəbərsiz  imiĢ.  Bununla  belə,  müsəlmanlar  qədim  qonĢuluğu  yada 
salaraq camaatı birtəhər sakit etdilər. Gecə rahat və sakit keçdi. 
1905-ci  il 24  may  xəbərləri.  Bu gün sübh saat 9-a yaxın bır neçə etinasız, 
yaxud məğrur və  ya  nadanlıq üzündən bazar-dükanı açmağa gedən müsəlmanlara 
ermənilər atəĢ açıblar. Lakin Allah bərəkət versin ki, müsəlmanlara dəyməyib, bir 
neçə ermənini yaraladı. Bu zaman soldatlar yetiĢib bir neçə atəĢ açmaqla erməniləri 
sakit etdilər. Bir az keçdikdən sonra gediĢ-gəliĢ tamam kəsilib hər kəs öz tərəfində 
bir  müdhiĢ  sakitlik  içində  dolanırdı.  Saat  2  radələrində  yenə  müsəlman  tərəfinə 
ermənilər  Ģiddətli  atəĢ  açdılar.  Bu  vaxt  bütün  erməni  məhəllələrindən  atəĢ  açılıb 
aramsız  olaraq  güllə  yağdırılırdı.  Uca  yerlərdən,  təpə  üstlərindən,  pəncərələrdən 
müsəlmanlara qarĢı güllə yağmaqda idi. Yerdə durub səmaya nəzər salan bir insan 
göydən  alovlu  güllə  yağır  söyləsə  idi,  əsla  xəta  eləməzdi,  zənnindəyəm.  Bütün 
gecə,  səhər  açılana  kimi  beləcə  atəĢ  açılmıĢdı.  Bu  atəĢlərə  əsla  cavab  verilməyib 
müsəlmanlar  aram  tutmuĢdu.  Zira,  hamısı  ruhdan  düĢmüĢ  və  ya  tədarüksüz,  ən 
                                                           
*
 Qəribə burasıdır ki, bizim keflilərimiz də özgələrin keflisinə bənzəməyir. 
 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə