[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə30/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   26   27   28   29   30   31   32   33   ...   258

 

60 


salmağa  və  onlara  qarşı  inamsızlıq  yaratmağa  çalışırlar.  4  –  Tövhidin  əsası 

sayılan İsim və Sifətlər tövhidini əhəmiyyətsiz sayırlar. 5 – Onların əksəriyyəti 

müsəlman  ölkələrində  yaşayan  müsəlmanlarla  qeyri  müsəlman  davranışları 

(cahil) kimi davranırlar. Onlar öz firqələrində olmayanlarla İslami davranmağa 

ehtiyat edirlər. Belə bir müsəlmanın arxasında namaz qılınmaz, salam verməz 

və almaz, cənazəsində iştirak etməz və s. 6 – Onların əqidəsində olmayana heç 

vaxt  müsəlman  demirlər.  7  –  Bəziləri  öz  zəif  olmalarından  və  rəhbərin 

olmamasından,  yaşadıqları  ölkənin  küfr  diyarı  olmasından  və  s.  bəhanələr 

gətirərək  saqqalarını  qırxır,  topuqdan  aşağı  geyinir  və  deyirlər:  Bura  küfr 

diyarıdır.  8  –  Bu  fikirdə  olanlar  Rafizilər  kimi  təqiyyəyə  –  yalana  əl  atırlar. 

İnsanları  özlərinə  cəlb  etmək  üçün  məşhur  İslam  alimlərinin  adından  çox 

istifadə edirlər. 9 – İnsanları öz tələlərinə salmaq üçün ilk başladıqları mövzu: 

Namaz  qılmayan  kafirdir,  yoxsa  yox?  Sözsüz  ki,  bu  sahədə  elmi  olmayan 

kimsələri bu cür hiyləgərlərın aldatması çox asantdır.  10  – Özlərinə sərf edən 

məsələlərdə  İbn  Bazz,  Şeyx  Useymin,  əl-Albani  –  Allah  onlara  rəhmət  etsin  – 

dəlil  gətirirlər.  Lakin  onlara  deyəndə  ki,  Şeyx  sizin  əleyhinizə  belə  deyib. 

Dərhal:  Biz  ondan  dəlil  qəbul  etmirik.  O,  Murciyədir.  11  –  Həmçinin 

əlamətlərindən  biri  cahilliyi  üzr  saymazlar.  12  –  Zahiri  görünüşləri  etibarilə 

saleh  əməl  sahibi  görünsələr  də  qəlbləri  xəstədir.  Buna  görə  də  bir  çox 

müsəlmanlar  onların  zahiri  görünüşlərinə  aldanaraq:  Onlar  da  Qurandan  və 

hədislərdən dəlil gətirirlər, Onlar Sünnəyə bizdən daha çox əməl edir, saqqal, 

isbal və s. Peyğəmbər: «Onu tərk et, onun kimi onun dostları vardır ki, sizdən 

biriniz  öz  namazını  onların  namazı  yanında,  öz  orucunu  onların  orucu 

yanında  kiçik  görər.  Onlar  Quranı  oxuyacaqlar,  lakin  Quran  onların 

boğazlarından  aşağı  enməyəcəkdir,  onlar  İslamdan  oxun  şikardan  çıxması 

kimi  çıxacaqlar.  Onlar  məxluqata  verilən  sözlərin  ən  xeyirlisindən  Qurani 

Kərimdən  (və  hədislərdən)  dəlil  gətirəcəklər.  (danışdıqları  zaman  çox  gözəl 

danışa-caqlar)».  Bu  kimi  vəsflər  sizi  aldatmasın.  13  –  Vəsflərindən  biri  də 

daima  Narazıdırlar.  Zahirən  sözlərində  və  əməllərində  din  üçün  çalışdıqları 

görünsə  də  batində  dünyanı  qəsd  edirlər.  Bu  da  onların  ağızlarından  çıxan 

bəzi  sözlərdən  bəlli  olur.  Çünki  Xəvariclərin  ilki  olan  Zul  Xuveysrə  də  ilk 

olaraq dünya malına görə Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə etiraz etdi. 

Bu  da  onların  ən  böyük  naqisliklərindəndir.  Osman  –  radıyallahu  anhu  - 

öldürəndən  sonra  onlar  xəzinəyə  əllərini  uzatdılar.  Orada  olanlardan  biri: 

Osman  –  radıyallahu  anhu  -  nun  adil  olmadığından  danışırsınız,  özünüz  isə 

Beytul  mala  hücum  edirsiniz.  Sizin  həqiqi  məqsədiniz  isə  Beytul  mala  əl 

uzatmaqdır. İndikilər də: Gözləri müsəlmanların mallarındadır. 14 – Vəsflərin-

dən biri də insanları elm əhlindən, elm tələbələrindən çəkindirməkdir. Bunun 

üçün  də:  «Siz  təqlid  edirsiniz,  gedin  özünüz  oxuyun».  Təəccüblü  orasıdır  ki, 



 

61 


onlardan  soruşduqda  təqlid  sayılmır,  lakin  elm  tələbələrindən  soruşan  kimi: 

Sən  təqlid  etdin  və  s.  sözlər  deyillər.  Bu  cahillərə  demək  istəyirəm  ki,  dində 

bəyənilən və bəyənilməyən təqlid deyilən bir şey vardır. Bəyənilən Təqlid: Bu 

şəri hökmlərə çatmaq yollarını bilməyən, onları öyrənməyə gücü çatmayan, o 

hökmlərin dəlillərini başa düşmək imkanına sahib olmayan üçündür. Bununla 

belə  o,  bir  muftidən  şəri  dəlili  istəmə  haqqına  da  sahibdir.  Çünki  dinindən 

əmin  olmaq  onun  da  haqqıdır.  Bəyənilməyən  Təqlid:  Alimlərdən  deyil, 

müəyyən birini, onun  bütün sözlərində və əməllərində təqlid etmək və haqqı 

sadəcə  onda  görməkdir.  Əhli  Sünnə  vəl  Cəmaat  İmamlarının  cumhuru  dəlili 

anlamağa  incələmə  və  araşdırma  aparmağa  gücü  çatmayan  kimsələrin  əqidə 

və əhkam məsələlərində təqlidini caiz görür. Onlar təqlidin təkfirə mane olan 

hallardan biri olduğunu ittifaqla qəbul etmişlər. Çünki muqallid cahildir, dəlili 

və  ya  hüccəti  başa  düşməz,  bəsirət  və  başa  düşməyi  yoxdur.  Ona  bir  hüccət 

göstərilincəyə  və  öyrədilincəyə  qədər  məzurdur.  İbn  Teymiyyə  – rahmətullahi 



aleyhi  –  deyir  ki:  «Ümmətin  böyük  çoxluğuna  görə  ictihad  caizdir,  təqlid  də 

caizdir.  Onlar  ictihadı  hər  kəsə  vacib  görmədikləri  kimi,  təqlidi  də  hər  kəsə 

haram  görməzlər.  Eyni  şəkildə  təqlidi  hər  kəsə  vacib,  ictihadı  da  hər  kəsə 

haram görməzlər. İctihad, ictihada gücü çatan hər kəs üçün caizdir, təqlid isə 

ictihaddan aciz olanlar üçün caizdir. İctihada gücü çatan bir kimsə üçün təqlid 

caizdir,  yoxsa  yox?  Bu  mövzuda  ixtilaf  vardır.  Səhih  görüşə  görə  belə  bir 

kimsənin  ictihaddan  aciz  qaldığı  durumlarda  təqlidə  yönəlməsi  caizdir.  Bu 

acizlik  ya  dəlilin  olmamasında  və  ya  ictihad  üçün  yetərli  vaxtın  olmamasın-

dan, ya da dəlilə açıq çatmamasından ola bilər…»

213


15  – Təkfir etdikləri elm 

əhlinin arxasında cəmaat namazını qılmaz, ora gələnləri və cəmaat namazında 

iştirak  edənləri  də  təkfir  edərlər  və  insanları  da  onların  dediklərinə  tabe 

olmağa, onların dediklərini söyləməyə sövq edərlər. İmam Xatib əl-Bağdadi – 



rahmətullahi  aleyhi  –  deyir  ki:  “Əhli  Sünnətə  müxalif  olan  elə  bir  bidət  əhli 

yoxdur  ki, Xəvariclər, Rafizilər  və  Qədərilər  –  bir-birilərindən  üz  döndərərək 

təkfir etmsinlər”

214


. İmam Əsbəhani  – rahmətullahi aleyhi – deyir ki: “Bidət əhli 

olan Xəvariclər, Rafizilər və Qədərilərdən fərqli olaraq Əhli Sünnə bir-birilərini 

təkfir etmirlər. Onlar yeddi nəfər bir məclisə toplansa oradan mütləqdir ki, bir-

birilərini  təkfir  edərək  dağışacaqlar.  Onlar Yəhudi  və  Xaçpərəstlər  kimidirlər: 

“Yəhudilər:  "Xaçpərəstlər  heç  bir  şeyə əsaslanmırlar!"–  deyir, xaçpərəstlər isə: 

"Yəhudilər  heç  bir  şeyə  əsaslanmırlar!"–  deyirlər.  Halbuki  onlar  Kitab 

oxuyandırlar.  Cahillər  də  onların  danışdığı  kimi  danışırlar.

  “Allah  ixtilafa 



düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir”. (əl-Bəqərə 

113)

215


 

                                                



213

 Məcmuu Fətava 10/203.  

214

 “Fərq Beynəl Firaq” 361.  



215

 “əl-Huccə” 2/255.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə