18
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
Azərbaycanın dəyərini qaldırır.
Türkiyənin qlobal siyasətdə gücü və dəyəri yaxın çevrəsindəki gücünə
bağlıdır. Yaxın çevrəsi Cənubi Qafqazda güclü olmayan Türkiyə Orta Asiya
və Xəzər hövzəsində güclü ola bilməz. Nəticədə, Rusiya və İran qarşısında
dar sahədə rəqs edən bir “rəqqas” kimi Avropa İttifaqı və ABŞ üçün
geosiyasi dəyəri azalar.
3
Əhməd Davudoğlu Türkiyənin Müstəqil Dövlətlər Birliyinə
(Azərbaycanın da üzv olduğu) yönəlik siyasətini çaşqınlıq, xəyalpərəstlik,
gözləmə mövqeyi və strateji axtarış şəklində dörd dövrə ayırır
4
. Sovet
İttifaqının dağılmasından sonra Türkiyə Cənubi Qafqaz siyasətində üç
böyük problem ilə qarşı-qarşıya qaldı: 1.Türkiyə 70 ildir sovet idarəsində
olan regionu yaxşı tanımırdı; 2.Türkiyənin qarşısında Rusiya və İran kimi
iki böyük rəqib var idi; 3.Regional etnik münaqişələr Türkiyə üçün təhlükə
yaradırdı.
5
Ɔ
Dağlıq Qarabağ və Türkiyə-Azərbaycan
Dağlıq Qarabağ sadəcə separatçılıq, işğal faktı və ya Azərbaycanla
Ermənistan arasında müharibə məsələsi deyil, eyni zamanda regional
və qlobal güclərin Cənubi Qafqazda apardığı geosiyasi hakimiyyət
mübarizəsinin bir parçasıdır. Qarabağ müharibəsi nəticəsində Rusiya
və İranın müttəfiqi (eyni zamanda Türkiyənin rəqibi) olan Ermənistan
Türkiyənin strateji müttəfiqi olan Azərbaycanın torpaqlarını işğal edib.
Azərbaycan torpaqlarının işğalı Türkiyənin Cənubi Qafqazdakı mövqelərinə
ciddi zərbə olub. Bu mənada, Əhməd Davudoğlunun Qarabağın Ermənistan
tərəfindən işğalını soyuq müharibədən sonra Türkiyənin ən əhəmiyyətli
strateji itkisi
6
kimi qiymətləndirməsi bu işğalın Türkiyənin region siyasətinə
ciddi mənfi təsir göstərməsindən xəbər verir.
XIX əsrin əvvəllərində Rusiya Azərbaycanı işğal etdikdən sonra
Azərbaycanın qərbində erməniləri yerləşdirib. Mərhələli şəkildə Qarabağda
sayı artan ermənilər 1918-ci ildə Qarabağın Ermənistana verilməsi üçün
tələblər irəli sürüblər. Azərbaycan və Ermənistan bolşeviklər tərəfindən
işğal olunduqdan sonra 1923-cü ildə Dağlıq Qarabağa Azərbaycanın
tərkibində muxtar status verilib. Ötən əsrin 80-ci illərinin sonunda
3
Ahmet Davudoğlu, göstərilən əsəri, s.125.
4
Ahmet Davudoğlu, göstərilən əsəri, s. 221.
5
Kamer Kasım, “Büyük Güçlerin Kafkasya Politikaları”, der. Cavid Veliev ve Araz Aslanlı, Güney
Kafkasya: Toprak
Bütünlüğü, Jeopolitik
Mücadeleler ve Enerji, Ankara, Berikan, 2011, s. 331.
6
Ahmet Davutoğlu, göstərilən əsəri, s. 127.
19
Regional hadisələrin Türkiyə-Azərbaycan münasibətlərinə təsiri
Qorbaçovun “qlasnost” və “perestroyka” siyasətini elan etməsi ilə ermənilər
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini gündəmə gətirərək yerli
azərbaycanlı əhaliyə hücum ediblər. Nəticədə, Dağlıq Qarabağ Muxtar
Vilayəti və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal olunub.
O zaman bu məsələni Türkiyə dövləti ilk olaraq Sovet İttifaqının daxili
problemi kimi qiymətləndirsə də, Türkiyə ictimaiyyəti daha sərt reaksiyalar
verib. Türkiyədəki hakimiyyətlər Qarabağ məsələsindəki ehtiyatlılığı hətta
Sovet İttifaqı dağıldıqdan sonrakı illərdə də göstərib.
Sovet İttifaqının süqutundan sonra Türkiyə qısa bir müddət tərəfsiz
mövqe tutaraq, tərəflər arasında vasitəçi olmağa çalışıb. Lakin Türkiyədə
ictimai təşkilatlar Azərbaycana hərbi sahədə dəstək verməkdən
çəkinməyiblər. Ermənilərin Qarabağda işğalı davam etdirmələri nəticəsində
ictimaiyyətin və mətbuatın təzyiqləri ilə Türkiyə hakim dairələri vaxtaşırı
Azərbaycanı dəstəkləyən mövqe sərgiləməyə məcbur olub. Qarabağ
döyüşlərində iştirak edən Türkiyədən gələn qruplar bəzən Azərbaycanın
daxili siyasi mübarizələrinə aktiv müdaxilə etsə də, Azərbaycanda sistemli
ordu quruculuğu işlərinin başlaması ilə onlar Azərbaycanı tərk ediblər.
Ermənistanın strateji müttəfiqi olan Rusiya istər sovetlər dönəmində,
istərsə də Sovet İttifaqı dağıldıqdan sonra Qarabağ müharibəsinin kritik
vaxtlarında erməniləri hərbi cəhətdən dəstəkləsə də, Türkiyə Azərbaycana
dövlət səviyyəsində bu dəstəyi verməyib. Yalnız 1992-ci ilin mart ayından
etibarən Türkiyə silah embarqosu həyata keçirmək məqsədi ilə ərazisinə
enən Ermənistan təyyarələrinin yoxlanılacağını bildirib. Bundan başqa,
Türkiyə Ermənistana gedən yardımların Türkiyə üzərindən getməsinə qarşı
çıxaraq, Azərbaycanın Ermənistana qarşı iqtisadi embarqosuna dəstək
verib. 1992-ci ilin mart ayında “
Washington Post” qəzetinə müsahibə
verən Süleyman Dəmirəl türk hökumətinin ciddi təzyiq altında olduğunu
və daha ciddi addımlar atmaq və ya hərbi müdaxilə etmək məcburiyyətində
olacağını bildirib.
7
Digər tərəfdən, 1992-cı ilin noyabrında Türkiyənin Ermənistana 300
milyon kv elektrik enerjisi satmaq üçün müqavilə imzalaması Azərbaycanda
ciddi narazılıq yaratmışdı. Azərbaycanın ciddi etirazları nəticəsində
müqavilə tətbiq olunmayıb.
8
Qarabağ problemindən fərqli olaraq, Naxçıvan məsələsində Türkiyə
aktiv və nəticəyə təsir edən bir mövqedən çıxış edib. Qars və Moskva
7
Svante E. Cornell, Turkey and The
Conflict in Nagorno Karabakh,
Middle Eastern Studies, Vol.34,
No.l, January 1998, pp.51-72, p. 61.
8
Svante E. Cornell, göstərilən əsəri, s. 62, 67.