[]



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə74/76
tarix17.11.2017
ölçüsü3,16 Kb.
#10850
1   ...   68   69   70   71   72   73   74   75   76

14 
 
Dişi cinsiyyət üzvləri 
 Dişi  cinsiyyət  sisteminə  yumurtalıqlar,  balalıq  boruları, 
balalıq,  vagina,  sidik  cinsiyyət  dəhlizi  və  xarici  cinsiyyət 
orqanları  aiddir.  Yumurtalıqlar  ekzokrin  və  endokrin 
funksiyaları  yerinə  yetirən  cinsiyyət  vəziləridir.  Ekzokrin 
funksiyanı  oogenez  zamanı  həyata  keçirir,  endokrin 
funksiyanı  isə  estrogen  və  progesteron  hormonu  hasil 
etməklə  həyata  keçirir.  Yumurtalıqların  üstündə  bir  qat 
kubiki  epiteli  yerləşir,  bunun  altında  sıx  birləşdirici 
toxumadan  olan  ağlı  qişa  yerləşir.  Yumurtalıqlar  kənarda 
yerləşən  qabıq  və  mərkəzdə  yerləşən  beyin  maddəsindən 
təşkil  olunmuşdur.  Hər  iki  maddənin  əsasını  birləşdirici 
toxumadan  olan  stroma  təşkil  edir.  Qabıq  maddənin 
stromasında saya əzələ hüceyrələrini xatırladan fibroblastlar 
sıx  yerləşməklə  kollogen  liflər  az,  elastiki  liflər  isə  heç 
olmur. 
Beyin 
maddənin 
stroması 
boş  birləşdirici 
toxumadandır,  beyin  maddə  qan  damarları  ilə  güclü  təmin 
olunur,  damarlar  isə  qıvrım  yollara  malikdir.  Stromanın 
birləşdirici  toxumasında  vəz  hüceyrələri  yerləşir.  Bunlar 
estrogenlər  hasil  edir.  Qabıq  maddədə  inkişaf  etməkdə  olan 
follikullar, atreziya olunmuş follikullar və sarı cisim yerləşir. 
Hər  bir  follikulda  böyümə  mərhələsində  olan  oosit  yerləşir. 
Qabıq  maddədə  ağlı  qişanın  altında  çoxlu  miqdarda 
primordial  follikullar  yerləşir,  bu  follikullar  yumurta 
hüceyrəsindən  və  onu  örtən  bir  qat  yastı  follikulyar 
hüceyrələrdən  təşkil  olunmuşdur.  Follikul  inkişaf  etdikcə 
yumurta 
hüceyrəsi 
böyüyür, 
follikulyar 
hüceyrələr 
böyüyərək  əvvəl  kubiki,  sonra  slindriki  epitelə,  axırda 
çoxqatlı  epitelə  çevrilir.  Yumurta  hüceyrəsinin  ətrafında 
şəffaf bazal zar üstündə yerləşən hüceyrələr dənəli qat əmələ 
gətirir.  Dənəli  qatın  xaricində  birləşdirici  toxuma  qişası 
yerləşir. Yumurta hüceyrəsinin plazmollemasının follikulyar 
hüceyrələrin dənəli qişası ilə təmas yerində şəffaf qişa əmələ 
gəlir. Şəkil 46. 
Dənəli qatın daxili qişası slindrik formalı radial yerləşən 


15 
 
hüceyrələrdən ibarət olub şüalı tac adlanır. Həmin hüceyrələr 
nazik  qabarmaları  ilə  inkişaf  etməkdə  olan  yumurta 
hüceyrəsinə  qida  maddələri  çatdırır.  Tədricən  dənəli  qatın 
hüceyrələri  arasında  maye  ilə  dolu  yarıqlar  əmələ  gəlir.  Bu 
andan  etibarən  follikul  qovuqlu  follikul  adlanır,  yarıqlar 
maye ilə dolduqca yumurta hüceyrəsi follikulun bir qütbündə 
follikulyar  hüceyrələrdən  ibarət  təpəcikdə  yerləşir.  Bu 
təpəcik  yumurta daşıyan təpəcik  adlanır. Yumurta hüceyrəsi 
təpəcikdə şəffaf qişa, şüalı qişa, tac və dənəli qişa ilə örtülü 
olur.  Belə  follikul  yetişmiş  follikul,  yaxud  Qraaf  qovuğu 
adlanır.  Qovuğun  divarı  dənəli  qatdan,  bazal  zardan  və 
birləşdirici  toxuma  qişasından  ibarətdir.  Bu  qişanın  daxili 
səthi  damarlı,  xarici  səthi  fibroz  qat  adlanır.  Follikulun 
inkişafı  adenohipofizin  hormonları  ilə  tənzim  olunur.  Bu 
hormonların  sintezi  qanadotropositlərin  fəaliyyəti  ilə 
əlaqədardır.  Dənəli  qatın  follikulyar  hüceyrələrinin  hasil 
etdiyi  follikulin  qovuğun  mayesinə  toplanır,  qana  sorulur. 
Həmin  hormon  qanda  çoxalanda  hipofizin  eyni  adlı 
hüceyrələri  tərəfindən  lüteitrop  hormonun  ifrazı  güclənir, 
hormon  çoxalanda  qovuğun  divarı  partlayır,  yumurta 
hüceyrəsi  xaric  olur,  yerində  progesteron  hasil  edən 
müvəqqəti  endokrin  vəz  –  sarı  cisim  əmələ  gəlir.  Bu 
hormonun təsiri ilə balalığın selikli qişasında rüşeymin qəbul 
edilməsi  üçün  şərait  yaranır  və  digər  follikulların  inkişafı 
təzyiq altına alınır. 
 Yumurtalıqda  sarı  cisim  fəal  fəaliyyət  göstərərsə,  digər 
follikullar 
inkişaf  etmir.  Yumurtalığın  estrogen  və 
progesteron  hasil  etməsi  eyni  vaxtda  getmir.  Bu  da  dişi 
cinsiyyət  orqanlarının  quruluşu  və  funksiyasında  tsiklik 
dəyişiklərin əmələ gəlməsinə şərait yaradır.  
Ovulyasiya  olunmuş  yetişkən  yumurta  hüceyrəsi  şəffaf 
qişa  və  şüalı  tacla  birlikdə  yumurta  borusunun  qıfvari 
genişliyinə  düşür.  Partlamış  qraf  qovuğunun  yerində  əvvəl 
qırmızı, sonra isə sarı cisim yaranır. Boğaz heyvanlarda sarı 
cisim boğazlıq qurtarana qədər qalır, belə sarı cisim boğazlıq 


16 
 
sarı cismi adlanır. Boğaz olmayan heyvanlarda isə sarı cisim 
bir  cinsiyyət  tsikli  dövründə  qalır.  Follikulların  hamısı 
ovulyasiya olunmur, bunların çox hissəsi inkişafın müəyyən 
mərhələsində  məhv  olur  və  bu  proses  atreziya  adlanır. 
Atreziya  prosesi  pozulanda  yumurtalıqlarda  kista  əmələ 
gəlir. 
Yumurtalıq  borularının  divarı  selikli,  əzələ  və  seroz 
qişalardan təşkil olunmuşdur. Selikli qişanın üstünü bir qatlı 
kirpikli  epiteli  örtür.  Epiteli  qatında  kirpikli  və  kirpiksiz 
hüceyrələr  yerləşir.  Kirpikli  hüceyrələrin  apikal  qütbündə 
yerləşən  kirpiklərin  hərəkəti  balalığa  tərəf  olur.  Kirpiksiz 
hüceyrələr kubvari olub, sekretor funksiyasını yerinə yetirir, 
çərəaxıtma dövründə sekretor hüceyrələrin miqdarı artır.  
Selikli  qişanın  xüsusi  qatı  boş  birləşdirici  və  retikulyar 
toxumalardan  təşkil  olunmuşdur.  Bu  qatda  tək-tək  əzələ 
hüceyrələri  yerləşir,  əzələ  qişası  saya  əzələ  hüceyrələrindən 
olub,  dairəvi  qatı  yaxşı  inkişaf  etmişdir.  Seroz  qişa  boş 
birləşdirici toxumadan olub, üstü mezoteli ilə örtülüdür. 
 Məməlilərdə  balalıq  müxtəlif  cinsiyyət  hormonlarının 
təsirilə  sinir  sisteminin  tənzimi  ilə  rüşeymin  inkişafını  və 
onun  qida  maddələri  ilə  təmin  olunmasına  şərait  yaradır. 
Balalığın  divarı  selikli,  əzələ  və  seroz  qişalarından  təşkil 
olunmuşdur. 
Selikli qişa bir qatlı slindrik epiteli ilə örtülüdür. Epiteli 
qatında  kirpikli,  selik  və  seroz  maye  hasil  edən  sekretor 
hüceyrələr  yerləşir.  Xüsusi  qat  boş  birləşdirici  və  retikulyar 
toxumalardan  olub,  az  miqdarda  saya  əzələ  hüceyrələrinə 
malikdir. 
 Əzələ  qişası  saya  əzələ  toxumasından  olub,  daxili 
dairəvi,  orta  çəp  və  xarici  boylama  istiqamətlərdə  yerləşir. 
Orta  qatda  qan  damarları  çox  olduğu  üçün  əzələ  qişasının 
damarlı qatı adlanır.  
Seroz  qişa  boş  birləşdirici  toxumadan  olub,  üstü 
mezoteli  ilə  örtülüdür.  Qeyd  etmək  lazımdır  ki,  selikli  qişa 
trofik,  tənəffüs,  ifrazat  funksiyaları,  əzələ  qişası  isə  yığılma 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə