1. Yeraltı su yataqlarının təsnifatı



Yüklə 1,15 Mb.
səhifə1/20
tarix23.08.2023
ölçüsü1,15 Mb.
#120830
  1   2   3   4   5   6   7   8   9   ...   20
yeralti sular mbe


1.Yeraltı su yataqlarının təsnifatı.*
Yeraltı su yataqlarının təsnifatı üçün geoloji struktur , layların yatma şəraiti , formalaşma qanunauyğunluğu onlarda yeraltı suların təbii resursu və ehtiyatın toplanması və yayılması , nəhəng yataqlarının axtarış əlamətləri və meyarı , mərkəzləşmiş su təchizatının təşkilində onların praktiki əhəmiyyəti və habelə yeraltı suların kəşfiyyatı və istismarı əsas götürülür.Yeraltı şirin su yataqları 2 qrupa ayrılır :
Təzyiqsiz rejimli yeraltı su yataqları
Təzyiqli rejimə malik yeraltı su yataqları
Birinci qrup yeraltı su yataqlarının fərqlənmə xüsusiyyəti onun təzyiqsiz şəraitdə istismar zamanı sulu layların qalınlığı azalır , yəni lay qurumağa məruz qalır. Təzyiqli laylarda uzun müddətli istismar olduqda layın qalınlığı dəyişmir.İkinci qrup yataqların xüsusiyyəti onun sahəsində yeraltı suların kövrəklik rejiminin əmələ gəlməsidir ki, bu da kəşf olunmuş ehtiyatın miqdarına və istismarına təsir göstərir.Təbii ehtiyyatın toplanması və formalaşmasının spesifik şəraitinin və onların praktiki əhəmiyyətini nəzərə alsaq,yataqların təsnifatında bir neçə yarımtip ayırmaq olar.1ci qrup yataqda 7 yarımtip,2 ci qrup yataqda 6 yarımtip ayrılır.Yarımtiplərdə öz növbəsində həm də onların praktiki əhəmiyyətini təyin edir.
2.Qrunt sularının səviyyəsinin və sərfinin üzərində monitorinqin aparılma qaydaları*
Ölkə ərazisində yeraltı suların regional monitorinqi Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən aparılır.Monitorinq şəbəkəsinin təşkilinə ayrı-ayrı regionlar üzrə 1940-1950 ci illərdən başlanılmışdır. Hal hazırda monitorinq şəbəkəsi bütün dağətəyi düzənliklərin - Qusar - Dəvəçi , Qanıx-Əyriçay , Gəncə-Qazax , Qarabağ, Mil , Cəbrayıl , Naxçıvan , Şirvan , Muğan - Salyan və Lənkəran məsamə-lay hövzələrinin hüdudlarında mövcuddur.1980-ci illərdə 1600-dən artıq quyu , bulaq və kəhrizdən ibarət monitorinq sistemi 2010-cu ildə 800-ə qədər azaldılmışdır.Monitorinq tədqiqatları aşağıdaki kimi aparılır :
a)yeraltı suların səviyyəsi , sərfi və temperaturu üzərində ayda 3 dəfə
b)yeraltı suların keyfiyyəti üzərində ildə 1-2 dəfə
Yeraltı suların səviyyəsinin , sərfinin , temperaturunun və keyfiyyətinin öyrədildiyi monitorinq şəbəkəsinin eyni nöqtələrdən ibarətdir.Yeraltı suların lokal çirklənməsi aşkar edildikdə keyfiyyət üzərində müşahidələr daha sıx tezliklə , hətta hər gün olmaqla aparılır.Monitorinq nöqtələrinin yerləşdiyi dövlət torpaqlarının torpaq islahatları aparıldıqdan sonra xüsusi mülkiyyətə keçməsi nəticəsində monitorinq şəbəkəsinin mövcudluğu , qorunması və monitorinq müşahidələrinin aparılması ilə əlaqədar ciddi problemlər yaranmışdır. Bir çox müşahidə quyuları sıradan çıxmış və müşahidələrin aparılması üçün yararsızdır.Bu neqativ proses sürətlə davam etməkdədir.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə