89
Ġbrahim Ağa Vəkilov: - Qafqaziyada heyvan saxlayan yalnız müsəlmanlar
deyil, bəlkə baĢqa tayfalar da saxlayırlar. Amma baĢqa tayfalar, o cümlədən
ermənilər oturaqdırlar. Ona görə onlara köçmək lazım deyil. Hərgah müsəlman
köçməsə özləri və malları tələf olur.
Sərkisyan: - Ġsti və susuzluq bir bəhanə deyil. Çünki baĢqa tayfalar
qıĢlaqlarda yaĢayıb köç etməyirlər və öz iĢlərini gözəl aparırlar. Mən belə güman
edirəm ki, aranda qalan müsəlmanlar heyvan saxlamağın xeyrini görməyib
mallarını dağ əhalisinə satarlar və əkinçiliklə məĢğul olarlar. Müsəlmanların
baĢçıları gərək bu barədə camaata nəsihət etsinlər.
Məhəmməd Bəy ġahmalıyev: - Məndən irəlidə danıĢan Kalantar, cənab
Ağayev köç məsələsini bəyan etdilər. Cənab Kalantar hökumətin nəzərini bildirib
belə məlum etdi ki, hökumət köçü qadağan etdisə də, bu məsələnin axırını bir yerə
yetirmədi. Cənab Ağayevin xitabından belə anlaĢıldı ki, müsəlman tayfasının
köçmək məsələsi tarixə və elmə müvafiq bir adətdir. Bu adət vaxt olar ki,
müsəlman tayfasının arasından götürülüb rədd olar, daha bu barədə hökumətin
fərmanı lazım deyil. Mənim əqidəmə görə, bu cür xitabələr məsələnin ancaq bir
tərəfini açır, amma məsələnin o biri tərəfi də vardır. O biri
tərəfi də odur ki, heyvan
saxlamaq yalnız müsəlman tayfasının adəti deyil, Dağıstan, Zaqatala, Samur,
Teyvant və s. yerlərin əhalisi də bu iĢlə məĢğuldurlar, maldarlıqdan xeyir
götürürlər. Nəinki bu yerin əhalisi, bəlkə onların qonĢuları da palas və sair əĢya
toxuyurlar. O halda çörəkdən düĢəcəklər və hazırkı hal əhalinin diriliyinə baisdir.
Bəs mənim təvəqqəm məclisdən budur ki, köçmənin asan olması ətrafında
danıĢılsın, nəinki qadağan olması barədə. ġəksiz, köç vaxtı bu iki millətin bir-birilə
toqquĢması mümkündür. Ona görə də biz və hökumət gərək elə danıĢaq ki,
öhdəmizə verilmiĢ vəzifəni baĢa çatdıraq.
Hacıyev: - Biz buraya yığılmamıĢıq ki, gözəl natiqlik qabiliyyəti ilə nitq
söyləyib Ġsveçrə, yainki Avropanı göstərib onların idarə üsulunu nəzərə çəkək.
Əlbəttə, Avropa kimi olmaq yaxĢıdır. Amma, bizim təklifimiz müvafiq qərardadlar
göstərməkdir. Budur, bir aydan sonra köç vaxtı olacaq. Biz gərək məsələni açmağa
çalıĢaq və bir fikir çəkək.
Məclisin sədri general Malamanın müraciəti: - Ağalar, belə görürəm ki,
mətləb bu qərar ilə danıĢılsa, biz çox sözlər eĢidəcəyik. Amma xahiĢ edirəm ki,
qərardadlar məlum olsun.
Peterson: - Cənab caniĢinin bu məsələyə xüsusi diqqəti var. Ancaq bu
məclisdə danıĢılan sözlər məhz nəzəri məna daĢıyır, nəinki əməli.
Malamanın köç məsələsinə dair son sözü: - Köç məsələsini pozmaq əsla
mümkün deyil. Bir millət ki, bir sənəti adət edib, onu təbii adətdən ancaq tədriclə
baĢqa sənətə vadar etmək lazımdır.
Bundan sonra Ziyadxanov, TopçubaĢov, ən axırda iĢin keçməyini görüb
Xatisov, Avetisov birlikdə xitab etdilər. Sonda General
Malama bu qətnaməni
oxuyub məclisə yekun vurdu: