20
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
müqavilələrinin Türkiyəyə verdiyi zəmanət hüququ Türkiyənin bu məsələdə
mövqeyini gücləndirib, Ermənistan və Rusiyanı isə daha ehtiyatlı olmağa
məcbur edib.
9
Ötən əsrin 90-cı illərinin əvvəllərində türk ictimaiyyəti və millətçi
qrupların təzyiqlərinə və Azərbaycanın gözləntilərinə baxmayaraq,
Türkiyənin erməni işğalına qarşı hərbi müdaxilə etməməsinin obyektiv və
subyektiv səbəbləri olub.
1. Azərbaycan rəsmi olaraq heç vaxt Türkiyədən hərbi dəstək istəməyib.
Azərbaycan Qarabağ həqiqətlərinin Qərb dövlətlərinə çatdırılmasında
Türkiyənin dəstəyini gözləyib.
10
2. Qərb dövlətləri Azərbaycana dəstək verməməsi üçün Türkiyəyə təzyiq
göstərib.
11
3. Azərbaycanı hərbi sahədə dəstəkləmək üçün Türkiyə tərəfində güclü
imkanlar və siyasi iradə yox idi.
4. Sovet İttifaqının dağılmasından sonra Rusiya Türkiyə üçün hələ də
təhlükə mənbəyi olaraq qalırdı. Türkiyə Azərbaycan tərəfinə hərbi
dəstəyin Rusiya-Türkiyə müharibəsinə yol aça biləcəyindən narahat idi.
O dövrün Türkiyə Baş Qərargah rəisi Doğan Gürəş Rusiyanın Türkiyə
üçün böyük təhdid olaraq qaldığını bildirmişdir. Xocalı soyqırımından
sonra Prezident Turqut Özal Türkiyənin müharibəyə girmə ehtimalından
danışmış və Türkiyədə müharibəyə müdaxilə məsələsi ciddi müzakirəyə
səbəb olmuşdu. Rusiyanın müdafiə naziri Yevgeni Şapoşnikov
Türkiyənin müdaxiləsinin üçüncü dünya müharibəsinə yol aça biləcəyini
bildirmişdi.
12
Həmin illərdə Türkiyə hadisələrə hərbi müdaxilə edə bilməsə də,
beynəlxalq aləmdə Azərbaycanı dəstəkləyən və məsələni beynəlxalq
təşkilatların gündəliyinə gətirən tək dövlət olub. O dövrün Türkiyə xarici
işlər naziri Hikmət Çətin Qarabağ məsələsini Avropa Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatının (ATƏT) gündəliyinə gətirmək üçün ciddi
diplomatik fəaliyyət göstərib. 1992-ci ildə ATƏT tərəfindən Qarabağ
məsələsinin diplomatik yolla həlli üçün Minsk Qrupu yaradılıb. Türkiyə də
bu qrupun üzvü olub. Lakin 6 dekabr 1994-cü ildə yaradılan Minsk Qrupu
həmsədrləri arasında Türkiyə yer ala bilməyib və bu hadisə Türkiyənin
Qarabağ məsələsinə diplomatik müdaxilə imkanlarını məhdudlaşdırıb.
Türkiyə dövlətinin Qarabağ müharibəsinə aktiv müdaxiləsi 1993-cü ildən
9 Bilal Şımşır, “Azerbaycan”, Bilgi Yayınevi, İstanbul, 2011, s. 175.
10 Svante E. Cornell, göstərilən əsəri, s. 60.
11 Svante E. Cornell, göstərilən əsəri, ss.63-65. Yakup Hurç, göstərilən əsəri, ss. 49-50.
12 Cumhuriyet, 21 Mayıs 1992, s. 17
21
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
etibarən başlayıb. Kəlbəcərin işğalından (3 aprel 1993-cü il) sonra Türkiyə
Ermənistanı işğaldan əl çəkməyə çağırıb və münasibətlərini mərhələli
olaraq məhdudlaşdırıb. Lakin Ermənistanın işğalı davam etdirməsindən
sonra Türkiyə bu ölkə ilə sərhədlərini bağlamaq qərarına gəlib. 5 aprel
1993-cü ildə Prezident Turqut Özal ilə birlikdə türk respublikaları səfərinə
çıxan xarici işlər naziri Hikmət Çətin bəyan edib ki, Türkiyə üzərindən
Ermənistana gedən bütün humanitar yardımlara icazə verilməyəcək, bu
qadağanı pozmaq istəyən təyyarələrə atəş açılacaq.
13
1993-cü ildən sonra Türkiyənin Qarabağ məsələsinə müdaxiləsi,
sərhədlərini bağlı saxlaması Azərbaycanın lehinə oldu. Sərhədləri açması
üçün Türkiyəyə beynəlxalq səviyyədə ciddi təzyiqlər olmasına baxmayaraq,
rəsmi Ankara daxili ictimai fikri və Azərbaycanın mövqeyini nəzərə alaraq
sərhədləri açmayıb.
Lakin 2000-ci illərdən etibarən Qarabağ məsələsinin həllinin uzanması
ilə Türkiyədə fərqli fikirlər səsləndirilməyə başlanılıb. Bu nöqtədə əsas
iddialar aşağıdakılar olub:
1. Ermənistan bağlı sərhədlərlə yaşamağa öyrəndiyi üçün bu, məsələnin
həllinə müsbət təsir göstərmir
2. Azərbaycan Qarabağ məsələsini həll etmək istəmir, bu səbəbdən Türkiyə
sərhədləri açarsa, Qarabağ məsələsinin həllində rolu arta bilər.
3. Türkiyə-Ermənistan sərhədləri açılarsa, Ermənistanın Rusiyadan asılılığı
azalar, Türkiyənin Ermənistanda siyasi qərar vermə prosesinə təsiri artar
və Ermənistanın Qarabağ məsələsində müsbət addım atmasına təsir
göstərər.
4. Türkiyə Ermənistanla sərhədləri bağlamaqla Cənubi Qafqaz siyasətini
Qarabağın əsiri edib, tərəf olub və Cənubi Qafqazın bütövlüyünə təsir
etmək imkanı bu şəkildə məhdudlaşıb.
5. Türkiyə Ermənistanla sərhədləri bağladığı üçün bir çox dövlətlə, o
cümlədən Avropa İttifaqı və ABŞ ilə münasibətləri zərər görür.
Bu iddialar Türkiyənin Ermənistan və Qarabağ siyasətinin dəyişməsinə
səbəb oldu. Proses Türkiyə-Ermənistan arasında əvvəlcə gizli görüşmələrin
başlaması, sonra isə sərhədlərin açılması və diplomatik əlaqələrin inkişafına
dair protokolların imzalanması ilə nəticələndi. 10 oktyabr 2010-cu ildə
Türkiyə ilə Ermənistan arasında imzalanan protokollarda Dağlıq Qarabağ
şərti yer almadı. Ermənistan Qarabağ məsələsinin Türkiyə-Ermənistan
sərhədləri məsələsinə aid olmadığını bildirərək ABŞ və Rusiya vasitəsilə
Türkiyəyə təzyiq edərək Türkiyə-Ermənistan sərhədlərinin açılmasına nail
13 Ayın Tarihi, Nisan 1993. Yakup Hurç, göstərilən əsəri, s. 55.
22
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
olmağa və Türkiyə-Azərbaycan münasibətlərinə zərər verməyə çalışdı.
Vaxtaşırı Ermənistanla görüşən Azərbaycan Türkiyə-Ermənistan
diplomatik görüşmələrinə qarşı çıxmadı. Azərbaycanda etiraz doğuran
məsələ görüşmələrin gizli davam etməsi və protokollarda Qarabağ şərtinin yer
almaması oldu. Sərhədlərin bağlı olmasını Ermənistana təzyiq vasitəsi kimi
görən Azərbaycan Qarabağ məsələsi həll edilmədən sərhədlərin açılmasına
qarşı çıxdı. Azərbaycan sərhədlərin açılmasından sonra Ermənistanın
güzəştə getməyəcəyini və daha da cəsarətlənəcəyini düşünürdü. Bundan
başqa, belə fikir də mövcud idi ki, Rusiyanın Ermənistana təsiri və gücü
kifayət qədərdir və sərhədlərin açılması Türkiyəyə rəsmi Yerevanın siyasi
qərarlarına təsir etmə imkanı verməyəcəkdi. Azərbaycan tərəfi bildirirdi ki,
Ermənistan 2008-ci ildə qlobal dünyada baş verən iqtisadi böhran və Rusiya-
Gürcüstan müharibəsinin iqtisadi cəhətdən mənfi təsirindən qorunmaq üçün
sərhədlərin açılmasına daha çox ehtiyac duyur.
Bu hadisə regional bir məsələdə Türkiyə-Azərbaycan arasında ortaya
çıxan fikir ayrılığıdır. Lakin bu fikir ayrılığı uzun çəkmədi və Türkiyə
Böyük Millət Məclisi (TBMM) protokolları təsdiqləmədi. Ermənistan
Konstitusiya Məhkəməsinin aldığı qərar isə prosesi dondurdu
14
. Protokolların
imzalanmasından sonra Türkiyə Qarabağ məsələsini beynəlxalq aləmdə
daha çox gündəliyə gətirdi. Türkiyə Ermənistanla normallaşma prosesinə
daxil olmaq yolu ilə Minsk Qrupu həmsədr ölkələri arasında yer almağa
çalışdı və bu nöqtədə Azərbaycan da Türkiyənin Minsk Qrupu həmsədr
ölkələri arasına daxil olmasını dəstəklədi. Lakin Rusiya və Ermənistan
protokolların Qarabağ məsələsinə aid olmamasını əsas gətirərək buna qarşı
çıxdılar.
Qarabağ məsələsindən başqa Türkiyə və Azərbaycanı erməni
məsələsində birləşdirən digər məqam hər iki dövlətin beynəlxalq aləmdə
erməni diasporunun hədəfində olmasıdır. Erməni diasporu Türkiyəyə qarşı
iddialarını və Qarabağın işğalını qəbul etdirmək üçün beynəlxalq aləmdə
təbliğat aparır. Erməni diasporuna qarşı mübarizə apara bilmək üçün 2007-
ci ildə Bakıda Türkiyə-Azərbaycan Diasporlararası Əməkdaşlıq Qurultayı
keçirilib. Hazırda ABŞ və Avropada Türkiyə və Azərbaycan diaspor
təşkilatları erməni iddialarına qarşı birlikdə hərəkət edir. 2010-cu ildə
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin
1915-ci il hadisələri ilə əlaqədar qəbul etdiyi qərara qarşı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının
14 Cavid Vəliyev. Türkiyə-Ermənistan protokolları: udan kim, uduzan kim? //“SAM-ın icmalı”, buraxılış
1, may 2010, s. 25.
Dostları ilə paylaş: |