|
1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışıAfrika mülki aviasiya komissiyası (AFKAK)
|
səhifə | 147/159 | tarix | 29.05.2022 | ölçüsü | 391,8 Kb. | | #88318 |
| beyn-lxalq-h-quq (1)Afrika mülki aviasiya komissiyası (AFKAK). 1969-cu ildə təsis olunmuşdur. Hazırda 32 üzvü vardır. Aşağıdakı məqsədləri vardır: regional aeronaviqasiya xidməti planlarını hazırlamaq; hava nəqliyyatı sahəsində üzv-dövlətlərin siyasətinin inteqrasiyasına dəstək vermək; İKAO-nun standart və tövsiyələrinin regionda tətbiqinə yardım etmək və s. Tövsiyə xaraqterli qərarlar çıxarır. Əsas orqanları Plenar sessiya (ali orqan) və AFKAK-ın Bürosudur (icra orqanı).
Afrikada və Madaqasqarda aeronaviqasiyanın təhlükəsizliyinin təmin edilməsi üzrə Agentlik (ASENKA). 1959-cu ildə yaradılmışdır. Hazırda 12 üzvü vardır. Məqsədi üzv-dövlətlərin əraziləri üzərində müntəzəm və təhlükəsiz uçuşlar təmin etməkdən ibarətdir. Agentlik üzv-dövlətlərə zəruri məlumatlar verir, hava nəqliyyatına nəzarət edir, uçuşları idarə edir və s. Bu məqsədlə onun xidmətindən istifadə etməyə razı olan istənilən dövlətlə müvafiq sazişlər bağlaya bilər. Ali orqanı İnzibati şuradır; Şuranın qərarı qəbul edildiyi andan üzv-dövlətlər üçün məcburi qüvvəyə malikdir.
Latın Amerikası mülki aviasiya komissiyası (LAKAK). 1973-cü ildə yaradılmışdır. Başlıca məqsədi üzv-dövlətlərin hava nəqliyyatının fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Ali orqanı Assambleyadır; Assambleyanın qətnamə və tövsiyələri üzv-dövlətlər tərəfindən bəyənildikdən sonra məcburi qüvvəyə malik olur. İcra komitəsi icra orqanı kimi LAKAK-ın cari fəaliyyətini təmin edir.
Aeronaviqasiya xidməti üzrə Mərkəzi Amerika korporasiyası (KOKESNA). 1960-cı ildə təsis olunmuşdur. Sözü gedən sahədə yeganə beynəlxalq təşkilatdır ki, regionun dövlətlərinin əraziləri üzərində hava nəqliyyatının idarə edilməsini bilavasitə təmin edir. Öz xidmətlərini Təşkilat nəinki üzv-dövlətlərə, habelə müvafiq kontraktlar əsasında onların hüquqi və fiziki şəxslərinə də təkilf edir. Təşkilatın verdiyi təlimatlar uçuş aparatlarının komandirləri üçün məcburidir. Ali orqanı üzv-dövlətlərin nümayəndələrindən ibarət İnzibati şuradır; Şuranın qərarı bilavasitə icra olunur.
Dostları ilə paylaş: |
|
|