0f11aztitul(1-7)


Elektriklənmiş cisimlər arasında qarşılıqlı təsiri



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə5/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   2   3   4   5   6   7   8   9   ...   79

11 
 
 
Elektriklənmiş cisimlər arasında qarşılıqlı təsiri  
məsafədən ötürən nədir?
 
• Məsələ 1. 
Elektrik “sultanı” plastmas dayaq üzərinə bərki-
dilmiş qalın metal diskdən ibarətdir. Diskin hər 
tərəfinə nazik kağız zolaqlar yapışdırılmışdır. Şə-
kildə elektriklənmiş sultanlardan A və B, C və D 
cütləri  təsvir  edilmişdir.  Məlumdur  ki,  A  və  C 
sultanları müsbət yüklə elektriklənmişdir 
(a)

• Sultanların yeri bir-birinə nəzərən dəyişdirilərsə, onlardan 
hansılar bir-birini cəzb edər? 
 
 
Nəticənin müzakirəsi: 
 B və D elektrik sultan-
ları hansı yüklə 
elektriklənmişdir? 
 Hansı elektrik sultan-
ları yaxınlaşdırılarsa, 
onlar bir-birini:                
a) cəzb edər;  
b) itələyər? 
   Cavabınızı əsaslan-
dırın. 
 Elektriklənmiş cisimlər 
arasında qarşılıqlı təsiri  
məsafədən ötürən 
nədir? 
 
Elektrik yükü. 
 Elektrik yükü – zərrəciklərin və ya cisimlərin ətraflarında elektromaqnit sahəsi 
yaratma xassəsidir. Elektrik yükü bu xassənin kəmiyyət ölçüsü olaraq da qəbul edi-
lir
Elektrik yüklü zərrəciklər arasındakı qarşılıqlı təsir elektromaqnit qarşılıqlı təsir 
adlanır. Məsələn, proton müsbət, elektron mənfi yüklü zərrəcikdir dedikdə onlar ara-
sında elektromaqnit qarşılıqlı təsirinin mövcud olduğunu əminliklə söyləmək olar. 
Lakin yüksüz (elektroneytral) zərrəciklər arasında elektromaqnit qarşılıqlı təsirləri 
mövcud olmur. Ona görə də deyilir ki: 
Elektrik yükü elektromaqnit qarşılıqlı təsirinin intensivliyini müəyyən edir.  
Elektrik yükü aşağıdakı xüsusiyyətlərə malikdir: 
1.  Elektrik yükü diskretdir (kəsilməz deyil, bölünəndir)  –  cismin  elektrik  yükü 
elementar yükün tam misillərinə bərabərdir:  
q = ± Ne. 
Burada N cismin aldığı və ya verdiyi elektronların sayıdır. 
Təbiətdə ən kiçik elektrik yükünün mütləq qiyməti elementar yük adlanır. 
Elementar yük hərfi ilə işarə edilir və ədədi qiymətcə elektronun və ya protonun  
yükünün mütləq qiymətinə bərabərdir: 
?????? = 1,6 ∙ 10
????????????. 
Təbiətdə elektron və protonlardan başqa, bir neçə növ elementar zərrəciklər də 
mövcuddur. Lakin yalnız elektronlar və protonlar sərbəst halda sonsuz müddət möv-
cud ola bilir. Digər yüklü elementar zərrəciklər isə çox az – saniyənin milyonda bir 
hissəsi qədər yaşaya bilir. Onlar sürətli zərrəciklərin toqquşması nəticəsində yaranır 
və dərhal da digər zərrəciklərə çevrilir. 
ARAŞDIRMA  
1 
(a) 
  LAYİHƏ


12 
 
Elektrik yükü diskret olduğundan o, keçirici səthdə müntəzəm paylana bilir. Fərz 
edək ki, elektrik yükü S sahəli səthdə müntəzəm paylanmışdır.  
 Ədədi qiymətcə səthin vahid sahəsinə düşən elektrik yükünə bərabər olan kə-
miyyət elektrik yükünün səth sıxlığı (
??????) adlanır: 
?????? =
??????
??????
= ±
????????????
??????
.              (1) 
Elektrik yükünün səth sıxlığının BS-də vahidi:
 ?????? = 1
 -dir. 
 2. Elektrik yükü üçün saxlanma qanunu ödənilir – qapalı sistemdəki zərrəciklərin 
(və ya cisimlərin) elektrik yüklərinin cəbri cəmi sabit qalır: 
?????? + ?????? + ?????? + ⋯ + ?????? = ??????????????????????????????.          (2) 
3. Elektrik yükü additiv kəmiyyətdir – sistemin elektrik yükü həmin sistemdəki zər-
rəciklərin (və ya cisimlərin) elektrik yüklərinin cəbri cəminə bərabərdir. 
4. Elektrik yükü invariant kəmiyyətdir – zərrəciyin elektrik yükü bütün ətalət he-
sablama sistemlərində eynidir. 
Elektromaqnit sahəsi. 
Elektrik yüklərinin hərəkəti və qarşılıqlı təsirləri ilə təzahür edən elektrik və maqnit 
hadisələrinin öyrənilməsi ilə fizikanın elektrodinamika bölməsi məşğul olur. 

 Elektrodinamika – fizikanın elektrik yükləri arasında qarşılıqlı təsir yaradan 
elektromaqnit sahəsinin qanunauyğunluqlarını öyrənən bölməsidir. 
 Elektromaqnit sahəsi – elektrik yüklü zərrəciklər və cisimlər arasında qarşılıqlı 
təsiri ötürən materiya növüdür.  
Elektromaqnit sahəsinin xüsusi təzahür formaları elektrik və maqnit sahələridir. 
Ona görə də elektromaqnit sahəsinin fəzanın ixtiyari nöqtəsində və istənilən andakı 
halı iki kəmiyyətlə xarakterizə olunur – elektrik sahəsinin intensivliyi (
??????⃗) və maqnit 
sahəsinin induksiyası (
??????⃗) ilə. Bu kəmiyyətlər elektromaqnit sahəsinin qüvvə xarak-
teristikaları olub sahənin yüklü zərrəciklərə təsir göstərdiyi qüvvələri müəyyən edir. 
“Elektromaqnit  sahəsinin  qüvvə  xarakteristikalarını  təyin  etmək”  dedikdə  sahəyə 
gətirilən sınaq yükünə (elektrik yükünün miqdarı çox az olan müsbət nöqtəvi yükə) 
təsir edən qüvvələrin müəyyənləşdirilməsi nəzərdə tutulur.  
Qeyd  edək  ki,  elektrik  yükünün  sükunətdə  və  ya  hərəkətdə  olmasından  asılı 
olaraq ona elektromaqnit sahəsinin təsiri də müxtəlif olur. 
 Elektromaqnit sahəsinin verilən hesablama sistemində sükunətdə olan elektrik 
yükünə təsir etdiyi qüvvə elektrik qüvvəsi adlanır. Elektrik qüvvəsi həmişə sahənin 
verilmiş nöqtəsində yerləşən elektrik yükünün miqdarı ilə düz mütənasibdir: 
?????? ~??????. 
 Elektromaqnit sahəsi verilən hesablama sistemində hərəkət edən elektrik yü-
künə elektrik qüvvəsindən  əlavə, maqnit qüvvəsi adlanan qüvvə ilə  də  təsir edir. 
Maqnit qüvvəsi həm sahədə  hərəkət edən yükün miqdarından, 
həm də onun 
sürətinin maqnit induksiyasına perpendikulyar olan proyeksiyasından düz 
mütənasib asılıdır
:
 ?????? ~??????


. 
 Ona görə də elektromaqnit sahəsində yüklü zərrəciyə təsir edən ümumi qüvvə 
elektrik və maqnit qüvvələrinin cəminə bərabərdir. Bu qüvvə ümumiləşmiş Lorens 
qüvvəsi adlanır: 
??????⃗ = ??????⃗ + ??????⃗  ; burada:  ?????? = ???????????? + ??????????????????????????????????????????. 
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə