1 azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt bəDƏn təRBİYƏSİ VƏ İdman akademiyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə12/128
tarix14.05.2018
ölçüsü2,87 Mb.
#43616
1   ...   8   9   10   11   12   13   14   15   ...   128

 

 

35 



cəlbedici,  ifadəli,  aydın  və  məntiqli  danışmalıyıq  ki,  başqaları 

da  bu  dildə  gözəl  danışsınlar,  mühazirəçi  müəllimlərimiz  mə-

harətli aktyor ustalığı ilə mühazirələrini, gözəl üslubda, mono-

ton  olmayan  avazla  deməli,  auditoriyanı  ovsunlamalı  və  be-

ləliklə  də  tələbələr  doğma  dilimizin  əsl  sahiblərinə  çevrilmə-

lidirlər.  Əgər  biz  müəllimlər  qanımıza,  iliyimizə  qədər  milli 

ruhlu  insan  kimi  savadlı,  məntiqli,  ifadəli  danışsaq,  tələbələ-

rimiz  Azərbaycan  dilinin  qüdrətini  dərindən-dərinə  anlayar  və 

mənimsəyərlər. 

Dilimiz  xalqımızın  yaratdığı  sənət  nümunələri  vasitəsilə 

dünyanın  ən  geniş  yayılmış  dilləri  ilə  rəqabət  apara  bilir.  Biz 

dilimizin  inkişafı  qayğısına  qalmalı,  ana  dilimizi  sevməli,  bu 

dildə  danışıb  yazmaqla  fəxr  etməliyik.  Çünki  Azərbaycan  dili 

dünyanın  ən  mədəni  dilləri  sırasında  öz  sadəliyi,  dərinliyi, 

zənginliyi,  şeiriyyəti,  poetikliyi  ilə  görkəmli  yerlərdən  birini 

tutur. 


Ümummilli lider H.Əliyev gənc nəslin ana dilini mükəm-

məl mənimsəməsi məsələsinə ciddi fikir verirdi. O, respublika-

mızın  və  xarici  ölkələrin  ali  məktəblərinə  qəbul  olunmuş 

tələbələrlə  görüşdə  demişdi:”....arzum  ondan  ibarətdir  ki,  hər 

bir  azərbaycanlı  çox  dil  bilsin.  Ancaq  birinci  növbədə  öz  ana 

dilini –dövlət dilini yaxşı bilsin.......xarici dil bilmək, əlbəttə ki, 

lazımdır,  vacibdir.  Arzu  edirəm  ki,  onlar  ingilis  dilini  də,  rus 

dilini də, fransız dilini də, alman, türk, ərəb, fars dillərini, hətta 

Çin dilini də bilsinlər. Gənclərimiz nə qədər çox dil bilsələr, bir 

o  qədər  zəngin  dünyagörüşünə  malik  olacaqlar.  Bu,  müasir 

dünyanın tələbləridir. Amma ən əsası ondan ibarətdir ki, hər bir 

Azərbaycan  vətəndaşı,  hər  bir  azərbaycanlı  öz  ana  dilini 

mükəmməl bilməlidir” (“Azərbaycan” qəzeti, 31 avqust 1997-

ci il).  

Başqa  bir  məqamda  ulu  öndər  deyirdi:  “Azərbaycan  dili 

Cənubi  Qafqazda  ən  gözəl  və  çox  işlənən  bir  dildir.  Bu  dildə 

danışmaq, həm də gözəl və məzmunlu danışmaq böyük istedad 

tələb  edir.  Bu  dil  dünyanın  ən  böyük  dilləri  ilə  rəqabət  apara 




 

 

36 



bilir.... Vaxtilə bir müddət Azərbaycanda – Quba zonasında ya-

şamış  rus  şairi  M.Y.Lermontov  öz  dostuna  yazdığı  məktubda 

qeyd  edirdi  ki,  o,  burada  Azərbaycan  dilini  öyrənir.  Avropada 

fransız dili kimi, Qafqazda da Azərbaycan dili çox məşhur və 

mötəbər bir dildir. Əgər Lermontov burada bir müddət yaşayıb 

dilimizi  öyrənibsə,  Azərbaycanda  yaşayan  ruslar  və  rus  dilli 

tələbələr mütləq Azərbaycan dilini mükəmməl öyrənməlidirlər. 

Biz  çalışmalıyıq  ki,  tələbələrimiz  ana  dilimizi  gözəl  bilsinlər, 

onun  lüğət  tərkibinə,  qrammatik  quruluşuna,  üslubi  imkan-

larına dərindən bələd olsunlar, danışarkən özlərində məsuliyyət 

hiss  etsinlər,  məntiqsizliyə  yol  verməsinlər,  fikirlərini  düzgün, 

dəqiq,  səlis  və  rəvan  ifadə  etməyə  çalışsınlar,  axı  gözəl,  məz-

munlu  danışmaq  böyük  istedad  sayılır”  (H.Əliyev.  Müstə-

qilliyimiz  əbədidir.  I  kitab,  Azərnəşr,  Bakı,  1997,  səh.221) 

Bütün bu deyilənləri nəzərə alaraq demək olar ki, Heydər Əli-

yev  Azərbaycan  xalqının  mənəvi-mədəni  sərvətlərinin  böyük 

müdafiəçisi  olmuş,  ana  dilimizin  rəsmi  dövlət  statusunun 

Konstitusiyamızda təsbit olunmasına bilavasitə rəhbərlik etmiş, 

onun  ictimai-siyasi  nüfuzunu  görünməmiş  bir  yüksəkliyə 

qaldırmışdır. 

Ümummilli  lider  Heydər  Əliyevin  dövlət  səviyyəli  əməli 

fəaliyyətinin nəticəsində xalqımızın dövlət dili haqqındakı çox-

əsrlik  arzusu  reallaşdı.  O,  XVI  əsrdə  Səfəvilər  hakimiyyəti 

dövründə Ş.İ.Xətainin və XX əsrin əvvəllərində (1918-1920-ci 

illər)  Azərbaycan  Demokratik  Respublikasının  qurucularından 

olan M.Ə.Rəsulzadənin davamçısı kimi Azərbaycan dilini yük-

sək qiymətləndirərək onu yaşatmaq, inkişaf etdirmək və dünya 

mədəniyyəti  səviyyəsinə  qaldırmaq  məsələlərinin  dövlət  vəzi-

fəsi olduğunu bütün aktuallığı ilə bəyan etməklə bir daha sübut 

etdi ki, yalnız müstəqil dövləti olan xalqın rəsmi dövlət dili ola 

bilər  və  bu  da  yalnız  müdrik,  qüdrətli,  düzgün  qərarlar  qəbul 

etməyi  bacaran  dövlət  başçısının  fəaliyyəti  nəticəsində  müm-

kün olur.  

 



 

 

37 



 

 

NATİQLİK SƏNƏTİNİN TARİXİNDƏN 

 

Natiqlik sənəti yeni eradan əvvəl bir sıra Şərq ölkələrində - 

Çində, Hindistanda, Misirdə və s. meydana gəlsə də, lakin elm 

və  mədəniyyətdə  böyük  simalar  yetişdirən  Yunanıstan  gözəl 

danışığın,  təntənəli,  bəlağətli  nitqin,  natiqliyin,  nitq  mədəniy-

yətinin vətəni hesab olunur.  

Natiqlik  haqqında  ilkin  məlumata  əfsanəvi  yunan  şairi 

Homerin (b.e.ə. XII-XI əsrlər) “İliada” və “Odisey” əsərlərində 

rast gəlirik. “Odisey” poemasının bir yerində əsərin qəhrəmanı 

Feaklar  ölkəsinə  gəlib  çıxır.  Ölkənin  çarı  Alkino  qonağın 

şərəfinə  ziyafət  düzəldir,  sonra  idman  yarışına  tamaşa  edirlər. 

Bu tədbirlər Odiseyin ürəyini açmır, vətəninin, ailəsinin fikrini 

çəkir. Feaklardan biri onu ələ salıb deyir: “Qərib, sən heç yarış 

adamına  oxşamırsan,  qazanc  axtaran  tacirə  bənzəyirsən”. 

Odisey ona tərs-tərs baxıb belə cavab verir: 

 

Allah əqli, düşüncəni, yaraşığı, xoş kəlamı, 



Hamıya bir bərabərdə, bir ölçüdə bəxş eləmir.  

Birisi öz görkəmi ilə nəzəri cəlb etməsə də

Görürsən ki, Allah ona xoş kəlamı əta edib. 

O öz gözəl nitqi ilə valeh edir hər bir kəsi

Yığıncaqda o hamının diqqətini cəlb eləyir

Şəhərdə də hamı ona Allah kimi baxıb keçir. 

Görürsən ki, birinin də Allah kimi görkəmi var

Bir şirinlik əlaməti yoxdur, ancaq kəlamında 



 (Homer. “Odisey”, Bakı, 1977, səh.362) 

 

Göründüyü  kimi  Odiseyin  cavabı  mahir  bir  natiqin  cava-



bına bənzəyir.  

Sonralar  Sokrat  (e.ə.  469-399),  Platon  (Əflatun,  e.ə.  430-

347),  Aristotel  (Ərəstun,  e.ə.  384-322),  Demosfen  (e.ə.  384-



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə