0f11aztitul(1-7)


Elementar zərrəciklərin qeydəalınma üsulları



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə78/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   71   72   73   74   75   76   77   78   79

195 
 
Elementar zərrəciklərin qeydəalınma üsulları. Zərrəcikləri qeydə almaq və on-
ların xassəsini xarakterizə etmək üçün müxtəlif qurğulardan istifadə olunur. Bu qur-
ğuların iş prinsipi, əsasən, yüklü zərrəciklərin atomları ionlaşdırması hadisəsinə 
əsaslanır. Onlardan ikisi ilə tanış olaq. 
Heyger sayğacı. Heyger sayğacı    zərrəcikləri saymaq üçün istifadə olunan 
qurğudur. Onun iş prinsipi zərbə ilə ionlaşma hadisəsinə əsaslanır. 
Qurğu 
10 ??????????????????  təzyiqində  arqon  qazı  doldu-
rulmuş  və  hər  iki  ucu  lehimlənən  şüşə  borudan 
ibarətdir 
(c)
. Boru daxildən metal təbəqə – katodla 
örtülmüşdür. Borunun oxu boyunca keçirilən nazik 
məftil isə anoddur. Anodla  katod arasında yüksək 
gərginlik  yaradılır.  Boruya  daxil  olan  radioaktiv 
zərrəcik  öz  yolunda  arqon  qazının  atomlarını 
ionlaşdırır.  Elektrik  sahəsinin  təsiri  ilə  elektronlar 
və ionlar uyğun olaraq anod və katod istiqamətində 
sürətlənir.  Sürətlənən  elektronlar  öz  yollarında 
qazın neytral  atomları  ilə  toqquşduqda onları  ion-
laşdırır. Beləliklə, yaranan yeni elektron-ion cütləri 
əvvəl yaranan uyğun cütlərə qoşularaq elektron-ion 
seli  əmələ  gətirir.  Nəticədə  sayğacdan  keçən  cə-
rəyan  şiddəti  kəskin  artır.  Bu  paman  yükləyici  R 
rezistorunda  gərginlik  impulsu  yaranır.  İmpuls 
qeydedici qurğuya verilməklə ətraf mühitdə radio-
aktiv  zərrəciyin  (adətən, 

 
kvantının)  olduğunu 
qeyd edir.
 
Vilson kamerası.  Vilson kamerası – sürətli 
yüklü zərrəciklərin buraxdığı izləri müşahidə etmə-
yə  və ya onun fotoşəklini çəkməyə imkan verən 
qurğudur. Onun iş prinsipi ifrat doyan buxarın  ion-
lar üzərində kondensasiya etməsi nəticəsində maye 
damcılarının əmələ gəlməsinə əsaslanır. 
Vilson kamerası – aşağı hissəsi porşenlə təchiz 
edilən silindrik şüşə qabdır 
(d)
. Kamera suyun və 
ya spirtin doyan buxarı ilə doldurulur. Porşeni aşağı 
kəskin  hərəkətə  gətirməklə  kameranın  həcmi  artırılır  və  buxar  adiabat  genişlənir. 
Nəticədə buxar soyuyaraq ifrat doyan hala keçir. Bu, buxarın dayanıqlı olmayan halı 
olduğundan o,  asanlıqla  kondensasiya  etməyə  başlayır.  Əgər  bu  zaman  kameraya 
zərrəcik  daxil  olarsa,  onun  işçi  həcmdə  əmələ  gətirdiyi  ionlar  kondensasiya 
mərkəzləri  olur,  nəticədə  zərrəciyin  yolunda  su  damcıları  əmələ  gəlir.  Zərrəciyin 
belə  izləri  trek  adlanır.  Trekin  uzunluğuna  görə  zərrəciyin  kinetik  enerjisi,  vahid 
uzunluqdakı damcıların sayına görə isə onun sürəti dəyərləndirilir. Belə ki, trek uzun 
olduqca  zərrəciyin  kinetik  enerjisi  böyük,  trekin  vahid  uzunluğunda  yaranan 
damcıların sayı çox olduqca zərrəciyin sürəti kiçik olur. Böyük yükə malik zərrə-
ciyin  treki  daha  qalın  olur.  Əgər  kamera  bircins  maqnit  sahəsində  yerləşdirilərsə, 
(c)
R
Şüşə boru
Katod
 
Qeydedici qurğu
Anod
 
(d)
 
(e)
  LAYİHƏ


196 
 
zərrəciyin  (əgər  o  yüklüdürsə)  treki  əyilir 
(e)
.  Trekin  əyrilik  radiusuna  görə 
zərrəciyin xüsusi yükü 
 təyin edilir. 
  
 
Zərrəciyin xüsusi yükü nəyə bərabərdir? 
Məsələ 2. 
Vilson kamerasına 

3 ∙ 10 ??????/?????????????????? sürəti ilə daxil olan zərrəcik induk-
siyası 
1 ???????????? olan bircins maqnit sahəsində radiusu ??????
10 ???????????? olan iz buraxdı. 
Bu zərrəciyin xüsusi yükünü təyin edin.   
Nəticənin müzakirəsi: 
 Verilənlərə əsasən bircins maqnit sahəsində hərəkət edən yüklü zərrəciyin xüsusi yükü 
 hansı düsturla təyin edilə bilər? 
 Zərrəciyin xüsusi yükü nəyə bərabərdir? 
 
Elementar zərrəciklərin qeydəalınma qurğularından 
biri “Qabarcıqlı kamera”dır 
 (f)

 Qabarcıqlı kameranın işi nəyə əsaslanır? 
  
 
 
 
№ 
Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 
1  Hansı zərrəciklər elementar zərrəciklər adlanır? 
 
 
 
2  Elementar zərrəciklərin əsas xarakteristikaları nədir? 
 
 
 

Fundamental  qarşılıqlı  təsirlər  hansı  xarakteristikalarına 
görə fərqləndirilir?  
 
 
 

Fundamental qarşılıqlı təsirlərə görə elementar zərrəciklər 
necə təsnif edilir? 
 
 
 

Elementar zərrəciklərin qeydə alınmasının hansı üsulları 
 var? Onlar arasında fərq nədir? 
 
 
 
 
NƏ ÖYRƏNDİNİZ? 
İş vərəqində “Elementar zərrəciklərin qeydəalınma üsulları” 
mövzusunda referat planını hazırlayın.
 
 
 
 
 
 
ÖZÜNÜZÜ QİYMƏTLƏNDİRİN 
İPUCU
 
Lazımi məlumatı aşağıdakı ünvanlardan ala bilər-
siniz: 
1. http://elibrary.bsu.az/110/N_106.pdf 
2. http://www.kimnezamanicatetti.com/kabarcik-
odasi /?i =1 
3. http://www.turkcebilgi.com/kabarc%C4%B1k_ 
odas%C4% B1 
 
HƏYATLA ƏLAQƏLƏNDİRİN 
ARAŞDIRMA 
2 
TƏTBİQETMƏ 
Fotoaparat 
Porşen 
Maqnit sahəsi 
Zərrəcik 
(f)
 
Elektro-
maqnit 
(sxem) 
 
Maye 
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə