Addımı dıyişən vintlər quruluşca mürəkkəbdir. Sxemə baxaq:
Proqram (rejim) verilən quruluş.
Burada mühərrik həm yerli postdan və həm kapitan krpüsündən idarə edilir.
M.A.İ.S.-dən siqnal proqram quruluşuna verilir ki, o da gəminin verilən sürətinə uyğun avtomatik olaraq ən sərfəli vint addımı və mühərrikin fırlanma sürətini yaradır. Vintin addımı və mühərrikin fırlanma sürəti bir sistemdə idarə olunaraq müxtəlif rejimlərdə ən az yanacaq sərf edir.
Bütün əməliyyatların avtomatik yerinə yetirilməsi və növbəsiz işin müddətinin uzadılmasından asılı olaraq avtomatlaşdırılmış mühərrik müxtəlif avtomatik dərəcələrinə malikdir.
Gəmi energetik qurğularının AİE-nə qoyulan tələblər. Avtomatikanın birinci dərəcəsi əsas parametrlərin tənzimləyicisini'(valın fırlanma sürəti, yağın və suyun temperaturu) həmçinin qəza xəbərdarlıq siqnalizasiyası və xəbərdarlıq təmin edilir.
G.E.Q-nin növbəsiz iş vaxtı 4 saatdan az olmur. Avtomatikanın
ikinci dərəcəsi, birincini nəzərə almaqla mühərrikin avtomatik işə salınması və dayandırılmasını, M.A.İ.E.-ni təmin edir və növbəsiz iş vaxtı 16-24 saatdan az olmur.
Eyni vaxtda dizel mühərrikləri avtomatik qızdırılma, periodik yağlanma və rütubətin xaric edilməsi sistemləri nəzərdə tutulub ki, o da ehtiyyat dizel generatorunun həmişə hazır vəziyyətdə saxlanmasını təmin edir.
Mühərrikləri üçüncü dərəcə avtomatlaşdırılma ikinci dərəcənin avtomatlaşdırılması daxil olmaqla bunlar əlavə edilir. Yanacaq, yağ, su çənlərinin və hava balonlarının doldurulması: mühərrikə qulluq edən köməkçi qurğuların idarəsi: G.E.Q-nin növbəsiz işinin vaxtı 150 saat olur.
Dördüncü dərəcəli avtomatikaya G.E.Q-nin kompleksli idarəedilməsi və mərkəzi nəzarət sistemləri daxildir.
Müasir gəmilərdə dizel generatorların elektrik stansiyası