1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə13/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   ...   9   10   11   12   13   14   15   16   ...   128

 

 

38 



322)  fəlsəfi  və  humanitar  elmlərin  bu  gün  də  öz  qiymətini 

saxlayan  həmişəyaşar  nümunələrini  yaratmışlar,  natiqlik  sənə-

tini, onun nəzəriyyəsini, təlimini əsaslandırmış və sistemləşdir-

mişlər.  

Həmin  dövrdə  Yunanıstanda  məhkəmə  iclasları,  bayram-

lar, tamaşalar, mərasimlər, idman yarışları – Olimpiadalar açıq 

havada,  çoxsaylı  insanlar  arasında  keçirildiyindən  xalqın 

hörmətini  qazanmış  natiqlər  çıxış  edir,  tədbirə  münasibət 

bildirir,  xalqı  ümumi  həmrəyliyə  çağırırdılar.  Bu  dövrdə  14 

illik natiqlik məktəbləri (7 yaşdan 21 yaşadək) təşkil olunurdu. 

Belə məktəblərdə fəlsəfə, məntiq, dilçilik, ədəbiyyat və natiqlik 

sənəti öyrədilirdi.  

Özü  20  il  Platonun  şagirdi  olmuş  Aristotel  343-335-ci  il-

lərdə Yunanıstanın gələcək hökmdarı İsgəndərin təlim-tərbiyə-

çisi işləmiş, məntiq, psixologiya, təbiətşünaslıq,  etika, siyasət, 

tarix,  poeziya  və  ritorikaya  aid  neçə-neçə  qiymətli  əsər  yaz-

mışdır.  O,  “Siyasət”,  “Poetika”,  “Məntiq”,  3  kitabdan  ibarət 

“Ritorika”  əsərləri  ilə  nitq  mədəniyyətini  elm  səviyyəsinə 

qaldırmış, insan nitqi və onun fəlsəfi problemlərini üslub məsə-

lələri  ilə  əlaqələndirmiş,  natiqlik  sənətinin  əsaslarını,  ritori-

kasının  elmi  sistemini  işləmişdir.  Aristotel  deyirdi:  “İnsanlar 

sağlamlıqlarını  xərcləyərək  pul  qazanır  və  sonra  həmin  pulu 

sağlamlıqlarını  geri  qaytarmaq  üçün  xərclərlər.  Onlar  sabah 

üçün narahat olaraq bu gününü itirirlər. Dolyası ilə nə bu günü, 

nə  də  sabahı  yaşamış  olurlar.  Heç  ölməyəcək  kimi  yaşayır, 

ancaq yaşamamış kimi ölürlər.......Kimsəyə özünüzü sevdirmə-

yə cəhd etməyin, görüləsi tək bir iş varsa, o da sadəcə özünüzü 

sevilməyə  buraxmaqdır!.........  Həyatda  ən  çox  şeyə  sahib  ol-

maq  önəmli  deyil,  önəmli  olan  ən  az  şeyə  ehtiyac  duymaq-

dır....... Bəzən başqaları tərəfindən bağışlanmaq yetməz, siz də 

bağışlamağı  bacarmalısınız”  (Ob  oratorskom  iskustve,  M., 

1958, səh.36).  

Nitq  mədəniyyətinin  mədəni  nitq,  tələffüz  mədəniyyəti, 

söz  seçmək  mədəniyyəti,  düzgün  danışmaq  və  yazmaq  mədə-




 

 

39 



niyyəti  olmasını  Demosfen  öz  şəxsi  həyatında,  öz  üzərində 

illərlə  gərgin  çalışmaqla  sübut  etmişdi.  Adamlar  kiçik  boylu, 

zəif,  cır  səsli  Demosfeni  ilk  çıxışında  axıradək  danışmağa 

qoymurlar. İkinci çıxışında da o, uğur qazana bilmir; sifəti, qu-

laqları, boynu qıpqırmızı pörtür. Adamlar qızardığını görməsin 

deyə əlləri ilə üzünü örtməyə, qulaqlarını ovuşdurmağa, əl-qol 

atmağa  məcbur  olur.  Bunlar  ona  son  dərəcə  ağır  təsir  edir. 

Lakin natiq olmaq arzusundan əl çəkmir. Dərdini aktyor dostu 

Satirə danışır. Dostu, Demosfen danışdıqca ona diqqətlə baxır, 

görür  ki,  dostunun  səsi  zəifdir,  aydın  deyil,  danışdıqca  çiyin-

lərini atır. Demosfen aktyor dostunun məsləhəti ilə öz üzərində 

gərgin  işə  başlayır.  Dəniz  sahilində  ağzına  xırda  daşlar  dol-

duraraq  yüksək  səslə  aydın  danışmağa,  öz  səsi  ilə  dəniz  dal-

ğalarının səsini boğmağa çalışır; çiyinlərini atmaq vərdişindən 

qurtarmaq  üçün  tavandan  asılmış  iti  nizələrin  altında  durub 

danışır. Gərgin əmək, fasiləsiz məşqlər öz bəhrəsini verir; artıq 

yığıncaqlarda  ona  böyük  həvəs  və  sonsuz  maraqla  qulaq 

asırlar.  

Demosfen çıxışlarına ciddi hazırlaşırdı. Çıxışlarını əvvəlcə 

yazır, sonra onu danışmağı öyrənirdi. O dövrün tarixçi-filosof-

larının  yazdığına  görə  Demosfen  öz  üzərində  məhz  gərgin  ça-

lışmaqla  işgüzarlıq  qabiliyyəti,  böyük  zəhməti,  ciddi  çalış-

qanlığı  sayəsində  anadangəlmə  qüsurlarını  islah  edib  məşhur 

natiq  kimi  şöhrət  tapdı  ən  məşhur  natiq  səviyyəsinə  yüksəldi. 

Ondan  üç  yüz  il  sonra  yaşamış  Mark  Tulli  Siseron  yazırdı: 

“Kim Demosfen olmaq istəmirsə, o, natiq deyil” (35, səh.187). 

Aforizmə  çevrilmiş  bu  fikirdən  aydın  olur  ki,  Demosfen  kimi 

zəhmətə qatlaşmayan, öz üzərində gecə-gündüz, saatlarla, gün-

lərlə  çalışmayandan  yaxşı  natiq  ola  bilməz.  Məhz  belə  zəh-

mətin,  gərgin  hazırlığın  hesabına  Demosfenin  61  nitqi,  56  çı-

xışı  və  6  məktubu  bu  gün  də  dünya  natiqlik  mədəniyyətinin 

inkişafında əvəzsiz məxəzlər sayılır.  

Demosfenin  natiqlik  sənətinə  yiyələnməsi  bir  məsələ  ilə 

bağlı olmuşdur. Atasını kiçik yaşlarından itirən Demosfen on-




 

 

40 



dan  qalmış  mirası  qəyyumlarından  almaq  üçün  məhkəmədə 

inandırıcı  və  gözəl  nitqlə  çıxış  edib  Afina  məhkəməsini  inan-

dırmalı  idi.  Onun  nitqi  qanunlara  və  faktlara  əsaslanmalı  və 

məntiqi  olmalı  idi  ki,  hakimlərin  qərarına  təsir  edə  bilsin. 

Demosfen  məhkəmədə  savadlı  və  məntiqi  çıxış  etmək  üçün 

Afina  qanunlarını  mükəmməl  öyrənir.  Lakin  ilk  dəfə  kütlə 

qarşısında çıxış edən Demosfenin nitqi uğursuz alınır: camaatın 

səs-küyü,  gülüşü  onun  zəif  səsini  batırır,  çıxışını  bitirməyə 

imkan vermir. O, başa düşür ki, kütləni ələ almaq üçün yalnız 

maraqlı  mətn  hazırlamaq  azdır,  yaxşı  natiq  eyni  zamanda 

intonasiya  ilə  danışmağı,  səs  tonunu  tənzimləməyi,  jest  və 

mimikadan düzgün istifadə etməyi də bacarmalıdır. Demosfen 

başa  düşür  ki,  kütlə  qarşısında  siyasi  nitq  söyləmək  natiqdən 

böyük məharət, həyat təcrübəsi, dərin ağıl, xüsusi istedad və bi-

lik tələb edir. Özünə tam arxayın olan Demosfen məhz bundan 

sonra qəyyumlarını məhkəməyə verir və qalib gəlir.  

Natiq  olmaq  istəyənlərə  Demosfeni  nümunə  göstərənlər 

demək  istəmişlər  ki,  fitri  qabiliyyət-istedad,  ciddi  səy,  yaradı-

cılıq axtarışları aparmadan həyatda yüksək yer tutmaq mümkün 

deyildir.  Demosfen  özündə  olan  çatışmazlıqlara  baxmayaraq 

(boyunun qısa olması, cır səsli, sısqa, danışarkən çiyinlərini at-

ması  və  s.)  natiq  olmaq  fikrindən  əl  çəkməmiş,  ağır  zəhmətə 

qatlaşaraq  dözümlülük  göstərmiş,  yuxusuz  gecələr  keçirmiş, 

təmkinlə  yaradıcılıq  axtarışları  aparmış,  öz  fiziki  qüsurlarını 

aradan  qaldırmışdır.  Adı  dillər  əzbəri  olmuş  bu böyük  natiqin 

həyatı, siyasi fəaliyyəti həm öz dövründə, həm də sonrakı əsr-

lərdə yetişən bir sıra görkəmli şəxsiyyətlər üçün bir örnəyə, bir 

ibrətamiz məktəbə çevrilmişdir.  

Demosfen daha çox tarixin yaddaşında Makedoniya çarı II 

Filipə,  sonra  isə  onun  oğlu  İsgəndərə  qarşı  çıxışları  ilə  qalıb. 

Buna  görə böyük fateh  İsgəndər  Demosfeni tutub edam  etdir-

mək istəmişdi, lakin Afina camaatı sevimli natiqini sərkərdənin 

qəzəbindən  qoruya  bilmişdi.  Dünya  tarixində  ən  güclü  natiq 

kimi məşhurlaşan Demosfen bütün ömrünü vətəninə həsr etmiş 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə