1. ÜMumi DİLÇİLİk I indd


  LİNQVİSTİK FƏNLƏR SİSTEMİNDƏ



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə5/369
tarix23.04.2022
ölçüsü10,63 Mb.
#85952
1   2   3   4   5   6   7   8   9   ...   369
1. ÜMUMİ DİLÇİLİK I

0.01.  LİNQVİSTİK FƏNLƏR SİSTEMİNDƏ

 

“ÜMUMİ DİLÇİLİK” FƏNNİNİN YERİ

Filoloji  təhsil  verən  ali  məktəblərin  tədris  planların-

da  xüsusi  yerlərdən  birini  dilçilik  fənləri  tutur.  Bu  fənlə-

rin mövzuları başqa-başqa olsa da, onlar müəyyən sistem 

xarakteri  daşıyır.  Bəzi  dilçilik  fənlərində  dünya  dillərinin 

1

 Biblioqrafiya əsərin sonunda verilmişdir.




Ü M U M İ   D İ L Ç İ L İ K   –   I   C İ L D

12

ümumi  qanunauyğunluqlarından  bəhs  olunur,  onların  bir 



sıra xüsusiyyətləri aydınlaşdırılır. Bu cəhətlər nəzərə alınaraq 

dilçilik  fənlərinin  sistemi  iki  qrupa  bölünür:  ümumdilçilik 

fənləri sistemi və xüsusi dilçilik fənləri sistemi. Xüsusi dilçilik 

fənləri sistemi birinci sxemdə olduğu kimi dörd yerə ayrılır.

Hazırda universitetlərdə ümumdilçilik fənlərinin sis-

temini  “Ümumi  dilçilik”  və  “Ümumi  dilçiliyin  tarixi” 

fənləri təşkil edir. Bu fənlərdən “Dilçiliyin tarixi” ümum-

dünya və milli dilçiliklərin inkişaf prosesini öyrənməyi, on-

ların özünə aid cəhətlərini aşkar etməyi, ayrı-ayrı görkəmli 

dilçilərin,  klassiklərin  yaradıcılığı  və  elmdəki  mövqeyini 

müəyyənləşdirməyi qarşıya məqsəd qoyur. “Ümumi dilçi-

lik” isə dilçiliyin nəzəri əsaslarını təşkil edir. Ona görə də 

bu fənn mahiyyətcə fəlsəfi  xarakter daşıyır.

Dilçilik fənlərinin hər birinin, o cümlədən ümumdil-

çilik fənlərinin də xüsusi yaranma səbəbi və inkişaf tarixi 

vardır. Hər şeydən əvvəl qeyd etməliyik ki, ümumdilçilik 

fənlərinin  vəzifələri,  xarakteri  ictimai  tələblərlə  əlaqədar 

olaraq dəfələrlə dəyişmiş, inkişaf edib təkmilləşmişdir.




Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   369




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə