1. Bədbəxt hadisə nə deməkdir? Cavab



Yüklə 335,99 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix21.10.2017
ölçüsü335,99 Kb.
#6231
1   ...   6   7   8   9   10   11   12   13   14

23 

 

Cavab:    Torpedlərin  doldurulmasına  quyu  lüləsi  qəlib  (şablon)  ilə  yoxlanıldıqdan  sonra  başlamaq  



lazımdır.   Partlayıcı  maddələri  torpedin  gövdəsinə  (korpusuna)  zərbəsiz,  yüngül itələməklə yığmaq 

lazımdır. 

372.  Fontan  armaturasının  siyirtmələrini  açıb  bağlamaq  və  lübrikatora  perforatoru  və  cihazları  asan 

yerləşdirmək üçün quyu ağzında hansı ölçüdə meydança düzəldilməlidir? 



Cavab:  2,5 X 2,5 metr.     

373. Patlayış-atma aparatlarının doldurulma yeri qaldırıcı və laboratoriyadan  ən azı neçə metr məsafədə 

olmalıdır? 



Cavab:  10 metr.         

374.  Doldurulmuş  perforatorun  detonatorunun  naqillərini  geofiziki  kabelin  mərkəzi  damarına 

birləşdirməzdən əvvəl zirehli kabeldə nəyi yoxlamaq lazımdır? 



Cavab:  Mərkəzi damarının müqavimətini və mərkəzi damarında cərəyanın olub-olmamasını. 

375.  Partlayış-atma  işləri  aparan      (detanatoru  bağlayan  zaman)    zaman  quyu  ağzından  ən  azı  hansı 

məsafədə elektrik qaynaq işlərini aparmaq olmaz. 



Cavab:  400metr.   

376.  Bir  damarlı  kabellə  perforasiya    işləri  zamanı  doldurulmuş  perforatoru  quyuya  buraxdıqda 

qaldırıcıda zirehli kabelin mərkəzi damarı qısa qapanma yoxsa izolə edilməlidir?    



Cavab:  İzolə edilməlidir.                                                      

377. Perforator atılma intervalında olduqda partladıcı maşının düyməsini kim basmalıdır? 

Cavab:  Partladıcının vahid kitabçasına malik olan karotajçı. 

378. Quyuya buraxılmış perforatorun cərəyan dövrəsini quru quyularında quyu ağzından ən azı neçə metr 

dərinlikdə yoxlamaq olar? 



Cavab:  Yer səthindən ən azı 50 metr dərinlikdə. 

379.  Quyuya  buraxılmış  perforatorun  cərəyan  dövrəsini  dəniz    quyularında    quyu  ağzından  ən  azı  neçə 

metr dərinlikdə yoxlamaq olar? 



Cavab:  Su altındakı yer səthindən ən azı 50 metr dərinlikdə. 

380. Quyuda rast gəlinən tıxacı perforator ilə dəlib keçmək olarmı? 

Cavab:  Olmaz.        

381. Tam yığılmış perforatorun elelktrik detanatorunu geofiziki kabelin mərkəzi damarına dəstənin  hansı 

üzvü birləşdirməlidir?  



Cavab:  Dəstənin karotajçısı (partladıcının vahid kitabçası olan karotajçı).   

382.  Tam  yığılmış  perforatorun  elelktrik  detonatorunu  geofiziki  kabelin  mərkəzi  damarına  bağlayan 

zaman hansı təhlükəsizlik tələblərinə əməl edilməlidir? 



Cavab:  Detonatoru  bağlayan,  kabel  başlığı  tərəfdə  dayanmalıdır.  Perforatorun  lüləsi  qarşısında 

dayanmaq qadağandır. Perforatorun elektrik xəttinin, kabel başlığının elektrik xəttinə birləşdirən şəxsdən 

başqa quyu ağzında heç kim olmamalıdır.  

383.  Partlayış  işləri  zamanı  təhlükəli  zonanın  radiusunu  kimin  göstərişi  ilə  nə  vaxt  və  nə  neçə  metr 

azaltmaq olar? 



Cavab:  Perforatoru  quyuya  50  metr  buraxdıqdan  sonra  təhlükəli  zonanın  radiusunu  partlayış  işləri 

rəhbərinin göstərişi ilə 20 metrə qədər azaltmaq olar. 

384. Partlayış-atma işlərində partladıcı maşının düyməsini kim basmalıdır?  

Cavab: Karotajçı (partladıcının vahid kitabçası olan).                

385. Partladıcı maşının düyməsini basmazdan əvvəl hansı təhlükəsizlik tələblərinə əməl edilməlidir?   

Cavab:  Partlayış  edən  quyu  ağzında,  geofiziki  kabelin  hərəkət  zonasında  heç  kimin  olmadığına  əmin 

olmalı, partlayış etmə yerindən həmin sahələr aydın görünməlidir. 

386. Nasos-kompressor borularından (NKB) keçməklə partlayış-atma işləri apardıqda NKB-nın başmağı 

atılacaq perforasiya intervalından ən azı neçə metr yuxarıda olmalı, və nə ilə təchiz edilməlidir? 




24 

 

Cavab: NKB-nin başmağı qıfla təchiz edilməli, və başmaq atılacaq intervalın yuxarı hissəsindən ən azı 



10 metr yuxarı olmalıdır. 

387.  Uzunluğu  5  metr  olan  lübrikatorun  içərisinə  maksimum  neçə  metr  uzunluqda  perforator 

yerləşdirilməsinə icazə verilir? 



Cavab:  4,5 metr. 

388.  Lübrikator  ilə  işləyən  zaman  quyu  ağzına  neçə  metr  qalmış  maşınçı  qaldırma  əməliyyatını 

dayandırmalı və hansı təhlükəsizlik tələblərinə əməl edilməlidir?  



Cavab:  Quyu  ağzına  50  metr  qalmış  karotajçı  cihazı  saxlamalıdır.  Bu  zaman  karotajçı  quyuağzı 

meydançada  xəbərdaredici  qurğunu  (tələni)  nəzarətdə  saxlamalıdır.  Bundan  sonra  maşınçı  250 

metr/saatdan  az  olan  sürətlə  cihazı  qaldırır.  Cihaz  lübrikatora  daxil  olduqdan  sonra  karotajçının 

göstərişi  ilə  maşınçı  qaldırma  əməliyyatını  saxlayır.  Fontan  armaturasının  siyirtməsi  bağlanılır, 

lübrikator təzyiqdən azad edilir.  

389.  Lübrikatorla  işləyən  zaman  quyuya  buraxılacaq  perforatorun  (kabel  başlığı  və  yüklə  birlikdə) 

uzunluğu lübrikatorun uzunluğundan ən azı nə qədər qısa olmalıdır?               



Cavab:  0,5 metr.         

390.  Partlayış-atma  işlərində  üç  damarlı  geofiziki  kabeldən  istifadə  edilərsə,  kabelin    mərkəzi 

damarlarından  həm  cərəyan  ötürücü  həm  sıfır  xətti  kimi  istifadə    edərkən  mərkəzi  damarlar  hansı 

vəziyyətdə olmalıdır?  

Cavab:  İstifadə edilən damarlar kabelin gövdəsindən izolyasiya edilməlidir.  

391.  Gövdəli  perforatorlara  partladıcı  patronu  bağlayan  zaman  hansı  təhlükəsizlik  tələbinə  əməl  etmək 

lazımdır? 



Cavab:  Perforatorun gövdəsi qarşısında dayanmaq qadağandır. Perforatorun başlığı tərəfdə dayanmaq 

lazımdır. 

392. Yığılmış perforatoru quyu ağzına kimlər aparmalıdır? 

Cavab:  Dəstənin təlimatlandırılmış üzvüləri.                  

393. Tam doldurulmuş partlayış pakeri necə saxlanılmalıdır? 

Cavab:  Vertikal vəziyyətdə.          

394. Yol nəqliyyat hadisəsi zamanı PM daşıyan sürücü avtomobildən irəlidə və arxada “Giriş qadağandır”  

xəbərdaredici nişanı hansı məsafədə qoyulmalıdır?  



Cavab:  100 metr.          

395. Partlayış-deşmə aparatının tutulması zamanı Partlayış İşləri Rəhbəri nə etməlidir? 

Cavab:    Gəzişmədən  (bas-boş  etməli)  sonra  işi  dayandırmalı  Sifarişçiyə  və  Mədəngeofizika  İdarəsi 

rəhbərliyinə məlumat verməlidir. 

396. Torpedlərin maksimal temperaturda quyuda saxlanılma müddəti neçə saatdan çox olmamalıdır? 

Cavab:  5saatdan. 

397. DŞTV 150/800  detonasiya qaytanını bir-birinə dolamaq olarmı? 

Cavab:  Olmaz.            

398.  Partlayış-atma  işləri  aparmaq  məqsədi  ilə  yaradılmış  təhlükəli  zonada  yanacaq  materialları  və  ya 

işləyən aqreqat ola bilərmi?  



Cavab:  Olmamalıdır  

399.  Qoruyucu  kəmər  buraxılmış  quyuya  buraxılan  torpedin  diametri  kəmərin  diametrindən  ən  azı  nə 

qədər kiçik olmalıdır? 



Cavab:  10mm.             

400. Sərf anbarından partladıcı materialları dəstə üzvülərindən kim almalıdır? 

Cavab:  Partladıcının vahid kitabçasına malik olan karotajçı. 

401. Quyuda istifadə etmək üçün lazım olan PM-lar sərf anbarından hansı sənəd əsasında alınmalıdır?  

Cavab:  Tapşırıq vərəqə əsasında.     


Yüklə 335,99 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə